Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

malik  olmalıdır.  Ehtiyac  varsa,  hansısa  qısamüddətli  kurslara  da  yazılmaqdan 

çəkinmək  lazım  deyil.  Diplomatların  xanımları  qəbullarda  ərləri  üçün  faydalı  ola 

biləcək tanışlıqlar qura bilərlər. 

 

56. Diplomatik əlaqələrin üç əsas amili 



Diplomatik kontaktlar anlayışını səciyyələndirən üç əsas amil var: 

1) 


Onlar  qarşılıqlı  etibar  əsasında  qurulmalıdırlar.  Əgər  tərəflərdən 

biri  digərinə  şübhə  ilə  yanaşırsa,  ciddi  ünsiyyət  üçün  etibarlı  hesab  etmirsə, 

səmərəli fikir mübadiləsi baş verməyəcək; 

2) 


 Onlar  xeyir,  səmərə  gətirməlidirlər.  Bir  çox  şəxslər  diplomatla 

görüşmək,  daimi  əlaqələr  qurmaq  istəyə  bilər.  Lakin  həmsöhbət  geniş  bilik 

bazasına,  müstəqil  rəyə  malik  deyilsə  və  düşüncələri  sırf  mətbuatdan, 

televiziyadan aldığı məlumatlara əsaslanırsa, onlara sərf edilmiş vaxtı itirilmiş 

adlandırmaq olar. 

3) 


 Hər  hansı  bir  şəxslə  tanışlıq  yalnız  daimi,  əsaslı  xarakter 

daşıdıqda,  kontakt  adlana  bilər.  Diplomatik  kontaktlar  üçün  sistemlik, 

görüşlərin mütəmadiliyi səciyyəvidir. 

 

57. Ən yüksək səviyyədə diplomatik əlaqələrin subyektiv amilləri 



Dövlətin  ali  rəsmi  dairələri,  qərar  vermək,  real  hakimiyyətə  malik  olan 

şə

xslərlə kontaktlar ən vacib hesab edilirlər. Bu sıraya monarxlar, prezidentlər, 



baş  nazirlər,  nazirlər,  hakimiyyətin  qanunverici  və  icraedici  qollarının  ali 

nümayəndələri  daxildir.  Bu  mühüm  olduğu  qədər  də  çətin  bir  məsələdir  və 

diplomatı qarşısında obyektiv və subyektiv amillərlə üzləşdirir. 

Subyektiv amillər: diplomatın ali şəxsi maraqlandırmaq, söhbəti onun üçün 

maraqlı və faydalı etmək bacarığı; diplomatın öz ölkəsində nüfuzlu olub-

olmaması, qarşı tərəfə hörmət və ehtiram səviyyəsi, onu incə şəkildə nümayiş 

etdirmək məharəti və s.

 

 

58. Ən yüksək səviyyədə diplomatik əlaqələrin obyektiv amilləri 



Dövlətin  ali  rəsmi  dairələri,  qərar  vermək,  real  hakimiyyətə  malik  olan 

şə

xslərlə kontaktlar ən vacib hesab edilirlər. Bu sıraya monarxlar, prezidentlər, 



baş  nazirlər,  nazirlər,  hakimiyyətin  qanunverici  və  icraedici  qollarının  ali 


nümayəndələri  daxildir.  Bu  mühüm  olduğu  qədər  də  çətin  bir  məsələdir  və 

diplomatı qarşısında obyektiv və subyektiv amillərlə üzləşdirir. 



Obyektiv  amillər:  diplomatın  təmsil  etdiyi  dövlətin  dünya  siyasəti  və 

iqtisadiyyatında  yeri,  rolu  və  əhəmiyyəti;  ikitərəfli  münasibətlərin  hal-hazırkı 

vəziyyəti, bu kontaktın qurulmasında qarşı tərəfin maraqlılıq səviyyəsi; 

 

59. X N ilə diplomatik əlaqəlar 



Ə

n önəmli kontakt növlərindən biridir. Ümumi struktura baxmayaraq, hər ölkənin 

X N  fərqli  özünəməxsus  xüsusiyyətlərə  də  malikdir  və  diplomat  onlardan  agah 

olmalı,  X N  daxili  strukturunu,  departamentlərin  şəxsi  heyəti  barədə  məlumatı, 

ə

məkdaşların subordinasiyasını yaxşı öyrənməli və tədqiq etməlidir.  



 

 

60. Müxalifətlə diplomatik əlaqələr 



 

Diplomatik  nümayəndəlik  başçısı  əməkdaşlarını  ölkədə  fəaliyyət  göstərən 

bütün  partiyaları  müşahidə  edib  onlar  barədə  məlumat  toplamağı  tapşırır.  Bu 

məlumat  sonradan  təhlil  olunur  və  müəyyən  nəticələr  və  qiymətləndirmələr 

çıxarılır.  Lakin  söhbət  yalnız  müşahidə,  dinləmək,  nəticələr  çıxartmaqdan  gedə 

bilər,  dövlətin  daxili  işlərinə  qarışmaq  olmaz.  Buna  görə  müxalifətlə  kontaktlar 

qurarkən nəzərə almaq lazımdır: 

A)  frat yaxınlıqdan qaçmaq. Müxalifətlə ifrat dərəcədə tez-tez görüşməklə 

diplomat özü və öz ölkəsinə qarşı hakimiyyət dairələrində şübhələrin yaranmasına 

səbəb olur; 

B)  Müxalifət  hakimiyyətin  fəaliyyətinə  və  ümumən  ölkədəki  vəziyyəti 

tənqidi  prizmadan  yanaşmağa  meyillidir  və  çox  vaxt  problemləri  şişirdir. 

Obyektivlik naminə müxalifət nümayəndələrindən informasiya əldə edilən zaman 

bu amil mütləq nəzərə alınmalıdır; 

C) Müxalifətin mövqeyində duraraq hakimiyyəti açıq şəkildə tənqid etmək 

olmaz; 


D)  Rəhbərliyin  bilavasitə  tapşırığı  olmadan  müxalifətə  hər-hansı  gizli 

məlumatı ötürmək olmaz; 




E)  seçki  kampaniyaları  zamanı  müxalifətlə  əlaqələrdə  xüsusən  ehtiyatlı 

olmaq; 


F)  Kiçik  partiyalarla  kontaktlardan  qaçmaq  lazım  deyil.  Hakimiyyətə 

gəlmək  şansları  az  olduqları  üçün,  bu  partiyaların  nümayəndələri  ölkədəki  real 

vəziyyət haqqında daha obyektiv təsəvvürə malikdirlər; 

G)  Radikal  partiyalarla  münasibətlərdə  xüsusən  ehtiyatlı  olmaq  yaxud 

ümumən bu əlaqələrdən qaçmaq lazımdır. 

 

 



61. Biznes dairələri ilə diplomatik əlaqələr 

 

Ticarət  diplomatiyası  dərin  köklərə  malikdir  və  həmişə  diplomatların 



fəaliyyətini  ən  vacib  istiqamətlərindən  biri  olmuş  və  olmaqdadır.  qtisadiyyat 

sahəsində  çalışan  diplomatların  vəzifəsi  bütün  mümkün  vasitələrlə  öz  ölkəsinin 

iqtisadi  maraqlarını  müdafiə  etmək,  çalışdığı  ölkəyə  gəlmiş  öz  dövlətinin  iş 

adamlarına  yardımçı  olmaq,  yerli  bazarda  möhkəmlənmələri  üçün  müvafiq 

informasiya dəstəyini verməkdən ibarətdir. 

Bu  sahədə  uğurlu  fəaliyyət  üçün  diplomat  təmsil  etdiyi  və  çalışdığı 

ölkələrdə  fəaliyyət  göstərən,  ikitərəfli  və  beynəlxalq  əməkdaşlıqda  maraqlı  olan 

ş

irkətlər  barədə  dolğun  və  dürüst  informasiyaya  malik  olmalı,  hər  iki  ölkənin 



iqtisadi vəziyyəti və inkişaf səviyyəsi, perspektivləri barədə obyektiv məlumatlara 

sahib  olmalıdır.  Digər  tərəfdən,  çox  vaxt  işgüzar  dairələrdə  ölkədəki  vəziyyət 

haqqında diplomata lazım ola biləcək əlavə, maraqlı informasiya olur. 

 

 



62. Əcnəbi Kütləvi  nformasiya Vasitələri ilə diplomatik əlaqələr 

 

Bu  kontaktlar  diplomatlara  iki  məqsəd  üçün  lazımdır:  əlavə  informasiya 



ə

ldə etmək və çalışdığı ölkənin ictimaiyyətinə təsir etmək üçün. Lakin bu zaman 

curnalistin və onun mənbəyinin səriştəliyi və etibarlılığını nəzərə almaq lazımdır. 

Nüfuzlu curnalistlərlə etibarlı münasibətlər qurmaq diplomatın fəaliyyətində ciddi 

uğur  amili  kimi  qiymətləndirilir.  Bu  cür  K V  köməyi  ilə  diplomat,  həmin  K V 

orqanın  artıq  formalaşmış  axtarış  və  təhlil  qrupunun  gəldiyi  nəticələrə  tam  əmin 




Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə