Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

55 

 

və ya özünüöyrədən, proqnoz, xarici aləmlə əlaqə, məqsədi formalaşdıran bloklardan 



təşkil olunur.Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual təlim sistemlərinin 

ağıllı  fəaliyyətini  təmin  etmək  üçün  strukturda  “intellektual  təşkilatçı”  blokunun 

olması vacibdir[13,s.29-31]. 

 

 



 

 

 



 

 

 



 

 

 



Fəsil 3: TƏHSILDƏ  KT-NIN ISTIFADƏSININ SƏMƏRƏLILIYI 

3.1. Yeni və interaktiv təlim texnologiyalarında  KT-dən  istifadənin 

üstünlükləri, ənənəvi və interaktiv təlimin səciyyəvi xüsusiyyətləri və onların 

müqaisəli təhlili 

nformasiya-kommunikasiya  texnologiyalarından  istifadə  tətbiq  olunarkən 

onun  əvəzolunmaz,  yeni  imkanları  özünü  faydalı  şəkildə  göstərməkdədir.  Bunlar 

tədris zamanı müəllim və şagird arasındakı interaktivlik, zamandan səmərəli istifadə 

edilərək,  vaxta  qənaət,  təhsil  alanların  daha  optimal  və  obyektiv  şəkildə 

qiymətləndirilməsinin  nəticəsidir. 

Müasir  dünyada  informasiya-kommunikasiya 



56 

 

texnologiyalarının  ( KT)  tədrisə  tətbiqi  təhsilin  ayrılmaz  hissəsinə  çevrilib.  Artıq 



təhsil  müəssisələrini  informasiya-kommunikasiya  texnologiyaları  olmadan  təsəvvür 

etmək  mümkün  deyil.  Tədrisdə  kompüterdən  istifadə  hər  şeylə  maraqlanan,  çox  və 

daha  dərin  məlumat  almağa  çalışan şagird  üçün informasiya  mühitinin  yaranmasına 

kömək  edir.  Kompüter  müəllim  və  şagird  arasında  elektron vasitəçi  rolunu oynayır, 

tədris  prosesini  daha  maraqlı,  rəngarəng,  əyani  edir,  onu  intensivləşdirir.Məlumdur 

ki,  KT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi 

məktəbin  və  müəllim  heyətinin  qarşısına  yeni  tələblər  qoyur.  Pedaqoji  heyətin  KT 

savadlılığını 

artırmadan, 

təlim-tədris 

prosesinə 

innovativ 

yanaşmasını 

formalaşdırmadan  KT-nin  təhsil  sisteminə  səmərəli  tətbiqinə  nail  olmaq  qeyri- 

mümkündür.  Bütün  müasir  dövrün  tələblərindən  irəli  gələn  dəyişikliklərin 

məktəblərdə uğurla və səmərəli tətbiq edilməsi avtomatik olaraq müəllimin də tədris 

prosesinə  fərqli  yanaşmasını  zəruri  edir.    Bu  səbəbdən  də  müəllimlərin  KT 

bacarıqlarına  yiyələnməsi,  tədris  prosesində  KT  bacarıqlarından  pedaqoji  alət  kimi 

istifadə etməsi artıq zəruri prosesdir. 

Müasir müəllim: 

1.

  şagirdə  öyrənmə  yollarını  öyrətməli,  onlarda  sərbəst  olaraq  onun  üçün  lazım 



olan  informasiyanı  düzgün  mənbələrdən  və  vaxt  itkisinə  yol  vermədən 

axtarmaq,  tapılmış  informasiyanı  sistemləşdirmək  və  özü  üçün  daha  yararlı 

informasiyaları seçmək, seçilmiş informasiyaları analiz etmək və əldə edilmiş 

informasiyanı  özününküləşdirərək  məsələyə  şəxsi  münasibətini  bildirmək 

bacarığı formalaşdırmalıdır; 

2.

  şagirdə  özünə  inam  hissini  aşılamalı  və  auditoriya  qarşısında  özfikirlərini 



sərbəst təqdimetmə bacarığı formalaşdırmalıdır; 

3.

  istənilən  fənnin  tədrisində  yuxarıda  sadalananların  həyata  keçməsi  üçün 



ş

agirdləri daim yeni informasiya texnologiyalarından istifadəyə yönəltməlidir.  

   nformasiya  və  kommunikasiya  texnologiyalarının  köməyi  ilə  şagird  informasiyanı 

sərbəst əldə etməyə çalışır, onun düşüncəsi və psixoloji bacarığı inkişaf edir. Ən əsası, 

ş

agird  tədris  prosesinin  aktiv  iştirakçısına  çevrilir.  Bununla  yanaşı  olaraq,  kompüter 




57 

 

texnologiyalarından  istifadə  müəllimi  şagirdlər  üçün  yeganə  həqiqət  söyləyən 



informasiya mənbəyi olmaqdan azad edir, o, şagird üçün artıq əməkdaşa çevrilir.  KT-

nin  tədris  zamanı  tətbiqi  müəllim  üçün  də  bir  çox  imkanlar    yaratmışdır.  Belə  ki,  o, 

dərsdə  vaxta  qənaət  edir,  informasiyanı  dəqiq  çatdırır,  müxtəlif    texniki  təlim 

vasitələrindən eyni zamanda istifadə edir, daha böyük həcmdə informasiyanı çatdırır, 

müxtəlif  prosesləri,  xüsusilə  məktəb  laboratoriyalarında  həyata  keçirilməsi  mümkün 

olmayan prosesləri modelləşdirir. Bundan başqa, informasiyanı istənilən kimi - qrafik, 

cədvəl,  şəkil  təqdim  edir,  müəllimə  həmkarları  tərəfindən  hazırlanmış  metodiki 

üsullardan  istifadə  etməyə  və  onların  tətbiqinə  kömək  edir,  dərsə  uyğun  olaraq  hazır 

işdən  istifadə  edir.  Məhz  bu  göstəricilərə  görə  informasiya-kommunikasiya 

texnologiyaları ilə tədris ənənəvi tədris üsulundan daha üstündür. Hazırda müəllimlər 

KT-nin  tədrisdə  tətbiqinin  müsbət  nəticələr  verdiyini  vurğulayırlar.  Belə  ki,  yeni 

texnologiyaların tədrisdə tətbiqi dərsi canlandırdığı üçün sinifdə hətta ən zəif oxuyan 

ş

agird  belə  prosesdən  kənarda  qalmır.  Dərsin  informasiya  texnologiyalarının  tətbiqi 



sayəsində  daha  maraqlı  aparılması  istənilən  şagirdin  diqqətini  tədrisə  yönəldir. 

Məsələn,  yeni  elektron,  interaktiv  “M M O”  qurğuları  təlim-tədris  prosesini  yalnız 

ş

agirdlər  deyil,  həm  də  müəllimlər  üçün  bir  növ  əyləncəyə  çevirir.  Ona  görə  də 



yeniliklər  həm  təlim,  həm  də  tərbiyə  prosesinin  kamilləşməsinə  kömək  edir. 

Ümumiyyətlə,  artıq  kompüterlər  tədricən  təhsildə  yalnız  informatika  kursunun 

tədrisaləti  olmaqdan  çıxaraq  bütövlükdə  təlim-tədris  kompleksinin  güclü  inkişaf 

vasitəsinə çevrilmişdir. 

      nformasiya  texnologiyalarının  təhsildə  sistemli  tətbiqi  zamanı    əldə    edilən  

nəticələr  göstərir  ki,  informasiya texnologiyaları  təhsildə mühiti tam dəyişdirir,dərs 

prosesinin    yeni  mərhələyə  qalxmasına  imkan  yaradır.  nformasiya  kommunikasiya 

texnologiyalarının  geniş  və  hərtərəfli tətbiqi nəticəsində insan fəaliyyəti, bütövlükdə 

cəmiyyət      dəyişikliklərə    məruz    qalır,    tamamilə    yeni    reallıqlar,  dəyərlər,  sosial-

psixoloji    mühit    formalaşır.  Ölkə    Prezidentinin  sərəncamı  ilə  təsdiq    edilmiş    “ 

Ümumtəhsil  məktəblərinin   KT  ilə  təminatı Proqramı ”  bu istiqamətdə atılmış ən 

ə

həmiyyətli addım olmuşdur.  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə