Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

G R Ş 

 

Mövzunun  aktuallığı.  Beynəlxalq  əmək  bölgüsü  əsasında  yaranaraq  dünya 

ölkələrinin  milli  iqtisadiyyatlarını  və  qeyri-dövlət  strukturlarını  birləşdirən 

çoxsəviyyəli  qlobal  təsərrüfat  sistemi  olan  dünya  iqtisadiyyatında  gedən  proseslər 

müasir  zamanda  bütün  aidiyyəti  sübyektlər  və  hər  bir  insan  üçün  həyatı  əhəmiyyət 

daşayır. Ayrı-ayrı ölkələrin təsərrüfatlarını, milli və beynəlxalq bazarları, dövlətlərin 

ticarət-iqtisadi  ittifaqlarını  və  habelə  bütövlüklə  beynəlxalq  iqtisadi  münasibətlər 

sistemini əhatə edən inkişaf proseslərinin yetərli olaraq dünya iqtisadiyyatında gedən 

meyllərdən  aslılılığı  artır.  Bu  aslılıq  real  dünyada  olduğu  kimi,  elm  sferasında  da 

müvafiq  tədqiqatların  aparılmasını  şərtləndirir.  Elə  bu  baxımdan  da,  qlobal  iqtisadi 

sistemin  nizamlanmış  müxtəlif  elementlərinin  məcmusu  olan  dünya  iqtisadiyyatının 

strukturunun  və  onun  formalaşması  amillərinin  öyrənilməsi  aktual  səciyyə  daşayır. 

Həmin aktuallıqdan irəli dünya iqtisadiyyatının funksiyaları, onun struktur sisteminin 

və  elementlərinin  əhəmiyyətliliyi,  miqyaslılığı,  təsir  dairəsi  və  bütün  bunlarla  bağlı 

bəşəriyyətin  maddi  mədəniyyətinin  formalaşması  və  təsərrüfat  həyatının 

pradiqmaları,  habelə  müasir  qloballaşma  şərətində  beynəlxalq  iqtisadiyyatının 

inkişafı  istiqamətlərinin  öyrənilməsi  və  təhlili  mövcud  dissertasiya  işinin  tədqiqat 

mövsusunu əhatə edir. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədini  dərinləşən  müasir 

qloballaşma  şərətində  dünya  iqtisadiyyatının  struktur  sisteminin  səciyyəvi 

xüsusiyyətlərinin  və  formalaşması  amillərinin  tədqiqi  və  əsasda  onun  təkmilləşməsi 

və inkişafı meyllərinin müəyyən olunması təşkil edir. 

Məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi  nəzərdə 

tutulmuşdur: 

 dünya iqtisadiyyatının struktur sistemi və funksiyalarının tədqiqi; 

 dünya  iqtisadiyyatının  strukturu  elementləri,  onların  miqyaslılığı  və  təsir 

sferasının müəyyən edilməsi; 

 milli təsərrüfatlar, onların sektorları və iqtisadi subyektləri haqqında biliklərin 

ümumiləşdirilməsi; 



 

 



 beynəlxalq  iqtisadi  münasibətlər  sisteminin,  milli  və  beynəlxalq  bazarlar, 

dünya bazarı və dövlətlərin ticarət-iqtisadi ittifaqlarının dünya iqtisadiyyatının 

strukturu elementi kimi ayrı-ayrılıqda tədqiqi və qiymətləndirilməsi; 

  dünya iqtisadiyyatının formalaşması prosesi və inkişaf mərhələlərinin təhlili; 

  beynəlxalq iqtisadi əlaqələrin dərinləşməsini şərtləndirən amillərin təhlili; 

  müasir  qlobal  çağrışlar  şərətində  dünya  iqtisadiyyatının  strukturunun 

təkmilləşməsi və perspektivlərinin əsas istiqamətlərinin müəyyən olunması. 

Tədqiqatın predmetini dünya iqtisadiyyatının strukturu və onun formalaşması 

amilləri,  tədqiqatın  obyektini  dünya  iqtisadiyyatının  strukturu  elementləri:  milli 

təsərrüfatlar,  beynəlxalq  iqtisadi  münasibətlər,  milli  və  beynəlxalq  bazarlar,  dünya 

bazarı və dövlətlərin ticarət-iqtisadi ittifaqları təşkil edir. 



Tədqiqatın  nəzəri-metodoloji  əsası  və  informasiya  bazası:  Tədqiqatın 

informasiya  bazası dünya  iqtisadiyyatı üzrə  ümumkonseptual bilgilərə,  onun  inkişaf 

meylləri ilə bağlı statistik toplumlara, həmçinin bütün bunları təşviq edən beynəlxalq 

təsisatların dövrü nəşrlərinin və internett şəbəkəsinin müvafiq vebsaytlarının çoxsaylı 

məlumatlarına  əsaslanır.  Tədqiqatın  işlənməsində  sistemli  və  situasiyalı  yanaşmada 

retrospektiv, müqayisəli və amilli təhlil mexanizmlərindən istifadə olunmuşdur. 



Tədqiqatın elmi yeniliyi aşağıdakı müddəalardan ibarətdir: 

  müasir  qloballaşma  şəraitində  dünya  iqtisadiyyatının  strukturu 

elementlərinin miqyaslılığı və təsir sferasının müəyyən edilməsi; 

  beynəlxalq  iqtisadi  əlaqələrin  dərinləşməsini  şərtləndirən  amillərin  müasir 

bazar münasibətləri çevrəsindən təhlili; 

  yeni  qlobal  çağrışlar  şərətində  dünya  iqtisadiyyatının  strukturunun 

təkmilləşməsini şərtləndirən başlıca istiqamətlərinin əsaslandırılması. 

Tədqiqatın  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki,  burada  əksini  tapan  təhlil 

və  araşdırmalar  dünya  iqtisadiyyatının  strukturu  elementlərinin  üzrə  təhlillərin 

aparılmasında müvafiq nəzəri tədqiqi və elmi mənbə kimi istifadə edilə bilər. 

Tədqiqat işinin həcmi və quruluşu. Tədqiqat işi 76 səhifəni əhatə edərək giriş, 

3  fəsil,  nəticə  və  təkliflər,  38  sayda  elmi-informatik  mənbəyə  əsaslanan  ədəbiyyat 




 

siyahısından, həmçinin 3 cədvəl, 3 sxem və 3 şəkildən ibarətdir. 



I FƏSIL 

 

DÜNYA IQTISADIYYATININ STRUKTURU 

 

1.1. Dünya iqtisadiyyatının struktur sistemi və funksiyaları 

Dünya iqtisadiyyatı müasir cəmiyyətin fəaliyyətini şərtləndirən, maddi təməldə 

müxtəlif  millətləri  və  xalqları  birləşdirməyə  imkan  verən,  beynəlxalq  əmək 

bölgüsünə  əsaslanaraq  ayrı-ayrı  ölkələrin  iqtisadi,  elmi-texniki,  istehsal,  maliyyə-

valyuta və pul-kredit əlaqələrini özündə ehtiva edən çoxfunksional bir sistemidir. 

Dünya iqtisadiyyatı daim inkişaf və dəyişmədədir. Son 30-40 ildə bu sferada çox 

dərin  köklü  dəyəşikliklər  baş  vermişdir.  Xüsusən  də  sahibkar  kapitalın  dünya 

təsərrüfatına  inteqrasiyasının  dərinləşməsi  ilə  onun  beynəlmiləlləşməsi  yeni 

mərhələyə qədəm qoymuşdur. 

Transmilliləşmə  dərinləşmə,  TMK  və  TMB-lər  dünya  təsərrüfatında  başlıca 

strukturyaradıcı  amilə  çevrilmişlər.  Transmilli  kapital  məhsuldar  qüvvələrin 

yerləşdirilməsində  yetərli  dərəcədə  müqayisəli üstünlüklərdən istifadə edərək dövlət 

sərhədlərindən  kənarda  qlobal  olaraq  hərəkət  edir.  Vurğulanmalıdır  ki, 

transmilliləşmə  özəl  firmaların  səviyyəsində  həyata  keçirilən  dövlətlərarası 

inteqrasiyanı əks etdirir. Bu zaman kapital izafi çoxluqlu ölkədən onun defisiti olan 

ölkəyə hərəkət edir. 

Özəl kapitalların beynəlxalq əlaqələri transmilli şirkətlərin - TMK fəaliyyətində 

öz  təşkilati  ifadəsini  tapmışdır.  Bunlara  ana  şirkətlərini  və  onların  xarici  filiallarını 

özünə  daxil  edən  təsərrüfat  strukturlarını  şamil  edirlər.  O,  da  qeyd  olunmalıdır  ki, 

transmilliləşmə  kapitalın  izafi  olduğu  ölkədən  onun  defistinin  yaşandığı  ölkəyə 

yerdəyişməsi  ilə  xarakterikdir.  Bu  zaman  kapital  defisiti  olan  ölkə  digər  istehsal 

amillərinin  (torpaq,  əmək,  faydalı  qazıntılar)  izafiliyinə  malikdir.  lakin  kapital 

çatışmamazlığı ilə onlardan təkrar istehsal proseslərində səmərəli istifadə edə bilmir 

[2, 5, 28]. 

Transmilliləşmə  prosesi  müasir  dünya  təsərrüfatının  fenomeni  kimi  obyektiv 

ə

saslara  malikdir.  Kapitalın  transmilliləşməsi  ilə  şənaye  şirkətləri,  banklar,  xidmət 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə