Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

46 

 

   Kompüter  telekonferensiyalar  -   

Bu  tip    konferensiyalarda  internetin  yüzlərlə 

istifadəçisi iştirak edə bilər.Konferensiyada iştirak etmək çox sadədir, belə ki, ünvanı 

yığaraq  ona  qoşulmaq  kifayətdir. stifadəçilərin  kompüterlərinin  ekranında  bütün 

istifadəçilərin  qeyd  və  yazıları  əks  olunur.Qeyd  və  yazıların  tez  bir  zamanda 

görünməsinə  baxmayaraq  telekonferensiyaları  sinxron  sistemlərə  aid  etmək 

olmaz.Onlar  bütün  istifadəçilərin  yaza  bildikləri  elan  lövhələrinə  oxşayır.  Elan 

lövhələrindəki  kimi  burada  da  elanlar  müəyyən  müddət  saxlanılır.  Belə 

ki,istifadəçinin fiziki iştirak etmədiyi vaxtda onlara qayıdıb baxmaq mümkündür. 



MOO  texnolologiyaları

  –  Multi-user  Object  Oriented(obyektyönümlü  çox 

istifadəçilər) deməkdir. nternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. 

MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan 

ə

sas  (host)  maşına  çevrilir.  Həmçinin  virtual  müzakirələr  üçün  yazıları  yazmaq 



imkanı  verən  lövhələr  də  yaratmaq  olar.  MOO  özündə  dərslərin  eyni  vaxtda 

keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onunla hətta 

9600  Kbit/san  sürətli  modemlərlə  də  işləmək  olar.  Bir  çox  dirstant  təhsil  kursları 

özlərində MOO seansları təşkil edirlər,seansların keçirilmə vaxtları isə istifadəçilərin 

e-poçtlarına göndərilir. 

MUD  texnologiyaları  - 

MUD  texnologiyaları  (Multi  User  Domain  –çox 

istifadəçili  domen)  MOO  texnologiyalarına  oxşayır.  MUD  texnologiyalarının 

köməkliyi  ilə  qrupla  və  fərdi  görüşlər  yaratmaq  olar.MUD  həmçinin  situasiyalı 

modellər də yaratmağa imkan yaradır.MUD texnologiyasının distant təhsil sistemində 

istifadəsi səmərəlidir. 



IRC texnologiyaları - 

IRC (Interactive Relay Chat – Interaktiv ötürülən söhbət) 

texnologiyaları  real vaxtda  yüzlərlə  istifadəçiyə  mətn  məlumatlarını göndərməyə  və 

baxmağa  imkan  verən  proqram  təminatıdır.  Müəlliflərin  bütün  məlumatları  və 

koordinatları  ekranda  əks  olunur.  IRC  istifadəçilərə  hər  bir  söhbət  üçün  müxtəlif 

kanallar təklif edir. Hər bir kanal öz söhbətini əks etdirir. Hər bir  kanalı idarə edən, 

istifadəçilərin  sayına  məhdudiyyət  qoyan,  müəyyən  istifadəçiləri  silə  bilən,  kanalı 



47 

 

bağlaya  bilən  öz  operatoru  olur.Operator  –  kanalı  açandır.  IRC  texnologiyalarının 



distant təhsildə daha rahat istifadə edilməsi üçün  özəl kanal yaratmaq   konsultasiya 

və  test    keçirmək  mümkündür.  Distant  kurslarda  bu  cür  yanaşmadan  istifadə  edilir, 

elanlar isə Distant təlim mərkəzinin saytındakı elanlar lövhəsindən asılır. 

   Birdəfəlik  dialoq  (chat)  istifadəçilərə  praktik  olaraq  mətni  dəyişmək,  dialoqu 

modelləşdirmək, real vaxtda üz-üzə baş verən söhbətlər üçün imkan yaradır. Bu cür 

proqramlardan  “Paltalk”  proqramını  misal  göstərmək  olar.  Onun  köməkliyi  ilə  cari 

vaxtda  evdən  çıxmadan  müəyyən  qrupa  qoşulmaq  və  orada  dərs  keçənin  səsini 

eşitmək,  onu  görmək  və  mətn  mübadiləsi  etmək  olar.  Burada  distant  təhsil  üçün 

ayrıca  qruplar  və  onun  daxilində  müəyyən  ixtisaslar  üzrə  otaqlar  yaradılmışdır. 

stifadəçinin ekranında birdəfəlik üç nəfəri görmək olar,lakin burada audio söhbətlər 

etmək  üçün  növbəyə  durmaq  lazımdır.Bu,  sualları  bir  dəfəyə  verib  müəllimi 

dolaşıqlığa salmamaq üçün istifadə edilir.  



 WWW  texnologiyaları  - 

WWW  (Ümumdünya  hörümçək  toru)  –nun  əsasında  http 

protokolu və hipermətnləri yazmaq üçün HTML dili durur. Qeyd etmək lazımdır ki, 

CGI  protokolu,  Java,  Java  Script,  Active  X,  Real  Audio,  MPEG  və  digər 

texnologiyaların köməkliyi ilə səsin ötürülməsi kimi üstün imkanlarına görə WWW 

distant təhsil kurslarında məhdudiyyətsiz üstünlüklərə malikdir. Əsas üstünlük ondan 

ibarətdir ki, kursların yaradılması üçün bahalı aparatura alınmasına ehtiyac yoxdur və 

heç  bir  proqramist  dəvət  etmədən  müəllimlərə  distant  təhsil  kurslarını  yaratmaq 

imkanı verir. Kursun keçirilməsi internet şəbəkəsinə çıxışı olan  brouzer proqramları 

vasitəsilə  həyata  keçirilir.  WWW  texnologiyalar  mətn  və  şəkil  informasiyalarını 

realizə etmək, video imkanlar, testləşdirməni avtomatik rejimdə gerçəkləşdirmək, səs 

və video əlaqələri realizə etmək imkanları verir. Bura elektron kitabxanalar, elektron 

təlim mərkəzləri, elektron testləşdirmə, sertifikatlaşdırma mərkəzləri daxildir. 

FTP texnologiyaları

 - (File Transfer Protocol – faylların köçürülmə protokolu) təhsil 

sistemlərində  köməkçi  xarakter  daşıyır.  FTP  serverlərdə  böyük  ölçülü  dərslik 

məzmunlu  fayllar  yerləşdirilir:  video  filmlər,  böyük  ölçülü  çəkillər,  proqram 




48 

 

modelləri,  sənədlər  (əsasən  PDF  formatda)  və  s  saxlanılır.  Bu  faylların  yüklənməsi 



üçün  xüsusi  proqram  paketi  lazım  olmur,  bütün  brouzerlərdə  avtomatik  işə  salınan 

FTP – müştərilər vardır. Lakin FTP müştərilərin bir zəif cəhətləri vardır. Belə ki, əgər 

yükləmə  vaxtı  əlaqə  kəsilərsə  onda  yükləməni  yenidən  başlamaq  lazımdır.  Bu  cür 

hallardan keçinmək üçün xüsusi FTP brouzerlərdən və ya yükləmə proqramlarından 

məs GetRight, ReGet Deluxe istifadə etmək lazımdır. Əlaqə kəsilib qurulandan sonra 

bu proqramlar yükləməni kəsilmiş yerdən davam edirlər.Qeyd etmək lazımdır ki FTP 

serverlərdə  dərs  prosesində  istifadə  etmək  üçün  böyük  ölçüdə  məlumatlar 

yerləşdirilir. 



Elektron poçt (e-poçt) texnologiyası - 

Elektron poçt  nternet şəbəkəsinin daha məşhur 

və  vacib  servisidir.  Praktik  olaraq  internetin  hər  bir  istifadəçisi  Elektron  poçt 

ünvanına malikdir. Elektron poçt vastəsi ilə mətn, şəkil, proqram, multimedia faylları 

göndərmək  və  qəbul  etmək  mümkündür.Ən  sadə  Distant  təhsil  kursları    e-poçt 

texnologiyasının  üzərində  qurulur.  Tələbə  tapşırığı  yerinə  yetirərək  nətəcələri 

müəllimə  qiyabi  təhsil  formasındakı  kimi  e-poçt  vasitəsilə  ötürür,  lakin  e-poçt 

mübadilə formasında əməliyyat sürətlə baş verir. 



Paylanma texnologiyası (listserv)

 –  ntraşəbəkə ilə birləşmiş və ya müəyyən qrupun 

daxilində  olan  elektron  poçtların  mübadiləsi  üçün  nəzərdə  tutulmuşdur.  Qrupun  hər 

bir istifadəçisi siyahının ünvanına məktub göndərə bilər və həmin məktub bütün qrup 

iştirakçılarına  yayılacaqdır.Siyahının  üzvü  olmaq  üçün  nternetdə  elektron  poçtun 

olması  kifayətdir.  nternet  şəbəkəsindəki  tədris saytı  əsasən  mətn,  şəkil,  multimedia 

formatında  olan  məlumatlar  saxlayır.  ndividual  tapşırıqlar  müəllimə  elektron  poçt 

vastəsi  ilə  göndərilir.  Testlər  avtomatik  və  ya  eletron  poçta  gondərilməklə  keçirilir. 

Dövri olaraq isə virtual otaqlarda əyanidəki kimi yığıncaqlar keçirilir[33,s.10-19]. 

2.3.Avtomatlaşdırılmış təhsil sistemlərinin (ATM) xüsusiyyətləri və strukturu. 

ntellektual təhsil sistemləri. 

 ATS-lər  avtomatlaşdırılmış  informasiya  sistemi  olaraq,  virtual  siniflərdə 

(auditoriyalarda)  təhsil  prosesinin  keyfiyyətinin  yüksəldilməsi  məqsədilə  yaradılır  və 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə