Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

22 

 

elektron metodiki vəsaitlər,  məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron 



testlər və s. yerləşdirilməlidir. Hər bir  fənn  üzrə portalda bölmələr yaradılmalıdır[13, 

s.3-5].  



2.

  KT-dən  istifadə  üçün  təhsil  sistemi  kadrlarının  hazırlanması  və 

təkmilləşdirilməsi 

KT-nin təhsil sisteminə  daxil olması, tədris  prosesinin informasiyalaşdırılması 

bütün  təhsil  işçilərindən  yeni  bacarıq   və   vərdişlərə  yiyələnməyi   tələb  edir.  Təhsil 

sistemi   işçilərinin  KT  üzrə  hazırlığı  və  təkmilləşdirilməsi  aşağıdakıları  özündə 

birləşdirir: 

  ümumtəhsil məktəblərində pedaqoji kadrların hazırlanmasının, təhsilin informasiya-

laşdırılması konsepsiyası  nəzərə  alınmaqla  yenidən  qurulması; 

  təhsil  işçilərinin  KT  sahəsində  bilik  və  bacarıqlarının  təkmilləşdirilməsi   üçün  

idarəetmə və metodiki sisteminin yaradılması. Müxtəlif  kateqoriyalı  təhsil işçilərinin 

KT savadının artırılması üçün müvafiq proqramlara cəlb edilməsi.Müəllimlərə yalnız 

KT  avadanlıqlarından  istifadə  qaydaları  deyil,həmçinin  onların  tədris  prosesinə 

inteqrasiya etməsi üçün praktik vərdişlər də verilməlidir; 

  informatika  müəllimlərinin  öz  məktəblərində  digər  fənn  müəllimləri  üçün    

kompüter savadlılığının artırılması məqsədilə kursların keçirməsinin təşkil edilməsi; 

  KT-dən  istifadə  edən  fənn   müəllimlərinin   və  informatika  müəllimlərinin 

qiymətləndirilməsi üçün  motivasiyası sisteminin  hazırlanması; 

  informatika  müəllimlərinin  təkmilləşdirilməsinin  daha  sürətlə  aparılması  və 

onlardan təkmilləşmə prosesində trener kimi istifadə; 

  regionlarda  təhsil  işçilərinin  KT  üzrə  hazırlanması  və  təkmilləşdirilməsi  üçün 

müvafiq qurumların  yaradılması və onların təkmilləşdirilməsi prosesində müntəzəm-

liyin və sistemliliyin təmin olunması; 

3.

  Təhsil  müəssisələrinin  KT  avadanlığı  və  nternet  resursları  ilə  təminatı,servis 

infrastrukturunun yaradılması  

Təhsil  müəssisəsinin  KT  avadanlığı  ilə  təminatı  və  onların  tədris  prosesinə 

inteqrasiyası   vahid  təhsil-informasiya  sisteminin  yaradılmasına  xidmət  edir.Təhsil 



23 

 

müəssisələrinin  KT  avadanlığı  və  internet  resursları  ilə  təminolunma  prosesi  aşağı-



dakıları nəzərdə tutur: 

  kompüter  sinifləri, KT  avadanlığı  (printer,  skaner,  rəqəmsal  kamera,  proyektor  və 

s.),internet və effektivliyin artırılmasına  xidmət edən digər vasitələrlə təminat; 

  təhsilin  idarə  edilməsi  prosesinin  avtomatlaşdırılması  üçün  avadanlıq,proqram 

təminatı və təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat; 

  təhsil  müəssisəsindəki  bütün  kompüterlərin  şəbəkəyə  qoşulması  və  mövcud 

avadanlığın  proqram-texniki xidmət infrastrukturunun yaradılması; 

  təhsil portalının hazırlanması,məktəblərin və təhsil şöbələrinin internet resurslarının 

yaradılması,elektron  tədris   vəsaitlərinin  şəbəkə  variantlarının  işlənməsi  və  istifadə 

 üçün yerləşdirilməsi, nternet/ ntranet bağlantısının təşkili və s. 

Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri 

məktəbin  özəyinə  çevrilməlidir.  Odur  ki,  müxtəlif  fənlərin  tədrisində  KT-dən  daimi 

olaraq və səmərəli istifadə üçün məktəblər lazımi sayda kompüter sinifləri ilə  təchiz 

olunmalıdır.Kompüter  siniflərindən  maksimum  istifadə  üçün  şərait  yaradılmalı, 

dərsdənkənar  vaxtlarda onların imkanlarından səmərəli istifadə   mexanizmi hazırlan-

malıdır. 

Məktəblərə  KT avadanlığının kütləvi şəkildə verilməsi və təhsil müəssisələrinin 

infrastrukturu    servis  xidmətinin  qurulmasını  zəruri  edir.Texniki   xidmət   işi  

avadanlığın  əsaslı   təmirini   və   informasiya-metodiki  köməyin  göstərilməsini  əhatə 

etməlidir.Bunun  üçün  isə   bütün  ölkədə  servis  xidmətinin  təşkilati  strukturu 

formalaşmalı, texniki  dəstək  üzrə  texniki-normativ  və  metodiki   təminat  yaradılmalı, 

bütün səviyyələrdə servis  xidmətinin təşkili üçün kadrlar hazırlanmalı, maddi-texniki  

baza və “qaynar xətt” sistemi yaradılmalıdır.  

4.

 Təhsilin informasiyalaşdırılmasında təhlükəsizliyin təmin olunması və hüquqi 



normativ bazanın yaradılması 

KT-nin  sürətli  inkişafı  yeni  imkanlar  yaratmaqla  yanaşı   bir  sıra  problemlər  də 

gətirir. Təhsil sistemində bu, daha çox özünü şagirdlərin informasiya  təhlükəsizliyinin 

təmin olunması zamanı biruzə verir. Yeni informasiya  mənbələrinə daxil olan uşaqlar 




24 

 

psixoloji,fiziki,sosial,mədəni və s. təsirlərə məruz qalırlar.Bundan başqa, ziyanlı təsirə 



malik olan informasiyalardan nəzarətsiz  istifadənin təsirləri də nəzərə alınmalıdır.  

Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir: 

  informasiya  təhlükəsizliyi  təhsilin  informasiyalaşdırılması  üzrə  bütün  elmi-texniki 

proqramlarda  və  layihələrdə   nəzərə  alınmalı,  təhlükəsizliyinin  bütün  istiqamətləri 

 üzrə lazımi sənədlər hazırlanmalıdır; 

  KT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, valideynlərə, təhsil 

sisteminin  rəhbərlərinə  catdırılmalı,  şagirdlərdə  müəllif  hüququna  qarşı  hörmət  hissi 

aşılanmalıdır;  

  KT-nin şagirdlərə təsirləri ilə  bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq 

tədqiqatlar aparılmalıdır. 

        Təhsilin  informasiyalaşdırılması  sahəsi  üzrə  mövcud  təhsil   qanunvericiliyində  

KT-nin  tətbiqi  ilə   bağlı  tədris   və  təhsil  prosesinin  bütün  sahələrində  yaranan 

münasibətlərin  tənzimlənməsi  üçün    hüquqi  normativ  baza  yaradılmalıdır. KT-nin 

tətbiqi  ilə   bağlı  təhsil  standartlarının  təkmilləşdirilməli,  müxtəlif  fənlərin  tədrisində 

KT-nin  tətbiqinə  yönəlmiş  müddəaların  öz  əksini  tapmalı,  məktəblərə  verilən 

kompüter siniflərinə,  KT avadanlığına və proqram texniki-təminatına qoyulan tələblər 

hazırlanmalı,onlardan   istifadə  üzrə  yeni  sanitar-gigiyenik  qaydalar  və  normalar  təsis 

edilməlidir.Təhsilin  informasiyalaşdırılmasının  tədqiq  edilməsi  üçün  monitorinq 

sisteminin və onun elmi-metodiki təminatı hazırlanmalıdır. 

5.

 Təhsilin informasiyalaşdırılmasının elmi və tədris-metodiki təminatı 



Təhsildə  KT=nin  tətbiqinin  inkişaf  tendensiyası  analiz  edilməli  və  dünya  

təcrübəsi  öyrənilməlidir.  Bu  sahədə  aparılan  tədqiqatlar  informasiya  cəmiyyətinin 

formalaşma  istiqamətlərini  və  sosial-iqtisadi  proseslərin  qanunauyğunluqlarını 

öyrənməyə şərait yaradır.Müasir  KT-dən daha effektiv istifadə edilməsinin nəzəri və 

metodoloji aspektlərini həll etməyə imkan verir. 

KT-nin təhsildə tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması 

aşağıdakıları nəzərdə tutur:  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə