Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

34 

 

internet  şəbəkəsinin  sürətindən  asılı  olur.Elektron  poçt  xidmətinin  didaktik 



xüsusiyyətlərinə  kompüterin  özündə  hazırlanmış  və  ya  fayl  şəklində  kompüterin 

yaddaşında  saxlanılan  informasiyanın  mübadiləsi,  qəbul  olunmuş  informasiyanın 

kompüterin yaddaşına yazılması, onun üzərində redaktə işlərinin aparılması imkanları 

və  həmin  informasiyanın  digər  E-ünvanlara  göndərilməsi  imkanları,daxil  olan 

informasiyanın  kompüterin  monitorunda  birbaşa  canlandırılması  imkanları  aid  edilir. 

Bu xidmətdə həmçinin virtual tədris qruplarının yaradılması , qrup üzvləri ilə asinxron 

informasiya mübadiləsinin aparılması mümkündür. Kompüterdə işləmək üçün bir neçə 

sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər. 

Həm  öyrədənlər,  həm  də  öyrənənlər  üçün  Elektron  poçt  xidməti  dərslərə  daha  yaxşı 

hazırlaşmağa,  bu  məqsədlə  digər  tədris  iştirakçıları  ilə  müzakirələr  aparmağa  və 

qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP 

serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına imkan yaradır.  

     nternet şəbəkəsində didaktik imkanların reallaşdırılması məqsədi ilə istifadə edilən 

digər  bir  xidmət  növü  isə  “elektron  kitabxana”dır.  Elektron  kitabxana  kitabların, 

müəssisə  daxili  əmr  və  sərəncamların,  müxtəlif  təlimat  və  göstərişlərin  və  s. 

çeşidlənmiş formada toplandığı, axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin 

saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana 

həm  də  özündə  müxtəlif  təyinatlı  elektron  məlumatları  saxlayan  veb  səhifə  kimi  də 

hazırlana bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış 

bazalar  şəklində  də  yaradıla  bilər.Elektron  kitabxanaların  yaradılması  və  onlardan 

geniş  miqyaslı  istifadənin  təşkili  əsasən  təhsil  müəssisələrinin  nəzdində  fəaliyyət 

göstərən  ənənəvi  kitabxana  resurslarının  işinin  yeni  tələblər  əsasında  qurulmasına 

yönəlmişdir. Onun tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ 

məlunat  alınması  imkanlarını  təmin  edir. 

stifadəçi  elektron  kitabxananın 

xidmətlərindən  istifadə  edərkən  konkret  sorğulara  konkret  cavablar  alır  və  bu  da  ilk 

növbədə  vaxt  itkisinin  qarşısının  alınmasına  kömək  edir.  Əgər  elektron  kitabxananın 

işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə 

artmış  olur.Bu  xidmət    tədris  prosesinin  səmərəli  təşkili  üçün  geniş  imkanlar  açır, 

kitabxana  üzrə  avtomatlaşdırılmış  axtarış  və  naviqasiya  sistemlərinin  imkanlarından 




35 

 

istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər 



iştirakçıları  üçün  prosesin  təşkilinə  yaxşı  şərait  yaradır.  Bu  gün  dünyanın  ən  böyük 

elektron  kitabxanası  Çin  Xalq  Respublikasında  fəaliyyət  göstəriri.  Bu  kitabxana  12 

milyon  müxtəlif  elektron  sənəddən  ibarət  məlumatlar  bazasını  özündə  cəmləşdirir. 

Kitabxanaya  müraciət  internet  şəbəkə  vasitəsilə  aparılır.  Kitabxananın  ən  maraqlı 

cəhəti müəllif hüquqlarının qorunmasına  önəmli yer verməsidir. 

Elektron konferensiyalar: Çox vaxt kompüter konferensiaları adlandırılan elektron 

konferensiyalar  məsafədən  aslı  olmayaraq  müxtəlif  iştirakçıların  vahid  mövzu 

ə

trafında  müzakirələr  aparmasına,  qərarlar  qəbul  etməsinə  və  qəbul  olunmuş 



qərarların  icrasına  birgə  nəzarət  etməsinə  imkan  verən  internet  şəbəkəsinin 

xidmətlərindəndir.  Bu  zaman  elektron  konferensiya  iştirakçılarının  eyni  vaxtda 

kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konkerensiya iştirakçılarının 

aparat  təminatı  elektron  poçt  istifadəçilərinin    aparat  təminatı  ilə  əsasən  üst-üstə 

düşürməlidir.Proyektorların  tətbiqi  elektron  konferensiaların  daha  səmərəli  təşkilinə 

gözəl  imkanlar  açır.  Konferensiyanın  təşkilində  istifadə  olunan  aparatların  proqram 

təminatı  isə  bütün  istifadəçilər  üçün  eyni  olmalıdır.  Elektron  konferensiya  rejimini 

dəstəkləyən  ən  populyar  proqramlardan  biri  kimi  Skayp    (Skype)  proqramını 

göstərmək  olar.  Bu  proqram  istifadəçilər  arasında  multimedia  tipli  əlaqələrin 

qurulması üçün çox mükəmməl imkanlar yaradır. 

   Elektron  konferensiyalarda    iştirak  edənlər  vaxt  baxımından  bir-birindən  asılı 

olurlar (sinxron təhsil forması), iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və 

yazılı  məlumat  bütün  iştirakçılar  tərəfindən  eyni  vaxtda  qəbul  olunur  və  onların 

verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir.  nternetin bu 

xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs 

cədvəli  əsasında  mühazirələrdə,  seminar  və  təcrübə  məşqələlərində  iştrakının  təmin 

olunmasına  yaxşı  şərait  yaradır.  Elektron  konferensiya  iştirakçılarının  elektron 

ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək 

bacarıqlarının olması vacib şərtlərdəndir, lokal kompüter şəbəkəsində təşkili üçün isə 

şə

bəkənin  mütləq  FTP  serverlə  təchiz  olunmalıdır.  Belə  server  bütün  konfrans 




36 

 

iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin 



məlumatlardan  yararlanması  üçün  geniş  imkanlar  yaradır.  Elektron  konferensiya 

iştirakçılarının  mətn,  qrafik,  audio  və  video  və  s.  məlumatlarla,  eyni  zamanda  bu 

məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların  çatdırılması imkanları 

bu növ xidmətlərin didaktik xüsusiyyətlərini  özündə əks etdirir. 



  Telekonferensiya  və  videotelefon  xidmətləri:  Bu  xidmətlər  öyrədən  və 

öyrənənlərlə ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman iştirakçıların sayı 

çox  olsa  da,  eyni  vaxtda  yalnız  iki  istifadəçi  arasında  qarşılıqlı  informasiya 

mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana qədər yalnız 

müşahidəçi  rolunda  olurlar.  Bu  növ  xidmətin  təşkili  üçün  nəzərdə  tutulan  aparat  və 

proqram təminatı özünəməxsusluğu ilə fərqlənsə də, əsasən elektron konferensiaların 

aparat  və  proqram  təminatı  ilə  üst-üstə  düşür.  Telekonferensiya  və  videotelefon 

xidmətlərini  digər  internet  xidmətlərindən  fərqləndirən  ən  mühüm  cəhət  iştirakçılar 

tərəfindən  ötürülən  və  qəbul  edilən  informasiyanın  ölçüsünə  məhdudiyyətlərin 

qoyulması  və  bu  məhdudiyyətlərin  də  materialın  keyfiyyətinə  təsir  etməsidir.Bu  tip 

şə

bəkə  xidmətlərinin  didaktik  xüsusiyyətləri  tədris  məqsədli  proqramlarla  paralel, 



təsvirlərin,  səsin,  qrafik  informasiyanın    və  s.  real  vaxt  müddətində  istifadəçilərə 

çatdırılması imkanlarının geniş olmasıdır[13, s.11-20].  

   Təhsil müəssisələrinin kompüterləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklər 

yaradır. nformasiya  texnologiyalarından  bu  gün  nəinki  təhsil  müəssisələrinin  idarə 

olunmasında,  həm  də  müəssisədən  kənar  tədbirlərin  həyata  keçirilməsində  də  geniş 

istifadə  olunur.Xüsusən  də  internetin  yaranması,  gənclər  arasında  onun  çox  populyar 

olması,  təhsilin  çox  müxtəlif  sahələrində  yeni  istiqamətlər  yaradır.Bu  günə  qədər 

pedaqoqlar  fərdi  kompüter  kimi  güclü  təlim  vastəsinə  tarixən  heç  vaxt  malik 

olmamışlar.Təlimdə  elə  texniki  vastə  yoxdur  ki,  didaktik  imkanlarına  görə  onunla 

müqayisə  edilə  bilsin. nformasiyaların  sürətli  artımı  şəraitində  təhsilin  məzmunu  və 

təşkilinə  verilən  tələblər  də  dəyişir.Bu  günün  təhsili  şagirdlərə  daha  çox  informasiya 

yadda saxlamaq yox, tənqidi və məhsuldar düşünməyi, öyrənməyi, problem xarakterli 

məsələləri sərbəst həll etməyi öyrətməlidir. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə