Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

52

[29, 31]: 



I.Dünya  bazarına  emal  sənayesinin  məhsullarını  istehsal  edən  ölkələr  (ABŞ

Almaniya Fedarativ Respublikası,  ngiltərə, Fransa, Kanada,  taliya, Yaponiya);

 

II.Hasilat  sənayesi  məhsulları  verən,  neft  və  qazın  əsasən  sənaye  cəhətdən 



inkişaf etmiş ölkələrə satışını təşkil edən ölkələr (Yaxın Şərqin, Latın Amerikasının, 

Afrikanın  neft  çıxaran  ölkələri.  Afrika  və  Latın  Amerikasının  bir  sıra  ölkələri, 

həmçinin  sənaye  cəhətdən  inkişaf  etmiş  sveç,  Avstraliya,  Kanada  kimi  böyük 

miqdarda müxtəlif mineral resurslar - kömür, qara və əlvan metalalr, qızıl, gümüş və 

s. çıxaran və satan ölkələr);

 

III.Kənd təsərrüfatı məhsullarının satışında ixtisaslaşan ölkələr (Asiya, Afrika və 



Latın  Amerikası  ölkələri,  həmçinin,  sənaye  cəhətdən  inkişaf  etmiş  bir  çox  kapitalist 

ölkələri  -  ABŞ,  Kanada,  Qərbi  Avropanın  demək  olar  ki,  bütün  ölkələri,  Avstraliya, 

Yeni  Zelandiya  dünya  bazarında  müstəsna  olaraq  kənd  təsərrüfatı  məhsulları  üzrə 

ixtisaslaşşlar).

 

Eyni zamanda, dördüncü ölkələr qrupu da mövcuddur ki, həm emal, həm hasilat 



sənayesi  məhsulları,  həm  də  kənd  təsərrüfatı  məhsulları  istehsal  edir.  Bu,  sənaye 

cəhətdən inkişaf etmiş qərb ölkələridir (ABŞ, Kanada,  ngiltərə, Almaniya, Fransa)

1970-ci  illərdən  başlayaraq,  beynəlxalq  ixtisaslaşma  sənaye  cəhətdən  inkişaf  etmiş 

kapitalist  ölkələrinin  transmilli  korporsiyalarının  inkişafının  təsiri  altında  müəyyən 

dəyişikliklərə  məruz  qaldılar.  Qazanc  dalınca  qaçma,  aşağı  istehsal  xərcləri,  daha 

ucuz  işçi  qüvvəsi  sənaye  ölkələrindən  tutmuş  inkişaf  etməkdə  olan  ölkələrə  qədər 

müxtəlif  ölkələrdə  transmilli  korporasiyaların  istehsal  və  xidmətlərinin  inkişafına 

səbəb oldu [10]. 

Beləliklə, son 20-30 il ərzində TMK-lar beynəlxalq əmək bölgüsü funksiyasını 

və  beynəlxalq  ixtisaslaşmanı  öz  üzərlərinə  götürdülər.  Hazırda  zahirən  beynəlxalq 

ə

mək  bölgüsünü  və  beynəlxalq  ixtisaslaşmanı  ölkələr  və  dövlətlər  həyata  keçirirlər. 



Mahiyyət  etibarilə  isə  onu  milli  mənzil-qərargahları  və  öz  ölkələri  daxilində 

istehsalları  olan,  həmçinin  başqa  ölkələrdə  çox  böyük  istehsal,  məişət,  maliyyə, 

texniki potensiallara malik olan transmilli şirkətlər keçirir. 

Beynəlxalq  iqtisadi  əməkdaşlıq  obyektiv  proses  olaraq  ayrı-ayrı  ölkələr  və  ölkə 




 

53

qrupları  arasında  çoxnövlü  iqtisadi  və  elmi-texniki  əlaqələrin  inkişafında  mühüm 



ə

həmiyyət  kəsb  edir.  Bu  əməkdaşlıq  tərəflərin  müstəqilliyi,  bərabərliyi,  və  qarşılıqlı 

faydalılığı prinsipləri əsasında qurularaq inkişaf edir. 

Ümumiyyətlə beynəlxalq iqtisadi əməkdaşlıq aşağıdakıları birləşdirir [8]: 

 xarici ticarət (xarici ticarət sövdələşmələri, idaxal, ixrac); 

 beynəlxalq istehsal əməkdaşlığı (beynəlxalq istehsal kooperasiyası); 

 investisiya sahəsində əməkdaşlıq; 

 beynəlxalq elmi-texniki əməkdaşlıq; 

 iqtisadi və texniki yardım; 

 valyuta-maliyyə üzrə əməkdaşlıq. 

Beynəlxalq  iqtisadi  əməkdaşlıqda  kooperasiya  əlaqələri  də  mühüm  yer  tutur. 

Beynəlxalq  kooperasiya  beynəlxalq  əmək  bölgüsünün  başqa  tərəfini  və  digər  əsas 

formasını  əks  etdirən  istehsal  ixtisaslaşmasına əsaslanır.  Beynəlxalq kooperasiya  ilə 

müqayisədə  beynəlxalq  əmək  bölgüsünün  daha  geniş  iqtisadi  kateqoriyadır. 

Beynəlxalq  kooperasiya  və  beynəlxalq  ixtisaslaşma  beynəlxalq  əmək  bölgüsünün 

yalnız forması deyildirər. 

Onlar  genişliklə  beynəlxalq  əmək  bölgüsünün  mahiyyətini  müəyyən  edən 

tərəflərdirlər.  Kooperasiya  şəraitində  beynəlxalq  ticarət  kooperasiya  iştirakçıları 

arasında  mal  və  xidmətlərin  əvvəlcədən  razılaşdırılmış  tədarükünə  gətirir.  Bu  halda 

“ticarət  artıq  müstəqil  müəssisələr  arasında  həyata  keçirilən  və  onların  qalıqlarına 

xidmət  edən  fəaliyyət  kimi  deyil,  əhəmiyyətli  və  əhatəli  ilkin  şərtlər  və  istehsal 

prosesinin  məqamı  kimi  çıxış  edir”.  stehsalın  beynəlxalq  kooperasiyası  müxtəlif 

ölkələrin  müstəqil  müəssisələri  arasında  dayanıqlı  istehsal  əlaqələri  prosesidir.  O, 

firmalara  istehsala  olan  məsrəfləri  azaltmağa,  bununla  da,  istehsalın  beynəlxalq 

kooperasiyası  şəraitində  buraxdıqları  məhsulun  maya  dəyərini  aşağı  salmağa,  onun 

rəqabətqabiliyyətliliyinin  gücləndirilməsinə  kömək  edir.  Ayrı-ayrı  hallarda 

beynəlxalq  kooperasiyası  istehsalı,  elmi-texniki-tədqiqat  və  konstruktor  işlərini  - 

ETTK , həmçinin məhsulun satışını əhatə edərək, kompleks xarakter daşıyır [5]. 

Hazırda beynəlxalq kooperasiya edilmiş tədarüklər industrial ölkələrin şirkətləri 

arasında  əmtəə  dövriyyəsinin  30%-dən  çoxunu  təşkil  edir.  Kooperasiya  tədarükləri 




 

54

bir  sıra  inkişaf  etməkdə  olan  ölkələrin  ayrı-ayrı  sahələrində  beynəlxalq  istehsalın 



yüksək  payı  ilə  mühüm  rol  oynayır.  Onların  sahədaxili  ticarət  əmsalı  0,15-ə 

bərabərdir. 

Hökumətin  dəstəyi  ilə  ölkə  daxilində  bir  şirkətin  gücü  çatmayan  texniki 

cəhətdən mürəkkəb və bahalı layihələrin həyata keçirilməsini planlaşdıran kooperant-

ölkələrin  müştərək  proqramlarının  reallaşdırılmasının  təşkilati  forması  olaraq 

beynəlxalq konsorsiumlar çıxış edirlər. 

Ölkələrin  beynəlxalq  əmək  bölgüsündə  iştirakına  təsir  edən  amillər  məcmusu 

mövcuddur. Bu amillər sırasına aşağıdakıları aid etmək olar [21, 22]: 

1.Ölkənin daxili bazarının həcmi. 

2.Ölkənin iqtisadi inkişafının səviyyəsi. 

3.Ölkənin təbii resurslarla təminatı. 

4.Ölkə iqtisadiyyatı strukturunda sənayenin baza sahələrinin (energetika, hasilat 



sahələri, metallurgiya və s.

) xüsusi çəkisi. 

Beynəlxalq əmək bölgüsünün inkişafında başlıca cəhət onunla bağlıdır ki, onun 

hər bir iştirakçısı bu bölgüdə iştirakından iqtisadi maraq, qazanc axtarır və onu tapır. 

Ə

lverişli  şərait  beynəlxalq  mübadilə  prosesində  hər  bir  ölkə  beynəlxalq  əmək 



bölgüsünün  reallaşmasında  müəyyən  üstünlüklər  əldə  edir.  Bu  üstünlüklər  ixrac 

edilən  mal  və  xidmətlərin  beynəlxalq  və  daxili  qiyməti  arasında  fərqin  alınması  və 

daha  ucuz  idxal  əsasında  milli  istehsaldan  imtina  etməklə  daxili  məsrəflərə  qənaətə 

yaranan imkanla xarakterikdir. 

Beynəlxalq  əmək  bölgüsünün  ölçülməsinin  bir  sıra  göstəriciləri  mövcuddur. 

Bunlara aşağıdakıları aid etmək olar [28]: 

 istehsal edilmiş məhsulun ümumi həcmində ixracın xüsusi çəkisi; 

 ixracın ümumi dəyərində sahənin xüsusi çəkisi; 

 ölkənin  bütün  sənayesinin  artım  sürəti  ilə  müqayisədə  ixrac  ixtisaslaşması 

sahələrinin artım sürəti. 

Beynəlxalq  əmək  bölgüsünün  regional  səviyyədə  inkişaf  göstəriciləri  sırasında 

aşağıdakılar seçilir [20]: 

 qarşılıqlı  əlaqədə  olan  ölkələrdə  ictimai  istehsalın  artımı  ilə  müqayisədə 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə