Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

43 

 

 



Distant təhsilin xarakteristikalarına əsasən aşağıdakılar aiddir: 

Kursun struktur quruluşunun özəllikləri: 

 Distant  təhsil  zamanı  öyrənənin  mühazirə  mətnlərini  və  digər  elektron  tədris 

materiallarını  yazmasına  ehtiyac  qalmır.  O,  təklif  olunan  bütün  materialları  istifadə 

etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə 

və  şəraitdə  həmin  materialı    oxuyub  öyrənmək  imkanı  əldə  edir.  Burada  kursun 

materiallarını  hazırlayanların  işindən  çox  şey  aslıdır.  Mətn  və  materiallar  elə 

hazırlanmalıdır  ki,  onlar  yorucu  olmasın  ,  daha  da  cəlbedici  olsun.  Bu  məqsədlə, 

xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək məsləhət 

görülür.  Kursun  mümkün  qədər  sadə  və  anlaşıqlı  formada  hazırlanması  vacib 

şə

rtlərdən hesab olunur. 



Kommunikasiya imkanları və vasitələri: 

 Distant  təhsil  texnologiyasının  tətbiqi  informasiyanı,  məlumatları  və  digər  tədris 

yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və həmin növ materialları 

onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə təminatı tələb edir. 

Bu  vasitələrə  kompüter  dəsti,  printer,  skaner,  proyektor,  modem,  telefon,  televizor, 

faks  və  digər  şəbəkə  qurğuları  və  bu  qurğuların  normal  iş  rejimini  və  internetin 

didaktik  imkanlarından  yararlanmanı  təmin  edə  biləcək  proqram  vasitələri  aid  edilə 

bilər. Bundan əlavə rabitə mühitinin imkanları da təhsil mühitinin imkanlarına mütləq 

cavab verməlidir.  

Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri:  

Ə

nənəvi  təhsil  formasında  olduğu  kimi  distant  təhsil  forması  da  özünəməxsus 



müxtəlif  təlim  metodları  ilə  zəngindir.  Bu  metodların  əsas  məqsədi  və  qarşıya 

qoyduqları  vəzifələrdən  ən  başlıcası  (demək  olar  ki,  həm  də  ortada  olan  ən  böyük 

problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı 

ə

laqələrinin sıx təşkilinə yönəlmişdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə və 



vasitələrin  işlənməsinə  baxmayaraq  (çat,  elektron,  audio  və  video  konferensiya  və 

digər) hələ də müəyyən işlərin görülməsinə ehtiyac vardır[13, s.22]. 

 



44 

 

Distant təhsilin əsas atributları aşağıdakılardır: 

  Öyrənənin  fəaliyyətinin  detallar  üzrə  dəqiq  müəyyənləşdirilməsi.Yəni 

məsələlərin qoyuluşu,  məqsəd və vəzifələrin izah olunması, tədris vasitələrinin 

istismara hazırlanması və s; 

  Öyrənən  və  öyrədən,  öyrənən  və  tədris  vəsaiti  və  tədris  qrupları  arasında 

interaktivliyin təmin olunması ; 

  Müstəqil  düşüncə  tərzinin  dəstəklənməsi  və  tədris  yönümlü  proqramlarda  bu 

amilin yüksək səviyyədə təmin olunması ; 

  Proqramların  materialın  öyrədilməsində  ardıcıllığa  istinad  etməsi  və  bu 

ardıcıllığın pozulmamasına nəzarət edə bilməsi  imkanları ilə təchizatı[13, s.24]. 

Distant təhsilin aşağıdakı növləri var: 

    Əgər  texnologiyalar  və  təlim  metodu  tələbə  və  müəllimin  məqsədləri  və 

imkanlarına  cavab  verirsə,  distant  təhsil  ənənəvi  təhsil  forması  qədər  səmərəli 

ola  bilər.  Dünyada  distant  təhsilin  imkanları  getdikcə  artır.  Bir  çox  təhsil 

müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəbdən başlamış ali təhsilə və 

MBA-ya qədər bütün növ distant təhsil kursları təşkil edirlər. 

Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növləri üzrə oxumaq olar: 

• ali təhsil almaq (University of Liverpool və s.); 

• magistraturada oxumaq (Walden University və s.); 

• ikinci ali təhsil almaq; 

• xarici dil öyrənmək (http://www.study.ru/lessons/online/ və s.); 

• MBA proqramı üzrə təlim kursu keçmək; 

• internet-treninqlərdə iştirak etmək (http://webinar.ru/ və s.); 

• ixtisas kurslarında oxumaq (http://www.online-academy.ru/index.html və s.); 

• orta təhsil almaq və s[6]. 

  KT-nin imkanlarnın kifayət qədər artdığına görə təhsilin distant formada keçirilməsi 

üçün  kompüter  texnologiyalarının  imkanlarından  kifayət  qədər  istifadə  olunur.  Bu 

sistemlər  üçün  Proqram  paketləri  yaradılır,  nternetdə  istifadə  olunan  proqramların 

imkanlarından  istifadə  olunur,  e-təlimlərin  keçirilməsi  üçün  saytlar  yaradılır.  Bu 



45 

 

məqsəd  ilə  bir  çox  təşkilarlar  öz  məhsullarını  dünya  bazarlarına  çıxartmışdır.  Bu 



proqramlar  müştəri/server  prindipi  əsasında  işləyirlər.Serverdə  lazım  olan  proqram 

paketi  yüklənildikdən  sonra,  tədris  keçmək  istəyən  tələbələr  onların  ünvanlarına 

girərək  özlərinə  uyğun  dərslikləri  seçib  öz  təlim  kurslarını  keçməyə  başlayırlar. 

Distant təhsilin keçirilməsi məqsədi ilə aşağıdakı texnologiyalardan istifadə olunur: 

  Telekonferanslar:  audiokonferensiyalar,  videokonferensiyalar,  kompüter 

telekonferensiyaları; 

  nternet  şəbəkəsinə  əsaslanan  texnologiyalar:  MOO  (Multi-user  Object 

Oriented),    MUD  (Multi  User  Domain),  IRC,  WWW,  FTP,  Elektron  poçt 

(e-poçt) və Paylanma (listserv) texnologiyaları. 

Audiokonferensiyalar

  -  Bu  iştirakçiların  səsli  konferensiyaları  keçirilən 

telekonferensiya növüdür.Audiokonferensiyaları rəqəmli və ya analoqlu əlaqə xətləri 

ilə  təşkil  etmək  olar.Bu  texnologiyalardan  birtərəfli  video  sputnik  TV,  həmçinin 

elektron yığıncaqların keçirilməsi üçün istifadə edirlər. Verilmiş telekonferensiya tipi 

distant təhsil kurlarının keçirilməsi üçün məhdud imkanlar verir.   



 Videokonferensiyalar

  –  Video  əks,  səs  və  verilənlərin  aparatura  və  müvafiq 

proqram  təminatları  olan  iki  və  ya  daha  artıq  nöqtədə  mübadiləsi  üçün  nəzərdə 

tutulmuşdur.  Onun  iştirakçıları  real  vaxtda  bir-birlərini  görə  və  eşidə,  həmçinin 

verilənlər mübadiləsi apara bilərlər. Müvafiq sistem təhsil alanlarla müəllim arasında 

heç bir yol xərci çəkmədən əlaqə yaratmağa, məlumat mübadiləsi aparmağa və dərs 

prosesində tələbələrin tapşırıqlar üzərində birgə işləmə imkanlarının məhsuldarlığını 

artırmağa  malikdir.  Müxtəlif  növ  informasiya  mübadiləsi  sistemlərini,  əlaqənin  

rahatlığını  və  s  nəzərə  alaraq,  videokonferensiya  texnologiyalarını  distant  təhsil 

sistemində  effektiv  saymaq  olar.Bəzi  ölkələrdə  videokonferensiyaların  keçirilməsi 

üçün  ayrıca  televiziya  kanalları  açılır  və  distant  təhsil  kurslarının  keçirilməsi  üçün 

istifadə edilir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə