58
siyasi təsisatların da yaradılmasını, idarəetmənin üstdövlət orqanlarının qurulmasını,
dövlət sərhədlərinin ləğv edilməsini və digər bu kimi vahid ümumilikləri şərtləndirir.
Ölkələr qarşılıqlı yaxınlaşmaya doğru hələ ilk addımlarını atarkən, aralarında
preferensial ticarət müqavilələri bağlanır. Preferensial ticarət müqavilələri bu
müqavilədə iştirak etməyən üçüncü ölkələr qarşısında müəyyən preferensiyalar
verməsi haqqında ölkələr arasında bağlanan müqavilədir. Həmin müqavilələr ya
ikitərəfli əsasda ayrı-ayrı dövlətlər arasında, yaxud artıq mövcud inteqrasiyalı
qruplaşma və ayrıca ölkə və ya ölkələr qrupu arasında imzalana bilər.
Müasir dünyada təsərrüfat həyatının beynəlmiləşməsinə baxmayaraq inteqrasiya
prosesləri daha çox regional xarakter daşıyır. Bu baxımdan regional iqtisadi
birliklərin dünya iqtisadiyyatında rolu və əhəmiyyəti artır və müxtəlif tipdə onların
sayı hazırda 30-u ötmüşdür.
Regional iqtisadi birliklər beynəlxalq iqtisadi sferada tədricən təsərrüfatlarını
yaxınlaşdırmaq və təsərrüfat mexanizlərini dəyişdirmək yolu ilə birləşməni
qarşılarına məqsəd qoymuş dövlətlərarası iqtisadi təsisatlardır. Belə birliklər ərazi
cəhətdən biri-birinə yaxın və təqribən eyni sosial-iqtisadi inkişafa malik olan ölkələr
yaradırlar.
Aşagıda inteqrasiya prosesinin gedişini əks etdirən sxem verilmişdir [17]:
59
Sxem 3.1. nteqrasiya prosesinin gediş
i
nteqrasiyanın başlıca stimullarını iqtisadiyyatın özündə axtarmaq gərəklidir.
Hər bir ölkə öz coğrafi, iqlim və təbii sərvətləri baxımından fərqli səciyyə daşıyır.
Bundan başqa diqqətə çəkildiyi kimi, profesional vərdişlər, dövlətçilik və iqtisadi
təcrübə kimi təməl komponentləri də ölkənin sosial-iqtisadi fəaliyyətinin mühüm
göstəricilərinə təyinat verir.
Ə
nənəvi inteqrasiya nəzəriyyəsi isə bu və ya digər faktorial reallıqlarla yanaşı
başlıca olaraq prosesin özünün iqtisadi faktorlarından çıxış edir. Lakin unutmaq lazım
deyil ki, inteqrasiya iqtisadi aspektli olduğu qədər də, siyasi prosesdir. Onun
cəzbedici orbitinə keçməzdən öncə hər bir ölkə bu orbitdən nəyi qazanacağını və nəyi
qurban verəcəyini ölçməyə məhkumdur. Bu yanaşma meyli isə dövləti istiqlalın
təminatı - siyasi doktrina olaraq dövlətin şəxsiyyət, ictimai və dövlət təhlükəsizliyini
xarici təcavüzlərdən, terrorizmdən müdafiə edən kompleks tədbirlər sistemi milli
təhlükəsizlik və iqtisadi sistemin dinamik, balanslaşdırılmış və effektivli inkişafını
təmin edərək sosial problemləri mülayimləşdirən, əhalinin həyat səviyyəsinin
yaxşılaşmasını stimullaşdıran iqtisadi təhlükəsizik amililərinin təminatı ilə bağlanılır
[12, 24].
Beynəlxalq iqtisadi inteqrasiyanın məqsədləri inteqrasiyanın baş verdiyi
formadan asılı olaraq konkretləşdirilir. Bununla belə, bir sıra mühüm aspektlər
çevrəsində beynəlxalq iqtisadi inteqrasiyanın məqsədlərini ayırmaq mümkündür.
Bunlar aşağıdakılardan ibarətdir [24]:
istehsal həcmlərinin artırılması və təhciz edilən əmtəə və xidmətlər
nomenklaturasının genişləndirilməsi;
iqtisadiyyatın üstünlüklərinin miqyaslı reallaşdırılması;
əlverişli xarici iqtisadi mühitin formalaşdırılması;
ticarət siyasəti məsələlərinin həlli;
milli iqtisadiyyatların struktur yenidənqurmasına kömək;
60
sənayenin, kənd təsərrüfatının və xidmətlər sferasının ayrıca sahələrinin
dəstəklənməsi.
Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafı iştirakçı tərəflər üçün müsbət
effektlərə yanaşı həm də müəyyən neqativ nəticələrə də müşaiyət olunur. Belə ki,
inteqrasiya bloklarının formalaşması onların iqtisadi potensialını xeyli gücləndirir,
ə
mtəə dövriyyəsinin və kooperasiya-istehsal əlaqələrinin genişlənməsinə kömək edir.
Bundan başqa, regional çərçivədə ölkələrin iqtisadi yaxınlığı ölkələrin firmaları -
iqtisadi inteqrasiya iştirakçıları üçün əlverişli şərait yaradaraq, onları müəyyən
dərəcədə üçüncü ölkələrin firmaları tərəfindən gözlənilən rəqabətdən qoruyur.
Beynəlxalq iqtisadi inteqrasiyanın əsasında bir sıra obyektiv amillər durur ki,
onların arasında aşağıdakılar mühüm yer tutur [10]:
təsərrüfat həyatının qloballaşması;
beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
xarakterinə görə ümumdünya elmi-texniki inqilab;
milli iqtisadiyyatların şəffaflığının yüksəldilməsi.
Dövlətlərarası iqtisadi inteqrasiyanın inkişafına bir sıra səbəblər kömək edir.
Inteqrasiyanın mümkünlüyü və məqsədyönlüyü daha çox ölkələr arasında tarixən
yaranmış və kifayət qədər möhkəm iqtisadi əlaqələrin olması ilə müəyyən edilir.
Həlli ayrı-ayrılıqda deyil, birgə qüvvə ilə daha effektiv ola bilən iqtisadi maraqların
və problemlərin ümumiliyi də böyük əhəmiyyət daşıyır. Buna misal A -də yaranmış
daha inkişaf etmiş inteqrasiya forması ola bilər.
3.2. Müasir qlobal çağ
ırış
lar şə
rə
tində
dünya iqtisadiyyatının strukturunun
tə
kmilləş
mə
si və
inkiş
afı perspektivlə
ri.
Qloballaşma həyatımızın ən vacib sferalarına - iqtisadiyyata, siyasətə,
ekologiyaya və təhlükəsizliyə nüfuz edərək çağdaş zamanın mühüm əlaməti kimi
çıxış edir. Hər bir sfera özü-özlüyündə böyük ictimai-siyasi və sosial-iqtisadi
ə
həmiyyət daşayır.
Bütün bu sferalar nə qədər fərqli olsalar da, daim qarşılıqlı münasibətdə və
vəhdətdədirlər. Bu qarşılıqlı əlaqəlik və vəhdətlilik isə sosial-iqtisadi tərəqqini təmin