Microsoft Word Diplomatiya esaslar teze doc



Yüklə 242,72 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix14.02.2018
ölçüsü242,72 Kb.
#26883
1   2   3   4   5   6   7   8   9   10

7.   Nizam Əl-Mülkün diplomat peşəsinə baxışları 

 

XI  əsrdə  Səlcuq  dövlətində  vəzir  və  şahzədələrin  xocası  olmuş  məşhur  siyasi-ictimai 



xadim Nizam əl-Mülk (1018-1092) «Siyasətnamə» əsərində yazırdı: 

«Çox vacibdir ki, o söhbətdə cəsarətli, yalnız çox danışmayan, çox səhayət edən, hər elmdən 

xəbərdar, yaddaşı güclü, ehtiyatkar, təmkinli və zahirən gözəl insan olsun». 

 

8.  Fransua Kalyerin diplomat peşəsinə baxışları 



 

XVI-XVII  əsrlərin  fransız  diplomatı  Fransua  Kalyer  yazırdı:  «Zəkası  ilə  fərqlənməyən 

insanın  dövlətinin  daxilində  işləməsi  daha  təhlükəsiz  olar,  çünki  bu  halda  onun  buraxdığı  səhvləri 

zərərləşdirilə bilər; Halbuki xaricdə buraxılan səhvləri çoxt vaxt  bərpaedilməz olurlar». 

 

Fransua  de  Kalyer  (1645-1717)  tanınmış  Fransa  diplomatı,  kral  XIV  Lüdoviqin  dövründə 



fövqalədə  və  səlahiyyətli  elçi  rütbəsini  almış,  kralın  katibi  vəzifəsində  çalışşdı.  Ömrünün  son 

iyirmi  ilini  aktiv  siyasətdən  uzaqlaşaraq    elmlə  məşğul  olmuş,  Fransa  Akademiyasının  üzvü 

seçilmişdi. Diplomatiya ilə bağlı ilk kitab müəlliflərindən biridir.  

 

9.  Diplomat peşəsinə qoyulan tələblər Müasir zəmanədə 



 

1.Zəka, savad 

Bunlar diplomatın vacib keyfiyyətləri kimi həmişə qiymətləndirilib və qiymətləndirilir. Bunu 

həmişə həm Şərq, həm Qərbdə vurğulayırdılar. 

2.Dürüstlük 

3.Loyallıq 

Loyallıq  –  öz  dövlətinə  və  dövlət  başçısının  yaratdığı  siyasət  yoluna  sadiq  olmaq,  öz 

rəhbərliyinə məlumatları tamamilə obyektiv şəkildə çatdırmaq deməkdir.  

4.Diplomatik dilə malik olmaq qabiliyyəti 

Vaxtının  mühüm  hissəsini  diplomat  yazı  masası  arxasında  –  öz  hökuməti  və  X N  ilə, 

həmçinin  fəaliyyət  göstərdiyi  ölkənin  rəhbərliyi  və  X N  yazışma  üçün  nəzərdə  tutulmuş  sənədləri 

tərtib edərək – keçirir. 

 

10. Loyallıq diplomatın keyfiyyətləri kimi 



 

Loyallıq  –  öz  dövlətinə  və  dövlət  başçısının  yaratdığı  siyasət  yoluna  sadiq  olmaq,  öz 

rəhbərliyinə məlumatları tamamilə obyektiv şəkildə çatdırmaq deməkdir.  

Diplomatlar bu prinsipi aşağıdakı hallarda pozurlar: 

-  Rəhbərliyin  gözlərində  yaxşı  görünmək,  yaxud  ərazisində  işlədikləri  dövlətlərin  rəsmi 

dairələrin narazılığına səbəb olmamaq məqsədləri ilə rəhbərliklərinə düzgün, dürüst məlumatı  yox, 

rəhbərlik eşitmək istədiyi xəbərləri çatdırarkən; 

-  təmsil  etdiyi,  yaxud  ərazisində  işlədiyi  dövlətin  hökumətinin  hərəkətlərini  sərt  və  kobud 

sayaraq, bəzi ifadələri yumşaldılmış şəkildə, hətta düzəlişlər edib çatdırarkən. 

Diplomatların  bu  kimi  hərəkətləri  yolverilməzdir.  Əgər  o,  öz  rəhbərliyinin  siyasi  xətti  ilə 

razılaşmırsa, onun seçimi var: tabe olmaq, yaxud istefa vermək. 

 

11. Diplomatik yazışmanın xüsusiyyətləri 



 


Vaxtının  mühüm  hissəsini  diplomat  yazı  masası  arxasında  –  öz  hökuməti  və  X N  ilə, 

həmçinin  fəaliyyət  göstərdiyi  ölkənin  rəhbərliyi  və  X N  yazışma  üçün  nəzərdə  tutulmuş  sənədləri 

tərtib edərək – keçirir. 

Daxili  xidmət  sənədlərinə  –  yəni  öz  hökuməti  və  X N  ilə  məktublaşma  üçün  nəzərdə 

tutulmuş  sənədlərə  (siyasi  məktublar,  şifrə  edilmiş  teleqramlar,  müxtəlif  növ  arayışlar, 

xasiyyətnamələr,  təkliflər,  müxtəlif  söhbətlərin  yazıları,  saziş  və  müqavilələrin  proyektləri  və  s.) 

birmənalılıq, aydınlıq, lakoniklik xasdır. 



Xarici yazışma sənədlərinə – yəni fəaliyyət göstərdiyi ölkənin rəhbərliyi və X N ilə nəzərdə 

tutulmuş  sənədlər  üçün  isə  (notalar,  ərizələr,  memorandumlar,  məktublar  və  s.)  ehtiyatlıq, 

nəzakətlik,  təmkinlik,  spesifik  termin  və  ifadələrin  biliyi,  ərazisində  işlədiyi  ölkənin 

adətlərinin,  qaydalarının  biliyi  çox  vacibdir.  Diplomatik  məktublaşmanın  hər  iki  üslubunu 

bilmək,  və  daha  emosional,  uzunçu  curnalistika  dilinə,  yaxud  daha  azad,  təsvirli  dil  kimi 

tanınan ədəbiyyat üslubuna uymamaq şərti ilə – hər ikisindən də istifadə etmək – diplomat 

üçün önəmli keyfiyyətlərdən biridir. 

 

12. Diplomat peşəsi. Xüsusi biliklər 



 

Xüsusi biliklə

1) Öyrənilməsi mümkündür: 

A) öz ölkəsi haqqında biliklər (coğrafiya, tarix, mədəniyyət, siyasi quruluş, iqtisadi inkişafı 

və problemləri və s.); 

B) digər ölkələr, xüsusən çalışacağı dövlət haqqında biliklər; 

C) beynəlxalq təşkilatlar, onların işləmə qaydası və mexanizmləri haqqında biliklər, 

D)  Beynəlxalq  hüquq  sahəsində  biliklər  (diplomatın  fəaliyyətinin  böyük  hissəsi  sənədlərlə 

işlə  bağlıdır,  buna  görə  o,  onların  beynəlxalq  hüquq  normalarına  müvafiq  şəkildə  tərtib  etməyi 

bacarmalıdır); 

E) Maliyyə və beynəlxalq ticarət sahəsində biliklər; 

F) Mükəmməl səviyyədə xarici dilləri  bilmək (iki və daha çox);    

G) Kütləvi  nformasiya vasitələri, onların işləmə sistemi haqqında biliklər (diplomat daima 

K V  nümayəndələri  ilə  təmasdadır:  konfranslar,  mətbuat  konfransları,  televiziyada  çıxışlar, 

bəyanatlar və s.); 

H) Beynəlxalq protokol və etiket sahəsində biliklər 

) Yüksək intellektual keyfiyyətlər 

 

13. Diplomat peşəsi. Peşəkar vərdişlər 



 

Peşəkar vərdişlə bunlara yiyələnməyə çalışmaq lazımdır 

A)  Gündəlik  diplomatiyada  danışıqlar  aparmaq  vərdişi  (hətta  sadə  bir  vətəndaşla  söhbət 

edərkən  belə  diplomat  öz  ölkəsinin  təmsilçisi  olduğunu  unutmamalı  və  istənilən  ünsiyyət  zamanı 

diplomatik olmalıdır); 

B) Müşahidə, təhlil etmə və məruzə hazırlamaq vərdişi (bu vərdişə oturaq, eyni fəaliyyətdən 

bezməyən, bir məsələ üzərində öz diqqətini cəmləşdirməyi bacaran şəxslər daha tez yiyələnirlər); 

C)  Təmsilçilik  -  üzdə  olmaq  vərdişi  (publika  qarşısında  çıxış  etmək,  öz  fikrini  aydın  izah 

etmək və çatdırmaq vərdişi) 

D) idarəetmə və təşkilati vərdişlər 



Yüklə 242,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə