Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   2   3   4   5   6   7   8   9   ...   25

 

Azərbaycan üçün məhz təhsil sahəsi  KT-nin tətbiq istiqamətləri içərisində ən yüksək 



prioritetə malik sahə hesab edilmişdir[13, s.1-3]. 

AR  Prezidentinin  2005-ci  il  21  avqust  tarixli  355  nömrəli  Sərəncamı  ilə  təsdiq 

edilmiş  “Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin  informasiya  və 

kommunikasiya texnologiyaları ilə təminatı programı (2005-2007-ci illər)”–nın həyata 

keçirilməsi ilə böyük işlər görülmüşdür. 

Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci il 

illərdə  Azərbaycan  Respublikasında  təhsil  sisteminin  informasiyalaşdırılması  üzrə 

Dövlət  Proqramı”ölkəmizdə  müasir  KT-ni  geniş  şəkildə  tətbiq  etməklə  vahid 

ümummilli  təhsil  mühitinin  yaradılması  və  əhalinin  bütün  təbəqələrinin  keyfiyyətli 

təhsil  almaq  imkanının  təmin  edilməsi  məqsədinə  xidmət  edir.Bu  proqram 

çərçivəsində  boyük  bir  layihə  olaraq  “Xalq  Kompüter”  layihəsi  həyata  keçirilmişdir. 

“Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyalarının  inkişafı  üzrə 

2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil 

sisteminin  təkmilləşdirilməsində  KT-nin  tətbiq  edilməsi  və  KT  sahəsində  ümumi 

maarifləndirmə  üzrə  xüsusi  tədbirlər  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Bunlardan  biri 

kimi  KT  üzrə  ən  böyük  kompaniyalarından  biri  sayılan  M CROSOFT  şirkətinin 

dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi  NTEL-

AZƏRBAYCAN  kurslarını  göstərmək  olar.Bütün  bunlar  göstərir  ki,  Azərbaycanda 

təhsilin  modernləşdirilməsi,  təhsildə  informasiya  texnologiyalarının  tətbiqi 

istiqamətində ciddi addımlar atılmış və bir çox əməli işlər görülmüşdür. Bütün təhsil 

pillələri  üçün  KT  üzrə  proqramlar  hazırlanıb  təsdiq  edilmiş,  distant  təhsil  üzrə 

eksperimentlər  aparılmağa  başlanılmışdır.Təhsil  portalıformalaşdırılmış,bir  çox  təhsil 

müəssisələrinin  saytları  yaradılmışdır.Təhsilin  idarə  olunmasının  məlumat 

sistemlərinin  yaradılması,  informasiya  və  kommunikasiya  texnologiyalarının 

ümumtəhsil  məktəblərində  tətbiqi  və  ümumtəhsil  məktəbləri  üçün  informasiya  və 

kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət 

(laborant) kadrlarının hazırlanması üzrə işlər isə aparılmaqda davam edir[13, s.3-5]. 

  KT-nin təhsil sahəsinə tətbiqi bir sıra vacib olan şərtlərin təminatına, o cümlədən: 




 

-



  təhsilə geniş şəkildə yanaşmaya; 

-

  mütəmadi təhsilə və praktiki aşkarlıq prinsipinin reallaşdırılmasına; 



-

  təhsil  prosesinə  yardımçı  vasitələrin,  ayrı-ayrı  müəssisələrin  və  fərdi 

vətəndaşların  müasir  elektron  təhsil  informasiya  resurslarına  girişinin  təmin 

edilməsi hesabına təhsilin effektivliyinin artırılmasına; 

-

  ali  təhsil  müəssisələrinin  tabeliyində  olan  təcrübə-layihələndirmə  işlərinin  və 



elmi tədqiqatların inkişafı prosesinin müasirləşdirilməsinə; 

-

  təhsil sahələrinin idarə olunması effektivliyinin artırılmasına; 



-

  təhsil  və  elm  sahələrinin  xalqlararası  kooperasiyasını  inkişaf  etdirməklə 

Azərbaycan təhsilinin xaric edilməsinə və s. imkan yaradır. 

 Yalnız klassik təhsil formasına istinad edən ənənəvi təhsil informasiya cəmiyyətində 

ixtisaslı kadrların hazırlıq keyfiyyətlərinin artırılmasına olan tələblərə, ümumiyyətlə, 

kadr  siyasətinə  cavab  verə  bilməzdi.  nkişaf  etmiş  ölkələrdə  KT-nin  geniş  tətbiq 

olunmasına əsaslanan təhsil forması böyük məna kəsb edir. 

KT-n təhsil prosesində tətbiq oluması zərurəti aşağıdakı tələblərdən yaranmışdır: 

-

  təhsil  müəssisələrinin  müasir  hesablama  texnikası  vasitələrilə  zəif  təmin 



olunması; 

-

  informatika sahəsində məktəblərin zəif ixtisasltı kadrlarla təmin olunması; 



-

  çox  cüzi  sayda  məktəblərin  (şəhər  və  kənd)  tam  şəkildə  nternet  şəbəkəsinə 

qoşulması. 

Hal-hazırda  Azərbaycan  qlobal  telekommunikasiya  şəbəkələrinə  qoşulmaları  sayına  

eləcə də bunun üçün ayrılmış kanalların sürət xarakteristikasına görə heç də inkişaf 

etmiş  qərb  ölkələrinin  təhsil  müəssisələrindən geri  qalmır.  Müasir kompüterlərin və 

kompüter  siniflərinin  bütün  orta  ümumtəhsil  və  ali  təhsil  müəssisələrinə  verilməsi, 

informatika sahəsində müəllimlərin hazırlanması, dövlətin təhsil portal sistemlərinin, 

elektron  kitabxanaların,  resurslar  mərkəzinin  yaradılması  və  habelə  təhsil 

müəssisələrinin internet şəbəkəsinə geniş miqyasda qoşulması mümkün olmuşdur. 

Aydındır  ki,  təhsil  müəssisələrinin  informasiya  təhsil  resusrlarından  istifadə 

etmələrinin  təmin  edilməsi  məsələsinin  həlli  zamanı  mövcud  telekommunikasiya 

strukturlarının  elm  və  təhsil  sahələrində  maksimal  effektiv  istifadə  olunması  tələb 



 

olunur.  Təhsil  prosesində  informasiya  və  telekommunikasiya  texnologiyalarının 



tədbiqinin  dövlət  strategiyası  şagird  və  tələbələrin  təhsil  müəssisələrində 

(məktəblərdə  və  universitetlərdə)  və  evlərdə  informasiya  texnologiyalarınageniş 

şə

kildə  azad  girişinin  təmin  edilməsinə  və  təhsillə  bağlı  digər  məqsədlərə 



nailolunmasına yönəlmişdir. 

   Təhsil  sisteminin  islahatları  ilə  bağlı  ən  aktual  məsələlərdən  biri  də  KT  tətbiq 

etməklə  təhsilin idarə  olunmasının  təkmilləşdirilməsidir.  Bu sırada təhsildə  KT-nin 

tətbiqi  sahəsində  yerli  özünüidarə  və  dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən 

normativ hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün 

zəruri  olan  və  bu  sahənin  vəziyyətini  xarakterizə  edən  elektron  məlumat  bazası 

sisteminin hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil 

sisteminin  yüksək  KT  bilik  və  bacarıqlarına  malik  pedaqoji  və  inzibati  kadrlarla 

təminatının  müasir  standartlar  səviyyəsinə  çatdırılması  qarşıda  duran  prioritet 

məsələlərdəndir. 



 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə