Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

43

XVI-XVIII əsrlərdə sənaye inqilabından əvvəl müstəmləkə siyasəti əsasən yerli 



sərvətlərin,  işçi  qüvvəsinin  talan  edilməsindən  ibarət  olmuşdu.  Müstəmləkələrlə 

qeyri-ekvivalent  ticarət  isə  müstəsna  olaraq  istehlak,  primitiv  xarakter  daşıyırdı. 

Müstəmləkəçiliyin  birinci  dövrü  üçün  müstəmləkəçilərin  hər  hansı  quruculuq 

fəaliyyətinin  demək  olar  ki,  tamamilə  olmaması  səciyyəvi  idi.  Hətta  irriqasiya 

quruculuğu  belə  yox  idi.  Kənd  təsərrüfatı  dağılırdı.  Soyğunçuluğun  nəticəsi  olaraq 

aclıq  və  milyonlarla  insanın  ölümü  baş  alıb  gedirdi.  Britaniyanın  Ost- nd  şirkətinin 

verdiyi  məlumata  görə,  Benqaliyada  XVIII  əsrin  70-ci  illərinin  əvvəllərində  10 

milyon nəfər və ya əhalisinin üçdə bir hissəsi aclıqdan ölmüşdü [5]. 

Metropoliyalarla  müstəmləkələr  arasında  müntəzəm  iqtisadi  əlaqələrin 

qurulması  müstəmləkələrin  istismarının  təşkilati  formalarının  dəyişməsinə  gətirdi. 

Müstəmləkələr birbaşa dövlət-metropoliya tərəfindən nəzarətə tabe idilər. Lakin sırf 

merkantil ənənələr XIX əsrin sonlarına qədər üstün olmuşdur. Maşın istehsalı inkişaf 

etdikcə  metropoliyalar  müstəmləkə  torpaqlarını  öz  mallarının  satış  bazarlarına 

çevirirdilər. 

XIX  əsrin ortalarından  başlayaraq  Avropa  ölkələrindən  geniş  miqyasda  kapital 

ixracına  başlandı.  Böyük  ölçüdə  vəsait  Şimali  Amerika,  Asiya,  Okeaniya,  Afrika 

ölkələlərinə  aparılırdı.  Onun  xeyli  hissəsini  infrastrukturun,  hər  şeydən  əvvəl  dəmir 

yollarının  inkişafına  nəzərdə  tutulan  istiqrazlar  təşkil  edirdi.  Kapital  bazarının 

maraqlı  cəhətlərindən  biri  də  həmin  dövrdə  hökumət  istiqrazlarının  çox  olması  idi. 

Kapitalın yerdəyişməsinin güclənməsinə həmin dövrdə möhkəmlənmiş qızıl standart 

kömək  etmişdir.  XIX  və  XX  əsrlərin  qovşağında  dünya  ərazisinin  qabaqcıl 

imperialist  dövlətlər  tərəfindən  bölüşdürülməsi  əsasən  başa  çatmışdı.  Zəif  inkişaf 

etmiş ölkələrin əksəriyyəti müstəmləkəyə çevrilmiş və ya iqtisadi, maliyyə və siyasi 

asılılıq toru ilə əhatə edilmişdi. Lakin dünyanın bu ərazi bölgüsü sonuncu deyildi. 

Kapitalizmə  inkişafın  qeyri-bərabərliyi  xasdır.  Zaman  keçdikcə  imperialist 

dövlətlərin  qüvvələrindəki  nisbət  dəyişir.  Yeni  qüvvələr  nisbəti  ilə  müstəmləkələrin 

ə

vvəlki  bölgüsü,  imperialist  nəzarəti  sferaları  arasında  ziddiyyət  yaranır  ki,  bu  da 



dünyanın  yenidən  bölüşdürülməsi  uğrunda  mübarizəyə  rəvac  verir,  imperializmin 

təbiətinə  müvafiq  olaraq  dağıdıcı  hərbi  münaqişələr,  dünya  müharibələri  formasını 




 

44

alır. 



mperializm  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  kapitalizmin  inkişafının  ən 

yüksək və son mərhələyə - inhisarçı kapitalizmə keçidinin forması.  mperializm həm 

də qeyri-bərabər hüquqlu münasibətlərin dəstəklənməsinə yönəlmiş dövlət siyasətini 

özündə  əks  etdirir.  Xarici  siyasətdə  bu  ərazilərin  tutulması,  müstəmləkələrin 

formalaşdırılması,  digər  ölkələrə  siyasi  və  iqtisadi  nəzarətin  həyata  keçrilməsində 

özünü göstərir. Daxili siyasətdə sənayə-maliyyə inhisarları mühüm rol oynayır. 

XIX-XX  əsrlərdə  dünyanın  siyasi  xəritəsi  böyük  dəyişkənliklərə  məruz 

qalmışdır.  Bu  dövrdə  iri  ölkələr  dünyanı  öz  aralarında  bölüşdürmək  uğrunda  çox 

ciddi-cəhdli  mübarizəyə  qoşulmuşdurlar.  1870-cı  illlərdə  Afrikanın  10%-i  Qərbi 

Avropa  ölkələrinə  məxsus  idisə,  1900-cü  ildə  bu  istila  bütün  Afrikanı  əhatə  edərək 

artıq  90%-ə  yüksəlmişdi.  Eyni  mənzərə  müəyyən  fərqlilklərlə  Asiya,  Amerkaya  və 

Avstraliyaya da aid idi. 

Ümumilkdə  XX  əsrin  əvvəllərində dünyanın dövlətlər  arasında  bölüşdürülməsi 

faktiki  olaraq  başa  çatmış,  dünya  bir  sıra  qüdrətli  imperialist  dövlətin  təsiri  altında 

keçmişdi. Bu zaman imperialist dövlətlərin müstəmləkə torpaqları 530 milyon nəfər 

ə

halisi ilə 73 milyon km



2

 ərazini əhatə edirdi ki, bu da dünyanın quru sahəsinin 55%-

nə  və  əhalinin  35%-nə  bərabər  idi.  Dünyanın  sonrakı  bölgüsü  isə  yalnız  zorakılıqla 

aparıla bilərdi [32]. 

Planetin  siyasi  xəritəsinin  formalaşmasının  ən  yeni  mərhələsi  I  Dünya 

müharibəsinin  başa  çatması  dövrünü  əhatə  edir.  Birinci  mərhələ  adlanan  bu  dövrdə 

Rusiya imperiyasının çöküntüləri altında sosialist dövlətinin olan SSR  yaranması ən 

böyük hadisə kimi qiymətləndirilir. Bu dövr həmçinin Avropa da daxil olmaqla bütün 

dünyada  ərazilərin  nəzərə  çarpan  dəyişiklikləri  ilə  müşaiyət  olunmuş,  Avstriya-

Macarıstan  imperiyası  dağılmış,  Finlandiya  və  Polşa  suverenlik  qazanmış, 

xorvatların,  serbləri,  slovenlərin  və  digərlərinin  krallığı  yaranmış,  Böyük 

Britaniyanın,  Fransanın,  Belçikanın  və  Yaponiyanın  müstəmləkə  torpaqları 

genişlənmişdir.  I  dünya  müharibəsi  başa  çatdıqdan  sonra  Almaniya  və  Türkiyənin 

keçmiş müstəmləkələri Atlanta ölkələri arasında Millətlər Liqasının mandatları üzrə 

bölüşdürüldü.  Britaniya  müharibə  zamanı  ərəblərə  verdiyi  vədləri  yerinə  yetirərək, 



 

45

raq  və  Transiordaniya  (indiki  ordaniya)  krallıqlarını  yaratdı,  1932-ci  ildə  isə  raq 



tam  müstəqillik  əldə  etdi.  Britaniya  yəhudilər  üçün  də  “milli  ev”  yaratmağı  vəd 

vermişdi,  lakin  tezliklə  ərəblər  və  yəhudilər  qarşısında  bir-birinin  ziddinə  olan 

öhdəliklərini  yerinə  yetirməkdə  çətinliklərlə  üzləşdi.  Beləliklə,  I  dünya  müharibəsi 

dünyanın  ərazisə  bölüşdürülməsində  ilk  möhtəşəm  qlobal  hadisə  oldu.  Buna 

baxamayaraq onun ağır olan nəticələri yeni siyasi hadisələrin də başlanğıcına zəmin 

yaratmaqda  idi.  Bu  nəticələr  bir  çox  hallarda  özünün  kövrəkliyini  göstərdi  və  yeni 

dünya müharibəsinin yaranışını stimullaşdırdı. 

Dünyanın  ərazi  cəhətdən  bölüşdürülməsinin  növbəti  mərhələlər  kimi  II  dünya 

müharibəsi  və  Şərqi  Avropanın  siyasi  xəritəsində  böyük  dəyişikliklərlə  xarakterizə 

olunan 1980-1990-cı illər dövrüdür. II dünya müharibəsindən sonra bu mərhələ təkcə 

Avropanın  siyasi  xəritəsində  dəyişikliklərlə  deyil,  həm  də  müstəmləkə  sisteminin 

dağılması  ilə  kəskin  fərqlənmişdir.  Bu  dövrdə  həmçinin,  Okeaniyada,  Afrikada, 

Asiyada və Latın Amerikasında, xüsusən də Karib regionunda çoxlu sayda müstəqil 

dövlətlərin yaranması baş verdi. Fransa Livandan və Suriyadan çıxmalı oldu, keçmiş 

italyan  müstəmləkəsi  olan  Liviya  əlahiddə  krallığa  çevrildi.  Bu  dövrdə  Böyük 

Britaniya  Fələstinə  olan  mandatından  imtina  edərək  Avrop-ərəb  probleminin  həllini 

BMT-yə  həvalə  etməklə  1948-ci  ildə  qoşunlarını  yaxın  şərqdən  çıxartmaqla  yəhudi 

dövləti  srail yaranışına zəmin oldu [18, 32, 35]. 

Yaponlar  Hin-Çindən  çıxdıqdan  sonra  milli-azadlıq  qüvvələri  Niderlandda 

mənsub  Ost-hində  hakimiyyəti  ələ  aldılar,  Fransanın  Hind-Çinində  isə  birləşmiş 

kommunistlər və millətçilər paytaxt Hanoyda Vyetnamın müstəqilliyini elan etdilər. 

Bu zaman hollandların silah gücünə keçmiş müstəmləkə üzərində nəzarəti qaytarmaq 

istəyi  puça  çıxdı  və  1949-cu  ildə  onun  yerində  ndoneziya  dövləti  meydana  gəldi. 

1947-ci il avqustun 15-də Hindistan və Pakistan keçmiş imperiyanın sonradan adını 

dəyişmiş Britaniya Millətlər Birliyinin tərkibində müstəqil dövlətlər oldular. 

Dünyanın  siyasi  xəritəsində  bütün  dünya  birliyinin  ictimai-siyasi  və  sosial-

iqtisadi həyatına böyük təsir göstərən yeni dəyişikliklər kimi 1991-ci ildə SSR -nin, 

Yuqaslaviyanın dağılmasını, iki alman dövləti - Almaniya Federativ Respublikası və 

Almaniya Demokratik Respublikasının birləşməsini və s. göstərmək olar. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə