Dədə Qorqud ● 2015/I I 44
söyləyən, yeni hadisələrə yeni şərqilər vardı. Dövrümüzdə bu ozanların etdiklə-
rinin eynisini həyata keçirən, ictimai və siyasi həyatda daha önəmli rolları olan
aşıqları görürük. Zənnimcə, “ozan” kəlməsinin “aşığ”a dəyişməsi o qədər də
uzaq tarixə təsadüf etmir. Bu fikrimizi qüvvətləndirmək üçün bu gün hələ də
Gəncə şəhərində böyük bir məhəllənin “Ozanlar məhəlləsi” adını daşıdığını gös-
tərə bilərik” (7, 13).
Aşıq yaradıcılığının geniş vüsət alması, eyni zamanda, xalq arasında rəğ-
bətlə qarşılanması ilə yanaşı, Azərbaycanda rəqs sənətinin də inkişafı müəllifi
düşündürmüş, M.H.Türkəqul oyun havaları və onların özəllikləri haqqında mə-
lumat vermişdir. Müəllif məhz mahnıların müşayiətilə ifa edilməsini Azərbay-
can rəqsinin əsas özəlliklərindən biri kimi dəyərləndirmişdir: “Aşıq musiqisilə
yanaşı olaraq, Azərbaycanda xalq şərqiləri və oyun havaları inkişaf etmişdir.
Azəri türkləri, başqa millətlərdən tamamilə fərqli olaraq, özlərinə məxsus oyun
havalarına malikdirlər. Azərbaycan oyun havalarının özəlliklərindən biri, demək
olar ki, onların hamısında eyni zamanda şərqi söylənməsidir. Yəni oyun havala-
rının sözlü olmasıdır. Belə ki, Azərbaycan oyun havaları həm oyun havası
olaraq çalınır, həm mahnı olaraq söylənilir. Hətta çox zaman hər ikisi bir arada
icra olunur” (7,13).
M.H.Türkəqula görə, oyun havalarının ikinci əsas xüsusiyyəti onların
hansı cinsin nümayəndəsi – kişi və ya qadın tərəfindən, üçüncü cəhəti isə yaşa
müvafiq olaraq ifa olunması hesab edilə bilər. Bütün bu xüsusiyyətlərilə yanaşı,
oyun havalarının çox məlahətli və ritmik olması, eyni zamanda, rəqs edənlərin
ayaq hərəkətlərinə xüsusi diqqət yetirmələrini M.H.Türkəqul Azərbaycanın bu
zərif sənətinin xüsusiyyəti kimi təqdim etməkdədir. Məqaləsindəki mülahizələri-
ni müəllif oyun havalarına müvafiq əsaslandırmağa çalışmışdır: “Azərbaycan
oyun havalaranın özəlliklərindən biri də onların yaşa və cinsə görə dəyişməsidir.
Məsələn, Azərbaycanda bir gənc “Uzundərə” havasını oynamaz. “Uzundərə”ni
mütləq yaşlılar oynayarlar. Yaxud “Ceyrani”ni yaşlılar və kişilər deyil, yalnız
gənc qadınlar oynayarlar. Və yaxud “Beşaçılan” və ya “Xançobanı”nı qadınlar
və yaşlılar deyil, gənclər oynayarlar. Azərbaycan oyun havaları oynaq, axıcı və
ritmikdir. Azərbaycan oyun havalarında rəqs edənlər ayaqlarına xüsusi diqqət
edirlər” (7, 13).
Məqalədə adları xatırlanan rəqs havaları diqqəti cəlb etməkdədir, belə ki,
“Uzundərə”, “Ceyrani” hələ də repertuarda qorunsa da, “Beşaçılan”,
“Xançobanı” artıq el şənliklərində az xatırlanan musiqi əsərləridir.
Hər kəs tərəfindən başa düşülən sadə bir dildə olmasını M.H.Türkəqul
Azərbaycan xalq mahnılarının əsas xüsusiyyəti kimi təqdim etmişdir. Bu
mülahizəsini şərh etmək üçün M.H.Türkəqul çox diqqətəlayiq bir örnəklər
vermişdir. Azərbaycanda Atatürkə, Nuru paşaya. Ənvər paşaya böyük minnət-
darlıq və sevgilə oxunan bu nəğmələr, sovet senzurasının qadağası səbəbindən,
uzun illərdir ifa edilmir və artıq unudulmaq üzrədir. “Azərbaycan oyun havala-
Dədə Qorqud ● 2015/I I 45
rında olduğu kimi, xalq mahnılarının da özünəməxsus özəllikləri vardır. Hər
şeydən əvvəl, Azərbaycan mahnılarının sözləri sadə və xalqın anlayacağı tərzdə
öz türkcəsindədir. Məsələn, ölməz Atatürkə xitabən bəstələnmiş məşhur mahnı
bu sözlərlə başlayır:
Yaşa, min yaşa, Mustafa Kamal paşa!..
Qəhr olsun, məhv olsun düşmənin başdan-başa!..
Arş, arş, arş, irəli, marş, irəli,
Türkün əsgəri dönməz geri...
Qafqaza gedən türk ordusuna ithaf olunan digər bir mahnıda:
Salon (eşelon) gəlir baş-başa,
İçində Nuri paşa,
Yaşasın Ənvər paşa!..
deyilməkdədir” (7, 13-14).
M.H.Türkəqulun örnək gətirdiyi mahnı mətnləri çox yüksək dəyər daşı-
maqdadır. Sovet dövründə artıq unutdurulmağa məhkum edilən bu mətnlərdə
iyirminci yüzilin ən önəmli tarixi hadisələri, eyni zamanda, Azərbaycan xalqının
öz qan qardaşlarına, Atatürkə, Nuru paşaya və Ənvər paşaya sonsuz sevgisi əks
olunmuşdur.
Sovet hakimiyyətinin şovinist siyasətinin əsarətindəki rus olmayan millət-
lərin, xüsusən türkdilli xalqların milli mədəniyyətinin hər bir sahəsinə olduğu
kimi, musiqi sənətinə də təsirsiz ötüşmədiyi M.H.Türkəqulun məqaləsində aydın
şəkildə bildirilməkdədir: “Bir zamanlar Azərbaycanda rus nökərliyi edən bəzi
ünsürlər azərbaycanlıların milli geyimlərinə, milli ənənələrinə, musiqi alətlərinə,
qısaca, milli olan hər şeylərinə qarşı hücuma keçmişdilər. Bu soysuzlar öz əməl-
lərinə başqa sahələrdə qismən müvəffəq olsalar da, müsiqi istiqamətində əsla
müvəffəq olmadılar. Azərbaycan musiqisinə və musiqi alətlərinə hücum edənlər
daim qarşılarında Üzeyir bəyi və onun yolu ilə yürüyən digər bəstəkarları gördü-
lər. Üzeyir bəy və onun yolu ilə gedənlər bəstələdikləri bütün əsərlərdə Azər-
baycan xalq musiqisinə, klassik musiqiyə və yerli musiqi alətlərinə geniş ölçüdə
yer verdilər. Beləliklə, xalq musiqisini və klassik musiqini, eyni zamanda, yerli
musiqi alətlərini qarşısıalınmaz ölümdən qurtardılar” (7, 11-12).
Ü.Hacıbəylinin, M.Maqomayevin xidmətlərini yüksək dəyərləndirən mü-
əllif onların Azərbaycan musiqi sənəti tarixindəki əvəzsiz xidmətlərindən bəhs
etmiş, yazdıqları operalarda xalq mahnılarının ruhunu yaşatdıqlarını qeyd etmiş-
dir. Bu bəstəkarların yaratdıqları modern musiqi əsərlərinin məhz xalq ruhundan
qidalandığı üçün əbədilik qazandıqlarını tədqiqatında Türkəqul iftixarla qeyd
etmişdir: “Koroğlu” operası, başlıca olaraq, “Çahargah” muğamında yazılmış və
içərisinə bir çox xalq mahnıları və oyun havaları daxil edilərək, klassik musiqi
ilə xalq musiqisinin modern opera musiqisi daxilində iştirakı təmin edilmişdir.
“Koroğlu” operasının üçüncü pərdəsində Koroğlunun aşıq qiyafətilə xan sara-
yında söylədiyi tipik aşıq mahnıları və dördüncü pərdədə Çənlibeldə Koroğlu-
Dostları ilə paylaş: |