Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

və  hətta  o  ölkənin  qanunlarını  pozduğuna  görə  öz  dövlətində  məsuliyyətə 

cəlb edilə bilər.  

 

31. Diplomatik toxunulmazlıqdan məhrum edilmə halları 



a)  Təlimatları pozduğuna görə 

b)  Diplomat və nazir arasında şəxsi qərəzlilik 

c)  Diplomatın işlədiyi ölkənin höküməti üçün qəbuledilməz şəxsi keyfiyyətləri olduqda 

d)   Diplomatın işlədiyi ölkənin qanunlarını kobudcasına pozduqda 

 

32. Xarici əlaqələr üzrə dövlət orqanlarının təsnifatları 



Yerləşməklərinə və fəaliyyətlərinə uyğun olaraq Xarici əlaqələr üzrə Dövlət 

orqanları 2 qrupa ayrılır: 1) Dövlətin xarici əlaqələr üzrə mərkəzi orqanları. 



2)  Dövlətin 

xarici  əlaqələr  üzrə  xaricdə  (dövlətdən  kənar)  yerləşə



orqanları. 

Öz funksiyalarının xüsusiyyətləri və hüquqi mövqelərinə görə 2 qrupa bölürlər: 

A)  Ümumisiyasət  rəhbərlik  orqanları  –  dövlətlərin  konstitusiyaları  ilə  təsis 

və müəyyən edilmiş və ümumisiyasət funksiyalarını yerinə yetirən.  

B) Dövlətin başqa ölkələrlə ixtisaslaşmış (iqtisadi, müəyyən sahəli) əlaqələr 

üzrə orqanları. 



Birincilərə aiddir:. 

-  adətən  ölkənin  əhalisi  tərəfindən  seçilən  hakimiyyətin  ali  qanunverici 

orqanları 

          - fərdi, yaxud kollegial – dövlət başçısı. 

          - Hökumət və ilk növbədə hökumət başçısı. 

           - Xarici işlər naziri və X N-in mərkəzi aparatı  

 

33. Ali qanunverici orqanlarının xarici siyasətdəki rolu qədim və orta əsrlərdə 



Qanunverici  orqanlar  tərəfindən  xarici  münasibətlər  sahəsində  müəyyən 

funksiyaları  yerinə  yetirmək  ənənəsi  hələ  qədim  quldarlıq  dövlətlərinə  aid 

olub.  Belə  ki,  Qədim  Romada,  sülh  və  müharibə,  danışıqların  aparılması, 

xarici  ölkələrə  diplomatik  missiyalar  və  səfirlərin  təyin  edilməsi  haqqında 

məsələlərin  həlli  Roma  quldarlıq  zadəganların  orqanı  sayılan  –  Senata  – 

həvalə edilmişdi. 




Orta əsrlərdə idarəetmənin respublika forması olan dövlətlərdə (misal üçün, 

taliyada),  Genuya,  Venesiya  və  s.  şəhər-respublikalarda  xarici 

münasibətlərin  əsas  məsələləri  hakimiyyətin  nümayəndəli  qanunverici 

orqanlarına aid edilirdi. 

Lakin  mütləq  monarxiyalar  dövründə  butun  bü  cür  suallarla  hökmdar 

(monarx)  məşğul  olardı.  Burcuaziyanın  hakimiyətə  gəlməsi  ilə  Avropa 

dövlətlərinin  əksəriyyətində  respublika  idarəetməsi  bərqərar  edildi.  Eyni 

zamanda  konstitusiyalarda  monarxizmə  əks  olaraq,  dövlət  hakimiyyətin 

nümayəndələr seçki orqanları həm daxili, həm xarici siyasət sahələrində ali 

orqanlar kimi qəbul olunmuşdular. 

 

34. Ali qanunverici orqanlarının xarici siyasətdə müasir statusu və rolu 



Konstitusiyaya  uyğun  olaraq,  bütün  müasir  respublika  idarəetməsi  ilə 

dövlətlərdə  xarici  münasibətlər  üzrə  ali  orqanlar  kimi  parlamentlər  sayılır. 

Sülh  və  müharibə,  bəzi  ölkələrdə  isə  hətta  xarici  dövlətlərə  səfirlərin  təyin 

edilməsi kimi məslələrin həlli onların öhdəsinə buraxılır. Misal üçün, ABŞ-

da  bu  funksiyaları  senat  həyata  keçirir.  Parlamentlər  hökumətin  xarici 

siyasət  fəaliyyəti  barədə  hesabatı  dinləyir  və  müzakirələrdən  sonra  xüsusi 

qətnamələr  qəbul  edirlər.  Bu  qətnamələrdə  hökumətin  xarici  münasibətlər 

sahəsindəki fəaliyyətinə və ümumiyyətlə, xarici siyasət fəaliyyətinə qiymət 

verilir.  Onlar  beynəlxalq  müqavilələri  təsdiq  edir;  xarici  siyasət  məsələləri 

ilə  əlaqədar  başqa  ölkələrin  parlamentlərinə  müraciət  edir  və  s.  işlərlə 

məşğul olur. 

Ali  qanunverici  orqanlar  strukturlarında  xarici  işlər  üzrə  müxtəlif 

komissiyalar  və  komitələr  fəaliyyət  göstərir.  Hüquqi  olaraq  onlar 

parlamentlərin orqanları sayılır. 

Monarxın iderəetməsi ilə dövlətlərdə xarici münasibətlərin ali dövlət orqanı 

hökmdar  özü  (kral,  imperator  və  s.)  sayılır.  Konstitusiyalı  monarxiyalarda 

onun  hakimiyyəti  parlament  tərəfindən  məhdudlaşdırılır,  bu  da  müasir 

şə

raitdə icra hökumət orqanları xeyrinə məhdudlaşdırma deməkdir. 



 


 

35. Dövlət və hökümət başçıları xarici əlaqələrin subyektləri kimi 

Xarici  münasibətlər  üzrə  dövlətin  ikinci  mərkəzi  orqanı  –  dövlət  başçısıdır 

(fərdi yaxud kollegial). 

Adətən  respublika  idarəetməsi  ilə  dövlətlərdə  dövlət  başçısı  prezident  (baş 

nazir)  olur.  Xarici  münasibətlərin  praktiki  olaraq  həyata  keçirilməsi  dövlət 

hakimiyyətinin icra orqanlarının səlahiyyətidir. Bununla əlaqədar təbiidir ki, 

bütün  xarici  münasibətlərin  gündəlik  rəhbərliyi  ilə  məhz  dövlət  başçısı 

məşğul  olur  və  dövlət  başçısının  bu  sahədə  fəaliyyəti  onun  xarici 

münasibətlər üzrə  ali  orqan  olduğunu  deməyə  əsas  verir.  Dövlət  başçısının 

bu  cür  mövqeyi  ona  başqa  dövlətlərlə  və  onların  başçıları  ilə  bilavasitə 

ə

laqələr  saxlamağa,  xarici  siyasət  məsələləri  üzrə  sazişlər  bağlamağa,  hər 



hansı bir xüsusi səlahiyyətlər lazım olmadan BMT-nin Baş Assambleyasının 

və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak etməyə imkan verir. ən 

ə

həmiyyətli sazişlər, xarici siyasət aktları və ərizələr dövlət başçısının imzası 



ilə  təsdiqlənir.  Əksər  dövlətlərin  konstitusiyalarında  bu  əsasnamə  müvafiq 

məqalələrdə öz əksini tapıb. 

Dövlət  başçısının  xarici  siyasət  sahəsindəki  fəaliyyətin  və  məsuliyyətin 

həcmi konstitusiya ilə ətsin edilir. 

Hökümət başçısı da xarici münasibətlər aləmində öz dövləti və hökümətini 

ona məxsus olan səlahiyyətlər çərçivəsində təmsil edir, və bu sahədə 

gündəlik əməliyyatlı iş aparır.

 

 



36. Xarici  şlər Naziri xarici əlaqələrin subyekti kimi 

Xarici işlər naziri (xarici siyasət üzrə idarənin başçısı) öz funksiyaları və 

səlahiyyətlərinə görə dövlətin xarici münasibətlər üzrə təsisatın gündəlik 

rəhbəridir. Xarici işlər naziri başqa dövlətlərlə münasibətlər saxlayır, xüsusi 

səlahiyyətləri lazım olmadan BMT-nin baş assambleyasının və başqa 

beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Xarici işlər idarəsinin 

mərkəzi aparatı da mərkəzi orqanları qrupuna aiddir. Bu aparatın qarşısında 

duran məqsədlər və onun işinin prinsipləri ayrıca müzakirə olunacaq. Bütün 

yuxarıda sadalanan orqanların fəaliyyəti diplomatik xarakter daşıyır.

 

 



37. Xarici münasibətlər üzrə ixtisaslaşmış dövlət orqanları 

Dövlətin başqa ölkələrlə xüsusi (iqtisadi, təsisatlı, idarəli) əlaqələr üzrə xüsusi orqanlar 

(bəzən onları «xarici münasibətlər üzrə ixtisaslaşdırılmış dövlət orqanları» da 

adlandırırlar. 




Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə