Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

25 

 

  Kompüter  siniflərinin,  proqram  təminatının,  idarəetmə  sistemlərinin  ən  optimal 



konfiqurasiyalarının və  KT-nin təhsildə tətbiqinin yeni variantlarının hazırlanması;  

  Müxtəlif   informasiya  sistemlərinin,  məsafədən  təhsil  və  multimedia  vasitələrinin 

tətbiqi  ilə  bağlı  meydana  çıxan  yeni  nəzəri  biliklərin  öyrənilməsi,yerli  və  qlobal 

şə

bəkələrin tətbiqinin elmi əsaslarının hazırlanması;  



  Təhsildə  KT-nin  tətbiqinin  gedişi  ilə  bağlı  elmi-praktik  konfransların 

keçirilməsi,təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-

tədqiqat mərkəzinin yaradılması; 

  Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi, 

xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması[13, s.7-9]. 

 

1.3.Təhsildə  KT ilə bağlı xarici dövlətlərin və Azərbaycan təcrübəsinin 



öyrənilməsi, milli siyasət və strategiya , ümumtəhsil məktəblərində vəziyyə

 Bugün ən müasir informasiya və kommunikasiya texnologiyalarını -  nternet, elektron 

poçt  və  qlobal  rabitə  imkanları  olmadan  təsəvvür  etmək  mümkün  deyil.  KT 

cəmiyyətin inkişafına müsbət təsir etmək imkanlarına malik olan mühüm bir vasitədir. 

Bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  KT-nin  təhsildə  tətbiqi 

nəticəsində böyük nailiyyətlər əldə etmişlər.Dünya təcrübəsi aydın şəkildə göstərir ki, 

informasiya  və  kommunikasiya  texnologiyalarından  geniş  istifadə  olunması  ölkənin 

hərtərəfli  inkişafına  xidmət  edir.Buna  görə  də  inkişafı  gücləndirmək  məqsədilə  ölkə 

potensialından istifadə etmək üçün hər bir ölkənin öz milli  KT strategiyasının işlənib 

hazırlanması  mühüm  əhəmiyyət  daşıyır.  Müasir  cəmiyyətin  inkişaf  səviyyəsi  onun 

informasiya  infrastrukturunun  inkişaf  dərəcəsi  ilə  təyin  olunur.  qtisadi  cəhətdən 

inkişaf etmiş ölkələrdə demək olar ki, insan fəaliyyətinin bütün sahələrini əhatə edən 

güclü informasiya infrastrukturu sürətlə inkişaf etməkdə davam edir.Bu elmin müxtəlif 

ölkələr üzrə yayılması ayrı-ayrı zamanlara təsadüf edir. Qərbdə və Yaponiyada təhsilin 

informasiyalaşdırılması 40 il əvvəl başlamışdır.Son illərdə isə ümummilli proqramlar 

işlənib  hazırlanmış  və  dövlət  bu  proqramlara  külli  miqdarda  vəsait  ayırmışdır.Hal-

hazırda  ABŞ-da  informasiyalaşdırmaya  kapital  qoyuluşunun  ümumi  həcmi  hərbiyə 



26 

 

xərclənən  vəsaitin    ümumi  həcmindən  daha  çoxdur.  Avropada,  ABŞ-da,  Yaponiyada 



və dünyanın  bir sıra inkişaf etmiş ölkələrində informasiyalaşdırmanın həlledici rolunu, 

onun  insanların  həyat  fəaliyyətindəki  əhəmiyyətini,  elmi    texnologiyalardan 

istifadəsini,  milli  məhsulun  istehsalında  verdiyi  töhfəni  vaxtında  qiymətləndirmişdir. 

Bu  ölkələrdə  informasiya  və  kommunikasiya  vasitələrinin  inkişafı  əsasında  əmək 

məhsuldarlığının artıması hiss olunacaq dərəcədə təmin olunmuş, təhsildə, səhiyyədə, 

ticarətdə,  istehsalatda  həyat  səviyyəsi  yeni  baxımda  formalaşmışdır.  Azərbaycan 

Respublikasında  T-nin təşəkkülü keçən əsrin 2-ci yarısından sonra başlamışdır. Keçən 

dövr  ərzində  bu  sahə  üzrə  uğurlu  nəticələr  əldə  olunmaqdadır.  Belə  ki,  hal-hazırda 

respublikada  dövlət  səviyyəsində  dövlət  və  özəl  qurumlarda  informasiya  və 

kommunikasiya  texnologiyaları  sahəsində  bir  sıra  əhəmiyyətli  dövlət  proqramları  və 

layihələr  həyata  keçirilmişdir  və  keçirilməkdə  davam  edir.  Bu  istiqamətdə  Rabitə 

Texnologiya  Nazirliyinin  gördüyü  işlər  nəticəsində  Azərbaycan  informasiya-

kommunikasiya  texnologiyaları  sahəsində  sürətlə  inkişaf  edən  ölkələr  sırasına  daxil 

olmuşdur. Ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və 

iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, e-təhsil, distant təhsil və s.) 

təşəkkül  tapması,  informasiya  və  bilik  bazarının  yaradılması,  iqtisadiyyatın  müxtəlif 

sahələrinin  inkişafı,xidmətlərin  keyfiyyətinin  yüksəldilməsi  istiqamətində  mühüm 

addımlar  atılmışdır.MDB  ölkələri  arasında  ilk  dəfə  Azərbaycanda  sabit  telefon 

şə

bəkəsi  tam  elektronlaşdırılmış  və  ölkənin  bütün  yaşayış  məntəqələri 



telefonlaşdırılmışdır  və  respublikanın  bütün  rayon  mərkəzləri  magistral  fiber-optik 

telekommunikasiya 

şə

bəkəsinə 



qoşulmuşdur. 

2013-cü 


ilin 

Azərbaycanda 

“ nformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizdə bu sahənin 

inkişafına yeni təkan vermişdir. Azərbaycan  lk telekommunikasiya peykini məhz bu 

ildə  orbitə  çıxarmağa  nail  olmuşdur.  8  fevral  2013-cü  il  tarixində  Azərbaycanın  ilk 

peyki  olan  “Azerspace-1”  telekommunikasiya  peyki  orbitə  buraxılmışdır.Bu  da 

ölkəmizin  müstəqillik  dövründə  əldə  etdiyi  ən  yüksək  texniki  nailiyyətlərdəndir. 

Avropa,  Yaxın  Şərq,  Orta  Asiya  və  Afrika  ölkələrinə  telekommunikasiya,  internet, 

televiziya-radio  yayımı  xidmətləri  göstərməyə  imkan  verən  peykin  artıq  kommersiya 

istismarına başlanılmışdır. 2015-ci ilə qədər rəqəmli yayıma keçidi təmin etmək barədə 




27 

 

aparılan  işlər  yekunlaşmışdır.Bu  illər  ərzində  poçt  sahəsində  xidmətlərin 



yüksəldilməsi,  infrastrukturun  müasirləşdirilməsi,  kadr  potensialının  gücləndirilməsi 

istiqamətində ardıcıl işlər görülmüşdür. 2005-2010-cu illərdə Dünya Bankının dəstəyi 

ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru 

oaln “Azərpoçt” MMC yaradılmışdır.Onun şəbəkə imkanlarından  istifadə olunmaqla 

ə

nənəvi xidmətlərlə yanaşı, poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin 



göstərilməsi də təmin edilmişdir. Azərbaycan Respublikasında kompyuter və elektron 

avadanlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə artmaqla son 5 il ərzində 2 

dəfə genişlənmişdir[3, s.6-15]. 

      Bütün Avropa ölkələri  KT-dən müxtəlif sahələrdə, o cümlədən Azərbaycanda da 

təhsil sahəsində istifadəni nəzərdə tutan milli strategiyalar qəbul etmişlər. 2015-ci il 

19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin 

inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda 

təhsil  sisteminin  bütün  pillələrinin  yeniləşməsi  ilə  bağlı  mərhələlərlə  həyata 

keçiriləcək  tədbirlər  sistemi  öz  əksini  tapmışdır.  Təbii  ki,  hazırki  şəraitdə  təhsilin 

inkişafı  müasir  texnologiyasız  mümkün  deyil.  Elə  bu  səbəbdən  də  KT-nin  təhsil 

sahəsinə  transfer  edilməsi  və  genişləndirilməsi  prioritetə  çevrilib. Bu  gün  dünyanın 

ə

ksər  ölkələrinin  təhsil  sistemində  informasiya  texnologiyalarının  tətbiqi  xeyli 



yeniliklərə yol açsa da, məktəblərin informasiyalaşdırılmasında həlli çətin problemlər 

də  var.Bir  çox  hallarda  bu  strategiyaların  məqsədi  şagirdlərə,  eyni  zamanda 

müəllimlərə  lazımi  KT  bilikləri  verməkdir.  Digər  vacib  cəhət  məktəblərin  müasir 

texnologiya  və  infrastrukturla  təchiz  edilməsidir.  Siyasətin  və  strategiyanın  təyin 

edilməsi  mərkəzi    səviyyədə  baş  versə  də,  bu  siyasətin  həyata  keçirilməsi  ilə  çoxlu 

sayda yerli qurumlar və məktəblər məşğul olur. Demək olar ki, bütün ölkələr eləcə də 

Azərbaycan təhsildə  KT-ni dövlət səviyyəsində maliyyələşdirir.  

       Hazırda respublikamızda bütün  mütəxəssislər  KT ilə işləmək və onlardan düzgün 

istifadə etmək bacarığına çox böyük önəm verirlər.  KT biliyinə yiyələnməyin ən yaxşı 

yolu  isə  elə  orta  məktəbdən  başlayır.  Ümumilikdə  təhsil  sisteminin  KT  əsasında 

təkmilləşdirilməsi  informasiya  cəmiyyətinin  əsas  məqsədlərindəndir.Dünya  təcrübəsi 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə