Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə74/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     169 
 
 
YEDDİ OĞUL İSTƏRƏM... 
 
“Yeddi  oğul  istərəm”  Səməd  Vurğunun  “Komsomol  poeması”  əsasında 
çəkilmiş bir Azərbaycan filminin adıdır. Bir bayatımızda isə deyilir: 
Anam-bacım qız gəlin, 
Əl-ayağı düz gəlin. 
Yeddi oğul istərəm, 
Bircə dənə qız gəlin. 
 Buradakı  “yeddi  oğul”  kimdi,  bircə  qız  kimdi?  Bu  ifadələr  hardan 
qaynaqlanır?  “Kitabi-Dədə  Qorqud”da  Bamsı  Beyrək  dustaqlıqdan  qayıdıb  öz 
sevgilisi Banıçiçəyi alır. “Bir dənə qız gəlin” Banıçiçəkdir.  
Bamsı Beyrəyin  yeddi  bacısı  varmış. Onları da öz başındakı qırx  igiddən 
yeddisinə ərə verir. “Yeddi oğul” da həmin yeddi igiddir. 
“Yeddi  oğul  istərəm,  bircə  dənə  qız  gəlin”  dastandan  qaynaqlanaraq  ba-
yatıya qonmuş, ordan xalqın dilinə düşmüş, məsələ çevrilmişdir. Bir yerdə elçi-
lik, toy və s. olanda deyirlər ki, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. 
  
QILINC HƏMİN QILINCDI, QOL HƏMİN QOL DEYİL 
 
Belə  rəvayət  eləyirlər  ki,  Çaldıran  döyüşündə  Şah  İsmayıl  Xətayi  tarixdə 
görünməmiş  qəhrəmanlıqlar  göstərir.  Əlindəki  Zülfüqar  adlı  qılıncla  Sultan 
Səlimin toplarının zəncirlərini doğrayır və bir dəfə də Osmanlı ordusunun topu-
nun  lüləsini  kəsir.  Onun  bu  əfsanəvi  şücaəti  Sultan  Səlimə  çatır.  Sultan  Səlim 
qılıncla  topun  lüləsini  kəsmək  söhbətinə  inanmır.  Müharibə  qurtarandan  sonra 
Şah  İsmayıl  Xətayiyə  ismarlayır  ki,  topun  lüləsini  kəsən  o  qılıncı  sultana  gön-
dərsin. Şah İsmayıl Xətayi  heç  bir söz demədən qılıncı Sultan Səlimə göndərir. 
Sultan  Səlimi  bir  tərəfdən  qəlbinin  nəşəsi,  digər  tərəfdən  qılıncın  gətirilməsi 
daha da qürrələndirir, sərkərdələri, əyan-əşrəfi yığıb özünü göstərmək üçün Şah 
İsmayılın göndərdiyi qılıncı onların gözləri önündə topun lüləsinə  vurur, ancaq 
qılınc topun lüləsində heç iz də salmır. Bir-iki dəfə də var gücü ilə qılıncı topun 
lüləsinə  çırpır,  bir  şey  çıxmır.  Elə  fikirləşir  ki,  yəqin  Şah  İsmayıl  ona  başqa 
qılınc  göndərib.  Götürüb  Şah  İsmayıla  bir  məktub  yazır  ki,  “Bir  qılınc  nəmənə 
şeydi ki, sən onu mənə qıymadın”. Məktubu aparan qasid Şah İsmayıldan cavab 
gətirir. O yazıbmış: “Qılınc həmin qılıncdı, qol həmin qol deyil”. 
O vaxtdan bu sözlər məsələ çevrilib. Bir adam başqasının hərəkətini təkrar 
eləmək istəyib, onu bacarmayanda deyirlər ki, “Qılınc həmin qılıncdı, qol həmin 
qol deyil”. 
 
 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     170 
 
 
ÇƏTİNİ MAMIRTIYI ÇIXANATANDI 
 
Tovuz rayonunun Xınna dərəsində Saqqal Sadıq adlı bir el ağsaqqalı olub. 
1920-ilin 27 aprelində xəbər yayılır ki, XI rus ordusu Azərbaycanı işğal eləməyə 
gəlir.  Sadıq  kişi  camaatı  başına  yığıb  deyir  ki,  “bu  bolşevik  gədələrin  qurduqla-
rından  bizə  hökumət  olmayacaq”.  Məsləhətləşirlər  ki,  Qovlar  qəsəbəsinə  gedib 
orda dəmiryolunu dağıtsınlar və Tiflisdən gələn rus ordusu Bakıya gedə bilməsin. 
Camaat  Qovlara  çatanda  rus  ordusunu  gətirən  qatar  da  özünü  stansiyaya 
yetirir  və  işi  başa düşən əsgərlər vaqonlardan tökülüşüb camaatın üstünə  hücu-
ma keçirlər. Camaat pərən-pərən düşür. Xınnalılar da qaçmaq üçün Mamırtı da-
ğına sarı üz tuturlar. O vaxtlar Sadıq kişinin səksən-doxsan yaşı olarmış. Ancaq 
çox  sağlam  və  qıvraq  adamıymış.  Təxminən,  Mamırtının  ortalarına  çatanda 
qabağına bir qadın çıxır. Qadın bu yaşda kişinin necə qaçdığını görüb içini çəkir 
və deyir: 
– Boy, boy, Allah mənə ölüm ver, bu yaşda kişi görən hara qaçır? 
Saqqal Sadıq qadının sözünü ağzında qoyub deyir: 
– Sən qaç qabağımdan, mənimki çətini Mamırtıyı çıxanatandı. 
O  vaxtdan  Xınna  dərəsində  bu  əhvalat  bir  məsələ  çevrilib.  Bir  adam  hər 
hansı işi görərkən çətinliyə düşəndə deyir ki, “çətini Mamırtıyı çıxanatandı”. 
 
ƏMİRİ CƏMİLİN ALTINA YIXAN ALLAH VAR 
 
Bu  əhvalat  Qubadlıda  olub.  Bir  kənddə  Əmir  və  Cəmil  adlı  ikli  kişi  va-
rıymış. Əmir canlı-cüssəli, pəhləvan kimi bir adamıymış. Cəmil isə çolağıymış. 
Bir gün necə olursa, Əmir dağın döşündə, Cəmil  isə kəndin ortasında o taydan 
bu  taya  söyüşürlər.  Əmir  dağdan  götürülüb  Cəmilin  üstünə  gəlir.  Cəmilin  qaç-
mağa da halı olmadığından yerindəcə durur. Camaat qışqırışır ki, “ayə, qoyma-
yın,  Əmir  gedib  Cəmili  öldürəcək”.  Camaat  gələnə  qədər  Əmir  özünü  Cəmilə 
yetirir, elə əl atır ki, onu vursun, birdən ayağının altında yaş mal peyini qalır və 
sürüşüb yıxılır. Əmirin yıxılmağıyla Cəmilin yerdən bir daşı götürüb onun təpə-
sinə vurmağı bir olur. Əmir bu ilmi ölübsən, bildirmi?! 
Camaat  tökülüşüb  gəlir,  heç  kim  gözlərinə  inanmır.  Pəhləvan  cüssəli,  şir 
biləkli  Əmir  qan  içindədi,  özü  də  huşunu  itirib.  Şikəst,  çolaq  Cəmil  də  oturub 
üstündə. 
Bu əhvalat da oralarda məsələ çevrilib. Bir adam qoluna güvənib, döşünə 
döyəndə, özündən zəiflərlə hesablaşmayanda, yaxud kiminsə bir ağır işin öhdə-
sindən gələ bilməyəcəyini söyləyəndə deyirlər ki, “bilmək olmaz, Əmiri Cəmilin 
altına yıxan Allah var”. 
 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     171 
 
 
PAPAQ ALTINDA OĞULLAR YATIR 
 
Belə  danışırlar  ki,  Koroğlunun  oğlu  Eyvaz  xan  günlərin  bir  günü  Düratı 
yedəyinə  alıb  Yasamalla  Çənlibeldən  aşağı  enirmiş.  Yolda  onun  qabağına  üç 
nəfər cavan oğlan çıxır. Uzaqdan Eyvazı görüb öz aralarında söhbətə başlayırlar. 
Birinci oğlan deyir: 
–  Bu  gələn  atlı  kimdisə,  özünün  gönü  üç  qəpiyə  dəyməz,  ancaq  yedə-
yindəki atın tayı-bərabəri yoxdu. Gəlin atı onun əlindən alaq. 
İkinci oğlan da onun dilinə dil verir: 
– Ayə, doğrudan da burnunu tutsan canı çıxar. Yedəyindəki at isə əslində 
ona yox, elə bizə yaraşır. 
Üçüncü oğlan onlarla razılaşmır və deyir: 
–  Sizə  yüz  yol  demişəm  ki,  boş-boş  döşünüzə  döyməyin.  Bir  özünüzdən 
deyəndə, bir də özgəsindən deyin. Bura Çənlibeldi. Hər daşın, qayanın dalından 
bir Koroğlu dəlisi boylanır. Burda papaq altında oğullar yatır.  
Söhbətin bu yerində Eyvaz onlara lap yaxınlaşır və üçüncü oğlanın sözlə-
rini eşidib işi başa düşür, ancaq özünü o yerə qoymur. Dürat da yedəyində onla-
rın yanından saymazyana ötmək istəyir. Birinci oğlan onun qabağına yeriyib de-
yir: 
– Bilmirəm kimsən, nəçisən? Atı bura ver, özün də kirimişcə çıx get. 
İkinci oğlan da yaxınlaşıb Eyvazın üstünə kəkələnir: 
– Əlimiz sana dəyməmiş atı ver, yar-yarağını da tök, burdan itil. 
Bayaqdan özünü güclə saxlayan Eyvaz bir həmlə ilə oğlanın ikisini də ye-
rə sərir və yoluna davam edir. Eyvaz xeyli aralanandan sonra üçüncü oğlan yol-
daşlarına deyir: 
– Sizə demədimmi papaq altında oğullar yatır! 
Bu əhvalat xalq arasında məsəl kimi çox işlənir. Biri tanımadığı, bələd ol-
madığı adam haqqında gəvəzə-gəvəzə danışanda, yaxud biri gözlənmədiyi halda 
igidlik, qəhrəmanlıq göstərəndə deyirlər ki, “papaq altında oğullar yatır”. 
 
YƏHUDİ ÖLDÜ 
 
VII əsrdə, Sədi ibn Vəqqasın sərkərdəliyi dövründə Bağdad, Vasit, Ənbar, 
Xuzistan və Bəsrəyə baxan bir yəhudi alim olub. Bir gün həmin yerlərin əhalisi 
Əmirəlmöminin Ömərə ərizə yazıb yəhudidən şikayət edirlər. Onlar yazırlar: “O 
vəzifəsini  bəhanə  edərək  bizi  incidir,  bizi  ələ  salır,  adam  yerinə  qoymur.  Artıq 
dözməyə taqətimiz qalmamışdır. Olmaz ki, bizim üzərimizə bir müsəlman alimi 
təyin edəsiniz, həmdin olduğumuz üçün qanunsuzluq edib bizi incitməsin. Əgər 
bunun  əksini  etsə,  yenə  də  müsəlmandan  təhqir  və  istehza  eşitmək  yəhudidən 
yaxşıdır”.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə