Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   2   3   4   5   6   7   8   9   ...   25

10 

 

Fəsil 1: TƏHSILIN KEYFIYYƏTININ ARTIRILMASINDA  KT-NIN 



TƏTBIQI VƏ ONUN TƏŞKILATI-METODOLOJI ƏSASLARI 

1.1  KT-nin əsas prinsipləri,təhsildə tətbiqinin əsas məqsəd və vəzifələri 

Müasir  cəmiyyətimiz  informasiyalaşdırma  adlanan  tarixi  bir  prosesə 

qoşulmuşdur.Bu  prosesi  isə  kompüterləşmə  həyata  keçirir. nformasiyalaşdırma 

cəmiyyətin elmi-texniki və sosial-iqtisadi inkişafının başlıca mənbəyi kimi gənc nəslin 

təlim-tərbiyəsində  başlıca  rol  oynayır. nformasiyalaşdırma  və  kompüterləşdirmə 

nəticəsində  KT-dən  istifadə  zəruri  bir  hala  çevrilmişdir.  KT  dedikdə  əslində 

informasiyanın  əldə  olunması,  saxlanılması,  təkrar  istifadəsi  və  eyni  zamanda 

qorunması ilə bağlı geniş texnologiyaları əhatə edən bir sahədir. 

KT  sahəsində  aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir 

ki,informasiyalaşdırma  sistemi  qarşılıqlı  əlaqədə  olan  aşağıdakı  komponentlərdən 

ibarətdir: 

nformasiyalaşdırma- bütün sosial əhəmiyyətli xüsusi ilə informasiyaların elektron 

vasitələrindən  seçilərək  əlverişli  formada  saxlanması,işlənərək  ötürülməsi  və  təqdim 

edilməsidir. 

Təhsilin  informasiyalaşdırılması  kifayət  qədər  çətin  bir  proses  olub,müəyyən  vaxt 

tələb etməklə,mərhələlərlə həyata keçirilir: 

   1. KT  vasitələrinin  kütləvi  mənimsənilməsi  −  kompüter  siniflərinin 

yaradılması,telekommunikasiya  vasitələri,operativ  nəşrlər,  interaktiv  təsvirlər 

sistemi,verilənlər  bazasından  və  proqram  vasitələrindən  istifadə  etmək  üçün  müəllim 

və şagirdlərin əsas hüquqlarının həyata keçirilməsi; 



2.Tədris fənlərində  KTvasitələrinin geniş tətbiqi üçün təhsilin məzmununa yenidən 

baxmaqla, kompakt disklər(optik) əsasında təsvir və audio materialların təminatı; 



3.Fasiləsiz təhsil radikal şəkildə yenidən qurulmalı,distant(məsafədən təhsil) təlimə 

başlanılmalı,təlimin metodik əsasları dəyişdirilməlidir. 




11 

 

Son  illərdə  «Kompyuter  texnologiyası»  və  " nformasiya  texnologiyası" 



terminlərindən  geniş istifadə olunur. KT-nin əsasında“informasiya” və ”texnologiya” 

anlayışları dayanır. 



Texnologiyaişlənəcək  obyektə  keyfiyyət  dəyişikliyinin  aparılması  üçün  istehsal 

proseslərindəki vasitə və üsullarla əlaqədar biliklər toplusudur.Qədim  yunanlar hesab 

edirdilər ki texnologiya (techne-ustalıq,bacarıq + logos isə öyrənmə) hər hansı əşyanın 

ustalıqla düzəldilməsi deməkdir.Bu nöqteyi–nəzərdən kompüter texnologiyası baxılan 

sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası 

deməkdir. 



nformasiya  (informatio)-latın  sözü  olub,izah  etmək,ifadə  etmək,xəbərdar 

olmaq  deməkdir.Bundan  başqa  informasiya  qeyri-müəyyənliyin  alınması  zamanı  onu 

azaldan və yaxud tam aradan qaldıran məlumatlardan ibarətdir. 

nformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq 

və  rəqəmli. nsanlar  öz  hissiyyat  üzvlərinə  görə  analoq,  kompüterlər  isə  rəqəmli 

informasiyaların  köməyilə  fəaliyyət  göstərir.  Beləliklə,  analoq  informasiya  deyildiyi 

kimi  təsvir  edilir  və  insanın  duyğu  üzvləri  ilə  qəbul  edilir,rəqəmli  informasiya  isə 

kompüterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur. 



nformasiya  ifadə  olunma  formasından  asılı  olmayaraq  insanlar,  canlılar, 

cansızlar,  faktlar,  hadisələr,  proseslər  və  s.  haqqında  olan  məlumat  və  biliklərdir. 

Biliklər  isə  müəyyən  faktlar  və  onlar  arasındakı  asılılıqlar  şəklində  ifadə  olunur. 

nformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür. 

Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir: 

•  tamlığı- tam şəkildə təsvir olunmalıdır; 

•  düzgünlüyü -həqiqəti əks etdirməlidir; 

•  qiymətliliyi- maksimum az məsrəflə əldə edilməlidir; 

•  əhəmiyyətliliyi- istifadəçi üçün vacib olmalıdır; 

•  aktuallığı -cari vaxtda tələb edilən olmalıdır; 

•  anlamlılığı-istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır. 

nformasiya prosesi-informasiyanın toplanması,işlənməsi və ötürülməsidir. 



12 

 

nformasiyanın toplanması-subyektin onu maraqlandıran obyektə aid məlumatlar 

ə

ldə etməsidir. O, texniki vasitələr,qurğu və aparatlarla həyata keçirilir. 



nformasiya mübadiləsi-prosesin gedişində informasiya mənbəyinin informasiyanı 

ötürməsi,ikinci tərəfin isə qəbul etməsidir.O,siqnallar vasitəsilə həyata keçirilir. 



nformasiyanın  saxlanması-verilmiş  ilkin  məlumatların  lazım  olan  vaxta  qədər 

saxlanması deməkdir. 



nformasiyanın işlənməsi-sistemli bir proses olub,onların canlandırılması hər hansı 

məsələnin həlli alqoritminə əsaslanır. 



nformasiya  texnikası-informasiya  texnologiyasının  maddi  əsasını  təşkil 

etməklə,informasiyanın toplanması,saxlanması və işlənərək ötürülməsini təmin edir. 



nformasiya  texnologiyası  -  informasiya  ehtiyatlarından  istifadə  olunması 

proseslərinin  ağırlığını  azaltmaq,  onların  etibarlığını  və  operativliyini  çoxaltmaq 

məqsədilə  informasiyanın  toplanması,  ötürülməsi,  saxlanması,  emalı  və  istifadəçilərə 

çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri 

və  texniki-proqram  vasitələri  toplusudur.Bir  sözlə  informasiya  texnologiyası 

dedikdə,hər hansı bir obyektə aid proqramla işləyən qurğu və hesablama texnikasında 

istifadə olnan texnologiya başa düşülür. 

nformasiya  texnologiyasında  məqsəd  insan  tərəfındən  analiz  edilmək  və  onun 

ə

sasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. 



nformasiya  texnologiyası  elmi-texniki  tərəqqinin  inkişafı,  informasiya  emalı 

üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül  mərhələsi 

keçmişdir.Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi 

texnoloji  proseslərin  işlənib  hazırlanması  və  istifadə  olunması  konsepsiyasına, 

həmçinin  nəticə  informasiyanın  keyfiyyətinə  ciddi  təsir  etmiş  kompüterlər  hesab 

olunur.  Kompüterlərin  informasiya  mühitində  tətbiqi  və  telekommunikasiya  vasitə-

lərindən  istifadə  olunması  informasiya  texnologiyasının  inkişafını  yeni  mərhələyə 

çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı. 

nformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının 

tətbiqi  ilə  həyata  keçirilir.  Digər  tərəfdən  cəmiyyətin  informasiya  resusrlarından 

istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə