və hətta o ölkənin qanunlarını pozduğuna görə öz dövlətində məsuliyyətə
cəlb edilə bilər.
31. Diplomatik toxunulmazlıqdan məhrum edilmə halları
a) Təlimatları pozduğuna görə
b) Diplomat və nazir arasında şəxsi qərəzlilik
c) Diplomatın işlədiyi ölkənin höküməti üçün qəbuledilməz şəxsi keyfiyyətləri olduqda
d) Diplomatın işlədiyi ölkənin qanunlarını kobudcasına pozduqda
32. Xarici əlaqələr üzrə dövlət orqanlarının təsnifatları
Yerləşməklərinə və fəaliyyətlərinə uyğun olaraq Xarici əlaqələr üzrə Dövlət
orqanları 2 qrupa ayrılır: 1) Dövlətin xarici əlaqələr üzrə mərkəzi orqanları.
2) Dövlə tin
xarici əlaqələr üzrə xaricdə (dövlətdən kənar) yerləşən
orqanları.
Öz funksiyalarının xüsusiyyətləri və hüquqi mövqelərinə görə 2 qrupa bölürlər:
A) Ümumisiyasət rəhbərlik orqanları – dövlətlərin konstitusiyaları ilə təsis
və müəyyən edilmiş və ümumisiyasət funksiyalarını yerinə yetirən.
B) Dövlətin başqa ölkələrlə ixtisaslaşmış (iqtisadi, müəyyən sahəli) əlaqələr
üzrə orqanları.
Birincilə rə aiddir:.
- adətən ölkənin əhalisi tərəfindən seçilən hakimiyyətin ali qanunverici
orqanları
- fərdi, yaxud kollegial – dövlət başçısı.
- Hökumət və ilk növbədə hökumət başçısı.
- Xarici işlər naziri və X N-in mərkəzi aparatı
33. Ali qanunverici orqanlarının xarici siyasətdəki rolu qədim və orta əsrlərdə
Qanunverici orqanlar tərəfindən xarici münasibətlər sahəsində müəyyən
funksiyaları yerinə yetirmək ənənəsi hələ qədim quldarlıq dövlətlərinə aid
olub. Belə ki, Qədim Romada, sülh və müharibə, danışıqların aparılması,
xarici ölkələrə diplomatik missiyalar və səfirlərin təyin edilməsi haqqında
məsələlərin həlli Roma quldarlıq zadəganların orqanı sayılan – Senata –
həvalə edilmişdi.
Orta əsrlərdə idarəetmənin respublika forması olan dövlətlərdə (misal üçün,
taliyada), Genuya, Venesiya və s. şəhər-respublikalarda xarici
münasibətlərin əsas məsələləri hakimiyyətin nümayəndəli qanunverici
orqanlarına aid edilirdi.
Lakin mütləq monarxiyalar dövründə butun bü cür suallarla hökmdar
(monarx) məşğul olardı. Burcuaziyanın hakimiyətə gəlməsi ilə Avropa
dövlətlərinin əksəriyyətində respublika idarəetməsi bərqərar edildi. Eyni
zamanda konstitusiyalarda monarxizmə əks olaraq, dövlət hakimiyyətin
nümayəndələr seçki orqanları həm daxili, həm xarici siyasət sahələrində ali
orqanlar kimi qəbul olunmuşdular.
34. Ali qanunverici orqanlarının xarici siyasətdə müasir statusu və rolu
Konstitusiyaya uyğun olaraq, bütün müasir respublika idarəetməsi ilə
dövlətlərdə xarici münasibətlər üzrə ali orqanlar kimi parlamentlər sayılır.
Sülh və müharibə, bəzi ölkələrdə isə hətta xarici dövlətlərə səfirlərin təyin
edilməsi kimi məslələrin həlli onların öhdəsinə buraxılır. Misal üçün, ABŞ-
da bu funksiyaları senat həyata keçirir. Parlamentlər hökumətin xarici
siyasət fəaliyyəti barədə hesabatı dinləyir və müzakirələrdən sonra xüsusi
qətnamələr qəbul edirlər. Bu qətnamələrdə hökumətin xarici münasibətlər
sahəsindəki fəaliyyətinə və ümumiyyətlə, xarici siyasət fəaliyyətinə qiymət
verilir. Onlar beynəlxalq müqavilələri təsdiq edir; xarici siyasət məsələləri
ilə əlaqədar başqa ölkələrin parlamentlərinə müraciət edir və s. işlərlə
məşğul olur.
Ali qanunverici orqanlar strukturlarında xarici işlər üzrə müxtəlif
komissiyalar və komitələr fəaliyyət göstərir. Hüquqi olaraq onlar
parlamentlərin orqanları sayılır.
Monarxın iderəetməsi ilə dövlətlərdə xarici münasibətlərin ali dövlət orqanı
hökmdar özü (kral, imperator və s.) sayılır. Konstitusiyalı monarxiyalarda
onun hakimiyyəti parlament tərəfindən məhdudlaşdırılır, bu da müasir
şə
raitdə icra hökumət orqanları xeyrinə məhdudlaşdırma deməkdir.
35. Dövlət və hökümət başçıları xarici əlaqələrin subyektləri kimi
Xarici münasibətlər üzrə dövlətin ikinci mərkəzi orqanı – dövlət başçısıdır
(fərdi yaxud kollegial).
Adətən respublika idarəetməsi ilə dövlətlərdə dövlət başçısı prezident (baş
nazir) olur. Xarici münasibətlərin praktiki olaraq həyata keçirilməsi dövlət
hakimiyyətinin icra orqanlarının səlahiyyətidir. Bununla əlaqədar təbiidir ki,
bütün xarici münasibətlərin gündəlik rəhbərliyi ilə məhz dövlət başçısı
məşğul olur və dövlət başçısının bu sahədə fəaliyyəti onun xarici
münasibətlər üzrə ali orqan olduğunu deməyə əsas verir. Dövlət başçısının
bu cür mövqeyi ona başqa dövlətlərlə və onların başçıları ilə bilavasitə
ə
laqələr saxlamağa, xarici siyasət məsələləri üzrə sazişlər bağlamağa, hər
hansı bir xüsusi səlahiyyətlər lazım olmadan BMT-nin Baş Assambleyasının
və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak etməyə imkan verir. ən
ə
həmiyyətli sazişlər, xarici siyasət aktları və ərizələr dövlət başçısının imzası
ilə təsdiqlənir. Əksər dövlətlərin konstitusiyalarında bu əsasnamə müvafiq
məqalələrdə öz əksini tapıb.
Dövlət başçısının xarici siyasət sahəsindəki fəaliyyətin və məsuliyyətin
həcmi konstitusiya ilə ətsin edilir.
Hökümət başçısı da xarici münasibətlər aləmində öz dövləti və hökümətini
ona məxsus olan səlahiyyətlər çərçivəsində təmsil edir, və bu sahədə
gündəlik əməliyyatlı iş aparır.
36. Xarici şlər Naziri xarici əlaqələrin subyekti kimi
Xarici işlər naziri (xarici siyasət üzrə idarənin başçısı) öz funksiyaları və
səlahiyyətlərinə görə dövlətin xarici münasibətlər üzrə təsisatın gündəlik
rəhbəridir. Xarici işlər naziri başqa dövlətlərlə münasibətlər saxlayır, xüsusi
səlahiyyətləri lazım olmadan BMT-nin baş assambleyasının və başqa
beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Xarici işlər idarəsinin
mərkəzi aparatı da mərkəzi orqanları qrupuna aiddir. Bu aparatın qarşısında
duran məqsədlər və onun işinin prinsipləri ayrıca müzakirə olunacaq. Bütün
yuxarıda sadalanan orqanların fəaliyyəti diplomatik xarakter daşıyır.
37. Xarici münasibətlər üzrə ixtisaslaşmış dövlət orqanları
Dövlətin başqa ölkələrlə xüsusi (iqtisadi, təsisatlı, idarəli) əlaqələr üzrə xüsusi orqanlar
(bəzən onları «xarici münasibətlər üzrə ixtisaslaşdırılmış dövlət orqanları» da
adlandırırlar.
Dostları ilə paylaş: |