Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

-  Əməliyyat  diplomatik  bölmələr  idarələrin  sərəncam  dairəsinə  aid  olan 

ölkələrdəki  diplomatik  nümayəndəliklərə  rəhbərlik  edirlər.  Diplomatik 

nümayəndəliklərdən  göndərilən  söhbətlər,  hesabatlar  və  arayışların  təhlilin 

nəticələrinə  əsaslanaraq,  diplomatik  poçt  və  şifrəolunmuş  əlaqədən  istifadə 

edərək səfirliklər və missiyaların fəaliyyətini uzlaşdırır və istiqamətləndirir. 

ƏƏ

  öz  aralarında  (misal  üçün,  həmhəmhüdud  ölkələrlə  məşğul  olan 



idarələrlə) əlaqə saxlayırlar.  

Funksional idarələrin müzakirə etdikləri problemlərin  geniş spektrini nəzərə 

alaraq ƏƏ  onlarla da əlaqə saxlayır. 

-X N-in  bölmələri  və  başqa  idarələr  üçün  nəzərdə  tutulmuş  arayış  və 

məlumat materialların hazırlanması da ƏƏ  vəzifələrinə daxildir. 

-Müvafiq  ölkələrlə  münasibətlərin  inkişafı  ilə  bağlı  məsələlər  kompleksini 

dərindən  təhlil  edərək,  ƏƏ   öz  işinin  müəyyən  planını  hazırlayır.  Plan 

ölkələrdə vəziyyəti obyektiv şəkildə öyrənməyə, həmin dövlətlərdən yekun 

məlumatın almağına imkan verən tədbirlərdən ibarətdir. 

 

 



43. Xarici işlər qurumunun standart bölmələri 

siyasi şöbə – adətən regional bölmələri daxil edir. Məsələn, Latın Amerika, 

Afrika, Asiya bölmələri; 

beynəlxalq və regional təşkilatlar şöbəsi; 

müqavilə-hüquqi  şöbə  –  iri  dövlətlərdə  müstəqil  şöbə;  adətən  beynəlxalq 

hüquq  məsələləri  ilə  məşğul  olur.  Bəzi  dövlətlər  bu  məsələləri  ədliyyə 

nazirliyinin səlahiyyətlərinə daxil edirlər; 

protokol şöbəsi; 

ticari-iqtisadi şöbə; 

hümanitar əməkdaşlıq şöbəsi; 

beynəlxalq təhlükəsizlik şöbəsi; 

informasiya şöbəsi. Həmçinin mətbuatla işləyir; 

kadrlar şöbəsi; 

maddi-texniki təminat şöbəsi; 




konsul münasibətlərini həyata keçirən şöbə; 

inzibati  şöbə;  bu  şöbəyə  adətən  kommunikasiya  və  təhlükəsizliklə  məşğul 

olan bölmə, həmçinin arxivlər və kitabxana daxildir. 

 

 



44. Diplomatik nümayəndəlik, maraqlar şöbələri anlayışları 

Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi 

dövlət xarici əlaqələr orqanı. Səfirin rəhbərlik etdiyi diplomatik 

nümayəndəlik  - səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə 

olunan diplomatik nümayəndəlik – missiya (hökumət başçısı yanında) 

adlanır.

 

Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu X N yanında işlə



vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada 

bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara 

dövlətlər arasında rəsmi diplomatik münasibətlər olmadıqda rast gəlmək 

olur. 


 

45. Diplomatik nümayəndəliyin tərkibi 



Diplomatik nümayəndəliyin tərkibinə üç kateqoriyalı əməkdaşlar daxildir: 

 a)  diplomatik  personal  –  diplomatik  immunitetə  –  toxunulmazlığa 

(missiyalarını  yerinə  yetirdikləri  dövlətlərin  ərazisində  xarici  diplomatlara 

verilən xüsusi hüquq və üstünlüklər – bax mövzu 3.) 

Ümumən diplomatik personalın səfirliyin təmsil etdiyi ölkənin vətəndaşları 

olması  qaydası  qəbul  edilib.  Lakin  müasir  dövrdə,  məsələn,  Avropada 

intqeqrasiya  prosesləri  gücləndiyi  üçün  bəzi  istisnalar  mövcuddur  (bax 

mövzu 7.).  

b) texniki personal (şifrləyici, makinaçı və s.)  

Ə

sas etibarilə səfirliyin təmsil etdiyi ölkənin vətəndaşlarıdır. 



c) xidmətçi personal (sürücülər, xadimələr və s.)  

Böyük  əksəriyyəti  səfirin  fəaliyyət  göstərdiyi  ölkənin  vətəndaşlarıdır.  Bu 

kateqoriyalı əməkdaşların səfirin öz ölkəsindən gətirməsi maddi və məntiqi 

cəhətdən  əsassızdır.  Məsələn,  Fransadan  Azərbaycana  xadimənin 

gətirilməsinə  ehtiyac  varmı?!  Eyni  zamanda,  bəzi,  xidmətçi  personala  aid 



olan, lakin xüsusi spesifikaya malik peşələrin sahibləri öz ölkəsindən gətirilə 

bilər: aşbaz, həkim, şəxsi mühafizəçi və s. 

 

46. Diplomatik korpus və duayen anlayışları 



Diplomatik  korpus    hər  hansı  bir  dövlətdə  fəaliyyət  göstərən  xarici 

diplomatlar  həmin  dövlətdə  duayenin  (ağsaqqal)  başçılıq  etdiyi  diplomatik 

korpusu  təşkil  edirlər.  Duayen  ən  yüksək  ranqlı  (dərəcəli)  diplomatik 

nümayəndə,  bir  neçə  bərabər  dərəcəli  diplomat  olduqda  həmin  dövlətdə  öz 

vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir. 

Qeyd edək ki, duayen vəzifəsi şərəfli olmaqla yanaşı böyük məsuliyyət və 

məharət tələb edir. Duayen kütləvi tədbirlərdə öz həmkarları adından çıxış edə 

bilər. Bir sıra hallarda səfirlərin akreditə olduğu dövlətin rəhbərliyi 

diplomatlara hansısa qeyri-rəsmi xarakterli məlumatı birbaşa çatdırmaqdansa 

bunu duayen vasitəsilə etməyə üstünlük verir.  Lakin duayen həmkarları ilə 

məsləhətləşmədən, onlardan razılıq almadan ən önəmsiz məsələ üzrə belə 

diplomatik korpus adından hərəkət edə, yazılı yaxud şifahi bəyanatla çıxış edə 

bilməz.  Qeyd etdiyimiz çərçivələrə baxmayaraq, duayen vəzifəsini icra edən 

səfirin nüfuzu istər-istəməz artır, onun diplomatik kontaktlar dairəsinin 

genişlənməsinə səbəb olur. Bu mənada bəzi hallarda kiçik dövlətlər qəsdən öz 

səfirlərinin fəaliyyət müddətini uzadırlar ki, o, duayen seçilə bilsin. 

 

 

47. Diplomatik ranqlar, attaşe anlayışı 



Diplomatik  ranqlar  –  səfirlik  və  missiyaların,  X N  mərkəzi  aparatının 

diplomatik 

personalının 

fərqlənmə 

dərəcələri. 

Ə

ksər 



dövlətlərin 

qanunvericiliyində  aşağıdakı  dərəcələr  müəyyən  edilib:  fövqəladə  və 

səlahiyyətli  səfir,  elçi,  müşavir,  səfirliyin  birinci  katibi,  ikinci  katibi,  üçüncü 

katibi, attaşe. 



Attaşe    -  ən  aşağı  diplomatik  dərəcə.  Adətən  diplomatın  karyerası  məhz  bu 

pillədən  başlayır.  Attaşe  müəyyən  sahə  üzrə  mütəxəssisdir  və  bu  sahə  üzrə 

səfirin  məsləhətçisi  qismində  çıxış  edir:  hərbi  attaşe,  ticarət  məsələləri  üzrə 

attaşe, turizm üzrə attaşe və s. 

Bir səfirlikdə attaşelərin sayı həmin ölkədə ayrı-ayrı sahələrin inkişaf səviyyəsi 

və  səfirin  təmsil  etdiyi  dövlət  üçün  əhəmiyyətliyi  dərəcəsindən  və  təbii  ki, 

dövlətin maddi imkanlarından asılıdır. Məsələn, Azərbaycanın Kubada aviasiya 

üzrə  attaşe  yaxud  iqtisadi  əlaqələri  zəif  olan  Mozambikdə  ticarət  üzrə  attaşe 




Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə