Microsoft Word Dissertasiya -di doc


  2012-2052: Yaxın 40 il üçün qlobaq proqnoz  Yorgen Randers    Şə kli 3.1. Roma klubunun m



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   16   17   18   19   20   21   22   23   24

 

67

2012 

2012-2052: Yaxın 40 il üçün qlobaq proqnoz 

Yorgen Randers 

 

Şə

kli 3.1. Roma klubunun məruzələri 



 

Dünya  iqtisadiyyatının  inkışaf  perspektivləri  ayrı-ayrı  təhlil  bucaqlardan 

müxtəlif  qiymətləndirilir.  Lakin  ümumi  qiymətləndirmələrdə  ümumi  olan  təyinatlar 

vardır. Burada göstərilir ki, qloballaşma prosesində yaxın onilliklərdə ABŞ və Qərbin 

mövqeləri  zəifləməsi  ehtimalı  artır.  Bu  çevrdə  inkişaf  etməkdə  olan  ölkələr  önə 

keçəcəklər.  Xüsusilə  iki  iri  artan  iqtisadiyyat  -  Hindistan  və  Çin  iqtisadiyyatları 

böyük önəm alacaqdır. 

Bir  çoxları  Çin  modelini  iqtisadi  inkişafın  Şərqi  Asiya  modelinin  bir  variantı 

hesab edir. Burada iqtisadi artımın yüksək sürəti iqtisadiyyatın ixracyönümlü olması, 

ucuz  işçi  qüvvəsindən  istifadə,  xarici  investisiyaların  cəlb  edilməsi,  ÜDM-də 

investisiyaların  yüksək  payı  ilə  bağlanılır.  Hindistan  modelində  isə  inkişaf  etmiş 

kapitalist, sosialist və inkişaf etməkdə olan ölkələrin, yəni planetin müasir xəritəsində 

təmsil olunan hər üç dünyanın (birinci, ikinci və üçüncü) mühüm cəhətləri çox unikal 

birləşir. Bu unikal birlik Hindistan inkişaf modelinin xüsusiyyətlərini müəyyən edir, 

ona  müxtəlif  hadisələrə  adaptasiyada  üstünlüklər  verir  və  verəcəkdir.  Uzun  müddət 

Böyük  Brinatiyanın  müstəmləkəsi  olmuş  bu  ölkədə  ingilis  dili  xüsusilə  təhsilli 

hindlilər  arasında  geniş  yayılmışdır.  Bu  da  hind  ali  təhsilinin  yüksək  səviyyədə 

inkişafına, fundamental elmlərə diqqətə və yaxşı ixtisaslı mütəxəssislər hazırlamağa 

imkan verir [15]. 

2050-2060-cı  illərə  qədər  uzunmüddətli  perspektivdə  daha  çox  demoqrafik 

vəziyyətdə  olan  dəyişikliklər  önəmlidir.  Belə  ki,  Çində  əhalinin  qocalması  və 

Hindistanda əksinə, hələlik tükənməmiş demoqrafik dividend vəsiyyətliyi gözlənilir. 

Bu çevrdə daha mühüm hətta orta illik artım sürəti deyil, sistemin möhkəmliyi, onun 

transformasiyalara qarşı qabiliyyətliliyi əsas olacaqdır [15]. 

Bütün bunlarla yanaşı proqnozlar yaxın onilliklərdə ÜDM-in həcminə görə Çin 

və Hindistanın dünyanın qabaqcıl iqtisadiyyatlar sırasında qalacağına yəqinlik verir. 

Bununla  belə,  hər  iki  ölkə  heç  də  həmişə  artım  sürətinə  görə  irəlidə  olmayacaqlar. 

Çin labüd olaraq öz inkişafını ən azı demoqrafik problemlər üzündən zəiflədəcəkdir. 




 

68

Uzunmüddətli perspektivdə yüksək inkişaf sürətini saxlamaq imkanlı Hindistan da bu 



sahədə  öz  yerini  bəzi  sürətlə  inkişaf  etməkdə  olan  ölkələrə  verməyə  məcbur 

olacaqdır.  Yaxın  onilliklərdə  dünyada  qüvvələrin  yerləşməsi  xeyli  və  ya  köklü 

surətdə dəyişməsi gözləniləndir. Bu isə öz növbəsində dünya iqtisadiyyatının inkişaf 

perspektivlərinin təyinatına təsir edir. Dünya iqtisadiyyatının inkışaf perspektivləri - 

yaxın  orta perspektivdə daha  çox  ABŞ-ın  və  Qərbin  rolu  azalması,  inkişaf  etməkdə 

olan  ölkələrin  rolunun  isə  artacağı  proqnozu  mütənasibdir.  Bir  cəhət  də  yaddan 

çıxarılmamıdır ki, məhz qloballaşma həmin bu meylə - inkişaf etmiş ölkələrlə inkişaf 

etməkdə  olan  ölkələrin  inkişaf  səviyyələri  arasında  fərqin  azalmasına  təkan 

vermişdir.  Proqnozlara  görə  bu  dövrdə  ABŞ-da  postindustrial  cəmiyyətin  sosial 

oriyentasiyalı inkişaf mərhələsi bitəcək və yeni - postkapitalist, humanitar-determinar 

cəmiyyət  quruculuğu  üçün  zəruri  şərait  yaradılacaqdır.  Bu  zaman  maddi  istehsalda 

işçi  qüvvəsinin  20%-dən  də  az  olan  hissəsi  qalacaq,  birinci  sıraya  insanın 

özünüreallaşdırma 

və 


inkişafı 

ilə 


bağlı 

humatitar 

tələblə 

çıxacaqdır. 

Amerikamərkəzçilik 

polimərkəzçilik 

başlıca 


olaraq 

ABŞ-ın 


dünya 

iqtisadiyyatındakı  xüsusi  çəkisinin  azalması,  Qərbi  Avropa  inteqrasiyasının 

dərinləşməsi və dünya çoxqütblüyünün möhkəmlənməsi meylinə qarşı duruş nümayiş 

etdirəcəkdir. Yaxın onilliklərdə ərzində həmçinin A  ölkələri biliklər iqtisadiyyatının 

inkişafına  və  ÜmumAvropa  həyat  tərzinin  saxlanılması  üzrə  səylərini  artıracaqlar. 

Vurğulanmalıdır  ki,  A -nin  davamlı  inkişaf  artımı  üçün  təhlükə  əhalinin  qocalması 

meylinin  güclənməsi  və  onun  institusional  islahatları  istiqamətindəki  qeyri-

müəyyənlikləridir. Bununla belə, ABŞ-ın zəifləməsi onları hər hansı müqayisə olunan 

funksiyalarda  əvəz  etmək  qabiliyyətində  yeni  liderin  meydana  gəlməsinə 

gətirməyəcəkdir.  Nə  Çin  və  nə  Hindistan  iqtisadi  amillər,  təcrübə  kifayətsizliyi, 

lazımi  ittifaqların  və  müasir  şəraitdə  liderliyin  üzərinə  düşən  yükün  olmaması 

səbəblərdən  liderliyi  öz  üzərinə  götürə  bilməyəcəkdir.  Yaxın  onilliklərdə  dünyada 

mütləq  lider  meydana  gəlməsə  də,  liderlik  edən  bir  sıra  ölkə  və  qurumlar  meydana 

gələcəkdir. 

MDB-nin  gələcək  taleyində  üç  mümkün  inkişaf  variantı  görünür.  Birinci 

variantda  hər  şeyi  olduğu  kimi  saxlamaq.  Bu  yolda  MDB  böyük  uğurlara  nail 




 

69

olmayacaq. Bu qərarların amorfluğu, onların yerinə yetirilməsinin zəruri olmaması və 



ümumilkdə  birliyin  statusunun  qeyri-müəyyənliyi  ilə  izah  olunur.  kinci  optimist 

ssenari  -  gələcəkdə  MDB-nin  möhkəmlənməsi,  qərarlarının  reallaşması 

mexanizminin  təkmilləşdirilməsi,  onların  təsirinin  yüksəlməsi.  Rusiya  məhz  MDB-

nin  bu  cür  inkişafına  can  atır.  Üçüncü  inkişaf  yolu  -  pessimistdir.  MDB-nin 

inteqrasiya  proseslərində  rolu  tədricən  aşağı  düşəcək,  o,  sırf  məsləhətçi  orqana 

çevriləcək.  Yeni  müstəqil  dövlətlər  arasında  əməkdaşlıq  Avrasiya  qtisadi  ttifaqı, 

GUAM  və  ya  Mərkəzi-Asiya  Birliyi  kimi  dar  inteqrasiya  birlikləri  çərçivəsində 

həyata keçiriləcəkdir [17]. 

Dünya iqtisadiyyatının yaxın 10 ildə inkişaf senarisinə nəzər saldıqda görərik ki, 

2025-ci  ildə  dünya  əhalisinin  sayı  8  milyard  nəfəri  ötəcəkdir.  Bu  dövrdə  dünya 

iqtisadiyyatının nisbi inkişaf meyilləri əhalinin kiçik artımları  müqabilində ÜDM-in 

kəskin artımı ilə müşayiət olunacaqdır. Proqnozlara görə 2015-2025-ci illər kəsiyində 

ÜDM artımı 3,5% təşkil edəcəkdir. Qiymətləndirməyə görə 2025-ci ildə 3,7 milyard 

sayda dünya əhalisi hissəsi ÜDM-in adambaşına düşən illik bölgüsündə on min ABŞ 

dollarından  çox  paya  malik  olacaqdır.  Beynəlxalq  təsərrüfatlararası  əlaqələrin 

nəticəsində  dünya  iqtisadiyyatının  sərəncamında  olan  ümumi  investisiya  potensialı 

illik  həcmi  10  il  ərzində  3  dəfə  artacaqdır.  Yaxın  onillkdə  dünya  iqtisadiyyatının 

artımının mühüm amili kimi innovasiya prosesi çıxış edəcək.  nnovasiya aktivliyinin 

ağırlıq  mərkəzi  xidmətlər  sferasına  və  həmçinin  energetika,  təhlikəsizlik  və 

ekologiyaya keçid edəcəkdir. 

Bütün  bunlarla  yanışı  bir  sıra  müvafiq  aparıcı  mənbələrdə  dünyanın  gələcəyi 

bağlı proqnozlarda aşağıdakılar da yer alır [17]: 

 planetin  məskunlaşmasının  təkamülündə  urbanizasiya  genişliyi  müşahidə 

ediləcək,  şəhər  və  kənd  arasında  əlaqəlik  yenə  də  kommunikasiyaların 

inkişafının nəticələrindən asılı olacaqdır; 

 yaxın 20-25 il ərzində dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayacaq və 

2025-ci ildə əhali sayı 20 milyonu ötəcək, 30 super şəhərdə cəmləşəcəkdir; 

 gələcəkdə  işçi  qüvvəsi  ilə  bağlı  problemlər  kəskinləşəcək  və  2025-ci  ildə 

inkişaf etməkdə olan ölkələrdə işçi qüvvəsinin sayı 2,5 milyarda çatacaqdır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə