Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

40 

 

 Şəbəkə  kurslarının  texniki  bazasını  IKT  təşkil  edir.Telekommunikasiya 



texnologiyaları  əsasən  tədris  materiallarının  ötürülməsi  məqsədi  ilə  istifadə 

olunur.Internet  resursu  formasında  tədris  materialının  yaradılması  üçün  müxtəlif 

HTML–redaktorlardan  istifadə  edilir.Bu  HTML  sənədini  interaktiv  edir  və 

informasiyanı  serverə  ötürməyə  imkan  yaradır.Tədris  materialının  Internet  vasitəsilə 

təqdim  edilməsində  nəzərə  almaq  lazımdır  ki,  onlayn  rejimində  serverlə  əlaqə 

telekommunikasiya  kanallarında  baş  verə  biləcək  problemə  görə  müəyyən  texniki 

problemlər  yarada  bilər,  təlimin  səmərəsi  azala  bilər,  nəticəsində  şagirddə  Internet 

təhsilə,  e-təhsilə,  IKT-yə  qarşı  mənfi,  qeyri-ciddi  munasibət  formalaşa  bilər.Belə 

problemlərin  yaranmaması  üçün  müəllim  əvvəlcədən  müəyyən  qabaqlayıcı  tədbirlər 

həyata 


keçirməlidir.Lokal 

komponent 

yaradılması 

üçün 


istifadə 

edilən 


proqramlaşdırma sistemləri, adətən multimediya kursda Internet resurslarına müraciət 

imkanları yaradır, nəticədə şəbəkə və lokal resurslar birləşir, muəyyən  mənada vahid 

informasiya –təhsil mühiti yaranır. 

Istənilən  növ tədris materiallarının  məzmunu (istənilən  təhsil texnologiyasının tətbiqi 

zamanı) kompleks halda şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və 

kafi səviyyəsini əks etdirir.Tədris yönümlü ETV-nin məzmunu dövlət standartlarna və 

müasir  təlim  texnologiyalarına  tam  uyğun  formada  tərtib  edilməlidir.Tədris  materialı 

elə  strukturlaşmalıdır  ki,  şagirdlərdə  elmi-predmet  yönümlü  biliklərin  şəxsi  təzahüru 

formalaşsın, onların tətbiqi vərdişləri inkişaf etsin. 

  Tədris  yönümlü  ETV  çox  aspektli  xarakter  daşıyır.Bir  tərəfdən  yerinə  yetirdiyi 

funksiyalara  gorə  o,  tədris  nəşridir,  bu  səbəbdən  tədris  kitablarının  təsnifatı 

prinsiplərindən  istifadə  etmək  olar.Digər  tərəfdən  onlar  elektron  nəşr  kateqoriyasına 

aiddir  və  onlara  elektron  nəşrlərin  təsnifatı  prinsipini  tətbiq  etmək  olar.Üçüncü 

tərəfdən yaradılma texnologiyasına görə onlar proqram məhsuludur və onlara proqram 

məhsullarının təsnifatı prinsiplərini tətbiq etmək olar. 

Tədris  yönümlü  ETV  –lər  təlimdə  yeri  və  rolunu  müəyyən  edən  funksional 

ə

lamətə,struktura,  təqdim  edilən  informasiyanın  xarakterinə,şərh  formasına,  məqsədli 



təyinata,əsas  informasiyanın  təbiətinə,yayım  texnologiyasına,istifadəçi  və  elektron 

nəşrin qarşılıqlı əlaqə xarakterinə görə təsnif edilə bilər. 




41 

 

2.2.Distant təhsil. Distant təhsil texnologiyasının xüsusiyyət  və 



xarakteristikaları, istifadə olunan program təminatları 

Bu gün  KT-nin təhsilə tətbiqi sahəsində inkişaf əsasən 2 istiqamətdə davam edir: 

1.

  Ənənəvi  təhsil  formalarının  təkmilləşdirilməsi,  yeniləşdirilməsi  və  tədrisin 



keyfiyyətinin yüksəldilməsində  KT-dən istifadə. 

2.

  Təhsil  prosesində  yeni  metodların  yaradılması  və  yeni  metodlardan  istifadə 



etməklə distant (məsafədən) təhsil texnologiyasının tətbiqi. 

Son  illərdə  distant  təhsil  forması  təhsil  və  informasiya  mədəniyyəti  sahəsində  qlobal 

(köklü)  dəyişikliklərə  səbəb  olmuş  və  hazırda  inkişaf  etmiş  dövlətlərin  əsas  təhsil 

formasına  çevrilməkdədir.  Distant  təhsil  formasının  inkişafı  yeni  təhsil  

müəssisələrinin,  fakültələrin  yaranmasına  təkan  verir  və  bu  növ  təhsil  formasında 

təhsil  almaq  istəyənlərin  sayının  sürətlə  artmasına  və  beləliklə  də  təhsilə  yeni  əlavə 

xərclərin  cəlb  olunmasına  səbəb  olur.  Lakin,  artıq  distant  təhsil  sisteminə  keçmiş 

dünya  ali  məktəblərinin  təcrübəsi  sübut  edir  ki,  bu  forma  təhsil  sisteminin  təşkilinə 

xərclənən  vəsait  tezliklə özünü  doğruldur və  müəssisəyə  əlavə  böyük gəlirlərin daxil 

olmasına yaxşı zəmin yaradır. 

Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkənin yaranması  

ilə    sürətlənmiş  və  hal-hazırda  ən  populyar  təhsil  formasına  çevrilməkdədir.  Distant 

təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıdakılar aid edilir: 

  Əhalinin  təhsil  alma  imkanlarının  artması:  Məsələn,  əgər  vaxt  amili  ənənəvi 

formada təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, 

distant  təhsil  zamanı  bu  məhdudiyyətlərin  demək  olar  ki,  bütünlüklə  aradan 

qalxır. 

  nformasiyanın  radikal  olaraq  tamamailə  yeni  forma  və  məzmunda 

çatdırılmasının  təmin  olunması:  Məsələn,  multimedia  sistemlərinin  tədris 

fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri 

həcmli  avtomatlaşdırılmış  sorğu  sistemlərindən  istifadə  imkanlarının 

genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.) 




42 

 

  Biliklərin  daha  təkmil  qaydada  qiymətləndirilməsi  imkanlarının  artması,  test 



texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili  və 

s. 


Distant təhsillə məşqul olan tədris müəssisələrini əsasən 3 koteqoriyaya ayırmaq olar: 

1.

 



Yalnız  distant  təhsillə  məşqul  olan  təhsil  müəssisələri.  Bu  koteqoriyadan  olan 

təhsil müəssisələrinin sayı çox deyildir.Bu müəssisələr əsasən ABŞ-da daha geniş 

yayılmışdır  və  onlar  virtual  universitetlər  adlandırılır.Virtual  universitet  heç  bir 

tədris müəssisəsindən aslı olmayan sərbəst tədris müəssisəsidir.Virtual universitet 

öz  tədris  xidmətlərini  distant  üsul  ilə  təklif  edirlər.  Bu  cür  tədsir  mərkəzlərinin 

digər  əyani  formalardan  fərqi,  onların  tədris  proqramları  və  kurslarının 

vəsaitlərinin  olmaması,  həmçinin  tədris  binasının,  yataqxanaların,  otaqların,  akt 

zallarının olmamasıdır.  

2.

 

Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən 



müəssisələr.  Hazırda  dünyada  bu  növ  fəaliyyətlə  məşqul  olan  çoxlu  sayda  təhsil 

müəssisələri  mövcuddur  və  bu  müəssisələr  fəaliyyətlərini  əsasən  distant  yolla 

həyata  keçirməyə  üstünlük  verirlər.  Dünyanın  bir  çox  aparıcı  ali  məktəblərində 

mütəxəssislərin  təkmilləşdirilməsi  və  yenidən  hazırlanması  fakültələri  və  ya 

kursları mövcuddur. Distant təhsil üsulu belə mobil qrupların çevik yaradılmasına, 

onlarla  işin  səmərəli  təşkilinə  yaxşı  imkanlar  yaradır  və  bu  həm  virtual  qrup 

nümayəndəsinin həm  də  onun tədrisinin təşkili ilə  məşqul olanların  işinin təşkili 

üçün  böyük  imkanlar  açır.  Qeyd  etmək  lazımdır  ki,  əksər  distant  təhsil 

müəssisələri  təkmilləşdirmə  və  yenidən  hazırlanma  təhsilinin  təşkilində 

öyrənənlərin sifarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb 

olur.  

3.

 



Eyni  zamanda  həm  ənənəvi  təhsil,  həm  də  distant  təhsillə  məşqul  olan  təhsil 

müəssisələri: Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri 

distant  təhsil  formasından  çox  geniş  istifadə  edirlər  və  bu  növ  təhsil  forması  ilə 

məşqul  olan  altqurumlar  həmin  müəssisələrin  Açıq  Təhsil  Fakültələri  adlanırlar. 

Açıq  təhsil  fakültələrində  işin    uğurlu  təşkili  hər  şeydən  əlavə  müəssisəyə  əlavə 

gəlirlərin və dividentlərin cəlb olunmasına gözəl imkanlar açır və s[13, s.21-22]. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə