Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

52 

 

effektivliyini  dəfələrlə  artırmaq  olar.  TTTS-nin  bünövrəsini  təlim/tədris  prosesini 



tam  əhatə  edə  biləcək  elektron  dərsliklər  təşkil  edir  və  onlar  ənənəvi  təhsil 

sistemindəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənirlər: 

1.

  Dərsliklərin  mövzuları  tam  emal  oluna  bilən  mətn,  qrafik,  audio,  video, 



animasiya elementləri vasitəsilə hazırlanır.  

2.

  Elektron  dərsliklərin  istismarı  həm  fərdi  kompüterdə,  həm  də  şəbəkə 



vasitəsilə(lokal və qlobal) aparıla bilər.  

3.

  Elektron  dərsliklərin  “kağız”  variantı  KT  vasitələri  məhdud  olan  təhsil 



müəssisələrində işlədilə bilər.  

4.

  Belə  dərsliklər  TSS  sistemindəki  təhsil  standartlarının  minimal,  orta, 



maksimum tələbləri nəzərə alınaraq hazırlanır.  

5.

  Eyni  bir  fənn  üzrə  alternativ  dərsliklərin  sayına  məhdudiyyət  qoyulmur. 



Öyrənən dərsliyin seçilməsində  müstəqil olur. Bu isə öz növbəsində təcrübəli 

pedaqoqların aktiv pedoqoji fəaliyyətinə yardım edir. 

6.

  Bu  dərslikdən  lokal,  qlobal,  korporativ  şəbəkələr  vasitəsilə  istifadə  etmək 



imkanı ənənəvi üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir. 

7.

  ATS-TYQKS  ilə  bağlılıq  dərsliyin  ayrı-ayrı  mövzularının  vaxtında,  effektiv 



şə

kildə korrektəsinə imkan verir.  

8.

  ATS-lərin çoxdilli interfeysə malik olması, elektron vəsaitlərin ölkə xaricindən 



istismarına şərait yaradır və s[13,s.25-28].  

 

4

  Təhsil Standartları Sistemi (TSS) 

 

 Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir.Təhsil 



standartlarının  minimumu,    təlim/tədrisin  mövzu  əhatəliyini  təyin  etməklə,  təhsil 

pillələri  arasında  keçid  təmin  edən  meyar  ölçüsüdür.  Bu  standartların  müəyyən 

olunması, operativ olaraq dəyişdirilməsi və s. kimi problemlər ƏTS-in (Ənənəvi Təhsil 

Sistemi)  ən  böyük  problemlərindəndir.  ATS-TSS  bu  tip  problemləri  həll  etmək  üçün 




53 

 

yaradılır.Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin 



keyfiyyət ölçüsüdür.Bu isə öz növbəsində ATS-TSS-dən istifadəni zəruri edir.  

ATS-də  “Təhsil  Standartları  Sistemi”  kompleks  alt-sistemi  aşağıdakı  mürəkkəb 

məsələləri həll edir: 

  Ənənəvi  və  Avtomatlaşdırılmış  dərsliklərinin  (DM)  hazırlanması standartlarını 

müəyyən etmək;  

  Təhsilin  ixtiyari  pilləsində  təlim/tədris  olunan  fənnin  mənimsənilmə 

minimumularını (ATS-TYQKS vasitəsilə) müəyyən etmək; 

  Təhsili  idarə  edən  subyektlərin  fəaliyyətinin  ekspertizası,  pedaqoqların 

attestasiyası,elektron  dərsliklərin  sertifikatlaşdırılması,  təhsil  müəssisələrinin 

lisenziyalaşdırılması  və  digər  bu  kimi  problemləri  həll  etmək  üçün  nəzərdə 

tutulmuşdur[13,s.25-28]. 

 

5    Təhsilin Avtomatlaşdırılmış  darəetmə Sistemi (TA S) 

   Təhsilə  cəlb  olunmuş  maddi,  elmi,  pedaqoji  və  s.  resursların  Avtomatlaşıdırlmış 

darəetmə Sistemidir.ATS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və 

nəzarət  mexanizmlərini  özündə  birləşdirməklə,  müxtəlif  səviyyələrdə  prioritetlər 

ə

sasında  təhsil  sisteminin  optimal  və  effektiv  üsullarla  idarə  olunmasına  yardım 



məqsədilə  yaradılır.TA S,  təhsilin  şaquli  idarəolunma,  üfiqü  və  şaquli  nəzarət 

mexanizmlərinə(alt-sistemlərə) malik olur[13,s.25-28]. 



ntellektual təhsil sistemləri 

ntellektual,  yəni  şüurlu  maşınların  yaradılması  sahəsində  uğurlu  araşdırmalar 

aparılır.  Kompüterin  şüurunu,  intellektini  insan  şüurundan  fərqləndirmək  üçün  onu 

süni  intellekt  adlandırmaq  qəbul  olunmuşdur.  Süni  intellekt  insanın  intellektual 

fəaliyyətinə nüfuzu ilə səciyyələnən V nəsil kompüterlərin yaradılması ilə inkişaf etdi. 

Bu nəsil kompüterlər təbii dili başa düşməlı, hər hansı gözlənilməz və qeyri-müəyyən 

vəziyyət  üçün  qərar  çıxara  bilməli,  yaddaşına  əvvəlcədən  yazılmış  biliklərlə 

kifayətlənməyərək  yeni  biliklər  qazanmalı,  öyrənmə,  qavrama  qabiliyyəti  olmalıdır. 



54 

 

Öhdəsinə  düşən  funksiyaları  yerinə  yetirmək  üçün  kompüter  saniyədə  trilyon 



ə

məliyyat  aparmalıdır.  Bu  sürəti  isə  paralel  işləyən  çoxprosessorlu,  çoxmaşınlı 

sislemlərin köməyi ilə əldə etmək olar 

ntellektual  sistemlərdə  informasiya  emalının  kompüterdə  də  insan  beynində 

olduğu kimi həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini tənzimləyən sinir 

hüceyrələrinin  –  neyronların  funksiyalarıni  kompüterdə  modelləşdirən  nəzəriyyə 

(neyron  şəbəkələri  nəzəriyyəsi)  əsasında  kompüterlərə  öyrənmə  qabiliyyəti  verən 

alqoritmlər yaradılır. Neyronların bir sıra funksiyalarını yerinə yetirən inteqral sxemlər 

yaradılmışdır.  Nəzəri  hesablamalara  görə  optik  elementlər  əsasında  yaradılan 

kompüterlər  saniyədə  yüz  trilyonlarla  əməliyyat  yerinə  yetirə  bilər.  Məlumatın  işıq 

ş

üalarından  istifadə  etməklə  yüksək  sürətlə  və  etibarlı  ötürülməsi  və  emalı  son  illər 



geniş yayılmışdır. 

Deməli, intellektual təlim sistemləri : 

1.  müəyyən  məqsədə  yönəldilmiş  olmalıdır.  Məqsədin  verildiyi  və  ya  sistem 

tərəfindən formalaşdırılmasının fərqi yoxdur. 

2.  əhatə  olunmuş  aləmin  dəyişməsinə  reaksiya  verməli,  yəni  kriteriyanın 

dəyişməsi ilə məsələni həll etməlidir. 

3.  bilik  hüdudlarını  daim  genişləndirməlidir,  öyrənmək  və  özünü  öyrətməklə  

modelini təkmilləşdirməlidir; 

4.  məntiqi  nəticələri  istifadə  etməklə  şəraiti  tanımaq  və  qərar  qəbul  etmək, 

həmkarları  ilə  ümumi  dil  tapmaq,  lazım  gələrsə  gördüyü  işi  izah  etməyi, 

proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə əlaqələndirməyi bacarmalıdır və s. 

Beləliklə,  intellektual  təlim  sistemləri  –  müəyyən  məqsədə  yönəldilmiş, 

fəaliyyətini vəziyyət və proqnoza əsasən planlaşdıran, aləmin modeli əsasında həssas 

orqanlardan  və  insanla  intellektual  əlaqədən  və  ya  “özü  kimi  ağıllı sistemdən”  aldığı 

cari  informasiya  və  özünüöyrənmə  yolu  ilə  aldığı  biliyi  və  “genetik”  biliyi  istifadə 

etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik sistemdir.Sistem öyrənən 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə