Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə54/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     120 
 
 
saymışdır.  Bu  məqam  və  Nuh  peyğəmbərlə  bağlı  mətnlərdə  onun  “İkinci  Adəm” 
deyə adlandırılması və digər məqamlar bizə imkan verir ki, bu sujeti ilkin başlanğıcla 
əlaqələndirək. Belə ki, ilkin xaosu səciyyələndirən, ilk başlanğıcı işarə edən su dün-
yanın sonundan bəhs edən daşqın mövzusunda yenidən qarşımıza çıxır. Bunu esxato-
loji miflərin yalnız daşqınla, “Nuh tufanı” ilə bağlı variantlarına deyil digər variantla-
rında da izləmək olar.  
Nəticə. Verilən bütün mifoloji mətnlərdə və görüşlərdə tamamilə məhvdən, so-
nun  mütləq  məhv  ifadə  etməsindən  danışmaq  olmaz.  Özü-özündə  bir  son  olmasına 
baxmayaraq esxatoloji  miflər tamamilə  məhv olmaqdan çox  yenilənmə, bərpanı  nə-
zərdə tutur. Dövrəvi zaman konsepsiyasına sadiq qalan mifoloji təfəkkürdə dövrəvi-
lik, sonla başlanğıcın daim bir-birini izləməsi, tamamlaması, ayrılmazlığı öz təsdiqini 
tapır. Dünyanın sonu haqqında esxatoloji təsəvvürlər bu mənada dövrəvi zaman kon-
sepsiyasına tabedir.  
 
ƏDƏBİYYAT 
 
1. Acalov A. Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı, Elm, 2004, səh. 37-66 
2. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı, Elm, 2003, 418 s. 
3. Elçin M. Nuhun dabanı. Bakı, Nurlan, 2008, 200 s. 
4. Əliyev R. Mif və folklor: genezisi və poetikası. Bakı. Elm, 2005, 224 s.  
5. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq-Qərb. 2005, 304 s. 
6. Səmədov E. Esxatologiya: mif və reallıq. Bakı, Nurlan, 2009,  95 s. 
7. Şükürov A. Mifologiya. 3-cü kitab. Bakı, Elm, 1995, 204 s.  
8. Şükürov A. Mifologiya. 5-ci kitab (Qədim Çin mifologiyası). Bakı, Elm,  
   1996, 168 s.  
9.  Mircea  Eliade.  Mitlerin  özellikleri.  Türkçesi:  Sema  Rifat.  Om  Yayınevi,  İstanbul, 
2001, 125 s.  
10. Мифы народов мира. Москва, Советская Энциклопедия, 1988, 937 стр. 
  
 
Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     121 
 
 
Hicran BABAYEVA  
Bakı Avrasiya Universitetinin doktorantı  
e-mail: bshafiqa@mail.ru  
 
BƏHLUL BEHCƏT VƏ ONUN ”TƏŞRİH VƏ MÜHAKIMƏ” ƏSƏRİ 
 
Xülasə 
Məqalə  Azərbaycanda  folklorşünaslığında  mühüm  ximətləri  olan  Bəhlul  Behcətə  və  onun 
“Təşrih və mühakimə” əsərinə həsr olunmuşdur. Bu əsər Bəhlul Behcətin folklorşünaslıq əsərləri içə-
risində xüsusi əhəmiyyəti olan əsərlərdəndir.  
Məqalədə Bəhlul Behcətin Azərbaycan ədəbiyyatında və islamşünaslığında özünəməxsus yeri 
olan  “Təşrih  və  mühakimə”  əsərindən  bəhs  edilir.  Burada  İslam  dininin  banisi  Məhəmməd  Peyğəm-
bərin və onun ailəsinin həyatı, mübarizələri vəs. barədə Bəhlul Behcətin maraqlı və dəyərli mülahizə-
ləri öz əksini tapmışdır.  
Açar  sözlər:  Bəhlul  Behcət, islamşünas,  folklorşünas,  ədəbiyyatşünas,”Təşrih  və mühakimə” 
əsəri, Məhəmməd Peyğəmbər, Məhəmməd Peyğəmbərin ailəsi. 
 
  
BAHLUL BEHJAT AND HIS WORK «TASHRIH AND MUHAKIMA» 
 
Summary 
 This  article  deals  with  Bahlul  Behjat  who has a  great role in  Azerbaijan  folklore  studies and 
his  work  named  “Tashrih  and  muhakima”.  This  work  is  one  of  B.  Behjat’s  works  which  has  a 
significant  role  among  the  works  on  folklore.  It  represents  B.  Behjat’s  intresting  and  worthwhile 
opinions  and  conclusions  about  the  founder  of  Islam-  Prophet  Muhammad’s  and  His  familiy’  s  life 
and their struggles.  
 
Key  words:  Bahlul  Behjat,  Islamic  scholar,  specialist  in  folklore,  literary  critic,  Prophet 
Muhammad, Prophet Muhammad’ s family 
  
БАХЛУЛ БЕХДЖАТ И ЕГО ПРОИЗВЕДЕНИЕ «ТЕШРИХ И МУХАКИМЕ» 
 
Резюме 
 Это статья посвящена Бахлулу Бехджате, который сыграл важную роль в азербайджан-
ском  фольклоре,  а  также  его  произведению  «Тешрих  и  мухакиме».  Это  работа  имеет  особое 
значение в творчестве фольклорных произведений Бахлула Бехджате. В статье рассказывается 
о  произведении  Бахлула  Бехджате  «Тешрих  и  мухакиме»,  которое  имеет  особое  значение  в 
азербайджанской  литературе  и  в  исламизме.  Здесь  нашли  свои  отражения  ценные  суждения 
Бахлула  Бехджате  об  основателе  Исламской  религии  пророка  Мухаммеда,  а  также  жизни  и 
борьбе его семьи. 
Ключевые слова: Бахлул Бехджат, исламовед, специалист по фольклору, литературный 
критик, Пророк Мухаммед, семя пророка Мухаммеда  
 
Məsələnin qoyuluşu: Bəhlul Behcətin elmi fəaliyyəti, əsərləri, kitabları və mə-
qalələri  diqqətlə  araşdırılmalıdır.  Onun  elmi  fəliyyətinin  əsas  ideya  ağırlığını  təşkil 
edən məqalələri, əsərləri və kitabları geniş şəkildə tədqiq edilməlidir. Bəhlul Behcə-
tin şoxsahəli fəaliyyətini müxtəlif aspektlərdən tədqiqata cəlb etmək Azərbaycan fol-
klorşünaslığının vacib məsələlərindəndir. 
İşin məqsədi: Bəhlul Behcətin bir folklorşünas kimi çoxyönümlü fəaliyyətinin 
nəticəsi olan “Təşrih və mühakimə” əsərinin folklorşünaslıqda və ədəbiyatşünaslıqda 
səciyyəsini, yerini müəyyənləşdirmək və bu sahədə tədqiqat aparmaq.  
  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə