Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə48/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     108 
 
 
dövründə də Qorqud yenidən mənəvi intibahın simvolu, milli heysiyyətin və özünü-
dərkin sənədi olur» (8, 4). 
Bütün bu deyilənlər “Dədə Qorqud”u milli dilimizin əsas qaynağı kimi  səciy-
yələndirən  M.İbrahimovun  necə  uzaqgörən  bir  alim  olduğunu  təsdiqləyir.  O  yazır: 
“Məlum  olduğu  üzrə,  o  zaman  Azərbaycanda  hakim  ədəbi  dil  fars  və  ərəb  dilləri 
hesab edilirdi, ancaq bu dillərdə layiqli bir şey yaratmaq mümkün olduğu qənaəti var 
idi.  “Qulağından qul  sırğası  asıldığından”, “xəcalətdən başını aşağı dikdiyindən” şi-
kayət  edən  böyük  Nizami  belə  öz  ölməz  “Xəmsə”sini  farsca  yaratmağa  məcbur  ol-
muşdu.  Belə  bir  şəraitdə  Azərbaycan  dili  ancaq  xalqın,  yəni  o  zamanın  savadsız  və 
avam  təbəqələrinin  danışdığı  bir  dil  idi.  Buna  görə  də  o  zamanın  dilini  biz  ancaq 
folklorda  –  xalq  yaradıcılığında  öyrənə  bilərik.  “Dədə  Qorqud”  isə  qədim  xalq 
yaradıcılığının ən gözəl nümunəsidir” (4, 37). 
Göründüyü  kimi,  M.İbrahimov  Nizami  dövründə  “Dədə  Qorqud”  abidəsinin 
mövcudluğunu təsdiqləməklə, əslində, Azərbaycan türkcəsinin həmin dövrdəki varlı-
ğını  ortaya  qoyurdu.  Bu,  həmin  dövr  üçün  mütərəqqi  elmi  addım  idi.  Çünki  həmin 
dövrün rəsmi tarix elminə görə, Azərbaycan orta əsrlərdə türkləşdirilmiş ölkə idi. Bu 
cəhətdən, M.İbrahimov “Dədə Qorqud”dan XI-XIII əsrlər dilinin abidəsi kimi danış-
maqla, ən azı, iki məqsəd güdürdü: 
1.  Göstərilən  dövrdə  fars  dilinin  rəsmi  ədəbi  dil  olmasına  baxmayaraq,  Azər-
baycan türkcəsinin ümumxalq dili olmasını təsdiq etmək; 
2.  “Dədə  Qorqud”  dastanını  həmin  dövrün  Azərbaycan  türkcəsində  yaranan 
ədəbiyyatın faktı kimi təsdiq etmək. 
Bu məqsədlərini həyata keçirən müəllif yazır ki, “Dədə Qorqud” xalq yaradıcı-
lığının ən gözəl nümunəsidir. Təbiidir ki, xalq yaradıcılığı hakim ədəbi dilə təsir et-
diyi kimi, ondan  müəyyən təsir də alırdı. Buna görədir ki, biz dastanlarda belə ərəb 
və fars sözlərinə rast gəlirik. Çox zaman bu sözlər öz qarşılığı olan Azərbaycan söz-
ləri  ilə  yanaşı  işlədilir.  İctimai  inkişafın  xüsusiyyətlərinə  bağlı  olaraq  gələn  “xəla-
yiq”, “cəng”, “feil”, “xub” və s. ərəb, fars sözlərinə baxmayaraq, “Dədə Qorud” o za-
mankı  Azərbaycan  dilinin  xüsusiyyətlərini  və  varlığını  nümayiş  etdirən  ölməz  əsər-
dir. Bir mənanı ifadə edən “qul – xəlayiq”, “tanrı – allah”, “savaş – cəng”, “yaxşı – 
xub” kimi doğma və əcnəbi sözlərin eyni cümlədə yan-yana işlədilməsi isə dildə ya-
bançı təsirlərə qarşı güclü mübarizə ruhunu ifadə edirdi” (4, 37). 
M.İbrahimovun  bədii  cəhətdən  cilalanmış  bu  fikri  məna  baxımından  da  dərin 
olub  təhlil  olunmağa  layiqdir.  Bu  cəhətdən,  müəllif  belə  hesab  edir  ki,  “Dədə  Qor-
qud”  ilk  növbədə  folklor  –  xalq  yaradıcılığı  hadisəsidir.  Təbii  ki,  müəllifin  bizə  iki 
əlyazmasında  gəlib  çatan  bu  eposu  məhz  şifahi  xalq  yaradıcılığı  kimi  təsdiq  etməsi 
ilk növbədə M.İbrahimovun nəzəri biliklərini nümayiş etdirir. Lakin məsələ bununla 
məhdudlaşmır.  Ədib  “Dədə  Qorqud”u  şifahi  xalq  yaradıcılığının  möhtəşəm  abidəsi 
kimi  təsdiq  etməklə  bütün  xalqın  “Dədə  Qorqud”  dilində  –  məhz  oğuz  türkcəsində 
danışdığını, yerli əhalinin oğuz türklərindən təşkil olunduğunu göstərirdi. 
Müəllifin “xalq yaradıcılığı hakim ədəbi dilə təsir etdiyi kimi, ondan müəyyən 
təsir də alırdı”  fikri dərin  məna və  məzmuna  malikdir. O, bununla  ilk növbədə  xalq 
yaradıcılığını və onun parlaq nümunəsi olan “Dədə Qorqud”u möhtəşəm ədəbi abidə 
kimi  qabardırdı.  Başqa  sözlə,  “Dədə  Qorqud”da  müəyyən  həcmdə  öz  əksini  tapmış 
ərəb-fars leksikası bu dastanın ümumxalq dəbi proseslərindən təcrid olunmuş məhəlli 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     109 
 
 
hadisə olduğunu deyil, əksinə dövrün ədəbi prosesinin möhtəşəm faktı olduğunu təs-
diqləyir. M.İbrahimov açıq şəkildə  yazır ki,  “Dədə Qorqud” o zamankı  Azərbaycan 
dilinin  xüsusiyyətlərini  və varlığını  nümayiş etdirən ölməz əsərdir. Ədib  bu  fikri  ilə 
yazılı  ədəbiyyatda  fars  dilinin  hakimlik  etməsinə  baxmayaraq,  Azərbaycanda  canlı, 
ümumxalq  şifahi  ədəbi  prosesin  olduğunu  və  “Dədə  Qorqud”  dastanının  məhz  bu 
ədəbi coşğunluğun ifadəsi olmasını göstərir. 
Müəllif  yazır ki,  “Dədə Qorqud”, təqribən, doqquz  yüz  il  bundan əvvəl  yazıl-
mışdır. Orada əks olunan bir çox adətlər, sözlər və adlar indi xalqımızın həyatından, 
dilindən  çıxmış  və  köhnəlmişdir.  Bir  çoxları  isə  hələ  də  yaşamaqdadır.  “Dədə  Qor-
qud”da bu gün belə çətinlik çəkmədən anlayacağımız parçalar çoxdur. Bu parçalarda 
xalq şüuru, xalq dili əsas yer tutduğundan onların ömrü də uzundur ” (4, 37). 
M.İbrahimov bu fikri ilə çox dərin məsələlərə toxunur. Birincisi, müəllif epos-
da əks olunan bir çox adətlər, sözlər və adların  indi xalqımızın  həyatından, dilindən 
çıxması və köhnəlməsini deməklə abidənin qədimliyini təsdiqləyir. Heç şübhəsiz ki, 
bu dastanın dilindəki sözlərin hamısı müasir azərbaycanlı üçün anlaşıqlı olsa idi, bu 
halda biz abidənin qədimliyindən danışa bilməzdik. Çünki dilin leksikası əsrlər keç-
dikcə  dəyişikliklərə  uğrayır:  köhnəlmiş  sözlər  öz  işləkliyini  itirərək  arxaikləşir.  Bu 
cəhətdən “Dədə Qorqud”un dilində belə arxaik sözlərin, adətlərin olması abidənin ilk 
növbədə qədimliyini təsdiqləyir. O biri tərəfdən abidənin dilində bu gün belə çətinlik 
çəkmədən  anlayacağımız  parçaların  olması  bu  abidənin  məhz  Azərbaycan  dilinin 
faktı olmasını ortaya qoyur. 
M.İbrahimov üçün  folklor saf, büllur dilin qaynağı  idi. O,  məsələn, bu  səbəb-
dən  Vaqif  şeirlərinin  xüsusiyyətlərindən  danışarkən  onun  dilinin  xalq  dilinin  poetik 
imkanlarını  parlaq  şəkildə  ifadə  etməsini  yüksək  qiymətləndirmişdir.  Ədib  yazır  ki, 
Vaqif şeirlərinin novatorluğu, Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmət on-
ların sadə, təmiz ifadəli, bədii dildə yazılmasıdır. Vaqif Azərbaycan xalq dilinin da-
xili imkanlarından özünə qədərki bütün şairlərdən daha geniş bir vüsətlə istifadə etdi. 
O, sadə, adi danışıq dilində elə ifadələr, tərkiblər, obrazlar silsiləsi, təşbehlər və idi-
omlar  yaratdı  ki,  onlar  məna  dolğunluğu  və  gözəlliyi  ilə  adamı  heyran  buraxır”  (4, 
612-613). 
Vaqif  poeziyasının  cazibəsinin  əsas  qaynaqlarından  birinin  xalq  dili  olduğunu 
göstərən ədib belə hesab edir ki, bu dilin iki qaynağı var:  
Birincisi, ümumxalq danışıq dili: “Vaqif xalqın içindən çıxmışdı. Savadsız zəh-
mətkeş kütlələrinin gündəlik həyatda işlətdiyi dil ona doğma, onun ana dili idi. Uşaq-
lıqdan başlayaraq bu dilin incəliklərinə aşina olmuşdur. Təbiətin və insan yaşayışının 
gözəlliklərini, mənasını, acı və şirinini bu dil vasitəsilə dərk etmişdi ” (4, 612). 
İkincisi,  xalq ədəbiyyatı və onun əsrlər boyunca cilalana-cilalana gələn poetik 
dili:  “Xalq  ədəbiyyatı  Vaqif  bədii  dilinin  yaranmasında  böyük  rol  oynamış  ikinci 
mühüm  mənbədir. Şübhə  yoxdur ki, Abbas Tufarqanlı kimi aşıqların əsərləri, “Kor-
oğlu”  və başqa  Azərbaycan xalq dastanları Vaqif  yaradıcılığında dərin  iz buraxmış-
dır.  Vaqif  Azərbaycan  dilini  milli  bədii  təfəkkürün  normasına  çevirmək  yolunda 
uzun  əsrlər  boyu  davam  edən  prosesi  tamamladı.  Bu  proses  isə  çoxdan  başlamışdı. 
Azərbaycan dili “Dədə Qorqud” dastanlarında, Nəsiminin, Füzulinin, Xətainin şeirlə-
rində işlənə-işlənə yolunu genişləndirmişdi”  (4, 613). 
Müəllif  Azərbaycan  ədəbi  dilinin  inkişafında  Vaqifin  rolunu  tamamlayıcı  ele-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə