Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 

25

struktur  böhranlar  sonuncuların  OPEK  ölkələrinə  razılaşdırılmış  mövqeyin  işlənib 



hazırlanmasının və milli iqtisadiyyatların struktur yenidən qurulması prosesində birgə 

qüvvələrinin zəruriliyini göstərdi. 

Dördüncüsü,  dünya  iqtisadiyyatının  qloballaşması,  ölkələrin  qarşılıqlı 

ə

laqələrinin  və  qarşılıqlı  asılılığının  güclənməsi,  milli  iqtisadiyyatların  dünya 



təsərrüfatında  baş  verən  dəyişikliklərə  uyğunlaşmasının  zəruriliyi  qabaqcıl  sənaye 

ölkələrinin iqtisadi siyasətinin koordinasiyanı, milli siyasətlərin beynəlxalq sabitliyə 

uyğunluğunu təmin edən əməkdaşlıq və müqavilələrin müxtəlif metodlarının işlənib 

hazırlanmasını  tələb  edirdi.  Dünyanın  qabaqcıl  ölkələrinin  iqtisadi  siyasətinin 

koordinasiyası məqsədilə 1961-ci ildə  qtisadi Əməkdaşlıq və  nkişaf Təşkilatı -  Ə T 

yaradı. Onun praktikasına “böyük yeddilik” ölkələrinin yüksək səviyyədə müntəzəm 

müşavirələr daxil edildi. 

Beşincisi,  fəaliyyəti  milli  sərhədlər  çərçivəsindən  kənara  çıxan  TMK-lar 

gücünün  artmasıdır  ki,  o,  çox  hallarda  həm  baza  ölkələrdə,  həm  də  qəbul  edən 

ölkələrdə  milli  iqtisadiyyatların  inkişaf  maraqları  ilə  ziddiyyət  təşkil  edir.  Dünya 

birliyi onların fəaliyyətini tənzimləmək üçün yeni forma və metodlar axtarırdı. 

Altıncısı,  regional  iqtisadi  inteqrasiya  proseslərinin  intensiv  inkişafı  regional 

tənzimləmə  strukturlarının  yaradılması  yolu  ilə  dövlətlərarası  tənzimləmənin 

məzmununu  dərinləşdirmiş  və  formalarını  müxtəlif  etmişdir.  Bu,  Avropa  iqtisadi 

məkanında özünü daha parlaq büruzə vermişdir. 

Yeddincisi,  dünya  kapitalist  təsərrüfatının  və  sosialist  təsərrüfatının  45  illik 

qarşıdurması  sonuncunun  dağılması  kimi  dünya  təsərrüfat  münasibətlərinin 

dövlətlərarası tənzimlənməsi sisteminin fəaliyyəti prosesi kimi öz düzəlişlərini etdi. 

Səkkizinci,  müxtəlif  ölkələrin  hüquqi  şəxsləri  arasında  iqtisadi  münasibətlərin 

intensiv  inkişafı,  o  cümlədən  milli  qanunvericiliklərin  razılaşmadığı  şəraitdə  və 

müxtəlif ölkələrin hökumətləri tərəfindən xarici iqtisadi əlaqələrin tənzimlənməsinin 

üsul və metodları arasında fərqlərin olması qarşılıqlı əlaqədə olan iqtisadi subyektlər 

arasında ciddi mübahisələr doğururdu. 

Nəhayət,  bəşər  sivilizasiyasının  ətraf  mühitin  mühafizəsi,  nüvə  müharibəsi 

təhlükəsi,  demoqrafik,  ərzaq,  xammal  və  s.  kimi  qlobal  inkişaf  problemlərinin 



 

26

kəskinləşməsi  də  bir  sıra  BMT  altqurumlu  beynəlxalq  iqtisadi  münasibətlərin 



dövlətlərarası  tənzimlənməsi  sisteminin  elementlərinin  yaradılmasında  mühüm  şərt 

olmuşdur. 

Dünya  iqtisadiyyatında  dünya  təsərrüfat  əlaqələrinin  beynəlxalq  tənzimlənməsi 

sisteminə aşağıdakı kimi sxematik təyinat verilir [17]: 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Sxem 1.2 

Dünya  iqtisadiyyatında  dünya  təsərrüfat  əlaqələrinin 

beynəlxalq tənzimlənməsi sistemi 

 

Beynəlxalq iqtisadi münasibətlər sisteminin inkişafından danışarkən beynəlxalq 



təşkilatlar  fenomenini  diqqətdən  qaçırmaq  olmaz.  Müasir  dünyanın  hazırkı  inkişaf 

çağında bu və ya digər beynəlxalq iqtisadi təşkilatın fəaliyyətində iştirak etməyən bir 

ölkə  tapmaq  çətindir.  Bu  əlaqələr  daim  genişlənir  və  mütəşəkilləşir.  Beynəlxalq 

iqtisadi  təşkilatlar  qlobal,  hər  şeyi  əhatə  edən,  dünya  iqtisadiyyatına  və  siyasətinə 

çoxtərəfli  təsir  göstərən  təzahürdür.  Beynəlxalq  iqtisadi  təşkilatlar  fəaliyyət 

Dünya təsərrüfat əlaqələrinin beynəlxalq 

tənzimlənməsi 

sistemi 

Obyektlə

 

Beynəlxalq 

-

  mal ticarəti 



-

  xidmətlər ticarəti 

-

  texnologiyaların ötürülməsi 



-

  kapitalın miqrasiyası 

-

  işçi qüvvəsinin miqrasiyası 



-

  daşınmalar 

-

  hesablaşmalar və s. 



Subyektlə

 

Beynəlxalq 

-

  konfranslar 



-

  müşavirələr 

-

  daimi orqanlar 



-

  qarışıq komissiyalar 

-

 

təşkilatlar



 

Alətlə

 

Hökumətlərarası 

(regional da daxil olmaqla

-

  ticarət müqavilələri 



-

  əmtəə dövriyyəsində müqavilələr 

-

  klirinq müqavilələri 



-

  iqtisadi  və  texniki  əməkdaşlıq 

haqqında müqavilələr 

-

  maliyyə 



yardımı 

haqqında 

müqavilələr 

Beynəlxalq 

-

  konvensiyalar 



-

  qətnamələr 

-

  əsasnamələr 



-

  tipoloji əlaqələr 




 

27

istiqamətindən  asılı  olaraq  universal  və  xüsusiləşdirilmiş  təsnifatlandırmaya 



malikdirlər. 

 

Beynəlxalq  təşkilat  saziş  əsasında  yaradılmış  dövlətlərarası  və  ya  qeyri-dövlət 



xarakterli birliklərdir. Beynəlxalq hökumətlər arası (dövlətlərarası) və qeyri-hökumət 

(qeyri-dövlət, ictimai) təşkilatlara bölünür. 

Beynəlxalq  təşkilatları  bir  sıra  müvafiq  meyarlara  görə  aşağıdakı  kimi 

təsnifləşdirirlər [24, 25]: 

1.Üzvlər  dairəsindən  asılı  olaraq,  təşkilatları  ümumi  və  ya  məhdud  tərkiblilərə 

ayırırlar. Ümumi və ya universal beynəlxalq iqtisadi təşkilatlar potensial olaraq bütün 

dövlətlərin iştirakına nəzərdə tutulmuşdur, baxmayaraq ki, hətta bu gün BMT-də bəzi 

ölkələr  müxtəlif  səbəblərdən  iştirak  etmirlər.  Məhdud  tərkibli  beynəlxalq  təşkilatlar 

regional ola bilər. 

2.Təşkilatlar səlahiyyətin xarakterindən asılı olaraq ümumi və xüsusi səlahiyyətə 

malik olanlara bölünür. Birinci halda səlahiyyət əməkdaşlığın hər hansı bir sferası ilə 

məhdudlaşmamışdır.  Buna  misal  BMT-dir  ki,  praktiki  olaraq  burada  istənilən 

beynəlxalq  problemi  nəzərdən  keçirə  bilir.  Onun  ixtisaslaşmış  müəssisələrinin 

səlahiyyətinə aid olan konkret məsələlər istisna təşkil edir. Bu geniş səlahiyyət icbari 

qərarlar  qəbul  edə  bilməyən,  bu  səbəbdən  də  müzakirələrlə  və  tövsiyələr  qəbul 

etməklə  kifayətlənən  universal  təşkilatların  səlahiyyətlərində  özünü  göstərməyə 

bilməz.  Sülhün  təmin  edilməsi  naminə  yalnız  müəyyən  hallarda  hüquqi  cəhətdən 

icbari qərarlar qəbul edə bilən BMT Təhlükəsizlik Şurası üçün istisna vardır. 

3.Beynəlxalq təşkilatlar dövlətlərin ötürdüyü səlahiyyətin həcminə görə ayırırlar: 

 

koordinasiya  funksiyalarını  yerinə  yetirən  hökumətlərarası  təşkilatlar. 

Bu 

təşkilatlarda  yenidən  bölüşdürülmüş  səlahiyyət  dövlət  və  təşkilat  üçün 



müştərək qalır; 

 

ayrı-ayrı  üstmilli  funksiyaları  yerinə  yetirən  beynəlxalq  təşkilatlar. 

Bu 

təşkilatlar  bir  sıra  məsələlər  üzrə  və  bu  məsələlərin  həllində  üzv-dövlətlərin 



funksiyalarını  məhdudlaşdıran  müstəsna  səlahiyyətlərə  malikdir.  Bunlara 

misal  üzv-ölkələr  üçün  valyuta-kredit  sahəsində  BVF-nin  və  BY B-nın 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə