Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə7/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   2   3   4   5   6   7   8   9   10   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     15 
 
 
ona görə ilk əcdad adlanır ki, bütün qalan insanlar ondan törəyir. Bu, mifik 
qəhrəmanın  ilkin  funksiyasıdır.  O,  ilk  növbədə  xalqı  törətməlidir.  Lakin  daha 
sonra törətdiyi  insanlar üçün  yaşam qaydaları  müəyyənləşdirməli, qayda-qanun 
qoymalı, ilk əşyaları, ilk ov alətlərini və s. düzəltməlidir. Bu isə ilk əcdadın mə-
dəni  quruculuq  fəaliyyətidir.  İlk  əcdadın  bu  mədəni  quruculuq  fəaliyyətinə 
görə biz onu artıq mədəni qəhrəman adlandırırıq. Mədəni qəhrəmanın yara-
dıcılıq fəaliyyəti gücləndikcə o, artıq ümumiyyətlə yaradıcıya çevrilir. Bu halda 
biz  yaradıcı  fəaliyyəti  ön  plana  çıxan,  daha  çox  yaradıcı  obraza  çevrilən 
mədəni qəhrəmanı artıq demiurq adlandırıq. Göründüyü kimi, ilk əcdad, mə-
dəni qəhrəman, demiurq eyni bir obrazın–ilk insanın inkişafının müxtəlif mərhə-
lələrinin adlarıdır.  
Y.M.Meletinski  yazır ki, mədəni qəhrəman (ilk əcdad kimi) təkamül pro-
sesində tanrı-yaradıcı obrazına tərəf də, epik qəhrəman obrazına tərəf də inkişaf 
edə bilər (19, 638). Yəni obrazın inkişafı nəticəsində o, tanrı obrazına da, dastan 
qəhrənanına  da  çevrilə  bilər.  Məsələn,  qədim  türk  miflərindəki  Tanrı  obrazı 
sonralar yaradıcı Tanrı obrazlına çevrilir. Bəs ilk əcdad Oğuz kağan obrazı hansı 
istiqamətdə inkişaf etmişdir? 
Biz  “Oğuznamə”  dastanının  variantları  üzərində  apardığımız  müşahidələr 
əsasında  birmənalı şəkildə  söyləyə  bilərik ki,  mifik Oğuz kağan obrazı öz epik 
təkamülü prosesində tanrı obrazı yox, epik qəhrəman istiqamətində inkişaf etmiş 
və “Oğuznamə” dastanın qəhrəmanına çevrilmişdir.  
Əlbəttə, bir məqalə həcmində mifik Oğuz kağan obrazının bütün funksiya-
larını (ilk əcdad, xilaskar, mədəni qəhrəman, demiurq) əhatə etmək mümkün de-
yildir. Biz burada obrazın inkişafında ilkin mərhələ olan ilk əcdad, ilk ata funk-
siyasına  diqqət  verəcəyik.  Bu  funksiya  ilk  əcdad,  ilk  ata  Oğuzdan  bütün  oğuz-
ların və Oğuz dünyasının necə yaranmasını əhatə edir. 
Oğuzun ilk əcdad funksiyası elm aləminə “Oğuznamə”nin uyğur versiyası 
adlanan  variantında  daha  aydın  məzmunda  qorunub  qalmışdır.  Uyğur  versiyası 
bir  mifoloji  dastandır.  Seyfəddin  Rzasoy  yazır:  “Oğuznamələr  Oğuz  kağanın 
(xanın)  doğuluşunu  bizə  biri-birindən  fərqlənən  iki  variantda təqdim  edir.  Belə 
ki,  “Oğuznamə”nin  uyğur  versiyasındakı  doğuluş  bütün  digər  variantlardan 
fərqlənir. Başqa  variantlar öz yazılma dövrü və  ideoloji ruhuna görə müsəlman 
oğuznamələridir.  Uyğur  “Oğuznamə”si  də  dövrünə  görə  müsəlman  oğuznamə-
sidir.  Lakin  prof.  F.Bayatın  yazdığı  kimi,  “əlyazmada  ərəb  və  fars  sözlərinin 
olmaması (“dost” və  “düşmən” sözləri  istisna olmaqla), əski  lüğət tərkibi onun 
ilk  variantının  eradan  əvvəl  yazıya  alındığı  fikrini  söyləməyə  əsas  verir”  (17, 
267).  Başqa  sözlə,  bütün  digər  variantlarda  çox  güclü  islamiyyət  ruhu  olsa  da, 
bu  dastan  məzmunu  və  ideologiyasına  görə  daha  arxaikdir  və  bu  mənada  onda 
təqdim olunan kosmoqonik mif daha canlıdır” (20, 92-93). 
İndi  bu  fərqə  əyani  şəkildə  diqqət  edək.  XV  əsr  tarixçisi  Fəzlullah  Rəşi-
dəddinin “Oğuznamə”sində göstərilir ki, Nuh peyğəmbər əleyhissəlam yer üzü-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     16 
 
 
nü  məskun  hissəsini  oğulları  arasında  bölüşdürdüyü  zaman  böyük  oğlu  Yafəsə 
Şərq ölkələri ilə Türküstanı və o tərəfləri verdi. Onun Dib Yavqu adında bir oğlu 
oldu. Dibin də dörd oğlu vardı: Qara xan, Or xan, Kür xan və Küz xan. Qara xan 
vəliəhd  olduğundan  atasının  yerinə  keçib  padşah  oldu.  Onun  çox  ağıllı  və 
padşahlığa layiq bir oğlu dünyaya gəldi (6, 16).  
Doğulan  bu  uşaq  Oğuzdur  və  göründüyü  kimi,  onun  Nuh  peyğəmbərə 
gedib  çıxan  şəcərəsi  vardır:  Nuh  –  onun  oğlu  Yafəs  –  onun  oğlu  Dib  Yavqu  – 
onun  oğlu  Qara  xan  – onun  oğlu  Oğuz.  Bu  şəcərə  nə  qədər  müqəddəs  olsa  da, 
bütün halarda bir insani şəcərədir. Bu insani şəcərə “Oğuznamə”nin uyğur ver-
siyası  istisna  olmaqla  başqa  oğuznamələrdə  də  təkrarlanır.  Yəni  Oğuz  özü  bir 
insandır və ata-anası, əcdadları da  insandır. Lakin uyğur versiyasında tamamilə 
ayrı bir mənzərə görürük. Dastanda deyilir: 
 
Yenə günlərin bir günü Ay kağanın 
gözləri yarıdı, bir oğlu oldu (21, 124). 
 
Göründüyü  kimi,  burada  Oğuz  kağanın  anasının  adı  Ay  kağandır.  Lakin 
burada söhbət Oğuz doğan qadının adının  Ay olmasından getmir. Məsələ bura-
sındadır  ki,  dastanda  Oğuzun  anası  elə  birbaşa  göydəki  Ay  cismidir.  F.Bayat 
yazır:  “Ay  kağanın  Oğuzu  dünyaya  gətirməsi  əski  möcüzəli  doğuluş  motivinə 
(partogenez) uyğun gəlir və Oğuzun bakirə, pak hesab olunan Aydan doğulması 
onu Tanrı oğlu hesab etməyə imkan verir” (21, 141). 
İndi təzəcə doğulmuş Oğuzun görkəminə diqqət edək: 
 
Bu oğlanın üzü göy idi. 
Ağzı atəş kimi qırmızı, 
gözləri ala, 
saçları, qaşları qara idi. 
Gözəllikdə mələklərdən də gözəl idi (21, 124). 
 
Göründüyü  kimi,  onun  bütün  insanlardan  fərqli  görkəmi  var:  üzü  –  göy 
rəngində,  ağzı  –  qırmızı  rəngdə,  tükləri  isə  –  qara.  Lakin  Oğuzun  qeyri-adiliyi 
bunlarla məhdudlaşmır: 
 
Onun ayağı öküz ayağına, 
beli qurd belinə, 
kürəyi samur kürəyinə, 
köksü ayı köksünə bənzəyirdi. 
Bədənin hər yeri sıx tüklə örtülmüşdü (21, 124). 
 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə