Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

saxlamaq zəruriyyəti yoxdur. Lakin şübhəsiz, səfirin nə qədər çox attaşesi var, 

bir  o  qədər  onun  konkret  sahələr  üzrə  məlumatları,  təhlilləri  və 

qiymətləndirmələri daha dəqiq və dolğun olacaqlar. 

 

 



48. Aqreman anlayışı, konsulluq xidmətinin tarixçəsi və ranqları 

Aqreman  –  hökumətin  müəyyən  şəxsin  diplomatik  nümayəndə  qismində 

təyinatına  razılığı.  Bir  qayda  olaraq,  bu  öz  vəzifəsini  tərk  edən  diplomatik 

nümayəndə vasitəsilə edilir və yerli hökümətə yeni namizədə aid məlumatları 

özündə ehtiva edən arayış təqdim olunur. Aqremanın əsas şərti məxfilikdir. 



Konsul (konsulluq) xidməti  ilk dəfə olaraq orta əsrlərdə  talyan şəhər-

dövlətləri tərəfindən Suriya və Fələstində onların maraqlarını təmin və müdafi 

etmək üçün təsis edilmişdi.  

Konsulluq idarəsinin başçıları üçün aşağıdakı ranqlar müəyyən edilib: 

- baş konsul, konsul, vitse-konsul, konsul agentləri 

 

49. Konsulluq gurumlarının açılma məkanları 



Hal-hazırda konsulluq qurumları aşağıdakı yerlərdə açılır: 

-  digər  dövlətin  vətəndaşları  olan,  lakin  doğma  dilini,  milli  mədəniyyətini 

saxlayan soydaşlarımızın yaşadıqları yerlərdə; 

-  konsul  idarəsinin  təmsil  etdiyi  dövlətin  digər  dövlətdə  çoxlu  sayda 

vətəndaşları olan yerlərdə (iri turist mərkəzləri, ziyarət yerləri, iş mərkəzləri); 

- konkret ticarət və ya digər maraqların olduğu yerlərdə. 

 

 

 

 

 

 

III KOLLOKV UM 

 

 

                                                     Diplomatiyanın əsasları 

 

50. Diplomatların informasiyanı əldə etmələrində elektron vasitələrin rolu 



 

  Kompüter texnologiyaları səfirliklərin fəaliyyətini xeyli asanlaşdırdı, kağız 

dosyelərin  sayı  azalmaqdadır.  nternetdən  ümumi  faydalı  məlumatlar  əldə  edilir, 



siyasi, iqtisadi, sosial problemlər və s. sahələr üzrə elektron banklar sifariş edilir və 

s. 


 

51. Elm və mədəniyyət nümayəndələri diplomatik əlaqələr 

 

A)  onlar  cəmiyyətin  və  ölkənin  konkret  sahələri  üzrə  dolğun,  analitik 



informasiyaya malikdirlər; 

B) onlarla görüşlər diplomatın yerli cəmiyyət arasında nüfuzunun artmasına 

səbəb olur; 

C)  bəzi  hallarda  onlar  vasitəsilə  ölkənin  hakimiyyət  dairələrinə  təsir  etmək 

olur; 

D) onlarla kontaktlar diplomatın ölkəsinin nüfuzunun artırılmasının və yerli 



cəmiyyətin  bütün  təbəqələri  ilə  əlaqələrin  yaxşılaşdırılmasının  ən  effektiv  və 

ə

lverişli yoludur; 



E) Bilvasitə təsirli təbliğat üsuludur 

 

52.  ctimai təşkilatlarla diplomatik ünsiyyət 



 

Diplomatın kontaktlar qurmağa səy göstərməli qruplara aiddir: 

A) bir çox ölkələrdə yalnız iqtisadi deyil, həmçinin mühüm siyasi rol oynayan 

həmkarlar ittifaqları; 

B) humanitar ictimai təşkilatlar; 

C) qadın təşkilatları; 

D) ekoloji təşkilatlar; 

E) hərbi qurumlar. Lakin bu zaman nəzərə almaq lazımdır ki, bu cür əlaqələr 

üçün  xeyli  məhdudiyyətlər  mövcuddur  və  hərbçilər  bir  qayda  olaraq,  rəhbərliyin 

icazəsi olmadan heç bir kontaktda getmirlər. 

Müxtəlif  təşkilatlarla  daha  sıx  əlaqələr  yaradarkən  diplomat  onların  təsir 

dairəsini,  çalışdığı  ölkənin  və  təmsil  etdiyi  dövlətin  siyasi  xəttində  onların 

maraqlarının nə dərəcədə önəmli olub-olmadığını nəzərə almalıdır. 

 

53. Həmyerlilərlə diplomatik əlaqələr 



 


Səfirliklərə  nisbətən  həmvətənlilərlə  əlaqələr  konsulluqlarda  daha  sıx  və 

mütəmadidir. Konsulluqlar vaxtaşırı onları kinobaxışlara, müəyyən qəbullara dəvət 

edirlər.  Bəzi  səfirliklər  istənilən vətəndaşın  istənilən  mövzu  ilə  bağlı  müraciət  edə 

biləcək konkret gün və vaxt təyin edirlər. Diplomatlar beynəlxalq normalar və yerli 

qanunlara  müvafiq  qaydada  çalışıdığı  ölkədə  həmvətənlilərinin  və  ilk  növbədə  öz 

ölkəsinin  vətəndaşlarının  hüquqlarını  maksimum  dərəcədə  təmin  etməyə 

çalışmalıdırlar. 

 

54. Diplomatik əlaqələrin möhkəmləndirilməsi 



 

Bir  səfirlik  daxilində  diplomatların  kontaktlarının  sistemləşdirilməsi  və 

ə

laqələndirilməsi  lazımdır.  Əksər  hallarda  hər  diplomatın  ayrıca  kontaktlar 



kartotekası  yaradılır.  Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  kontaktlar  bəzən  digər 

qurumların  (məsələn,  MTN,  kəşfiyyat)  maraqları  ilə  toqquşa  bilər.  Diplomat  öz 

kontaktlarını  xələfinə  «ötürməyi»  bacarmalıdır.  Kontaktların  inkişafı  və 

möhkəmləndirilməsi  planını  ümumən  səfirlik  qəbul  edir,  çünki  bunun  üçün  əksər 

hallarda  maliyyə  vəsaitləri  tələb  olunur.  Kontakt  saxlanılan  şəxsləri  vaxtaşırı 

tədbirlərə,  konsertlərə  (xüsusən  öz  ölkəsinin  ifaçılarının)  dəvət  etmək,  əlamətdar 

günlərdə kiçik hədiyyələr vermək lazımdır və s. 

 

55. Diplomatların xanımların diplomatik əlaqələrin qurulmasında rolları 



 

Qədim  Dünyada  və  Orta  əsrlərdə  diplomatların  xanımlarının  diplomatiyada 

rolu  inkar  edilirdi.  Fransua  Kalyer  belə  XVIII  əsrin  əvvəllərində  diplomatları 

xəbərdar  edirdi  ki,  xanımları  onları  rəsmi  səfərdə  müşayiət  etməsinlər  və  bunu 

qadınların  sirrləri  saxlaya  bilməməkləri  ilə  əsaslandırırdı.  Daimi  diplomatik 

nümayəndəliklərin  inkişafı,  diplomatik  qəbullarının  təşkili  bu  tədbirlərin 

təşkilatçılarından biri kimi diplomatların xanımlarının rolunu artırdı. Bu gün əksər 

diplomatlar  hesab  edirlər  ki,  diplomatik  xidmətdəki  qədər  heç  bir  peşədə  həyat 

yoldaşı bu qədər mühüm rol oynamır. 

Səfirin  xanımına  yüksək  diqqət  və  tələbkarlıqla  həm  səfirliyin  əməkdaşları, 

həm onların xanımları, həm də qonaqlar yanaşırlar. Səfirin xanımı həyat yoldaşının 

çalışdığı ölkə, adət-ənənələri, mədəniyyəti haqqında heç olmasa minimum biliklərə 




Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə