43
Distant tə hsilin xarakteristikalarına ə sasə n aş ağ ıdakılar aiddir:
Kursun struktur quruluş unun özə lliklə ri:
Distant təhsil zamanı öyrənənin mühazirə mətnlərini və digər elektron tədris
materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan bütün materialları istifadə
etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə
və şəraitdə həmin materialı oxuyub öyrənmək imkanı əldə edir. Burada kursun
materiallarını hazırlayanların işindən çox şey aslıdır. Mətn və materiallar elə
hazırlanmalıdır ki, onlar yorucu olmasın , daha da cəlbedici olsun. Bu məqsədlə,
xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək məsləhət
görülür. Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması vacib
şə
rtlərdən hesab olunur.
Kommunikasiya imkanları və vasitə lə ri:
Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, məlumatları və digər tədris
yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və həmin növ materialları
onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə təminatı tələb edir.
Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, telefon, televizor,
faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş rejimini və internetin
didaktik imkanlarından yararlanmanı təmin edə biləcək proqram vasitələri aid edilə
bilər. Bundan əlavə rabitə mühitinin imkanları da təhsil mühitinin imkanlarına mütləq
cavab verməlidir.
Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri:
Ə
nənəvi təhsil formasında olduğu kimi distant təhsil forması da özünəməxsus
müxtəlif təlim metodları ilə zəngindir. Bu metodların əsas məqsədi və qarşıya
qoyduqları vəzifələrdən ən başlıcası (demək olar ki, həm də ortada olan ən böyük
problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı
ə
laqələrinin sıx təşkilinə yönəlmişdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə və
vasitələrin işlənməsinə baxmayaraq (çat, elektron, audio və video konferensiya və
digər) hələ də müəyyən işlərin görülməsinə ehtiyac vardır[13, s.22].
44
Distant təhsilin əsas atributları aşağıdakılardır:
Öyrənənin fəaliyyətinin detallar üzrə dəqiq müəyyənləşdirilməsi.Yəni
məsələlərin qoyuluşu, məqsəd və vəzifələrin izah olunması, tədris vasitələrinin
istismara hazırlanması və s;
Öyrənən və öyrədən, öyrənən və tədris vəsaiti və tədris qrupları arasında
interaktivliyin təmin olunması ;
Müstəqil düşüncə tərzinin dəstəklənməsi və tədris yönümlü proqramlarda bu
amilin yüksək səviyyədə təmin olunması ;
Proqramların materialın öyrədilməsində ardıcıllığa istinad etməsi və bu
ardıcıllığın pozulmamasına nəzarət edə bilməsi imkanları ilə təchizatı[13, s.24].
Distant təhsilin aşağıdakı növləri var:
Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və
imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər səmərəli
ola bilər. Dünyada distant təhsilin imkanları getdikcə artır. Bir çox təhsil
müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəbdən başlamış ali təhsilə və
MBA-ya qədər bütün növ distant təhsil kursları təşkil edirlər.
Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növləri üzrə oxumaq olar:
• ali təhsil almaq (University of Liverpool və s.);
• magistraturada oxumaq (Walden University və s.);
• ikinci ali təhsil almaq;
• xarici dil öyrənmək (http://www.study.ru/lessons/online/ və s.);
• MBA proqramı üzrə təlim kursu keçmək;
• internet-treninqlərdə iştirak etmək (http://webinar.ru/ və s.);
• ixtisas kurslarında oxumaq (http://www.online-academy.ru/index.html və s.);
• orta təhsil almaq və s[6].
KT-nin imkanlarnın kifayət qədər artdığına görə təhsilin distant formada keçirilməsi
üçün kompüter texnologiyalarının imkanlarından kifayət qədər istifadə olunur. Bu
sistemlər üçün Proqram paketləri yaradılır, nternetdə istifadə olunan proqramların
imkanlarından istifadə olunur, e-təlimlərin keçirilməsi üçün saytlar yaradılır. Bu
45
məqsəd ilə bir çox təşkilarlar öz məhsullarını dünya bazarlarına çıxartmışdır. Bu
proqramlar müştəri/server prindipi əsasında işləyirlər.Serverdə lazım olan proqram
paketi yüklənildikdən sonra, tədris keçmək istəyən tələbələr onların ünvanlarına
girərək özlərinə uyğun dərslikləri seçib öz təlim kurslarını keçməyə başlayırlar.
Distant təhsilin keçirilməsi məqsədi ilə aşağıdakı texnologiyalardan istifadə olunur:
Telekonferanslar: audiokonferensiyalar, videokonferensiyalar, kompüter
telekonferensiyaları;
nternet şəbəkəsinə əsaslanan texnologiyalar: MOO (Multi-user Object
Oriented), MUD (Multi User Domain), IRC, WWW, FTP, Elektron poçt
(e-poçt) və Paylanma (listserv) texnologiyaları.
Audiokonferensiyalar
- Bu iştirakçiların səsli konferensiyaları keçirilən
telekonferensiya növüdür.Audiokonferensiyaları rəqəmli və ya analoqlu əlaqə xətləri
ilə təşkil etmək olar.Bu texnologiyalardan birtərəfli video sputnik TV, həmçinin
elektron yığıncaqların keçirilməsi üçün istifadə edirlər. Verilmiş telekonferensiya tipi
distant təhsil kurlarının keçirilməsi üçün məhdud imkanlar verir.
Videokonferensiyalar
– Video əks, səs və verilənlərin aparatura və müvafiq
proqram təminatları olan iki və ya daha artıq nöqtədə mübadiləsi üçün nəzərdə
tutulmuşdur. Onun iştirakçıları real vaxtda bir-birlərini görə və eşidə, həmçinin
verilənlər mübadiləsi apara bilərlər. Müvafiq sistem təhsil alanlarla müəllim arasında
heç bir yol xərci çəkmədən əlaqə yaratmağa, məlumat mübadiləsi aparmağa və dərs
prosesində tələbələrin tapşırıqlar üzərində birgə işləmə imkanlarının məhsuldarlığını
artırmağa malikdir. Müxtəlif növ informasiya mübadiləsi sistemlərini, əlaqənin
rahatlığını və s nəzərə alaraq, videokonferensiya texnologiyalarını distant təhsil
sistemində effektiv saymaq olar.Bəzi ölkələrdə videokonferensiyaların keçirilməsi
üçün ayrıca televiziya kanalları açılır və distant təhsil kurslarının keçirilməsi üçün
istifadə edilir.
Dostları ilə paylaş: |