Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

-dövlətlərin konstitusiyaları (xarici ticarət nazirliyi və s.) 

-dövlətin  normativ  aktları  «cari  qanunvericilik,  qərarlar,  hökumə



qətnamələri  və  idarədaxili  sərəncamlar  (müxtəlif  idərələr,  nazirliklərin 

strukturunda  xarici  əlaqələr  və  beynəlxalq  münasibətlər  üzrə  şöbələr) 

ə

sasında qurulub fəaliyyət göstərirlər. 

Dövlətin başqa ölkələrlə xüsusi əlaqələr üzrə orqanları qeyri-siyasi, 

ixtisaslaşdırılmış funksiyaları yerinə yetirirlər. Onlar diplomatik xasiyyət 

daşımır, və bu orqanlarda xidmət öz əsasında diplomatik xidmət sayılmır. 

Bu orqanlar qrupuna başqa ölkələrlə yaradılan iqtisadi, elmi-tədqiqat və 

mədəniyyət əlaqələri daxildir.

 

 



38. X N adlandırma praktikası və əsas məzmunu 

Ə

ksər  ölkələrdə  «X N»-yi  adı  ilə  gedir,  lakin  istisnalar  da  var:  ABŞ-da  – 



«Dövlət  Departamenti»,  ngiltərədə  –  «Forin  ofis»,  (yerləşdiyi  küçənin  adı 

ilə «Dauninq street»); Fransada – Ke d’Orse (yerli bulvarın adı ilə və s.) 

Fəaliyyətin əsas məzmunu – beynəlxalq münasibətlər aləmində öz dövlətinin 

hüquqları  və  maraqlarının  müdafiəsində  durmaqdır.  X N  mərkəzi  aparatı, 

xaricdə  yerləşən  diplomatik  nümayəndəliklər,  konsul  təsisatlarından 

ibarətdir. 

 

39. X N əsas funksiyaları 



Höküməti və dövləti ölkənin özündə və ölkədən kənarda təmsil etmək. 

-  öz  dövləti  adından  xarici  ölkələrlə  danışıqlar  aparmaq,  beynəlxalq 

tədbirlərdə iştirak etmək, beynəlxalq sazişlər bağlamaq, bu sazişlərdən irəli 

gələn  öhdəliklərə  riayət  olunmasına  və  onların  əməl  olunmasına  nəzarət 

etmək, rəsmi səfərlərin təşkilatı ilə məşğul olmaq; 

-beynəlxalq  vəziyyətin  xarici  dövlətlərin  xarici  və  daxili  siyasətlərin, 

beynəlxalq  təşkilatlar  və  hərəkatların  öyrənilməsi,  əhəmiyyət  kəşf  edən 

beynəlxalq  hadisələr  haqqında  öz  hökümətini  vaxtında  məlumatlandırmaq, 

və bu hadisələrdən irəli gələn yeni məsələlərinə müvafiq təkliflər vermək; 

-xarici  siyasət  üçün  kadrların  hazırlanması;  xarici  siyasət  aləmində  arxiv 

materialların  işləyib  hazırlanması;  və  xarici  siyasət  məsələləri  üzrə  rəsmi 

sənədlərin nəşr edilməsi. 




 

40. X N Mərkəzi aparatının əsas bəndləri 

X N-yi mərkəzi aparatının əsas bəndləri. Nazirliyin rəhbərliyi – nazir, nazir 

müavinləri,  kollegiya  (şura)  üzvləri,  xüsusi  tapşırıqlar  üzrə  səfirlər,  nazir 

müşavirələri,  baş  (icraçı)  katiblik  (dəftərxana)  (idarələr,  departamentlər, 

ş

öbələr). Onlar da öz fəaliyyətlərinə görə, 2 qrupa bölünür: 



A) Ərazi-əməliyyat, yaxud  regional idarələr

Onlar  müəyyən  ölkələr  qrupu  ilə  xarici  münasibətlər  üzrə  məsələlərlə 



məşğuldular. 

B) Funksional idarələr öz funksiyalarına görə – xarici siyasət üzrə tədbirlərin 

planlaşdırılması,  ümumbeynəlxalq  və  qlobal  problemlər  üzrə,  mədəniyyət 

ə

laqələri üzrə məsələlər və s. işlərlə məşğul olan bölmələrə ayrılırlar. 



C)  Kargüzarlıq,  dipkuryer  (diplomatik  kuryer)  və  diplomatik  şifrələrin 

tətbiqi ilə (sirli əlaqə) ilə məşğul olan idarələr. 

D) X N-in mərkəzi və xarici aparatların bütövlüklə təmin edən X N-in 

inzibati təsərrüfat idarəsi və onun müxtəlif xidmətləri.

 

 

41. Nazirlik rəhbərliyinin işinin tərkibi və forması 



-Xarici işlər naziri nazirlik rəhbərliyinə görə fərdi olaraq cavabdehdir. Geniş 

mənada,  bu  idarənin  rəhbərlik  aparatına  nazirin  müavinləri,  departament 

başçıları, nazir müşavirləri, xüsusi tapşırıqlar üzrə səfirlər və bir sıra başqa 

səlahiyyətli  şəxslər  də  daxildi.  X N  rəhbərliyində  kollegiya  (şura)  da  fəal 

iştirak  edir.  Bu  kollegiyanın  tərkibinə  nazir,  onun  müavinləri,  bəzi 

departamentlərin rəisi daxildil. 

Ş

ura məsləhət funksiyaları daşıyır. Nazirliyin rəhbərlik aparatına adətən baş 



(icraçı) katiblik, yaxud dəftərxana tərəfindən xidmət olunur. 

-X N  rəhbərliyi  öz  idarəsini  fəaliyyətini  daha  ümumi  istiqamətdə  həyata 

keçirir,  beynəlxalq  problemləri  müzakirə  edir,  bu  problemlərin  həll  edilmə 

yollarını ali dövlət orqanları üçün hazırlayır və onların göstərişlərinə uyğun 

müvafiq hərəkətlər edir. 

Nazirin  müavinləri  ərazi-əməliyyat  (regional),  funksional  idarələr,  inzibati-

təsərrüfat  və  nazirliyin  başqa  xidmətlərinə  rəhbərlik  edirlər.  Onların 



səlahiyyətlərinə  xaricdəki  səfirliklər  və  missiyaların  fəaliyyətlərinin 

rəhbərliyi  də  daxildil.  Bunlardan  əlavə,  nazirlik  rəhbərliyi  ölkəsində  təyin 

edilmiş  başqa  dövlətlərin  səfirləri  ilə  gündəlik  ünsiyyət  saxlayır,  müxtəlif 

diplomatik  qəbullar  və  rəsmi  tədbirlərdə  iştirak  edir,  başqa  dövlətlərin 

nümayəndələri  ilə  danışıqlar  aparır,  müxtəlif  beynəlxalq  konfranslara  və 

müşavirələrə gedir. 

 

 

42. Ərazi-əməliyyat idarələrinin funksiyaları 



Mərkəzi aparatda konkret ölkələrlə münasibətlərin inkişafına nəzarəti (ƏƏ ) 

–  ərazi-əməliyyat  idarələr  həyata  keçiriri.  Onların  gündəlik  işlərinin  həcmi 

və forması bunlardan ibarətdir: 

-onlar  konkret  ölkələrdə  baş  verən  hadisələr  haqqında  rəhbərliyə  məlumat 

verir və bu hadisələrə çevik reaksiya göstərməyi təmin edir.  

-onlar konkret ölkələrlə münasibətlər üzrə və konkret beynəlxalq məsələlər 

üzrə  təkliflər  irəli  sürürlər.  Bunun  üçün  isə  rəhbərlik  və  ƏƏ -nin 

ə

məkdaşları  müntəzəm  olaraq  alınan  məlumatları  sistemləşdirir  və  təhlil 



edirlər.  Bu  məlumatlar  dövlətin  həmin  ölkələrdə  təyin  edilmiş  diplomatik 

nümayəndəliklərindən,  çap  və  elektron  kütləvi  məlumat  vasitələrindən  və 

başqa  mənbələrdən  əldə  olunur.  Əlavə  məlumat  almaq  üçün  ƏƏ   öz 

fəaliyyətini X N-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan 

dövlət idarələri ilə uzlaşdırır. 

-ƏƏ  xarici səfirliklərlə və missiyalarla diplomatik kontaktlar saxlayırlar. Bu 

və  ya  digər  ölkə  ilə  siyasi  vəziyyətdən  və  münasibətlərdən  asılı  olaraq, 

həmin  ölkələrin  nümayəndəliklərinə  qarşı  müvafiq  addımlar  atılır.  Səfirləri 

və xarici səfirliklərin başqa əməkdaşlarını ƏƏ -nin gündəlik işinə, həmçinin 

müxtəlif  sorğulara,  xarici  səfirliklərin  müraciətlərinə  reaksiya  vermək, 

onlara cavab hazırlamaq, nota və başqa diplomatik sənədləri tərtib etmək də 

daxildir.  Xarici  səfirliklərlə  nazirliyin  məktublaşması  adresata  nazirlik 

adından  göndərilən  notalar  (verbal  (imzasız  şiyahi)  və  şəxsi);  yaddaş 

kağızları (məktubları), yaxud memorandumlar şəklində aparılır. 




Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə