- Əməliyyat diplomatik bölmələr idarələrin sərəncam dairəsinə aid olan
ölkələrdəki diplomatik nümayəndəliklərə rəhbərlik edirlər. Diplomatik
nümayəndəliklərdən göndərilən söhbətlər, hesabatlar və arayışların təhlilin
nəticələrinə əsaslanaraq, diplomatik poçt və şifrəolunmuş əlaqədən istifadə
edərək səfirliklər və missiyaların fəaliyyətini uzlaşdırır və istiqamətləndirir.
ƏƏ
öz aralarında (misal üçün, həmhəmhüdud ölkələrlə məşğul olan
idarələrlə) əlaqə saxlayırlar.
Funksional idarələrin müzakirə etdikləri problemlərin geniş spektrini nəzərə
alaraq ƏƏ onlarla da əlaqə saxlayır.
-X N-in bölmələri və başqa idarələr üçün nəzərdə tutulmuş arayış və
məlumat materialların hazırlanması da ƏƏ vəzifələrinə daxildir.
-Müvafiq ölkələrlə münasibətlərin inkişafı ilə bağlı məsələlər kompleksini
dərindən təhlil edərək, ƏƏ öz işinin müəyyən planını hazırlayır. Plan
ölkələrdə vəziyyəti obyektiv şəkildə öyrənməyə, həmin dövlətlərdən yekun
məlumatın almağına imkan verən tədbirlərdən ibarətdir.
43. Xarici işlər qurumunun standart bölmələri
siyasi şöbə – adətən regional bölmələri daxil edir. Məsələn, Latın Amerika,
Afrika, Asiya bölmələri;
beynəlxalq və regional təşkilatlar şöbəsi;
müqavilə-hüquqi şöbə – iri dövlətlərdə müstəqil şöbə; adətən beynəlxalq
hüquq məsələləri ilə məşğul olur. Bəzi dövlətlər bu məsələləri ədliyyə
nazirliyinin səlahiyyətlərinə daxil edirlər;
protokol şöbəsi;
ticari-iqtisadi şöbə;
hümanitar əməkdaşlıq şöbəsi;
beynəlxalq təhlükəsizlik şöbəsi;
informasiya şöbəsi. Həmçinin mətbuatla işləyir;
kadrlar şöbəsi;
maddi-texniki təminat şöbəsi;
konsul münasibətlərini həyata keçirən şöbə;
inzibati şöbə; bu şöbəyə adətən kommunikasiya və təhlükəsizliklə məşğul
olan bölmə, həmçinin arxivlər və kitabxana daxildir.
44.
Diplomatik nümayəndəlik, maraqlar şöbələri anlayışları
Diplomatik nümayə
ndə
lik – bir dövlətin digər dövlətdə yerləşən daimi
dövlət xarici əlaqələr orqanı. Səfirin rəhbərlik etdiyi diplomatik
nümayəndəlik - səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə
olunan diplomatik nümayəndəlik – missiya (hökumət başçısı yanında)
adlanır.
Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu X N yanında işlər
və
kili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada
bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara
dövlətlər arasında rəsmi diplomatik münasibətlər olmadıqda rast gəlmək
olur.
45. Diplomatik nümayəndəliyin tərkibi
Diplomatik nümayə
ndə
liyin tə
rkibinə üç kateqoriyalı əməkdaşlar daxildir:
a) diplomatik personal – diplomatik immunitetə – toxunulmazlığa
(missiyalarını yerinə yetirdikləri dövlətlərin ərazisində xarici diplomatlara
verilən xüsusi hüquq və üstünlüklər – bax mövzu 3.)
Ümumən diplomatik personalın səfirliyin təmsil etdiyi ölkənin vətəndaşları
olması qaydası qəbul edilib. Lakin müasir dövrdə, məsələn, Avropada
intqeqrasiya prosesləri gücləndiyi üçün bəzi istisnalar mövcuddur (bax
mövzu 7.).
b) texniki personal (şifrləyici, makinaçı və s.)
Ə
sas etibarilə səfirliyin təmsil etdiyi ölkənin vətəndaşlarıdır.
c)
xidmə
tçi personal (sürücülər, xadimələr və s.)
Böyük əksəriyyəti səfirin fəaliyyət göstərdiyi ölkənin vətəndaşlarıdır. Bu
kateqoriyalı əməkdaşların səfirin öz ölkəsindən gətirməsi maddi və məntiqi
cəhətdən əsassızdır. Məsələn, Fransadan Azərbaycana xadimənin
gətirilməsinə ehtiyac varmı?! Eyni zamanda, bəzi, xidmətçi personala aid
olan, lakin xüsusi spesifikaya malik peşələrin sahibləri öz ölkəsindən gətirilə
bilər: aşbaz, həkim, şəxsi mühafizəçi və s.
46. Diplomatik korpus və duayen anlayışları
Diplomatik korpus –
hər hansı
bir dövlətdə fəaliyyət göstərən xarici
diplomatlar həmin dövlətdə duayenin (ağsaqqal) başçılıq etdiyi diplomatik
korpusu təşkil edirlər. Duayen ən yüksək ranqlı (dərəcəli) diplomatik
nümayəndə, bir neçə bərabər dərəcəli diplomat olduqda həmin dövlətdə öz
vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir.
Qeyd edək ki, duayen vəzifəsi şərəfli olmaqla yanaşı böyük məsuliyyət və
məharət tələb edir. Duayen kütləvi tədbirlərdə öz həmkarları adından çıxış edə
bilər. Bir sıra hallarda səfirlərin akreditə olduğu dövlətin rəhbərliyi
diplomatlara hansısa qeyri-rəsmi xarakterli məlumatı birbaşa çatdırmaqdansa
bunu duayen vasitəsilə etməyə üstünlük verir. Lakin duayen həmkarları ilə
məsləhətləşmədən, onlardan razılıq almadan ən önəmsiz məsələ üzrə belə
diplomatik korpus adından hərəkət edə, yazılı yaxud şifahi bəyanatla çıxış edə
bilməz. Qeyd etdiyimiz çərçivələrə baxmayaraq, duayen vəzifəsini icra edən
səfirin nüfuzu istər-istəməz artır, onun diplomatik kontaktlar dairəsinin
genişlənməsinə səbəb olur. Bu mənada bəzi hallarda kiçik dövlətlər qəsdən öz
səfirlərinin fəaliyyət müddətini uzadırlar ki, o, duayen seçilə bilsin.
47. Diplomatik ranqlar, attaşe anlayışı
Diplomatik ranqlar – səfirlik və missiyaların, X N mərkəzi aparatının
diplomatik
personalının
fərqlənmə
dərəcələri.
Ə
ksər
dövlətlərin
qanunvericiliyində aşağıdakı dərəcələr müəyyən edilib: fövqəladə və
səlahiyyətli səfir, elçi, müşavir, səfirliyin birinci katibi, ikinci katibi, üçüncü
katibi, attaşe.
Attaş
e - ən aşağı diplomatik dərəcə. Adətən diplomatın karyerası məhz bu
pillədən başlayır. Attaşe müəyyən sahə üzrə mütəxəssisdir və bu sahə üzrə
səfirin məsləhətçisi qismində çıxış edir: hərbi attaşe, ticarət məsələləri üzrə
attaşe, turizm üzrə attaşe və s.
Bir səfirlikdə attaşelərin sayı həmin ölkədə ayrı-ayrı sahələrin inkişaf səviyyəsi
və səfirin təmsil etdiyi dövlət üçün əhəmiyyətliyi dərəcəsindən və təbii ki,
dövlətin maddi imkanlarından asılıdır. Məsələn, Azərbaycanın Kubada aviasiya
üzrə attaşe yaxud iqtisadi əlaqələri zəif olan Mozambikdə ticarət üzrə attaşe