Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

37

feodalların (feoda sahibi - torpaq mülkiyyətçisi) torpaq mülkiyyəti və xarici iqtisadi 



ə

laqələr zərurəti təşkil edən natural təyinatlı təsərrüfat sistemi olaraq yaranmışdır [24, 

28]. 

Kapitalizm  feodalizmi  əvəzləyən  ictimai-iqtisadi  formasiya  olaraq  istehsal 



vasitələri  üzərində  şəxsi  mülkiyyətə  və  muzdlu  əməyin  istismarına  əsaslanır.  XVII 

ə

srdə  Qərbi  Avropada  yaranaraq  sonradan  Şimal  Amerikaya  keçmiş  və  digər 



regionlara  yayılmışdır.  M.Veber  onu  protestantlığın  yaranışı  ilə  formalaşdığını 

diqqətə çatdırır. Bu isə onun XVI əsrdən öncə yaranmadığını göstərir. 

Formasiya  yanaşmasında  hər  bir  cəmiyyət  tipinin  öz  inkişafında  bütün  bu 

müvafiq  pillələrdən  keçid  labüdlüyü  şərtləndirilir.  ctimai-iqtisadi  formasiya 

kateqoriyalı  paradiqma  70  ildən  çox  bir  müddət  ərzində  SSR   dövlətinin  sistem 

prinsipləri  çərçivəsində  hakim  mövqedə  dayanmış,  təkcə  sovet  cəmiyyəti 

nümunəsinin  nəzəri  və  metodoloji  aspektlərini  deyil,  həm  də  onun  ideoloji 

keyfiyyətini  tərənnüm  etdirmişdir.  Belə  məqam  isə  öz  növbəsində  müvafiq 

ehkamlılıq oriyentasiyasını doğurtmuşdur.  Bu və  ya  digər  ziddiyyətli  cəhətlərinə və 

görkəminə  görə  formasiya  paradiqması  daim  tənqidlərə  məruz  qalmışdır.  Belə 

tənqidlər daha çox şərqşünaslar tərəfindən ifadə olunmuşdur [5]. 

Sivilizasiya  paradiqması  bəşəri  mədəni  qruplarının  dil,  tarix,  din,  ənənə, 

institutlar  və  insanların  subyektiv  özünün  identifikasiyasının  ümumi  obyektiv 

elementlərində  təyinat  tapır.  Liberal  dəyərləri  prioritet  qəbul  edən  müasir  iqtisadi-

demokratik  sistemlər  məhz  sivilizasiyalı  struktur  nümunəli  cəmiyyət  quruculuğuna 

ehtiram  nümayiş  etdirirlər.  Sivilizasiyalı  yanaşma  cəmiyyətin  inkişafını  üç  tipik 

formada təsnif etmişdir [5]: 

 Ənənəvi; 

  ndustrial; 

 Postindustrial. 

Ə

sas  resursları torpaq  və  təbii  xammal  olan, primitiv  əl texnologiyası üzərində 



qurulan ənənəvi cəmiyyət kapitalizmə qədər dövrü əhatə edərək neolit epoxasındakı 

aqrar  inqilablar  zamanında  yetişmişdir.  Əl  əməyini  sıxışdıran  maşın  mexanizmlərin 

ə

mələ  gəlməsi,  genişlənən  və  çoxçeşidli  emal  prosesi,  texnoloji  inqilablar  kapital 




 

38

dünyasının  hakim  kəsildiyi  yeni  tipli  industrial  cəmiyyət  ənənəvi  ictimai  quruluşu 



ə

vəz etmişdir. 

 

Çağdaş zamanda isə ötən əsrin sonlarında qloballaşma kontekstində formalaşan, 



mühüm mənəvi energetik resursu insan biliyi və informasiyada ehtivada bulunan yeni 

postindustrial  cəmiyyət  quruculuğu  həyatımıza  daxil  olmuşdur.  Vurğulanmalıdır  ki, 

industrialaqədər  cəmiyyət  üç  mərhələli  təsnifatı  verilən  iqtisadi  sistemlərin  ən 

davamlısıdır və onun tarixinin minlərlə il yaşı vardır. 

 

 

2.2. Dünya bazarının yaranışı və kapitalizmin inkişafı 



Dünya iqtisadiyyatının təşəkkülü mürəkkəb və uzun bir tarixi yol keçmişdir. Bir 

sıra  tədqiqatçılar  onun  yaranışını  Roma  imperiyası  zamanları  ilə  bağlayır,  digərləri 

isə  qızıl,  nəcib  metallar,  qullar,  ədviyyatlar  və  s.-lə  beynəlxalq  ticarətin  inkişafının 

sürətləndiyi XV-XVI əsrlərdəki böyük coğrafi kəşflər dövrünə aid edirlər. Lakin qeyd 

olunmalıdır ki, dünya təsərrüfatı bu dövrlərdə məhdud xarakterli olmuş və yanız tacir 

kapitalı sferasında görüntü vermişdir [

5

]. 


Böyük coğrafi kəşflər Avropada böyük tələblə istifadə olunan malların və yeni 

ticarət partnyorlarının axtarışı ilə əlaqədar avropalıların XV əsrdən başlayaraq XVII 

ə

srə kimi davam etmiş Afrika, Amerika, Asiya, Avstraliya və Okeaniyaya səyahətləri 



nəticəsində  yeni  dəniz  marşrutlarının  açılması  və  yeni  torpaqların  kəşfi  üzrə  bəşər 

tarixi mərhələsini əhatə edir. 

Tarixi materialların tədqiqi göstərir ki, dünya iqtisadiyyatının təşəkkülünün ilkin 

mərhələsi sənayə çevrilişləri ilə bağlı feodal təsərrfatı üzərində qələbədən, bununla da 

hakim kəsilən azad rəqabətdən başlanğıc alır. XIX əsrin ortalarında kapitalis istehsalı 

dünyəvi  xarakter  alır  və  kapitalın  təkrat  istehsalı  isə  beynəlmilələşir.  Dünya 

iqtisadiyyatının  formalaşmasına  sonrakı  mərhələdə  inhisarların  yaranışı,  kapital 

ixracının  genişlənməsi  və  həmçinin  dünya  sosialist  siseminin  təşəkkülü  təkan 

vermişdir. 

 

 




 

39

 



 

 

Aşağıda dünya iqtisadiyyatının formalaşması mərhələlərinin təsnifatlandırılması 



şə

kil quruluşda öz əksini tapmışdır [2, 6]: 

 

Məhrələ  Davam etmə 

Xüsusiyyətlə

XV-XVII 


ə

srlər 


Dünya kapitalist bazarının təşəkkülü: 

- böyük coğrafi kəşflər, 

- müstəmləkələrin yaran ışı, 

- qiymətlər inqilabı, 

- manufakturalar dövru. 

II 

XVIII-XIX 

ə

srlər 


Dünya  kapitalist  bazarının  formalaşması,  beynəlxalq 

ə

mək bölgüsünün təşəkkülü və inkişafı: 



- sənaye çevrilişi, 

- burjua inqilabı, 

- manufakturalardan fabrik sistemə keçid. 

III 

XIX əsrin sonu 

- XX əsrin 

birinci yarısı 

Beynəlxalq  əmək  bölgüsü  sistemin  və  bu  əsasda 

dünya təsərrüfatının formalaşması: 

- elktrotexniki inqilab, 

- daxil yanma mühərriki, 

- dünyanın iqtisadi cəhətdən bölüşdürülməsi, 

- inhisarçı kapitalizmə keçid. 



IV 

XX əsrin 50-ci 

illərindən 

zəmanəmizə 

qədər 

Beynəlxalq  əmək  bölgüsü  sistemin  fəaliyyət 



göstərməsi,  bütün  ölkələrin  biri-birindən  qarşılıqlı 

iqtisadi asılılığının güclənməsi: 

- elmi-texniki inqilab, 

- beynəlmiləşmə və inteqrasiya prosesləri. 

 

Şə

kil 2.1 Dünya iqtisadiyyatının formalaşması mərhələləri 



 

Beynəlxalq  əmək  bölgüsü  və  beynəlxalq  kooperasiya  inkişaf  edən  daxili 

bazarların  tədricən  milli  sərhədləri  aşmaşı  ilə  dünya  bazarının  təşəkkülünə  zəmin 

olmuşdur. Tarixi reallıq belədir ki, əmtəə təsərrüfatının yaranışının əmək bölgüsünə 

ə

saslanan daxili bazarın sadə forması ən erkən mərhələdə Qədim Yunanıstanda, Çin, 



Misir,  Babilistanda  (Mesopotamiya),  Həbəşistan  və  Şimali  Afrikada  təşəkkül 

tapmışdır.  Bazarlar  meydana  gəldikdən  dərhal  sonra  praktiki  olaraq  əmək,  kapital, 

pərakəndə, ticarət və s kimi istiqamətlərdə ixtisaslaşmağa başlamışlar [5]. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə