Dədə Qorqud ● 2015/I I I 118
İslamda esxatologiya “qayıdış yeri” mənasını verən “məad” termini ilə ifadə
olunur. Bu da insanın ikinci həyatının başlandığı aləm, axirət yurdudur (9, 9). Məad
(esxatologiya) islam dininin inanc əsaslarından sayılan axirət və qiyamətlə əlaqəli
mövzuları özündə əks etdirir. Ümumiyyətlə, ölüm və ölüm sonrası problemlər mən-
bəyini islamın iki ana qaynağından Qurani-Kərim və hədislərdən götürür. İslam esxa-
tologiyası özündə bu mövzuları əks etdirir: Ölüm, qəbir həyatı (bərzax), qiyamət və
həşr, axirət (6, 32). Qurani-Kərimdə geniş bir şəkildə bəhs olunan diriliş, qiyamət və
axirət İslam dininin Allaha imandan sonra ikinci rüknüdür. Bu mövzular Qurani-
Kərimdə geniş şəkildə verilmişdir. Axirət “son” mənasını bildirən ərəb dilindəki
“axir” sözündəndir. Axirət dünya həyatından sonra başlayıb əbədiyyətə qədər davam
edəcək ikinci həyatdır. Dünya həyatına bənzəyən, lakin ondan fərqli olan ölümsüz və
əbədidir. İnsanın ölümü ilə bədəndən ayrılan ruh axirət aləminin başlanğıcı olan qə-
bir həyatını yaşayar. Qurani-Kərim digər ilahi kitablarla müqayisədə axirət əqidəsini
olduqca çox təlqin etməkdədir. Bununla birlikdə islamiyyət dünya həyatından da əl
çəkməyi tövsiyə etməmişdir. Dünya başlanğıc, axirət isə son olduğuna görə ikisi
arasında tarazlıq qurmaq İslamda xoş qarşılanır.
E.Səmədovun fikrincə, esxatoloji təlimlərin əksəriyyətində qurtarıcı inancına
rast gəlmək olar (6, 38). Xristianlıqda qurtarıcı İsa Məsihdirsə, İslamda Mehdidir.
E.Səmədov öz tədqiqatında müxtəlif mədəniyyətlərə mənsub qurtarıcı obrazla-
rını sadalayır: ibtidai din mənsublarından Yeni Qvineya yerliləri axır zamanda
gözlədikləri qurtarıcının “Mensren”, yəhudilik və xristianlıqda “Məsih”, hinduizmdə
“Kalki”, buddizmdə “Maitraya”, Qədim Misirdə “Ameni”, Sabiilikdə Paraşai Siva”,
sintoizmdə “Miroko” (6, 39). Tədqiqatçının fikrincə, qurtarıcı obrazının yaranması
səbəbi özünü zülmdən müdafiə edə bilməyən kütlənin psixologiyasının məhsuludur.
Bizim fikrimizcə, qurtarıcı ideyası kosmoqonik miflərdə ilkin əcdad, mədəni qəhrə-
manın-demiurqun funksiyasını daşıyır. Cəmiyyətin yaranması, qayda-qanunların,
əmək alətlərinin və b. meydana çıxması genealoji miflərdə adətən müəyyən mifoloji
surətlərin (ilkin əcdad, mədəni qəhrəman-demiurq) adı ilə bağlıdır (4, 11-12). Esxa-
toloji miflər yeni bir başlanğıc, yeni yaradılış, təkrar yaradılışı əks etdirdiyindən bu-
rada ilkin əcdad funksiyasını qurtarıcı icra edir.
Türk mifologiyasının əsasında tanrıçılıq ideyası durur. Odur ki, türk mifologi-
yasında esxatoloji görüşləri tədqiq etmək istəyiriksə, mütləq buna tanrıçılıq prizma-
sından yanaşmalıyıq. Türk mifologiyasının ümumi mənzərəsi və başlıca problemləri,
bir dünyabaxışı və mifik görüşlər sistemi kimi türk tanrıçılığının struktur-semantik
tərkibi, təməl, ünsür və anlayışları, funksional strukturu məhz türk tanrıçılığının məz-
mununda daha tam halda və qabarıq görünür (1, 41).
Ümumiyyətlə, türk dünyagörüşündə yaradılış, kosmoqoniya aktı daha çox diq-
qət mərkəzində idi, nəinki dünyanın sonu – esxatologiya. Ən azından bu haqda ətraflı
bilgi, məlumat yoxdur. Orxon abidlərində göyün və yerin yıxılıb çökməsi, mövcud
həyat nizamının pozulması ilə bağlı eyhamlar olsa da bunlar dünyanın dağılıb məhv
olması haqda sistemli bir düşüncəni əks etdirə bilmir (2, 114). Türk mifoloji dünya
görüşündə esxatoloji miflərdən danışarkən Cəlal Bəydili qeyd edir ki, xaotik dünya
güclərinin fəallaşması nəticəsində yer üzündə bir sıra mənfiliklər baş alıb gedir ki, bu
da dünya nizamının pozulmağına gətirib çıxarır. Türk mifoloji düşüncəsində dünya-
nın sonu məhz belə təsəvvür olunur (2, 118). Türk mifoloji düşüncəsində dünyanın
Dədə Qorqud ● 2015/I I I 119
sonu hər hansı kosmik hadisədən asılı deyil. Bunun səbəbi sosial qayda-qanunların
insanlar tərəfində pozulmasıdır. “...dünya nizamı hansısa kosmik kataklizmlər səviy-
yəsində deyil, sozial nizamın pozulmağı şəklidə özünü göstərir... dünya nizamının,
tarazlığın pozulması türk esxatoloji miflərində bu mənada yalnız ictimai əxlaqi də-
yərlərin pozulması şəklində öz əksini tapır” (2, 118). Tədqiqatçı esxatoloji miflərin
əks olunduğu mifoloji mətnlər kimi baxşılar piri, qeybdən xəbərlər verən övliya Qor-
qut Atanın adı ilə bağlanan mətn parçalarını göstərir.
İlkin çağlarda olmasa da sonradan buddizm, xristianlıq və islamın təsiri ilə türk
xalqlarının inanclarında “son gün”, “hesab günü” kimi esxatoloji anlayışlar meydana
gəlir. Anadoluda yaşayan yaşlı nəslin inanclarına görə, qiyamət yaxınlaşan zaman
bina ilə zina artacaq. Dağlardakılar kəndlərə, kəndlərdəkilər də şəhərlərə doluşacaq-
lar (2, 114). Tədqiqatçı Anadoluda ay və Günəşlə bağlı inanclar arasında maraqlı bir
faktı qeyd edir. İnama görə bir gün Ayla Günəş birləşib dünyanı yaxıb-yandıracaq və
qiyamət qoparacaqlar (2, 114).
Altaylarda qiyamət gününə “kalqançı cağ” deyilir. Bu inanışa görə də bir za-
man gələcək, yer üzündə insanların sayı azalacaq, yamanlıq, pislik və şər yer üzünü
götürəcək, cəhənnəmin sahibi Erlik yer üzünə yaxınlaşacaq, xeyir başlanğıcı olan
tanrı Ülgen unudulacaq, xeyirxah qüvvətlərlə şər ruhlar savaşacaq, ən sonda Ülgen
təkbaşına qalacaq və həşri başladacaq (2, 114).
Kosmik tufan haqqında mifoloji görüşlər də olduqca maraqlıdır. Gələcəkdə
deyil, məhz keçmişdə olub-bitmiş “Nuh tufanı” dünya xalqlarının mifologiyasında ge-
niş yayılmış bir motivdir. Dünya ədəbiyyatında bu haqda mövcud olan 80-ə yaxın
mətn Nuh peyğəmbərlə bağlı artıq baş vermiş esxatoloji məqamı əks etdirir. Azərbay-
can xalqının qəhrəmanlıq salnaməsi sayılan “Kitabi-Dədə Qorqud”un müqəddiməsinin
sonunda Nuh peyğəmbərin və onun eşşəyinin adı çəkilir: “Bin söylərsən, birisini quy-
maz, ərin sözini qulağına qoymaz. Ol, Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi sizi,
xanım, Allah saqlasun! Ocağınıza buncılayın övrət gəlməsün” (8, 23).
Dini rəvayətlə verilən məlumata görə, Nuhun gəmisinə axırıncı minən eşşək
olur. Şeytan onun quyruğundan tutub saxlayır. Bu zaman Nuh onun gəmiyə minmək
istəmədiyini düşünərək deyir: “Məlun, niyə içəri girmirsən?”. Bu zaman şeytan eş-
şəklə bərabər içəri girir. Nuh şeytanın gəmiyə mindiyinə etiraz etdikdə şeytan deyir:
“Özün demədin ki, “Ay Məlun, niyə keçmirsən?”. Bil ki, dünyada məndən məlunu
yoxdur” deyərək gəmini tərk etmir. “Kitabi-Dədə Qorqud” ensiklopediyasında Ab-
dulla B. Nuhun eşşəyinin xatırlanmasının iki məqamını işıqlandırılır: “Nuhun gəmi-
sinə aldığı ən son heyvan eşşək olmuşdur və şeytan da onunla birlikdə buraya daxil
olmuşdur. O.Şaiqin fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi əsli
sayılır ki, o, şeytanı özü ilə gəmiyə keçirmişdir. Bahəddin Ögəl bu mətləblə bağlı
başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Sam, Yasəf adlı üç oğlu və Və-
cilə adlı bir qızı var imiş. Öz adıyla tarixə düşən “Tufan”ın başlayacağını öncədən
bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O bu işi üç qonurgözə tapşırır. Əvəzində
isə qızını onlara verəcəyini bildirir. Tufandan sonra qonurgözlülər ondan qızı istə-
yirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar dönüb qız olur. Nuh öz doğma
qızının bunlardan hansı olduğunu müəyyənləşdirə bilmir. Sonradan xasiyyətlərindən
onların kim olması məlum olur. Deməli, dastançı bu əfsanədən xəbərdar olduğundan
KDQ-dəki “dörd dürlü” qadınlardan birini Nuh peyğəmbərin eşşəyindən törənmiş
Dostları ilə paylaş: |