Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

olaraq,  məlumatın  dürüstlüyünü  əlavə  enerci  və  maliyyə  vasitələri  xərcləmədən 

yoxlaya  bilər.  Bundan  başqa,  ölkəni  diplomata  nisbətən  daha  yaxşı  tanıyan  bəzi 

istedadlı curnalistlərin analitik məqalələri səfirlik əməkdaşlarının tədqiqatlarından 

daha maraqlı və xeyirli olurlar. 

Bəzən K V hər-hansı ölkəyə qarşı mənfi mövqedən çıxış edirlər. Bu halda 

həmin  ölkəni  təmsil  edən  diplomat  səbrli olmalı  və  curnalistlərlə  münasibətlərdə 

kəskin ifadələrdən qaçmalıdır.  zahatlar və təkziblər yalnız K V orqanı ifrat qeyri-

dəqiq və Milli maraqlara toxunan informasiyanı dərc etdikdə verilməlidir. 

Diplomat  ölkədə  xəbərləri  kimin  «yaratdığını»  bilməli  və  həmin  şəxslə 

kontakt qurmağı bacarmalıdır. Nəticədə o, bir tərəfdən informasiya ilə  maksimal 

dərəcədə  effektiv  şəkildə  təmin  olunacaq,  digər  tərəfdən  isə,  K V  köməyi  ilə 

fəaliyyət  göstərdiyi  ölkənin  vətəndaşlarında  öz  ölkəsinin  müsbət  obrazını  yarada 

biləcək (bu prosesə, ehtiyac varsa, nüfuzlu şəxsləri də cəlb etmək olar). 

 

63. Təmsil etdiyi ölkənin K V ilə diplomatik əlaqələr 



 

Bəzi  hallarda  diplomatın  çalışdığı  dövlətdə  öz  ölkəsinin  də  K V  orqanı 

yaxud  onun  yerli  şöbəsi  olur.  Bu  orqanla  xoş  əlaqələr  həm  yeni  informasiyanın 

ə

ldə edilib yoxlanılmasında kömək edir, həm də curnalistin yuxarı dairələrdə artıq 



malik  olduğu  kontaktlardan  bəhrələnmək  imkanı  verir.  Əksər  diplomatik 

nümayəndəliklər ayda 2-3 dəfə öz ölkəsinin K V ilə görüşlər keçirirlər. 

 

64.  ngiltərə diplomatiyasında islahatlar. Müştərək lahiyələr 



 

ngiltərə:  XX  əsrin  60-cı  illərindən  başlayaraq,  ingilislər  diplomatik 

sistemin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində dörd dəfə islahat aparmışdılar. 

Məsələn, onlar səfirin fəaliyyətə etimadnamənin təqdimatından sonra deyil, ölkəyə 

gəldiyi andan başlaması qaydasını tətbiq etdilər. Bu səfirə həftələr və bəzi hallarda 

hətta  aylarla  kraliçanın  Londonda  olub  onu  qəbul  etmək  üçün  vaxt  tapacağını 

gözləmədən dərhal iş başına keçmək imkanı verir. Digər bir yenilik  digər bir ölkə 

ilə  üçüncü  bir  ölkədə  birgə  səfirliyin  təsis  edilməsidir  (məsələn,  ingilis-alman 

səfirliyi). 




ngilislər  səfirlklərdə  diplomatlar  mübadiləsi  kimi  yeniliyi  ilk  tətbiq 

edənlərdəndirlər.  Məsələn,  Vaşinqtondakı  ingilis  səfirliyinin  birinci  katibi 

U.Şepqott alman səfirliyinə həmin səfirliyin müşaviri əvəzinə göndərilmişdir. 

Ayrı-ayrı  dövlətlərin  diplomatlarının  və  diplomatik  xidmətlərinin 

yaxınlaşması prosesi davam edir və artıq iri ölkələr arasında müştərək səfirliklərin 

yaradılması  məsələsi  təəccüblə  qarşılanmır.  Artıq  1988-ci  ildə  Fransada  Paris  və 

Bonn  arasında  vahid  diplomatiyanı  nəzərdə  tutan  «avropa  siyasi 

konfederasiyası»nı  qurmaq  təklifi  irəli  sürülmüş  və  qarışıq  tərkibli,    növbə  ilə 

dəyişən səfirləri olan birgə səfirliklərin yaradılması barədə danışıqlara başlanmışdı. 

 

65.  ngiltərə diplomatiyasının əsas prioritetləri 



 

ngiltərənin keçmiş xarici işlər naziri M. Rifkind indi də aktual olan ingilis 

diplomatiyasının əsas məqsədlərini ifadə etmişdi: 

1. 


Ölkənin  ərazi  bütövlüyü  və  təhlükəsizliyi,  Avropada  sülh  və 

təhlükəsizlik; 

2. 

Birləşmiş krallığının tabəələrinin maddi rifahı, həyat səviyyəsi və 



keyfiyyətini  artırmağa  xidmət  edən  ticarət,  turizm,  xarici  investisiyalar  və 

ə

mtəə ixracatı. 



 

66. ABŞ diplomatiyasında iqtisadi amilin rolu 

 

ABŞ səfirləri digər diplomatik funksiyalara nisbətən ticarətə daha çox diqqət 



nümayiş etdirirlər və bu onlarla rəqabət etməyə çalışan bir çox ölkələri narahat 

edir. Artıq 1997-ci ildən ABŞ dövlət departamenti prezidentə istinad edərək 

bildirmişdi ki, bu və ya digər səfirin fəaliyyəti onun vaxtında çalışdığı ölkədə 

Amerika mallarının ixracının artması ilə qiymətləndiriləcək.  

 

67. Müasir ABŞ diplomatiyasında strateji yanaşmalar. 



 

2009-cu ilin iyulunda beynəlxalq mənasibətlər üzrə Şuradakı çıxışında Hillari 

Klinton 5 strateji yanaşmanı qeyd etdi: 

1) Beynəlxalq partnyorlarla əməkdaşlıq istiqamətində yenilənmə və yeni daha 

sıx əlaqələr körpülərinin yaradılması; 

2) ABŞ-ın mövgeləri ilə razı olmadığı və rəqib-dövlətlərlə prinsipial qarşılıqlı 

təmasın təmin edilməsi; 


3) Amerika qüdrətinin təməlllərinin biri kimi xaricdəki iqtisadi inteqrasiyanın 

artırılması və inkişaf etdirilməsi; 

4)  Qarşılıqlı  uzlşdırmanı  və  dəstəyi  təmin  etmək  məqsədi  ilə  münaqişə 

ocaqlarında mülki və hərbi səylərin intqersiyasını təmin etmək; 

5) ABŞ-ın dünyaya təsirinin ənənəvi mənbələrinin, o cümlədən iqtisadi qüdrətin 

və «nümunə gücünün» möhkəmləndirilməsi. 

 

68. Diplomatiya müasir dövrdə. Üstünlükləri və çatışmazlıqları  



 

Müasir  beynəlxalq  vəziyyət  20-30  il  bundan  öncəsindən  xeyli  dərəcədə 

fərqlənir. Qloballaşan dünyada etnik, maliyyə, sosial və digər problemlər daha da 

kəskinləşdi.  Diplomatiya  tarixində  bu  günə  qədər  bu  qədər  regional  və  qlobal 

problemlər  və  onların  həllinə  bu  qədər  dövlətin  qoşulması  prosesinə  təsadüf 

edilməyib.  Bunlar  isə  diplomatlardan  daha  da  incə,  düşünülmüş  fəaliyyət  tələb 

edir.  Digər  tərəfdən,  informasiya  texnologiyaların  inkişafı  diplomatların  işini 

asanlaşdırsa da, onlardan daha çevik olmağı, baş verən hadisələrə və əldə etdikləri 

informasiyaya daha cəld, operativ şəkildə reaksiya verməyi tələb edir. 

Ə

ksər məsələlərin dövlət və hökümət başçıları səviyyəsində müzakirəsi bəzi 



mütəxəssislərin  diplomatiyada  nəinki  səfirlərin,  hətta  ümumilikdə  Xarici  şlər 

Nazirliyinin  rolunun  heçə  endiyi  fikrini  bildirmələrinə  səbəb  oldu.  Əlbəttə,  ali 

səviyyədə görüşlərin rolu artıb, bu inkaredilməzdir. Lakin əvvəlki tək hər belə bir 

görüş diplomatların, ekspertlərin uzunmüddətli fəaliyyətinin nəticəsində baş tutur. 

Onların  köməyi,  məsləhətləri,  rəyləri  olmadan  ali  səviyyədə  görüşlər  keçirilmir. 

Və beynəlxalq problemlərin mürəkkəbliyi, qarşılıqlı asılılığı diplomatları daha da 

peşəkar  olmağa  vadar  edir.  Əgər  1914-cü  ildə  Londonda  14,  1971-ci  ildə  114 

səfirlik var idisə, XXI əsrin əvvəllərində səfirliklərin sayı 150, diplomatların sayı 

isə 3300 nəfəri keçdi. ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın irəli sürdüyü 

tezis aktuallığını saxlamaqdadır: «Bizim  mövcud olmuş  yox,mövcud olan dünya 

ilə deyil, mövcud olacaq dünyada işləməyi bacaran qadın və kişilərə ehtiyacımız 

var». Bacarıqlı və incə diplomatiya yürütmək məharəti dövlətlər, xüsusən də kiçik 




ölkələr  üçün  həyati  bir  məsələyə  çevrilib.  Bir  çox  dövlətlər  artıq  bu  istiqamətdə 

islahatlar aparmaqdadır. 

 

69. XX əsrin sonlarında Fransa diplomatiyasının əsas məqsədləri 



 

Hələ  1993-cü  ildə  Fransa  Xarici  şlər  Naziri  vəzifəsinə  keçərkən  A.Jüppe 

Fransa diplomatiyasının məqsədlərini bu cür müəyyən etmişdi: 

1. 


Fransa dünya səhnəsində müstəqil rol oynamalıdır; 

2. 


Fransa digər dövlətlərin ona nəyisə diqtə etməyini istəmir; 

3. 


Bir nömrəli prioritet məsələ – avropa həmrəyliyidir. Fransa ABŞ 

yaxud Sakit okean regionu ölkələri ilə bərabər səviyyədə tək çıxış edə bilməz; 

4. 

Fransanın  təhlükəsizliyinin  əsas  təməllərindən  biri  Atlantik 



həmrəylikdir; 

5. 


Xarici  siyasətin  ideoloji  xarakteri  (xarici  siyasətin  əsasında 

müəyyən  ideyalar  və  prinsiplər  durmalıdır;  prinsiplərsiz  diplomatiya  zəif 

siyasət deməkdir). 

 

70. Fransa diplomatiyasında Jüppenin islahatları 



 

Bu məqsədlərin reallaşdırılması istiqamətində o, diplomatlar üçün aşağıdakı 

vəzifələri müəyyən etdi: 

1. 


Hər  səfir  çalışdığı  ölkədə  Fransa  maraqlarının  təmin  edilməsi  və 

inkişaf  etdirilməsi  üzrə  strateci  planı  rəhbər  tutaraq  fəaliyyət  göstərməlidir. 

Ə

vvəllər  Fransa  daxil  olmaqla  bir  çox  ölkələrdə  səfirə  təlimatlar  sadəcə  X N 



yaxud  onun  müavinlərindən  biri  söhbət  və  bir  neçə  tövsiyyədən  ibarət  idi. 

Nəticədə  bir  çox  hallarda  səfir  göndərildiyi  ölkədə  tam  məlumatı  olmadan 

fəaliyyətə başlayırdı, çünki onlarla ölkələrə nəzarət funksiyasını icra edən nazir 

müavini  özü  həmin  ölkələr  haqqında  ötəri təsəvvürə  malik  idi  və  təbii  ki,  bu 

halda onun verdiyi təlimatlar da ümumi xarakter daşıyırdı. Jüppe bu məsələdə 

daha ciddi və məntiqli olmağı tələb edirdi; 

2. 

Yeni  səfir  iş  başına  keçdikdən  yarım  il  sonra  yerli  vəziyyəti  əks 



etdirən və özündə konkret təklifləri ehtiva edən strateji plan tərtib edir. Onun 


ə

sas  müddəaları  bilavasitə  nazir  tərəfindən  təsdiqlənir.  Mütəmadi  hesabatlar 

rejimi qüvvəyə minir; 

3. 


 Nazirlik  və  səfirliklər  arasında  informasiya  mübadiləsi  daha 

mütəmadi xarakter daşımağa başlayır. Əgər hələ bu yaxınlarda Fransa səfirləri 

X N  fəaliyyəti,  digər  ölkələrin  diplomatlarının  görüşləri  barədə  mətbu  at 

vasitəsilə  öyrənirdilərsə,  hal-hazırda  diplomatik  nümayəndəliklərin  operativ 

şə

kildə informasiya ilə təminatı təşkil olunub. «Əgər Parisdə xarici işlər naziri 



ABŞ  dövlət  katibi  ilə  söhbət  edirsə,  artıq  iki  saatdan  sonra  Vaşinqtondakı 

Fransa  səfiri  söhbətin  məzmumundan  xəbərdar  olacaq»  -  deyə  nazirin 

göstərişində qeyd edilirdi. 

4. 


Lokal  maraqlardan  daha  geniş  sahəni  əks  etdirən  teleqramlar  və 

digər materiallar digər nazirliklər və departamentlərə, digər Fransa səfirliklərinə 

çap edilərək göndərilir. 

 

71. Diplomatik əlaqələrin qurulması üçün diplomat nəyi bilməlidir 



Kontaktların  qurulması  üçün  diplomat  öz  ölkəsini,  xüsusən,  qarşı  tərəfi 

maraqlandıran  sahəni  yaxşı  bilməli,  son  hadisələrdən  təfsilatından  xəbəri 

olmalıdır; fəaliyyət göstərdiyi ölkəni, onun iqtisadiyyatını, tarixini, mədəniyyətini 

və s. yaxşı tanımalı, yerli abu-havaya, adət-ənənələrə uyğunlaşmağı bacarmalıdır. 

Həmçinin həmin dövlətin dilini bilmək çox önəmlidir. Əvvəla, bu özü-özlüyündə 

həmsöhbətin  sizə  qarşı  hörmətini  artırmış  olur,  ikincisi  isə,  tərcüməçi  lazım 

olmadığı halda etimad mühitini formalaşdırmaq qat-qat asandır. 

 

72. Ali səviyyədə əlaqələrin əhəmiyyəti. 



Diplomat unutmamalıdır ki, dövlət başçıları, baş nazirlər və nazirlərin onu qəbul 

etmək  kimi  öhdəliyi  yoxdur  və  onlarla  istənilən  sərgidə,  qəbulda,  konfranslarda 

görüşmək  mümkünlüyündən  maksimum  dərəcədə  istifadə  etməlidir.  Tədbirdə 

iştirak edəcək və kontakt qurmaqda maraqlı olduğunuz şəxslərin siyahısını, onlarla 

söhbətlərin mövzularını əvvəlcədən müəyyən etmək tövsiyyə olunur. Ehtiyatda bir 

neçə maraqlı xəbər, müəyyən məsələlərlə bağlı diqqətəlayiq fikirlər, incə zarafatlar 

olmağı kontaktın qurulması şansını daha da artırar. 



Təbii  ki,  səfir  üçün  ali  şəxslərlə  kontaktların  qurulmasında  ilk  fürsət 

etimadnamələrin təqdim edilməsi zamanı  yaranır.  lk təsəvvür çox vaxt həlledici 

olur  və  elə  həmin  görüşdən  seçilməyə,  yadda  qalmağa,  diqqəti  cəlb  etməyə 

çalışmaq lazımdır. 

 

73. Parlament üzvləri ilə diplomatik əlaqələr 



A)  Diplomat  üçün  parlamentdə  hansı  qanunların  hazırlandığı,  bu  qanunların 

ölkə  siyasəti  və  iqtisadiyyatı,  həmçinin  diplomatın  vətəni  olan  dövlətlə 

munasibətlərə  təsiri  səviyyəsi  barədə  məlumatları  birinci  əldən  əldə  etmək 

vacibdir; 

B)  Bəzi  millət  vəkilləri  yalnız  parlamentdə  deyil,  ümumən  ölkədə  xarici  və 

daxili  siyasətə  təsir  etmək  iqtidarındadırlar.  Diplomat  belə  şəxsləri  düzgün 

müəyyən edib onlarla kontakt qurmağı bacarmalıdır; 

C) Parlament komissiya və qruplarının fəaliyyəti bu və ya dicər qanunların 

qəbulunu tezləşdirə, yaxud əksinə, gecikdirə bilər; 

D)  Bir  qayda  olaraq,  parlamentdə  aparıcı  partiyalar,  işgüzar  dairələr  və  s. 

geniş şəkildə təmsil olunurlar; 

E) Parlamentin strukturu və işləmə mexanizmini bilmək lazımdır. 



 

 

74. Texnoloji tərəqqinin diplomatların fəaliyyətinə təsiri 



 

2000-ci  ildə  ABŞ-ın  Böyük  Britaniyada  səfiri  vəzifəsində  çalışş  Filipp 

Leyder  texnoloji tərəqqinin səfirliyin fəaliyyətinə təsiri ilə bağlı aşağıdakıları qeyd 

edirdi: 

«A) Səfirliklər və Vaşinqton arasında bütün səviyyələrdə  nternet vasitəsilə 

seanslar adi hala çevrilib. Seanslar zamanı geopolitik problemlər, rəsmi şəxslərin 

vizitləri ilə bağlı məsələlər və s. müzakirə olunur; 

B) ABŞ ticarət nazirliyinin yaratdığı veb-sayt vasitəsilə 850-ə yaxın kiçik və 

orta  Amerika  müəssisələrinin  malları nümayiş  olunur.  Gün  ərzində  saytı  7  minə 

yaxın adam ziyarət edir; 


C) Hər il səfirliyə gələn miyonlarla sorğulara indi sadəcə olaraq səfirliyin 

bütün lazımi məlumatlarla zəngin olan veb-saytı vasitəsilə cavab vermək olar; 

D)  Lokal  şəbəkəyə,  Baltimordakı  nzibati  qurumun  sosial  təminatı  üzrə 

sisteminə  dərhal  daxilolma  imkanı  diplomatik  əməkdaşlara  vəzifə  iddialarını 

nəzərdən  keçirmək,  ödənişləri  vaxtında  əldə  etmək  və  fırıldaqların  qarşısını  qısa 

müddəərzində almaq imkanı verir; 

E)  Müasir  texnologiyaların  tətbiqi  nəticəsində  pasportlarda  icazəsiz, 

qanunsuz dəyişikliklərin, fırıldaqların qarşısını səfirliyimizdəki laboratoriya daha 

effektiv şəkildə müəyyən edə bilir və bunun nəticəsi olaraq, yalnız keçən il ərzində 

40 cinayətkar həbs edilmişdir; 

) ABŞ-dakı prezident seçki kampaniyasının müzakirəsi çərçivəsində mən 25 

kampusun tələbələri ilə «Elektron kanallar» keçirdim; 

F) Rəqəmli videokonfrans səfirliyə ABŞ-ın dövlət katibinin müavini Tomas 

Pikeringin  10  yaxın  London  ərəb  jurnalistləri  ilə  ABŞ-ın  raq  siyasəti  ilə  bağlı 

müzakirəsini, həmçinin 175-ə yaxın qeyri-hökumət təşkilatı arasında transatlantik 

dialoqu təşkil etmək imkan verdi; 

G)  Uelsdə  virtual  konsulluq  yaradıldı  və  bu  konsulluq  vasitəsilə  Böyük 

Britaniyanın  önəmli  regionlarından  biri  olan  bu  zonada  biz  maraqlarımızı  daha 

effektiv şəkildə təmsil və müdafiə edə bilirik.» 

 

 



 

 

Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə