Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə51/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     114 
 
 
Mato  Grossoda  yaşayan  Guaranilerin  dünyanın  sonu  haqqındakı  mifoloji  gö-
rüşləri  olduqca  maraqlıdır.  Şamanların  rəhbərliyi  altında  onlardan  ilham  alaraq  ger-
çəkləşdirilən bu uzun səfərlər XIX əsrdən başlamış 1912-ci ilə qədər davam etmişdir. 
Bəzi qəbilələr  fəlakətdən sonra  yenilənmənin olacağına  və ölülərin diriləcəyinə  ina-
nırdılar. Bir başqa qəbilə isə Dünyanın sonunun gəlməsini gözləyirlər və istəyirdilər. 
1912-ci ildə Nimuendaju yazmışdır ki, yalnız Guaranilər deyil bütün təbiət də qocal-
mış və yaşamaqdan yorulmuşdur. Bir neçə dəfə sehrbaz-həkimlər yuxularına Nande-
ruvunuu  ilə  rastlaşdıqlarında  Yerin  yalvarıb-yaxardığını  eşitmişdilər.  Yer  çox  cəsəd 
udduğunu, yorulduğunu bildirərək, atasından kömək umurdu (10, 80). 
Dünyanın  sonu  ilə  bağlı  Amerika  miflərinin  əksəriyyətində  ya  Dünyanın  bü-
tünlüklə məhvi (Asteklərdə olduğu kimi), ya fəlakəti yeni bir Yaradılışın izləyəcəyi-
nə  inam,  ya da (Şimali  Amerikanın  bəzi  bölgələrində) qiyamət qopmadan gerçəklə-
şən yenidən canlanmaya inanc əks olunub (Bu yenidən canlanma vaxtı yalnız günah-
karlar yox olacaqlar). Astek ənənələrinə görə dünya indiyə qədər 3 və ya 4 dəfə da-
ğılmışdır və növbəti dağılma yaxın vaxtlarda baş tutacaq. Məhv edilən hər dünya öz 
“Günəş”i tərəfindən idarə olunur. Bu Günəşin düşməsi və ya yoxa çıxması Sonun ya-
xınlaşmasının  əlamətidir.  Eskimosların  inanclarına  görə,  dünya  məhv  edildikdən 
sonra sümüklər ətlərlə örtüləcək, ölülər diriləcək. Bir Maidu mifində deyilir ki, Dün-
yanı yaradan yaratdığı cütlüyə “bu dünya çox köhnəldiyi zaman onu bütünlüklə yeni-
dən  yaradacam;  onu  yenidən  yaradanda  da  sizlərin  başından  yeni  bir  doğum  keçə-
cək” deyə onları əmin edir. Atapaska qəbiləsi sayılan katoların Kosmogoniya ilə bağ-
lı başlıca miflərindən biri köhnə Göy üzünün yerini tutan Yeni Göy üzünün yaradılışı 
ilə başlayır.  
Qısası,  Kainatın  yenidən canlanmasını az-çox açıq şəkildə əks etdirən Dünya-
nın Sonuyla bağlı  bu  miflər arxaik və son dərəcə yayılmış Kosmosun get-gedə “po-
zulması” fikridir. Bu ideya da öz növbəsində Kosmosun müəyyən zaman kəsiklərin-
də məhv olub, yenidən yaradılmasını tələb edir. 
M.Eliadenin  adı çəkilən kitabında  “Şərq dinlərində dünyanın sonu” başlığı  ilə 
verilən hissədə Dünyanın yox olacağı fikrinin böyük ehtimalla Vedaların zamanında 
mövcud olduğu qeyd edilir. O, Stig Vikanderin Hind və İran miflərinə bənzəyən es-
xatoloji  savaşla  bağlı  German  mifinin  olduğunu  qeyd  edir  (9,  82).  Bu  faktlar  Hind-
Avropa xalqarının kosmoqoniyasında da Dünyanın Sonu haqqında mifin mövcud ol-
duğunu göstərməkdədir.  
Dünyanın  məhvinin  və  bərpasının  kosmik  tsiklinin  daha  ardıcıl  təsəvvürlərini 
hind  mifologiyası  verir:  kainat  məhv  olur  (allahların  və  dünyanın  məhvi);  Braxma 
yuxuya gedəndə onun gecəsi olur; sübhün açılması ilə tanrı yenidən dünyanı yaradır. 
Hind  mifologiyasının  inkişafının  son  mərhələsinə  aid  esxatoloji  görüşlərdə  günah-
ların artacağı, dünyada draxmanın yalnız dördə birinin qalacağı, varnaların qarışaca-
ğı,  dini  mərasimlərin  daha  yerinə  yetirilməyəcəyi,  hakimiyyətin  qəddar  əcnəbilərin 
əlində olacağı və dünyanın dənizin dərinliklərindən peyda olan odda məhv olacacağı, 
bununla da hər şeyin bitəcəyi təsvir olunur. Baş verəcək qiyamət günü və insanlığın 
xilaskarı Kalkin haqqında təsəvvürlər də bu esxatoloji motivlərlə bağlıdır. İnduizmin 
son  mərhələsində  kainat  ümumiyyətlə,  allah  Vişnanın  oyunu  kimi  düşünülür.  Dörd 
dövrün dəyişməsi haqqında antik konsepsiya bu hind təlimləri ilə oxşarlıq təşkil edir. 
İnsan  taleyi  kosmik  tsikllərdən  asılıdır,  fərdin  ölüb-dirilməsi  ilə  kosmosun  məhv 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     115 
 
 
olub-yenidən bərpası arasında  müəyyən əlaqə var. Bu əlaqə sosial dəyişiklər, böyük 
imperiyaların  yaranması,  icma  və  ayrı-ayrı  insanların  despotik  qüvvələrə  tabe  edil-
məsi, arxaik nizamın pozulması, kosmosun stabilliyinə xələl gətirən sosial qeyri-sta-
billik hissi ilə zəifləyir. Kosmosun stabilliyini ritual vasitəsilə möhkəmlətmək meyli 
kainatın  fəlakətini  gözləməklə  əvəzlənir.  Bu  proses  xüsusi  yekuna  iran  mifologiya-
sında çatmışdır. 
İran esxatoloji mifləri yəhudi və xristian mifologiyasının analoji süjetlərinə tə-
sir  etdi.  Roma  imperiyasının  müxtəlif  milliyyətli  aşağı  təbəqələri  arasında  xilasın 
gözlənilməsi daha da möhkəmlənirdi. Dünya tarixi ərzində, xüsusilə də sosial krizis-
lər  dövründə  esxatoloji  miflər  Maninin  öncəgörmələrində,  Talmudun  şərhlərində, 
Reformasiya epoxasının təlimlərində  və 17-18-ci  əsr rus parçalanması dövründə, öz 
tərəfdarlarına  xilas  olmağı  söz  verən  bəzi  müasir  xristian  sektalarında  (adventistlər, 
ieqovistlər)  N.  Berdyayev  və  O.  Şpenqlerin  fəlsəfi  və  kulturoloji  konsepsiyalarına 
qədər  aktuallaşır  və  inkişaf  edirdilər.  Müstəmləkə  dövründə  qula  çevrilmiş  xalqlar 
arasında  dünyəvi  dinlərin  yayılması  ilə  xilas  olma  ideyası,  müstəmləkə  zülmündən 
azad olma esxatoloji mif yaradıcılığının yeni sıçrayışını doğurdu. Bununla belə, mə-
sihi ideyalar yerli inanclara yalnız uyğunlaşdırıla bilirdi və ənənəvi mifologiya yalnız 
səthi təsir göstərirdi. 
“Başlanğıcların  yetkinliyi”  mifi  Mesapatamiya,  yəhudi  və  yunanlar  arasında 
geniş  yayılmışdı. Babil ənənələrinə görə Tufandan öncəki  səkkiz və  ya on hökmdar 
10800  ildən  72000  il  müddətində  hökmranlıq  etmişlər.  Bunun  əvəzində  tufandan 
sonrakı sülalələrin hökmdarları 1200 ildən artıq hökmranlıq etməmişlər. Bu arada ba-
billərin ən qədim Cənnət mifləri, insan irqinin bir-birini əvəzləyən bir silsilə yoxolma 
və yenidən yaradılış (ehtimalla yeddi) mifi var idi (10, 84). 
Yəhudilərdə  də  buna  bənzər  mifoloji  görüşləri  var  idi:  İlk  Cənnətin  itirilməsi, 
ömrün  gedərək  qısalması,  bir  neçə  səlahiyyətli  imtiyazlı  fərd  istisna  olmaqla  bütün 
insanlığı yox edən tufan haqqında mifoloji görüşlər bu silsiləyə aiddir (9, 84). 
Qədim  İran  xalqlarının  esxatoloji  mifləri  təqvim  və  kosmoqonik  miflərin  mo-
dellərinə bənzəyir (6, 97). İran  mifologiyasında esxatologiya cənnət, ölülərin  müha-
kiməsi,  yenidən  dirilmə  və  s.  məsələlərin  şərhi  vasitəsilə  özünü  göstərir.  “Cənnət” 
anlayışı  “Avesta”  mətnlərində  müxtəlif  şəkildə  ifadə  olunur.  Bir  mətndə  “Cənnət” 
mənasında işlənən “Vahşita ahu” ifadəsi “gözəl, ən yaxşı dünya” deməkdir. Bu sözün 
nəyi ifadə etməsi aşağıdakı parçadan aydın olur: “Ölənlərin ruhunun məskun olduğu 
yerə,  Artanın  (“həqiqətin”)  parlaq  sakinlərinə  etiqad  edirik.  “Avesta”da  cənnətin 
digər adı qara-dmana (qaro –nmana) kimi verilir ki, bunun da tərcüməsi “Tərif evi”, 
“Xəzinə evi”, yaxud da “Mükafat evi” mənasini verir. 
Zərdüşt təlimində bəzi detal  fərqinə baxmayaraq hər bir ölən adamın ruhu haq-
qında fikir vahid və ardıcıl şəkildə ifadə olunmuşdur. Həmin təlimdə irəli sürülən müd-
dəalar Pəhləvi əsərlərində aşağıdakı şəkildə verilir: “Üç gün, üç gecə ölən adamın ruhu 
onun bədəninin başı tərəfində oturur. Dördüncü gün sübh vaxtı ruh yüksək və dəhşətli 
Çükafat körpüsünə (Cinvat körpüsünə) çatır. Ora hər bir adamın ruhu gedib çatmalıdır. 
Ruhu xilas edilmiş də, ruhu lənətlənmiş də gedib çatmalıdır...” (7, 98). 
“Avesta”da  işlədilən  fraşa-krti (pəhləvicə  fraşkart) sözü bəzən  “bərpa etmək”, 
“təzələnmə”, “möcüzə  yaratma” kimi  izah olunur (7, 99). Fraşkart ayrı-ayrı ölülərin 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə