Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə19/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     44 
 
 
söyləyən, yeni hadisələrə yeni şərqilər vardı. Dövrümüzdə bu ozanların etdiklə-
rinin eynisini  həyata keçirən, ictimai  və siyasi  həyatda daha önəmli rolları olan 
aşıqları  görürük.  Zənnimcə,  “ozan”  kəlməsinin  “aşığ”a  dəyişməsi  o  qədər  də 
uzaq  tarixə  təsadüf  etmir.  Bu  fikrimizi  qüvvətləndirmək  üçün  bu  gün  hələ  də 
Gəncə şəhərində böyük bir məhəllənin “Ozanlar məhəlləsi” adını daşıdığını gös-
tərə bilərik” (7, 13). 
Aşıq  yaradıcılığının geniş  vüsət alması, eyni zamanda,  xalq arasında rəğ-
bətlə  qarşılanması  ilə  yanaşı,  Azərbaycanda  rəqs  sənətinin  də  inkişafı  müəllifi 
düşündürmüş, M.H.Türkəqul oyun  havaları  və onların özəllikləri  haqqında  mə-
lumat  vermişdir.  Müəllif  məhz  mahnıların  müşayiətilə  ifa  edilməsini  Azərbay-
can  rəqsinin  əsas  özəlliklərindən  biri  kimi  dəyərləndirmişdir:  “Aşıq  musiqisilə 
yanaşı  olaraq,  Azərbaycanda  xalq  şərqiləri  və  oyun  havaları  inkişaf  etmişdir. 
Azəri türkləri,  başqa  millətlərdən tamamilə  fərqli  olaraq, özlərinə  məxsus oyun 
havalarına malikdirlər. Azərbaycan oyun havalarının özəlliklərindən biri, demək 
olar ki, onların hamısında eyni zamanda şərqi söylənməsidir. Yəni oyun havala-
rının  sözlü  olmasıdır.  Belə  ki,  Azərbaycan  oyun  havaları  həm  oyun  havası 
olaraq çalınır, həm mahnı olaraq söylənilir. Hətta çox zaman hər ikisi bir arada 
icra olunur” (7,13). 
M.H.Türkəqula  görə,  oyun  havalarının  ikinci  əsas  xüsusiyyəti  onların 
hansı  cinsin  nümayəndəsi – kişi  və  ya qadın tərəfindən, üçüncü cəhəti  isə  yaşa 
müvafiq olaraq ifa olunması hesab edilə bilər. Bütün bu xüsusiyyətlərilə yanaşı, 
oyun  havalarının  çox  məlahətli  və  ritmik  olması,  eyni  zamanda,  rəqs  edənlərin 
ayaq  hərəkətlərinə  xüsusi  diqqət  yetirmələrini  M.H.Türkəqul  Azərbaycanın  bu 
zərif sənətinin xüsusiyyəti kimi təqdim etməkdədir. Məqaləsindəki mülahizələri-
ni  müəllif  oyun  havalarına  müvafiq  əsaslandırmağa  çalışmışdır:  “Azərbaycan 
oyun havalaranın özəlliklərindən biri də onların yaşa və cinsə görə dəyişməsidir. 
Məsələn,  Azərbaycanda  bir  gənc  “Uzundərə”  havasını  oynamaz.  “Uzundərə”ni 
mütləq  yaşlılar  oynayarlar.  Yaxud  “Ceyrani”ni  yaşlılar  və  kişilər  deyil,  yalnız 
gənc  qadınlar  oynayarlar.  Və  yaxud  “Beşaçılan”  və  ya  “Xançobanı”nı  qadınlar 
və yaşlılar deyil, gənclər oynayarlar. Azərbaycan oyun havaları oynaq, axıcı və 
ritmikdir.  Azərbaycan  oyun  havalarında  rəqs  edənlər  ayaqlarına  xüsusi  diqqət 
edirlər” (7, 13). 
Məqalədə adları  xatırlanan rəqs  havaları diqqəti cəlb etməkdədir, belə ki, 
“Uzundərə”,  “Ceyrani”  hələ  də  repertuarda  qorunsa  da,  “Beşaçılan”, 
“Xançobanı” artıq el şənliklərində az xatırlanan musiqi əsərləridir. 
Hər  kəs  tərəfindən  başa  düşülən  sadə  bir  dildə  olmasını  M.H.Türkəqul 
Azərbaycan  xalq  mahnılarının  əsas  xüsusiyyəti  kimi  təqdim  etmişdir.  Bu 
mülahizəsini  şərh  etmək  üçün  M.H.Türkəqul  çox  diqqətəlayiq  bir  örnəklər 
vermişdir.  Azərbaycanda  Atatürkə,  Nuru  paşaya.  Ənvər  paşaya  böyük  minnət-
darlıq və sevgilə oxunan  bu nəğmələr, sovet senzurasının qadağası  səbəbindən, 
uzun  illərdir  ifa edilmir və artıq unudulmaq üzrədir. “Azərbaycan oyun havala-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     45 
 
 
rında  olduğu  kimi,  xalq  mahnılarının  da  özünəməxsus  özəllikləri  vardır.  Hər 
şeydən əvvəl, Azərbaycan mahnılarının sözləri sadə və xalqın anlayacağı tərzdə 
öz türkcəsindədir.  Məsələn,  ölməz  Atatürkə  xitabən  bəstələnmiş  məşhur  mahnı 
bu sözlərlə başlayır:  
Yaşa, min yaşa, Mustafa Kamal paşa!.. 
Qəhr olsun, məhv olsun düşmənin başdan-başa!..  
Arş, arş, arş, irəli, marş, irəli,  
Türkün əsgəri dönməz geri... 
Qafqaza gedən türk ordusuna ithaf olunan digər bir mahnıda: 
Salon (eşelon) gəlir baş-başa, 
İçində Nuri paşa, 
Yaşasın Ənvər paşa!.. 
deyilməkdədir” (7, 13-14). 
M.H.Türkəqulun  örnək  gətirdiyi  mahnı  mətnləri  çox  yüksək  dəyər  daşı-
maqdadır.  Sovet  dövründə  artıq  unutdurulmağa  məhkum  edilən  bu  mətnlərdə 
iyirminci yüzilin ən önəmli tarixi hadisələri, eyni zamanda, Azərbaycan xalqının 
öz qan qardaşlarına, Atatürkə, Nuru paşaya və Ənvər paşaya sonsuz sevgisi əks 
olunmuşdur. 
Sovet hakimiyyətinin şovinist siyasətinin əsarətindəki rus olmayan millət-
lərin,  xüsusən  türkdilli  xalqların  milli  mədəniyyətinin  hər  bir  sahəsinə  olduğu 
kimi, musiqi sənətinə də təsirsiz ötüşmədiyi M.H.Türkəqulun məqaləsində aydın 
şəkildə  bildirilməkdədir:  “Bir  zamanlar  Azərbaycanda  rus  nökərliyi  edən  bəzi 
ünsürlər azərbaycanlıların milli geyimlərinə, milli ənənələrinə, musiqi alətlərinə, 
qısaca, milli olan hər şeylərinə qarşı hücuma keçmişdilər. Bu soysuzlar öz əməl-
lərinə  başqa  sahələrdə  qismən  müvəffəq  olsalar  da,  müsiqi  istiqamətində  əsla 
müvəffəq olmadılar. Azərbaycan musiqisinə və musiqi alətlərinə hücum edənlər 
daim qarşılarında Üzeyir bəyi və onun yolu ilə yürüyən digər bəstəkarları gördü-
lər.  Üzeyir  bəy  və  onun  yolu  ilə  gedənlər  bəstələdikləri  bütün  əsərlərdə  Azər-
baycan xalq musiqisinə, klassik musiqiyə və yerli musiqi alətlərinə geniş ölçüdə 
yer verdilər. Beləliklə, xalq musiqisini və klassik musiqini, eyni zamanda, yerli 
musiqi alətlərini qarşısıalınmaz ölümdən qurtardılar” (7, 11-12). 
Ü.Hacıbəylinin,  M.Maqomayevin  xidmətlərini  yüksək  dəyərləndirən  mü-
əllif  onların  Azərbaycan  musiqi  sənəti  tarixindəki  əvəzsiz  xidmətlərindən  bəhs 
etmiş, yazdıqları operalarda xalq mahnılarının ruhunu yaşatdıqlarını qeyd etmiş-
dir. Bu bəstəkarların yaratdıqları modern musiqi əsərlərinin məhz xalq ruhundan 
qidalandığı  üçün  əbədilik  qazandıqlarını  tədqiqatında  Türkəqul  iftixarla  qeyd 
etmişdir: “Koroğlu” operası, başlıca olaraq, “Çahargah” muğamında yazılmış və 
içərisinə  bir çox  xalq  mahnıları  və oyun havaları  daxil edilərək, klassik  musiqi 
ilə  xalq  musiqisinin  modern  opera  musiqisi  daxilində  iştirakı  təmin  edilmişdir. 
“Koroğlu”  operasının  üçüncü  pərdəsində  Koroğlunun  aşıq  qiyafətilə  xan  sara-
yında  söylədiyi  tipik  aşıq  mahnıları  və  dördüncü  pərdədə  Çənlibeldə  Koroğlu-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə