Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

49 

 

öyrənən, öyrədən tədris-metodiki, didaktik və digər təhsil yönümlü materialları özündə 



birləşdirən avtomatlaşdırılmış informasiya sistemlərinə deyilir. 

Avtomatlaşdırılmış  Təhsil  Sistemləri  və  bu  məqsədlə  yaradılmış  köməkçi  vasitələr 

müxtəlif  iş  rejimlərində  fəaliyyət  göstərən  obyektlərin  işini  tənzimləyir  və  həmin 

obyektlərin müstəqil idarə olunmasının təmin edilməsində istifadəçiyə kömək edir. 

 

 

 ATS-nin  bəzi  əsas  üstünlükləri  kimiriyazi  modellərlə  adekvatlılığın  və  idarəetmə 



orqanlarının yaxşı təsəvvür olunması imkanlarının olmasını, modelləşdirilən obyektin 

indeksasiyalaşdırılması  imkanlarını,elektron  mühazirələrin  virtual  auditoriyalarda  

genişləndirilmiş istifadəçi heyəti üçün yararlılığını və s göstərmək olar[13,s.24]. 

 Ümumiyyətlə ATS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda 

gösərilən mərhələləri əhatə edir: 

  Ənənəvi Təhsil Sistemindən (ƏTS) Avtomatlaşdırılmış Təhsil Sisteminə keçid 



inqilabi 

xarakter  daşımamalıdır.  Yəni  mövcud  təhsil  sistemini  deklorativ 

qaydada  dəyişdirmək  yolverilməzdir  və  burada  bütün  islahatlar  tədricən 

həyata keçirilməlidir.  

  ATS-lər  təhsilin  müxtəlif  sahələrini  əhatə  edən  kompleks  alt  sistemlərdən 

ibarət  olması  məqsədəuyğundur  və  bu  alt  sistemlər  hazırlanarkən  müəyyən 




50 

 

qanunauyğunluğa  riayət  olunması,  bütün  prosesin  texnoloji  mərhələlər  və  



tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır. 

  ATS-in  tətbiqinə  tam  həcmdə  deyil,minimum  sayda  pilot  təhsil 

müəssisələrində  tədricən  başlanılmalı  və  bu  zaman  ortaya  çıxan  problemlər 

aradan  qaldırıldıqca    sistem  seçilmiş  müəssisələrdə  daha    geniş  miqyasda 

tətbiq  olunmalıdır.  Sonrakı  mərhələdə  pilot  təhsil  müəssisələrinin  sayı 

artırılmalıdır.Yalnız  ATS-nin  pilot  müəssisələrdə  tətbiqindən    gözlənilən 

nəticələr  özünü  doğrultduğu  halda  onun  müəssisələrdə  tam  tətbiqinə 

başlanması məqsədəuyğun sayıla bilər. 

 

  Avtomatlaşdırılmış Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış 5 əsas kompleks alt 



sistemləri  əhatə  edir.  Həmin  alt  sistemlərin  birgə  tətbiqi  ATS-in  tam  funksional 

fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə  aşağıdakılar aid edilir: 

 

1

  Ümumi  nformasiya Bankı Sistemi (Ü BS) 

 

 Bu  alt  sistem  əsasən  ATS-in  digər  alt  sistemlərinin  fəaliyyətini  təmin  etmək  üçün 



nəzərdə tutulmuşdur. Ü BS dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə 

bağlı  statik  və  dinamik  informasiyaları,  o  cümlədən,  qanunvericilik  aktlarını,  hüquqi 

sənədlərı, təhsil standartlarını, təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri, xarici 

ölkələrin  təhsil  sistemi  ilə  bağlı  məlumatlari,  təhsillə  bağlı  elektron  kitabxana 

resurslarını,  müasir  təhsil  texnologiyaları  haqqında  informasiyaları,  məlumatların 

saxlanılması,  arxivləşdirilməsi,  bərpası,  çeşidləmə  və  axtarış,  analiz  və  sintez, 

kommunikasiya  xətləri  vasitəsilə  ötürülmə  kimi  məlumatları  özündə  cəmləyir.Ü BS 

ATS-nin  digər  kompleks  alt  sistemlərinin  hazırlanmasında  və  gələcək  inkişafında 

önəmli yer tutduğu üçün birinci növbədə yaradılmalı və istismara buraxılmalıdır.  

 

2



  Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS) 

 



51 

 

Bütün  tip  təhsil  sistemlərində  təhsil  pillələri  arasında  keçid,  öyrənənin(şagirdin, 



tələbənin və s.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu 

baxımdan  ATS-in  həmin  sahəyə  tətbiqi  prinsipial  xarakter  daşıyır  və  təhsilin 

avtomatlaşdırılması zamanı prioritet mövqe tutur. ATS-in əsas funksional kompleks alt 

sisteminə aid edilən TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır: 

  Təhsil  pillələrinin  sayına  qoyulan  məhdudiyyət  götürülür  və  təhsilin 

kəsilməzliyi təmin olunur; 

  Çoxballı sistemin tətbiqinə keçid biliklərin daha dəqiq qiymətləndirilməsi üçün 

yaxşı imkanlar yaradır; 

  Test  tapşırıqlarının  özlərinin  qiymətləndirilməsi  alqoritmləri  bir  çox 

problemlərin  operativ  həll  olunmasına  şərait  yaradır.  Məsələn,  keyfiyyətsiz  və 

ya  təhsil  standartlarına  uyğun  gəlməyən  tədris  elementlərinin  operativ  şəkildə 

təhsil sistemindən çıxarılması və ya redaktə olunması; 

  TYQKS-nin  tərkibində  həm  də,  öyrənənlərin  şəxsi  qiymət  kartlarının 

avtomatlaşdırılmış  analizi  alt-sisteminin  olması,  ATS-in  digər  kompleks  alt 

sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri müəyyən edir.Təhsil 

standartları  bazasının  hazırlanması  və  təhsil  standartları  minimumlarının 

operativ  olaraq  dəyişdirilməsi  “Təhsil  müəssisələrinin   maliyələşdirilməsi”, 

Pedaqoji  kadrların  attestasiyası”,  “Təhsil  strukturlarının   fəaliyyətlərinin 



analizi

”  və  s.  kimi  funksiyaların  avtomatlaşdırılması  üçün  nəzərdə  tutulan  bu 

alt-sistem  tədrisin  təşkilində  və  idarə  olunmasında  mühüm  yer  tutur.Bu  sistem 

həm də ənənəvi və avtomatlaşdırılmış dərsliklərdəki mövzuların operativ şəkildə 

korrektəsinə və təhsil sistemində şəffaflığın təminatına xidmət edir[13,s.25-28]. 

 

3



  Təhsildə Təlim/Tədris Sistemi (TTTS) 

 

KT təlim/tədris prosesinin tam kompüterləşdirilməsinə imkan verdiyi üçün ondan 



istifadə etməklə müxtəlif tip informasiyaları, o cümlədən, mətn, qrafik, audio, video 

məlumatları  tam  emal  etmək,  avtomatlaşdırılmış  animasiya  sistemləri  yaratmaq, 

sürətli  kommunikasiya  xətlərindən  istifadə  etməklə  təlim/tədris  prosesinin 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə