Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   16   17   18   19   20   21   22   23   24

 

58

siyasi təsisatların da yaradılmasını, idarəetmənin üstdövlət orqanlarının qurulmasını, 



dövlət sərhədlərinin ləğv edilməsini və digər bu kimi vahid ümumilikləri şərtləndirir. 

Ölkələr  qarşılıqlı  yaxınlaşmaya  doğru  hələ  ilk  addımlarını  atarkən,  aralarında 

preferensial  ticarət  müqavilələri  bağlanır.  Preferensial  ticarət  müqavilələri  bu 

müqavilədə  iştirak  etməyən  üçüncü  ölkələr  qarşısında  müəyyən  preferensiyalar 

verməsi  haqqında  ölkələr  arasında  bağlanan  müqavilədir.  Həmin  müqavilələr  ya 

ikitərəfli  əsasda  ayrı-ayrı  dövlətlər  arasında,  yaxud  artıq  mövcud  inteqrasiyalı 

qruplaşma və ayrıca ölkə və ya ölkələr qrupu arasında imzalana bilər. 

Müasir dünyada təsərrüfat həyatının beynəlmiləşməsinə baxmayaraq inteqrasiya 

prosesləri  daha  çox  regional  xarakter  daşıyır.  Bu  baxımdan  regional  iqtisadi 

birliklərin  dünya  iqtisadiyyatında  rolu  və  əhəmiyyəti  artır  və  müxtəlif  tipdə  onların 

sayı hazırda 30-u ötmüşdür

Regional  iqtisadi  birliklər  beynəlxalq  iqtisadi  sferada  tədricən  təsərrüfatlarını 

yaxınlaşdırmaq  və  təsərrüfat  mexanizlərini  dəyişdirmək  yolu  ilə  birləşməni 

qarşılarına  məqsəd  qoymuş  dövlətlərarası  iqtisadi  təsisatlardır.  Belə  birliklər  ərazi 

cəhətdən biri-birinə yaxın və təqribən eyni sosial-iqtisadi inkişafa malik olan ölkələr 

yaradırlar. 

Aşagıda inteqrasiya prosesinin gedişini əks etdirən sxem verilmişdir [17]: 

 

 

 

 

 



 

 

 



 

 

 



 


 

59

 



 

Sxem 3.1.  nteqrasiya prosesinin gediş

 

nteqrasiyanın  başlıca  stimullarını  iqtisadiyyatın  özündə  axtarmaq  gərəklidir. 



Hər  bir  ölkə  öz  coğrafi,  iqlim  və  təbii  sərvətləri  baxımından  fərqli  səciyyə  daşıyır. 

Bundan  başqa  diqqətə  çəkildiyi  kimi,  profesional  vərdişlər,  dövlətçilik  və  iqtisadi 

təcrübə  kimi  təməl  komponentləri  də  ölkənin  sosial-iqtisadi  fəaliyyətinin  mühüm 

göstəricilərinə təyinat verir. 

Ə

nənəvi  inteqrasiya  nəzəriyyəsi  isə  bu  və  ya  digər  faktorial  reallıqlarla  yanaşı 



başlıca olaraq prosesin özünün iqtisadi faktorlarından çıxış edir. Lakin unutmaq lazım 

deyil  ki,  inteqrasiya  iqtisadi  aspektli  olduğu  qədər  də,  siyasi  prosesdir.  Onun 

cəzbedici orbitinə keçməzdən öncə hər bir ölkə bu orbitdən nəyi qazanacağını və nəyi 

qurban  verəcəyini  ölçməyə  məhkumdur.  Bu  yanaşma  meyli  isə  dövləti  istiqlalın 

təminatı - siyasi doktrina olaraq dövlətin şəxsiyyət, ictimai və dövlət təhlükəsizliyini 

xarici  təcavüzlərdən,  terrorizmdən  müdafiə  edən  kompleks  tədbirlər  sistemi  milli 

təhlükəsizlik  və  iqtisadi  sistemin  dinamik,  balanslaşdırılmış  və  effektivli  inkişafını 

təmin  edərək  sosial  problemləri  mülayimləşdirən,  əhalinin  həyat  səviyyəsinin 

yaxşılaşmasını stimullaşdıran iqtisadi təhlükəsizik amililərinin təminatı ilə bağlanılır 

[12, 24]. 

Beynəlxalq  iqtisadi  inteqrasiyanın  məqsədləri  inteqrasiyanın  baş  verdiyi 

formadan  asılı  olaraq  konkretləşdirilir.  Bununla  belə,  bir  sıra  mühüm  aspektlər 

çevrəsində  beynəlxalq  iqtisadi  inteqrasiyanın  məqsədlərini  ayırmaq  mümkündür. 

Bunlar aşağıdakılardan ibarətdir [24]: 

 istehsal  həcmlərinin  artırılması  və  təhciz  edilən  əmtəə  və  xidmətlər 

nomenklaturasının genişləndirilməsi; 

 iqtisadiyyatın üstünlüklərinin miqyaslı reallaşdırılması; 

 əlverişli xarici iqtisadi mühitin formalaşdırılması; 

 ticarət siyasəti məsələlərinin həlli; 

 milli iqtisadiyyatların struktur yenidənqurmasına kömək; 




 

60

 sənayenin,  kənd  təsərrüfatının  və  xidmətlər  sferasının  ayrıca  sahələrinin 



dəstəklənməsi. 

Beynəlxalq  iqtisadi  inteqrasiyanın  inkişafı  iştirakçı  tərəflər  üçün  müsbət 

effektlərə  yanaşı  həm  də  müəyyən  neqativ  nəticələrə  də  müşaiyət  olunur.  Belə  ki, 

inteqrasiya  bloklarının  formalaşması  onların  iqtisadi  potensialını  xeyli  gücləndirir, 

ə

mtəə dövriyyəsinin və kooperasiya-istehsal əlaqələrinin genişlənməsinə kömək edir. 



Bundan  başqa,  regional  çərçivədə  ölkələrin  iqtisadi  yaxınlığı  ölkələrin  firmaları  - 

iqtisadi  inteqrasiya  iştirakçıları  üçün  əlverişli  şərait  yaradaraq,  onları  müəyyən 

dərəcədə üçüncü ölkələrin firmaları tərəfindən gözlənilən rəqabətdən qoruyur. 

Beynəlxalq  iqtisadi  inteqrasiyanın  əsasında  bir  sıra  obyektiv  amillər  durur  ki, 

onların arasında aşağıdakılar mühüm yer tutur [10]: 

 təsərrüfat həyatının qloballaşması; 

 beynəlxalq əmək bölgüsünün dərinləşməsi; 

 xarakterinə görə ümumdünya elmi-texniki inqilab; 

 milli iqtisadiyyatların şəffaflığının yüksəldilməsi. 

Dövlətlərarası  iqtisadi  inteqrasiyanın  inkişafına  bir  sıra  səbəblər  kömək  edir. 

Inteqrasiyanın  mümkünlüyü  və  məqsədyönlüyü  daha  çox  ölkələr  arasında  tarixən 

yaranmış  və  kifayət  qədər  möhkəm  iqtisadi  əlaqələrin  olması  ilə  müəyyən  edilir. 

Həlli ayrı-ayrılıqda deyil, birgə qüvvə ilə daha effektiv ola bilən iqtisadi maraqların 

və problemlərin ümumiliyi də böyük əhəmiyyət daşıyır. Buna misal A -də yaranmış 

daha inkişaf etmiş inteqrasiya forması ola bilər. 

 

 



3.2. Müasir qlobal çağırışlar şərətində dünya iqtisadiyyatının strukturunun 

təkmilləşməsi və inkişafı perspektivləri. 

Qloballaşma  həyatımızın  ən  vacib  sferalarına  -  iqtisadiyyata,  siyasətə, 

ekologiyaya  və  təhlükəsizliyə  nüfuz  edərək  çağdaş  zamanın  mühüm  əlaməti  kimi 

çıxış  edir.  Hər  bir  sfera  özü-özlüyündə  böyük  ictimai-siyasi  və  sosial-iqtisadi 

ə

həmiyyət daşayır. 



Bütün  bu  sferalar  nə  qədər  fərqli  olsalar  da,  daim  qarşılıqlı  münasibətdə  və 

vəhdətdədirlər. Bu qarşılıqlı əlaqəlik və vəhdətlilik isə sosial-iqtisadi tərəqqini təmin 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə