Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

40

XIX  əsrin  birinci  yarısında  iri  fabrik-zavod  sənayesi  meydana  gəldi.  Bu  yeni 



tipli istehsal təsisatlarının isə məhsullarının bütün dünyada satılması zərurəti yarandı. 

Gerçəkləşən  belə  vəziyyət  isə  ayrı-ayrı  ölkələr  arasında  ticarətin  vahid  dünya 

bazarına  çevrilməsinə  gətirib  çıxartdı.  Bu  əsrin  sonunda  dünya  əmtəə  bazarının 

inkişafı  daha  da  vüsətləndi  və  beynəlxalq  iqtisadi  münasibətlərin  intensivləşməsinə 

təkan  verərək  beynəlxalq  əmtəə  ticarəti  çərçivəsindən  kənara  çıxması  ilə  müşaiyət 

olundu.  Beləliklə,  ilkin  kapital  yığımı  dövründə  dövlətlərarası  ticarətin  lokal 

mərkəzləri böyüyərək vahid dünya bazarında birləşdi. Dünya bazarı XIX əsrin sonu - 

XX  əsrin  əvvəllərində  qabaqcıl  ölkələrdə  əmtəə  istehsalının  yüksək  inkişaf 

səviyyəsinə  -  maşınlarla  idarə  olunan  istehsala  çatdığı  zamanlarda  tam  olaraq 

formalaşdı. 

Kapitalizmin meydana gəlməsinə feodalizm mühitində ictimai əmək bölgüsü və 

ə

mtəə təsərrüfatının inkişafı zəmin yaratmışdır. Bu proses nəticəsində cəmiyyətin bir 



qütbündə  pul  kapitalını  və  istehsal  vasitələrini  öz  əllərində  cəmləşdirmiş  kapitalist 

sinfi,  digərində  isə  istehsal  vasitələrindən  məhrum  və  buna  görə  də  işçi  qüvvəsini 

kapitalistlərə  satmağa  məcbur  olan  insan  kütləsi  yaranmışdı.  Kapitalizmin  şəxsi 

mülkiyyət  və  azad  rəqabətin  hökm  sürdüyü  iqtisadi  sistem  mahiyyəti  daşayır. 

“Kapitalizm” termini digər iqtisadi termin kapitaldan başlanğıc alır. Əslində onun ilk 

ə

lamətləri  Qədim  Romada  müşahidə  olunmuş  və  ticarətin,  sənayeləşmənin,  bank 



işinin təşəküllü ilə XV əsrdə daha yeni təzahürdə gerçəkliyə çevrilmişdir [17]. 

Kapitalist  istehsalının  başlanğıc  nöqtəsi  sadə  kapitalist  kooperasiyası,  yəni 

kapitalistin nəzarəti altında ayrı-ayrı istehsal əməliyyatlarını yerinə yetirən insanların 

birgə  əməyi  olmuşdur.  Burjuaziya  cəmiyyətinin  məhsuldar  qüvvələrinin  inkişafında 

iri addım XVI əsrin ortalarında manufakturanın meydana gəlməsi ilə atılmışdır. 

Manafakturalar  yaranəşı  sənaye  istehsalı  prosesinin  tarixi  təşəkkülündə  sadə 

kooperasiyadan  sonrakı  ikinci  mərhələni  əhatə  edir.  Onlara  Qərbi  Avropada  XVI-

XVIII  əsrlərdə  mövcud  olmuşlar.  Əmək  alətlərinin  və  işçi  qüvvəsinin  dar 

ixtisaslaşdığı  manufakturalar  ictimai  əmək  bölgüsüsnün  dərinləşməsinə  təsir 

göstərərək  maşın-fabrik  istehsalına  keçidə  zəmin  olmuşlar.  Manufakturadan  fabrik 

sisteminə  keçid  Böyük  Britaniyada  XVIII  əsrin  ikinci  yarısında  başlanmış  və  XIX 



 

41

ə



srin ortalarında başa çatmış sənaye inqilabının gedişində həyata keçirilmişdir. Fabrik 

sisteminin  meydana  gəlməsi  hökmran  istehsal  üsulu  kimi  kapitalizmin  öz  təsdiqini 

tapması, ona müvafiq maddi-texniki bazanın yaradılması demək idi. Istehsalın maşın 

mərhələsinə  keçid  məhsuldar  qüvvələrin  inkişafına,  yeni  sahələrin  yaranmasına  və 

təsərrüfat  dövriyyəsinə  yeni  resursların  cəlb  edilməsinə,  şəhər  əhalisinin  sürətli 

artımına və xarici ticarət əlaqələrinin fəallaşmasına kömək etdi [2]. 

Sonrakı mıərhələdə inkişaf etmiş kapitalizmin sələfi, mahiyyəti kəndliləri, xırda 

sənətkarları  soymaqdan  və  müstəmləkələrin  işğalından  ibarət  olan  kapitalın  ilkin 

yığımı  dövrü  olmuşdur.  Işçi  qüvvəsinin  əmtəəyə  və  istehsal  vasitələrinin  kapitala 

çevrilməsi sadə əmtəə istehsalından kapitalist istehsalına keçid demək idi. Kapitalın 

ilkin yığımı eyni zamanda daxili bazarın sürətlə genişlənməsi prosesi idi. 

Beləliklə,  kapitalizmin  yaranışı  -  ictimai  əmək  bölgüsünün  və  əmtəə  istehsalın 

inkişafı  ilə  feodalizmin  dərinliklərindən  başlanmış  proses  XVIII  əsrdə 

manafkturlardan  maşın-fabrik  istehsalına  keçidlə  əsasən  təşəkkül  tapmışdır. 

Kapitalizmin  əsas  əlamətləri  kimi  əmtəə-pul  münasibətləri  və  istehsal  vasitələri 

üzrərində  şəxsi  mülkiyyət  hakimliyi,  inkişaf  etmiş  ictimai  əmək  bölgüsü,  istehsalın 

ictimailəşməsi,  işçi  qüvvəsinin  əmtəə  çevrilməsi,  müzlu  işçilərin  kapitalistlər 

tərəfindən istismarı kimi xüsusiyyətlər çıxış edir. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  kapitalizm  öz  inkişafının  ən  yüksək  və 

son  mərhələsinə  -  imperializmə,  inhisarçı  kapitalizmə  qədəm  qoydu.  Müəyyən 

mərhələdə  azad  rəqabət  kapitalın  konsentrasiyasının  və  mərkəzləşdirilməsinin  elə 

yüksək pilləsinə səbəb oldu ki, bunun ardınca inhisarlar meydana gəldi. 

nhisarçı kapitalizm öz inkişaf prosesində dövlət-inhisarçı kapitalizmə keçir ki, 

bu da bürokratik üst təbəqəsi olan maliyyə oliqarxiyasının yetişməsi, ictimai həyatın 

bütün  sahələrində  dövlətin  rolunun  güclənməsi,  iqtisadiyyatda  dövlət  sektorunun 

artması  və  kapitalizmin  sosial-iqtisadi  ziddiyyətlərinin  mülayimləşdirilməsinə 

yönəldilmiş  siyasətin  fəallaşması  ilə  xarakterizə  olunur.  Imperializm,  xüsusilə  də 

dövlət-inhisarçı  mərhələdə burjuaziya  demokratiyasının  daha  dərin  böhranını, daxili 

və xarici siyasətdə mürtəce meyillərin və zorakılığın rolunun güclənməsini göstərir. 

O, militarizm və hərbi xərclərin artmasından, silahlı qarşıdurmalardan və təcavüzkar 




 

42

müharibələrə başlamaq meyillərindən ayrılmazdır. 



Müasir  kapitalizmin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  dünyada  yeni  şəraitə 

uyğunlaşmağa  məcburdur.  Kapitalizm  vaxtı  ilə  cəmiyyətin  tarixi  inkişafında 

mütərəqqi rol oynamışdır. O, insanlar arasında şəxsi asılılığa əsaslanan patriarxal və 

feodal münasibətləri dağıtmış, onları pul münasibətləri ilə əvəz etmişdir. Kapitalizm 

iri şəhərlər yaratdı, kənd əhalisi hesabına şəhər əhalisinin sayını kəskin artırdı, feodal 

parçalanmasına  son  qoydu  ki,  bütün  bunlar  burjua  millətlərinin  və  mərkəzləşmiş 

dövlətlərin  yaranmasına  səbəb  oldu,  ictimai  əməyin  məhsuldarlığını  daha  yüksək 

pilləyə qaldırdı. 

Müstəmləkəçilik və yaxud kalonial sistemi  inkişaf etmiş ölkələr qrupunun, öz 

müstəmləklərinə  münasibətdə  olan  dövlətlərin  -  metropoliyaların  XVI-XX  əsrlərdə 

qalan  dünya  üzərində  hökmranlığını  ehtiva  edir.  Kolonial  siyasət  ölkələrin  fəht 

olunması, xalqları hərbi, siyasi və iqtisadi metodlarla istismarına yönəlmişdir. Böyük 

coğrafi  kəşflər,  müstəmləkə  ekspansiyaları  beynəlxalq  əmək  bölgüsü,  dünya 

bazarının  inkişafı  üçün  zəmin  yaradaraq  iqtisadiyyatların  inkişafına  yeni  imkanlar 

açdılar. 

Dənizçiliyin  inkişafı  dünyanın  ayrı-ayrı  hissələri  arasında  iqtisadi  əlaqələr 

qurmağa  imkan  verdi.  Müstəmləkə  torpaqları  isə  Avropa  ölkələrinin  təsərrüfat 

periferiyaları  kimi  istifadə  olunmağa  başladı  və  onlar  beynəlxalq  mübadilənin 

genişlənməsinin əsası oldular. 

XIX  əsrin  ikinci  yarısında  müstəmləkələrin  işğalı  böyük  miqyas  aldı.  1914-cü 

ildə müstəmləkə torpaqlarının ərazisi 65 milyon m

2

-dən artıq olub, əhalisi 523 milyon 



nəfər  idi.  ri  müstəmləkə  dövlətləri  -  Britaniya,  Fransa,  spaniya,  Portuqaliya, 

Niderland  ilə  yanaşı,  Almaniya,  ABŞ,  Belçika,  Yaponiya  da  iri  müstəmləkə 

metropoliyalarına çevrildilər. Praktiki olaraq bütün dünya bir qrup ölkələr tərəfindən 

ə

razi və siyasi cəhətdən bölüşdürülmüşdü. Münasibətlərin siyasi və hüquqi formaları 



- müxtəlif ara formalar vasitəsilə az və ya çox dərəcədə tam dövlət müstəqilliyindən 

başlayaraq  tam  siyasi  tabeçiliyə  qədər  fərqli  idi.  Bu  zaman  müxtəlif  üsul  və 

metodlardan,  o  cümlədən  sui-qəsdlərdən,  pulla  ələ  almalardan,  hərbi  çevrilişlərdən, 

açıq müdaxilələrdən və təcavüzdən istifadə edilirdi [22]. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə