Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

Anklav  –  Dövlətin  hər  tərəfdən  digər  və  ya  başqa  dövlətlərin  əraziləri  ilə  əhatə  olunmuş 

torpaq  sahəsi.  Dəniz  sahili  olduqda  yarımanklav  yaranır.  Anklav  mövcudluğu  bir  sıra  hüquqi 

problemlər doğurur: anklava getməyi təmin etmə, anklavın məxsus olduğu dövlətin digər hissələri ilə 

ə

laqəsinin yaradılması imkanı və s.  



 

23. Preambula anlayışının mahiyyəti 

 

Preambula - razılığa gələn tərəflərin və muqavilənin imzalanmasına səlahiyyətlənmiş 



şə

xslərin siyahısını və müqavilənin bağlanması üçün əsas rolunda çıxış edən motivləri 

özündə ehtiva edən beynəlxalq müqavilənin giriş hissəsi. 

 

24. Preliminari, prolonqasiya və paraflama anlayışları 



 

Preliminari – gələcəkdə başqası ilə əvəz oluna biləcək ilkin razılıq; 

Prolonqasiya – hər-hansı bir müqavilənin qüvvədə qalması müddətinin uzadılması; 

Paraflama – danışıqda iştirak edən hər bir tərəfin səlahiyyətli nümayəndələrinin inisialları ilə 

beynəlxalq  müqavilənin  mətninin  razılaşdırıldığını  göstərən  ilkin  imzalama.  Bü  cür  imzalamaya 

müqavilənin yekun mətninin imzalanması hansısa səbəblərə görə başqa vaxta saxlandığı təqdirdə rast 

gəlinir.  Sazişin  rəsmi  imzalanmasını  ləngidən  səbəblər  aradan  qaldırıldıqda,  paraflanmış  mətnin 

yekun imzalanması baş verir. 

 

 



II KOLLOKV UM 

 

 

25.  mtiyaz, toxunulmazlıq və diplomatik toxunulmazlıq anlayışları 



mtiya

z – müstəsna hüquq, üstünlük deməkdir.  



Toxunulmazlıq  

  cəmiyyətdə  xüsusi  yer  tutan  insanlara  verilən  ümumi 

qanunlara tabe olmamaq müstəsna haqqdır. 

Diplomatik  toxunulmazlıq

  –  xarici  dövlətlərin  diplomatik  əməkdaşlarına 

verilən haqqlar və imtiyazlar məcmusudur. 

 

26. Diplomatik nümayəndəliyin imtiyaz və toxunulmazlıqları 



1.a)  Səfirliyin  binaların  və  onlara  bitişik  olan  ərazilərin  toxunulmazlığı. 

Xarici  səfirlik  və  onun  tutduğu  ərazi  (misal  üçün,  təyyarə)  səfirliyi  qərib 

ölkədə təmsil  edən  dövlətə  məxsusdur.  Bu  əraziyə  səfirlik  nümayəndəsinin 

icazəsi olmadan daxil olmaq (axtarış aparmaq) qadağandır. 

Ə

ks təqdirdə səfirlik atəş aça bilər. 



2. b) Yazılar, sənədlər və arxivlərin toxunulmazlığı. 

3.  c)  Əlaqə  və  ünsiyyət  vasitələrinin  azadlığı  və  toxunulmazlığı:  (bir 

dövlətin  müxtəlif  ölkələrdəki  nümayəndələri  arasında,  yaxud  nümayəndənin  öz 




dövləti ilə saxladığı əlaqə nəzərdə tutulur). Səfirliyin əməkdaşları öz həmvətənləri 

və  başqa  ölkələrin  nümayəndələri  ilə  həm  açıq  mətnlə,  həm  şifrələrlə  əlaqələr 

saxlaya  bilərlər.  Şifrə  edilməmiş  məlumatları  çatdırmağa  qadağa  qoymağa  heç 

kəsin haqqı yoxdur. 



4.  d)  Diplomatk  poçt  nə  gömrükdə,  nə  də  istənilən  başqa  bir  yerdə 

yoxlanılmır. 



5. e) Vergi ödənişindən azad edilmə. 

6. f) Gömrük rüsumlarından azad edilmə və import (idxal) etmək hüququ. 

 

27. Şəxsi imtiyaz və toxunulmazlıqların formaları 



1.A) Diplomatik işçilərin və onların ailə üzvlərinin (əgər onlar təmsil 

olunan  dövlətin  vətəndaşlarıdılarsa)  istifadə  etdikləri  imtiyazlar  və 

toxunulmazlıqların tam forması. 

2.b) Səfirliyin texniki və inzibati heyəti, diplomatik ailə üzvləri (əgər onlar 

diplomatın yerləşdiyi dövlətin vətəndaşlarıdırlarsa, yaxud əgər onlar 

diplomatın təmsil etdiyi dövlətin vətəndaşları deyillərsə); və ailə üzvlərin 

şə

xsi qulluqçuları üçün nəzərdə tutulmuş imtiyazlar və toxunulmazlığın 



məhdudlaşdırılmış forması. 

 

28. Toxunulmazlıqların qüvvədə qalma müddəti 



Diplomatın  ölkəyə  daxil  olma  anından  yaxud  Xarici  şlər  Nazirliyi 

diplomatın gəlişi haqqında xəbərdarlıq etdiyi andan toxunulmazlıq qüvvəyə 

salınır və diplomatın səlahiyyətlərinin müddəti başa çatdıqda onlar qüvvədən 

düşür.  Diplomatın  səlahiyyət  müddətinin  bitməsi  onun  başqa  ölkəyə 

köçürülməsi,  onun  öz  ölkəsi  tərəfindən  geri  çağırılması,  yaxud  diplomatın 

onu  qəbul  edən  dövlət  «non-qrata»  -  «arzuedilməz»  şəxs  elan  edilməsi  ilə 

bağlı ola bilər. 

 

29. Tam (bütöv) imtiyaz və toxunulmazlıqlar 



 

1.1.  Diplomatı  qəbul  edən  dövlətin  qanunlarına  uyğun  olaraq  onun  şəxsi 

toxunulmazlığı və müdafiəsi. 




2.2. Cinayət məsuliyyətində toxunulmazlıq (diplomat öz dövlətinin 

qanunlarına tabe olur; ən xoşagəlməz halda diplomatı qəbul edən ölkə onu 

yalnız ərazisindən çıxartdıra bilər). 

 

3.3. Mülki və inzibati məsuliyyətdə toxunulmazlıq. 



4.4. Məktublaşmanın toxunulmazlığı. 

5.5. Əmlakın toxunulmazlığı. 

6.6.  ctimai vəzifələrdən, o cümlədən, hərbi vəzifələrdən azad edilmə – hərbi 

xidməti  ölkənin  yalnız  öz  vətəndaşları  keçməlidir;  əgər  diplomat  yad  ölkəyə 

gəlirsə,  deməli,  bu  dövlətin  vətəndaşı  olmadığına  görə,  o,  hərbi  xidmət  keçmir, 

diplomat yalnız könüllü olaraq hər hansı bir ictimai vəzifəni yerinə yetirə bilər. 



7.7. Şahid kimi ifadə vermək vəzifəsindən azad edilmə. Əgər diplomat hər 

hansı bir cinayətin şahidi olubsa, heç bir məhkəmə ifadə verməkdən imtina etdiyi 

üçün onu məhkum edə bilməz. 

 

30. Ərazisində yerləşdiyi dövlət qarşısında diplomatın vəzifələri 



1.1. Diplomat onu qəbul edən dövlətin daxili işlərinə müdaxilə edə bilməz.  

2.2.  Diplomatın  hüququ  yoxdur  ki,  missiya  üçün  ayrılmış  ərazi  və  binaları 

qeyri məqsədlə istifadə etsin (müxtəlif şirkətlərə icarəyə vermək və s.)  

3.3.  Diplomat  öz  imtiyazları  və  toxunulmazlıqlarından  şəxsi  mənfəət  güdə 

bilməz. 

5.5. Diplomatik toxunulmazlıqdan məhrum edilmə: 

Təlimatları pozduğuna görə diplomat diplomatik toxunulmazlıqdan məhrum 

edilə  bilər  –  diplomat  və  nazir  arasında  şəxsi  gərəzlik  olduqda;  diplomatın 

işlədiyi  ölkənin  hökuməti  üçün  qəbuledilməz  şəxsi  keyfiyyətləri  olduqda; 

diplomat  işlədiyi  ölkənin  qanunlarını  kobudcasına  pozduqda  beynəlxalq 

konflikt  baş  verməsin  deyə  diplomatı  təqdim  edən  ölkənin  özü 

nümayəndəsini  geri  çağırtdırır.  Əgər  diplomat  gərib  ölkənin  hökuməti 

tərəfindən  geri  göndərilirsə  çox  hallarda  cavab  kimi  səfirin  öz  ölkəsi  qərib 

ölkənin diplomatını geri yollayır. 

Bəzi  hallarda  toxunulmazlıq  diplomatın  təqdim  etdiyi  ölkə  tərəfindən  də 

ləğv  edilə bilər.  Adətən bundan sonra  diplomat  qərib ölkədən geri  çağırılır 




Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə