Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 

34

təsərrüfatçılıq tipi yaranmışdır. “Antik istehsal üsulu” adlanan bu təsərrüfatçılıq tipi 



özündə həm dövlət və həm də şəxsi mülkiyyəti ehtiva etmişdir. “Antik istehsal üsulu” 

termini  feadolizmə  qədərki istehsal  üsulunu şərtləndirmək  üçün  K.Marks  tərəfindən 

dövriyyə  gətrilmişdir.  “Antik  istehsal  üsulu”  şəraitində  torpaq  mülkiyyətçiliyinin 

mərkəzi  şəhər  -  polis  hesab  edilir.  Ona  görə  də  torpaqa  yalnız  şəhərlilər  sahib  ola 

bilərdilər. Burada əsas iqtisadi prinsip avtarkiya - özünütəminatlılıq çıxış etmişdir. 

“Antik  istehsal  üsulu”  əsas  işçi  qüvvəsi  kimi  qul  əməyinin  tətbiqi  üzərində 

qurulub. Antik sistem təsərrüfatları yeni qullarla təmin edən hərbi təşkilat formasına 

ə

saslanır.  Mahiyyətcə  o  zamankı  ordular  muzdulardan  ibarət  olmuşdur.  “Antik 



istehsal üsulu”nun məqsədini yalnız qul sahiblərini deyil, həm də yığımı təmin edən 

ə

lavə  məhsulun  istehsalı  təşkil  edir.  məqsədə  nail  olmada  isə  əsas  usul  qulların 



istismarıdır. 

Antik təsərrüfatçığın dominatlıq dövrü eradan əvvəl VI əsərdə Yunanıstanda və 

eradan  əvvə  III  əsərdə  Romada  başlanmış  və  bizim  eranın  III-IV  əsrlərinə  qədər 

davamlı olmuşdur. Bu dövlərdə ölkə sakinlərinin əsas iqtisadi həyatı kənd təsərrüfati 

ilə  bağlı  olmuş,  insanlar  buğda,  arpa  və  digər  taxıl  məhsulları  becərmişlər.  Lakin 

burada  məhsuldarlıq  o  qədər  də  yüksək  olmamışdır.  Tədricən  taxilçılıqdan  intensiv 

üzümçülüyə və bağçılığa keçid edilmişdir. Bu sahələrin inkişafı isə daha çox vəsait 

qoyuluşu,  insan  resursu  və  daha  çox  zaman  tələb  etmişdir.  Beləliklə  qədim 

Yunanıstanda  aparıcı  qədim  şərq  ölkələrindən  fərqli  olaraq  iqtisadiyyatın  yeni  tipi 

meydana çıxmışdır. 

Bu  tip  -  “Antik  istehsal  üsulu”  natural  təsərrüfatı  saxlamaqla  daha  çox  əmtəə 

tutumlu  və  intensiv  xarakterli  olmuşdur.  O,  təsərrüfatçılığı  daha  yüksək  səviyyədə 

qurulmasımı  şərtləndirmiş,  daha  çox  vəsait  qoyuluşu  təlib  etmişdir.  “Antik  istehsal 

üsulu”  yunan  cəmiyyətinin  mövcudluğu  üçün  əlverişli  şərait  yaratmış  və  onun 

mədəni inkişafına təkan vermişdir [5]. 

Qədim  iqtisadi  sistemlər  spiralvari  uzun  dövrlər  çərçivəsində  irəliləmişlər.  Bu 

irəliləyişlər yeni ideyalardan istifadədə texnologiyaların təkmilləşdirilməsində özünü 

göstərirdi.  Bizim  günlərə  qədər  qorunub  saxlanılmış  nəhəng  dövlət  tikililərinin  və 

dini abidələrin qalıqları o zamlardakı tikinti və tikinti texnikasının yüksək səviyyədə 



 

35

oldduğunu sübut edir. 



Həmin  dövrlərdə  riyaziyyat,  fizika  və  astronomiya  sahəsindəki  nailiyyətlər  də 

böyük olmuş, bir çox ideyalar zamanın özünü belə qabaqlamışdır. Bu ideyaların bəzi 

təcrübi  əhəmiyyətliləri  isə  qeyd  edilən  sosial-iqtisadi  şərait  və  insan  amili  ilə  bağlı 

səbəblərdən tətbiqini tapmırdı. 

Paradiqmal  təsnifata  görə  insanın  təsərrüfat  həyatının  inkişaf  mərhələlərini 

formasiya və sivilizasiya paradiqması olaraq ikili yanaşmaya məruz qalır. Formasiya 

ayrılıqda təyin  olunmuş  pillə,  nəyinsə  struktur  tipi  və  ya  inkişaf  mərhələsi,  baxışlar 

sistemini əks etdirir. Buradan da formasiya anlayışından cəmiyyətin inkişaf mərhələsi 

kimi istifadəsi götürülmüşdür. 

Marksist  yanaşma  adlanan  ictimai-iqtisadi  formasiya  nəzəriyyəsi  XIX  əsrin 

ortalarında  gənc  heygelçilər  və  digər  idealistlərə  zidd  olaraq  K.Marks  və  F.Engels 

tərəfindən işlənmişdir. 

Ictimai-iqtisadi  formasiya  nəzəriyyəsi  həm  də  formasiya  paradiqması 

anlayışında  da  ehtiva  olunur.  Formasiya  paradiqması  özündə  müvafiq  struktur 

çərçivəsində material nemətlərin istehsal üsulunu, istehsal gücləri, istehsal vasitələri 

olan  -  bazisi  və  müvafiq  siyasi  oriyentasiya  -  üstqurumu  birləşdirir.  Mahiyyətcə  bu 

yanaşma beş ictimai-iqtisadi formasiyada təcəssüm olunur [5, 24]: 

  btidai icma; 

 Quldarlıq; 

 Feodalizm; 

 Kapitalizm; 

 Kommunizm. 

Çox  zaman  tarixi  cəmiyyətə  qədər  də  adlandırılan  ibtidai  icma  quruluşu  və  ya 

cəmiyyəti  insan  tarixinin  yazı  mədəniyyətinin  mənimsənilməsinə  qədər  dövrü  əhatə 

edir.  Burada  yazı  mədəniyyəti  anlayışı  özü  də  bir  qədər  mübahisəlidir  [5].  Belə  ki, 

ayrı-ayrı  xalaqlar  yazı  mədəniyyətini  müxtəlif  zamanlarda  mənimsəmişlər.  Buna 

baxmayaraq  yazı  mədəniyyəti  digər  arxefaktlarla  müqayisədə  yazı  mənbələrinə 

istinadən  tarixin tədqiqinə  daha əlverişli  və  imkan  edir.  btidai  icma  quruluşu  bəşər 

tarixinin ən erkən çağlarını əhatə edərək daş, sümük, ağac və s. alətlərindən istifadə 



 

36

ə



sasında  ovçuluq,  yığıcılıq,  balıqçılıq  üzərində  qurulan,  ilk  təsərrüfat  həyatıdır. 

Zaman ölçüsündə ibtidai icma quruluşu təqribən bir milyon ili əhatə edir. 

 

btidai  icma  quruluşunun  dağılması  nəticəsində  quldarlıq  quruluşu  və  ya 



cəmiyyəti  yaranmışdır.  Quldarlıq  quruluşu  istehsal  vasitələrinə  və  məhdudiyyətsiz 

olaraq  istehsal  işçiləri  kimi  qullar  üzərindəki  şəxsi  mülkiyyətə  əsaslanır.  Quldarlıq 

quruluşu  insanın  insan  üzərindəki  istismarı  ilə  formalaşan,  quldarlar  və  qullara 

bölünən tarixə ilk sinifli cəmiyyət kimi daxil olmuşdur. Bununla belə, bu cəmiyyətdə 

quldarlar və qullardan başqa kəndlilər, sənətkarlar kimi kiçik istehsalçılar və tacirlər 

də yer alır. Quldarlıq quruluşu özü dörd mərhələdə təsnifatlandırılır [5]: 

1. lkin mərhələ - torpaq üzərində icma mülkiyyətinin dağılması və antik istehsal 

üsulunun yaranışı; 

2.Torpaqların  kiçik  hissələrə  bölünmüş  azad  parsellyar  mülkiyyətli  kəndli 

təsərrüfatları və müstəqil sənətkarlığın mövcudiyyəti dövrü; 

3.Quldarlığın  istehsalı  mənimsənilməsi  və  istehsal  üsulunun  təyin  edilməsi 

mərhələsi; 

4. stehsalçı  ilə  iri  torpaq  sahibinin  istehsal  qarşılıqlı  münasibətinin  xüsusi 

forması  olan  kolonat  sistemin,  onunla  bağlı  şəhər  xaricində  torpağa  sahibliyinin 

inkişafı  və  bunlardan  irəli  gələrək  quldarlığın  öz  əzəli  iqtisadi  və  sosial 

ə

həmiyyətliliyini itirilməsi mərhələsi. 



Quldarlıq  quruluşunun  çiçəklənmə  dövrünü  b.e.ə.  V-VI  əsrlərdə  Afinada  və 

b.e.ə.  II  əsrin  sonlarından  başlayaraq  II  əsrə  kimi  Roma  imperiyasında  yaşamışdır. 

Sosial  inqilabların  gedişi  ilə  VI  əsrdə  quldarlıq  quruluşu  əsasən  çökmüş  və  feodal 

münasibətlərin yaranışına yol açmışdır. 

Torpaq  üzərində  şərti  olaraq  mülkiyyət  formasını  ehtiva  edərək  feodalizm 

ictimai-iqtisadi  formasiya  kimi  Avropada  V  əsrdən  -  476-cı  ildə  Qərbi  Roma 

imperiyasının süqutundan XVI əsr kimi, təxminən min il ərzində mövcud olmuşdur. 

Feodalizm  quldarlıq  quruluşunu  əvəz  edərək  aqrar  xarakterli  tarixdə  ikinci  sinif 

cəmiyyət  kimi  üstün  olaraq  kollektiv  natural  təsərrüfatçılığa  əsaslanır.  Bəşər 

cəmiyyətində  feodalizm  iqtisadi  təyinatda  kəndli  və  sənətkarların  xırda  istehsalı, 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə