Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə66/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     145 
 
 
Diyir,  hə,  bebelə
1
 varı-dööləti  yimədün.  Vəsiyət  eləmişmiş  kişi  arvadına,  mənim 
başımı kəsərsən, saxlıyarsan muzey kimi.  
Arvad diyir: 
– Hə, neynəy?! Saxlıyaram da... 
Vaxt-vədə olur, kişi bının arvadın alır. Diyir ki, bı sora alan kişi diyir ki, nətə-
hər  eliyəg,  yiyəg,  döyəg?!  Ya  yimiyəg,  döyəg?  Diyir,  issiyirsən,  yiyəg  döyəg,  issə-
mirsən, yiməmiş döyəg.  
Hərəsinin də bo boyda ağacı var iymiş. Gətirillər, qoyıllar kişinin başın ortalı-
ğa.  Dögillər  kişinin  başına.  Diyir  ki,  varu-döölətü  yiyirəm.  Arvadu  da  bax  almışam 
ha... Bebelə döölətdən yiyə bilmədün.  
Söylədi: Yahyayeva Narınc, 1936 təvəllüdlü, təqaüdçü. Salyan rayonu Şor-
sulu kəndi 
 
Halım budur, ay Mahmud 
Biri  var  iymiş,  biri  yox  iymiş,  qızım,  o  vaxtlar  qaynəniynən  qəddar  gəlin  çox 
iymiş. Bi ananın  iki dənə oğlı  var iymiş. Bılar gedillər çörəg qazanmağa. Çörəg qa-
zanmağa  gedillər.  Gəlinnər  diyir  ki,  indi  nağayrağ?!  Vaxt olacağ,  bir  aydan,  ay  ya-
rımnan sora oğullar gələcəy. Nağayrağ, neyniyəg, nətər eliyəg?! 
Əvvəl diyillər ki arvada, oynuyacağsan, sənə çörəg verəcüy, qaynəniyə diyillər. 
Qaynənə durur əyağa oynuyur, diyir: 
 Halım budu, ay Mahmud, 
Günüm budu, ay Mahmud. 
Oynuyub çörəg allam, 
Zülümüm budu, ay Mahmud. 
Biyəz çörəg verillər, yiyir. Gecəni yatır, səhəri diyillər, bilirsən nə var?! On beş 
dənə  cücə  mən  almışam,  on  beş  dənə  cücə  qaynımxatını
2
 alıb.  Oları  tökəcəysən 
yanua, bağda-bağçada gəzzirəcəysən. 
Arvad diyir: 
– Ay bala, mən cani-insan, nətəhər qırtıllıyıcam?! Bı cücələri yığacam başıma, 
evüzi Allah yıxsın sizin. Mən zəhmət çəkmişəm, iki dənə oğıl saxlamışam, vermişəm 
süzə. İndi axırda anac
3
 olum mən, cücə gəzzirim?!  
Diyillər:  
          – Yox ey, yox. 
Arvad diyir, haqqa boyın aparmasam, öldirəcəylər məni, çörəg vermiyəcəylər. 
Balalarım da bırda yoxdı.  
Hərəsi on  beş-on  beş cücə alıllar, tökillər arvadın  yanına.  Arvad götirir aparır 
bağa, gəzzirməgə. Vaxt, vədə olır, oğlannar gəlir.  
Diyir:  
– Bə anamız hanı, necoldı? 
Diyib: 
– Vallah, helə bıra qoşuya gedib bağın başına, gələr indi. 
                                         
1
 Bebelə – bir bu qədər  
2
 Qayınxatını – elti  
3
 Anac – cücəli toyuq 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     146 
 
 
–  Yox,  yox,  necə  qoşuya  gedib,  bağın  başına?  Neçə  aydı  biz  görmürük  ana-
bala biri-birimizi. Gedir, görür, bağnan helə gedəndə görür ki, arvad əlləri də yerdə, 
dizzəri də yerdə qırtıllıyır: – qırt, qırt, qırt, qırt. 
Arvadın da yanında bi umman cücə var, ananın. 
– Ay ana, bu nədi? 
Baxıb belə, diyib: 
–  Hə,  mənim  indi  vəziyyətim  bıdı  də.  Süz  gedənnən  bu  gündə,  bu  vəziyət-
diyəm... 
Söylədi: Yahyayeva Narınc, 1936 təvəllüdlü, təqaüdçü. Salyan rayonu Şor-
sulu kəndi 
   
Altı daş, üstü aş 
Bir  ana  da  varıymış.  Bi  qərinə
1
 qalır,  öydə  gəlin-qaynənə, oyan-bıyan...  Gəlin 
yiməyi pişirəndə altınnan daş qoyarmış boşqabın, üssinə polo
2
 tökərmiş. Qaynənə də 
yazığ,  məsələn, ər-arvad bıyanda otırırmış,  mən tək-tana qaynəniyəm dənə, o yanda 
ayrıca  otırıram.  Yiyir-içir,  bi  qərinədən  sora,  bı  kətdən  o  kəndə,  məsələn,  Qaçağ-
kəndə gedirəm mən. İndi öz-özümə diyə-diyə gedirəm. Bi qərinə qallam qızımgildə, 
görrəm, yox, bı da mənə yaxşı baxmır. Gənə gəlləm altı daş, üssi aş – oğılgilə. Helə 
öz-özimə diyə-diyə gəlləm.  
Altı daş, üssi aş, 
Gənə də oğıl yaxşıdı, 
Altı daş, üssi aş,  
Gənə də oğıl yaxşıdı. 
Oğlı  bını  eşidir.  Gəlinə  diyir  ki,  bilirsən,  nə  var?  Axşama  biyəz  xörəg  qa-
yırarsan, yoldaşına diyir. 
Diyir: 
– Əşi, xörəgi elə dünən yidüg dənə. 
Diyib: 
 – Yox e, başıma düşüb.  
Görüm hələ bı altı daş, üssi aş. Bının mənası nədi? Bını mən gözimnən görüm, 
sora inanım də bının mənasına.  
Diyib: 
–  Yox,  noolsun,  dünən  yimişüg.  Mənim  köölim  bu  gün  də  issiyir.  Anam  da 
qonağ gəlib, haçandı qızıgildədi. İndi anam boş, qazansız oturacağ? 
Xülasə,  gətirillər  axşama  bi  qazan  xörəy  pişirillər  arvada.  Gəlin  bilir  də  bının 
daşı hasıdı. Daşı qoyır, üssinə çəkir xörəyi, aparır qoyır o başda qaynənəsinin qaba-
ğına. Yoldaşıyçın da xörəy çəkir. Tez gedə öz payın aparır qoyur anasının qabağına, 
diyir: 
– Anamı mən çox issiyirəm, anam bir aydı gedib qızıgildədi, indi qonağ gəlib, 
mən payımı anama bağışdıyıram, anamın payın özim yiyəcəm.  
Elə qaşığı bi vırır, iki vırır, görür bay, bo boyda daş çıxdı boşqabdan. Elə biçıq-
qan
3
 polo daşın üzin örtir, altı daş. Helə yazzığ anam düz diyirmiş.  
                                         
1
 Qərinə – burada bir müddət anlamında işlədilib. 
2
 Polo – plov, aş 
3
 Biçıqqan – bir az 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     147 
 
 
Altı daş, üssi aş, 
Gənə də oğıl yaxşıdı. 
Belə də gəlinnər olıb, gözüə qurban olım sənin.  
Söylədi: Narınc Yahyayeva, 1936 təvəllüdlü, təqaüdçü, Salyan rayonu Şor-
sulu kəndi 
 
Çoxbilmiş gəlinlər 
Birinin iki dənə oğlı olır, oğlannar çıxır gedir, ana qalır gəlinnərin ümidinə. Hə, 
gəlinnər, diyir, nağayrağ, nətəər eliyəg? Bizim günümüzü day qara eliyib bı, çörəyi-
mizi  para  eliyib.  İsrahatdığımız  yoxdı,  yidigimizi-işdigimizi  bilmirüy,  qoymır  aylə-
ligdə  dolanağ.  Elə  oğlannarı  gəlincən  bını  sərbirah  eliyəg
1
,  ancağ  əlimizin  izi  tüş-
məsin  də...  ekspertə-yada  verəllər,  yoxlatdırıb  eliyəllər,  biz  günahkar  olaruğ.  Helə 
mını qoyıllar palazın arasına, o divara çırpıllar, bı divara çırpıllar, o divara çırpıllar, 
bı divara çırpıllar. Görillər, yox, arvadın hələ ki, canı var. Bı səfəri daraşıllar iki qa-
yınxatını, mını oqqədə qıdığlıyıllar, qıdığlıyıllar, ta ürəgi dayanıncan. Görillər ki, day 
nəfəsi kəsildi, haray-dad, qaynənəmiz öldi. Ada, qaynənəni helə özzəri öldiriblər e... 
Yazzığ qaynənə. Belə də gəlinnər var. Yaxşı da gəlinnər, pis də gəlinnər var.  
Söylədi: Narınc Yahyayeva, 1936 təvəllüdlü, təqaüdçü, Salyan rayonu Şor-
sulu kəndi 
 
Məxmər tüklü 
Allah-taala, gözüə qurban olum, nida verir peyğəmbərimizə, diyir: 
–  İlahidə  naqqada  qurd-quş  yaradmışamsa,  hamısı  mənim  hüzuruma  gəlsin, 
balaları da yanında gəlsin ha... Hər kəsən tək gəlməsin. 
Peyğəmbər salavatulla da diyir ki, əmr eliyir ki: 
– Ey qurd-quş, cannı-cinni, Allah nida verib ki, balalaruuznan Allahın hüzuru-
na gələcəgsüz. Kirpi tək gedir, baxır görür, hammısı balasıynan gəlib.  
Kirpiyə diyib: 
– Bəs səən balon hanı? 
Diyib:  
– Səən canua fəda olum, pərvərdigara, sənə qurban olım, mən balamı ona gora 
gətirmədim  ki,  məəm  balam  maxbər  tüklidi,  bırda  nəzər  olar,  göz  dəyər.  Gör  ha... 
Kirpidən tikannı heyvan yoxdı. Gör evlad nağada şirindi ki, diyir, sənə fəda olım, di-
dim ki, balama göz dəyməsin.  
Söylədi: Narınc Yahyayeva, 1936 təvəllüdlü, təqaüdçü, Salyan rayonu Şor-
sulu kəndi 
Hazırcavab qayınana 
Birinin bi dənə oğlı varıydı. Ana evladına didi, gəl səni evləndirim. Ananın da 
du-dumanı
2
, evləri böyig. Ana gəlinin gətirdi, evinə də. Gəlin gələnnən sora, ana gə-
lini bı evdən o evə çıxartdı, o evdən bı evə çıxartdı, bı evdən eyvana çıxartdı, eyvan-
nan da apardı qırağa çıxartdı.  
                                         
1
 Sərbirah eliyəg – tədbir tökək, nəsə düşünək 
2
 Du-duman – böyük ev, möhtəşəm ev 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə