Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

E) Kommunikativ vərdiş (diplomat nə ifrat söhbətcil – həmsöhbətini bezdirməmək üçün, nə 

də ünsiyyətdən qaçan, qaraqabaq olmalıdır. Əhalinin müxtəlif təbəqələri ilə ünsiyyət üçün 

lazımi sözləri tapmağı bacarmalıdır. Söz ehtiyatı və bu ehtiyatdan səmərəli şəkildə istifadə 

etmək – diplomat üçün ən mühüm keyfiyyətlərdən biridir) 

 

14. Diplomat peşəsi. Şəxsi keyfiyyətlər 



 

Şə

xsi  keyfiyyətlər  (bəzilərini  mənimsəmək  mümkün  olsa  da,  əksəriyyəti  insanın 



təbiətində olmalıdır) 

 A) Müstəqil düşüncə (şablon əsasında hərəkət edən və lazım gəldikdə, sərbəst düşünüb qərar 

verməyi bacarmayan şəxs diplomat kimi çalışa bilməz) 

B) Mehribanlıq, insanları cəlbetmək bacarığı (xoşünsiyyətli, anlayışlı, həyatsevər, nəzakətli); 

C) intellektual maraqlılıq, yeni nəsə öyrənmək həvəsi (əldə etdiyi ilə kifayətlənməyən insan); 

D)  liderlik  keyfiyyətləri  (insanları  arxasınca  aparmaq  bacarığı,  digər  insanları  düzgün 

qiymətləndirmək üçün psixoloq olmaq); 

E) təmizkarlıq (fiziki – geyim və s.) və mənəvi – işgüzar dürüstlük, prinsipiallıq və s.) 

 

15. Status-kvo anlayışı 



 

Status-kvo  –  Müəyyən  anda  mövcud  olmuş  və  ya  mövcud  olan  faktiki  və  ya  hüquqi 

vəziyyət. Status-kvonu bərpa etmək baş vermiş dəyişikliklərə qədər mövcud olmuş vəziyyətə 

qayıtmaq. Qeyd: Sülh sazişinin bağlanması zamanı tərəflər müharibə nəticəsində əldə etdiyi 

ə

raziləri qarşılıqlı surətdə geri qaytarmaq barədə razılığa  gəlirlərsə, onlar «status-kvo ante 



bellum», yəni müharibədən əvvəl mövcud olmuş vəziyyəti bərpa edirlər. 

 

16. Diplomatiyanın elementləri 



 

«Siyasi  realizm»  məktəbinin  banisi  H.Morgentau  diplomatiya  elminin  dörd 

elementini qeyd edir: 

1. 


Diplomatiya real yaxud potensial olaraq sərəncamında olan gücünü nəzərə 

alaraq öz məqsədlərini müəyyən etməlidir; 

2. 

Diplomatiya digər dövlətlərin real yaxud potensial olaraq sərəncamlarında 



olan güclərini nəzərə alaraq onların məqsədlərini qiymətləndiirməlidir; 

3. 


Diplomatiya bu müxtəlif məqsədlərin nə dərəcədə bir-birləri ilə uzlaşdığını 

müəyyən etməlidir; 

4. 

Diplomatiya məqsədlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən 



istifadə etməlidir. 

 

17. Diplomatın bir ölkədə fəaliyyət göstərmə müddəti. Vətəni «unutmaq» təhlükəsi 



 

Diplomatın  fəaliyyət  müddətinin  məhdudlaşdırılması  onun  Vətənlə  olan  bağlarının 

zəifləməsi təhlükəsindən irəli gəlir. Uzun müddət bir ölkədə çalışan diplomatın iki ölkə 

arasında  münasibətlər  gərginləşdiyi  halda,  hansı  dövlətin  tərəfini  seçməsinə  dair  sual 

yarana bilər, yaxud bu cür vəziyyətlərdə o, loyallıq prinsipini pozmağa daha çox meyilli 

olur. Buna görə vaxt meyarı üzrə rotasiya bir norma kimi qəbul edilib. Lakin, bir qayda 

olaraq, səfirin çalışdığı dövlətdəki təcrübəsindən gələcəkdə də faydalanmaq məqsədi ilə, 



onu, bir müddət Vətənində saxlayıb, əvvəl çalşıdı regionda başqa bir dövlətə diplomatik 

missiya ilə göndərirlər. 

 

18. Dürüstlük və diplomatiya. Diplomatların dürüstlüyə münasibəti keçmişdə və müasir 



zəmanədə 

 

Orta əsrlə diplomatları bu prinsiplərə riayət edərək diplomat sənətini cəmiyyətin gözlərində 



nüfuzdan  salmışdılar.  Öz  «Diplomat»  kitabında  ingilis  diplomatı  O.Nikolson  yazır:  «16-18 

ə

srlərin  diplomatları  çox  vaxt  onlara  qarşı  şübhələrin  yaranmağına  əsas  verirdilər;  onlar  saray 



adamlarına rüşvət verir, üsyan etməyə qızışdırır və üsyanları maliyyələşdirir, ərazilərində  

yaşadıqları dövlətlərin daxili işlərinə zərərcəsinə qarışır, yalana əl atır, oğurluq, casurluq, xəbərçiliklə 

məşğul olurdular».  

Diplomatiyanın vasitələri olan inandırma və güzəşt o zaman effektli ola bilərlər ki, insanlar 

sizin  vədlər  və  sübutlarınıza  inanırlar.  Bu  heç  də  o  demək  deyil  ki,  diplomat  bildiyi  hər  şeyi 

danışmalıdır.  O,  həqiqəti,  yalnız  həqiqəti  söyləməlidir,  lakin  bütün  həqiqəti  açmamalıdır.  Lazım 

gəldikdə o, min cür üsullarla cavab verməkdən boyun qaçıra bilər. Yalan nəinki diplomatı və onun 

fəaliyyətini, həm də onun təmçil etdiyi dövləti də nüfuzdan salır

 

 



19. Nikolsonun diplomat peşəsinə baxışları 

 

Harold Nikolson (1886-1968-ci illər)  ingilis diplomatı, yazıcısı və publisisti, siyasi xadimi. 



1909-1928-ci  illər  ərzində  Madrid,  stambul,  Tehran,  Berlin  və  Londonda  müxtəlif  diplomatik 

vəzifələrdə  çalışşdır.  Sonrakı  illərdə  siyasi  fəaliyyətlə  məşğul  olmuş,  ngilis  parlamentinin  üzvü 

seçilmişdir. 

Nikolson  özü  ideal  diplomatın  zəka,  bilik  və  müşahidə  qabiliyyətindən  başqa  aşağıdakı 

keyfiyyətlərə  malik  olmasını  vacib  hesab  edirdi:  dürüstlük,  dəqiqlik,  təmkinlik,  aramlılıq, 

təvazökarlıq,  loyallıq.  Nikolson  diplomat  üçün  ən  böyük  nöqsanın  şöhrətpərəstlik  olduğunu 

düşünürdü.   

 

20. Hərbi baza anlayışı 



 

Hərbi baza – Hər hansı bir ölkənin başqa ölkədə  olan qoşunları, silahları, hərbi sursatı və 

onların  yerləşdiyi  ərazi.  Bir  qayda  olaraq  Hərbi  baza  yerləşdikləri  dövlətin  yurisdiksiyasına  tabe 

olmur. Hərbi bazalar güclü dövlətlərin bu və ya digər dövləti yaxud regionu nəzarət altında saxlamaq 

məqsədi ilə yaradılır. 

 

21. Restitusiya və ekstradisiya anlayışları və diplomatiya 



 

Restitusiya  –  beynəlxalq  hüquqda  məğlub  dövlətin  müharibə  vaxtı  qanunsuz  olaraq  işğal 

etdiyi ərazidən çıxardığı əmlakın geri qaytarılması 

  Ekstradisiya  –  cinayətkarların  vətəndaşları  olduğu,  yaxud  ərazisində  cinayət    əməli 

törətdikləri dövlətə digər dövlət tərəfindən qaytarılması.  Ekstradisiya dövlətin hüququdur, vəzifəsi 

deyil. 

 

22. Anklav və yarımanklav anlayışları 



 


Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə