Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

28

qərarlarının icrasının məcburiliyi ola bilər; 



 

üstmilli  təşkilatlar

.  Bunlar  üzv-dövlətlər  üçün  vacib  olan  qaydaların 

formalaşması  və  nəzarət  mexanizmləri,  iştirakçıların  bu  qaydalara  riayət 

etməsinə  məcbur  etmək  üçün  yaradılmışdır.  Bu  funksiyalar  A -nın  üstmilli 

orqanlarına - Avropa Şurasına, Avropa parlamentinə və s. verilmişdir. 

4.Beynəlxalq təşkilatlar təşkilati əlamətinə görə təsnifatlandırılırlar: 

 

BMT sisteminin beynəlxalq iqtisadi təşkilatları; 



 

BMT sisteminə daxil olmayan beynəlxalq iqtisadi təşkilatlar; 

 

regional iqtisadi təşkilatlar. 



5.Beynəlxalq  tənzimlənmə  sahəsindən  asılı  olaraq,  beynəlxalq  təşkilatlar 

aşağıdakı kimi təsnifləşdirilir: 

 

iqtisadi və sənaye əməkdaşlığı və dünya iqtisadiyyatı sahələrini tənzimləyən 



beynəlxalq iqtisadi təşkilatlar; 

 

dünya ticarətini tənzimləyən beynəlxalq iqtisadi təşkilatlar; 



 

beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları; 

 

sahibkarlıq fəaliyyətini tənzimləyən beynəlxalq və regional təşkilatlar; 



 

beynəlxalq  qeyri-hökumət  təşkilatları  və  dünya  təsərrüfat  əlaqələrinin 

inkişafına kömək edən birliklər. 

Beynəlxalq  təşkilatların  üzvləri  suveren  dövlətlərin  orqanları  deyil,  yalnız 

suveren  dövlətlərin  özləridir.  Dövlətin  ayrı-ayrı  hissələri  də  beynəlxalq  təşkilatın 

üzvü  ola  bilməz.  Bütün  üzvlər  təşkilatın  orqanlarının  işində  iştirak  edir,  büdcəsinə 

üzvlük haqqı verir və onun fəaliyyəti üçün məsuliyyət daşıyırlar. Məsələn, BMT-nin 

malıyyələşməsində  ABŞ-ın  payına  bütün  xərclərin  25%-i,  Yaponiyaya  19,9%-i, 

Almaniyaya  9,8%-i,  Fransaya  6,5%-i,  taliyaya  5,4%-i,  Böyük  Britaniyaya  5,1%-i, 

spaniyaya  2,6%-i  düşür.  Qalan  ölkələrin  payı  isə  25,7%  təşkil  edir.  BVF-də  borc 

kapitalının formalaşmasında da anoloji vəziyyət mövcuddur [38]. 

II  dünya  müharibəsindən  sonra  müstəmləkə  ölkələri  beynəlxalq  təşkilatların 

üzvlərinin üzərinə qoyulan tələblərə cavab vermir, təşkilatların fəaliyyətində maraqlı 

deyildilər.  Ona  görə  də  problemin  həlli  üçün  assosiasiyalı  üzvlük  tətbiq  olunmağa 

başlandı. 



 

29

Assosiasiyalı  üzvlük  tam  üzvlükdən  səsvermədə  iştirak  etmək  və  icra 



orqanlarına  seçilmək  hüquqlarının  olmaması  ilə  fərqlənir.  Hazırda  assosiasiyalı 

üzvlük  sistemindən  tam  üzvlüyün  bu  və  ya  digər  səbəblərdən  müvəqqəti  və  ya 

daimiliyi qeyri-mümkün olduqda istifadə edilir. Belə ki, Mərkəzi və Şərqi Avropanın 

bir çox ölkələri Avropa Şurasında assosiasiyalı üzvlük mərhələsindən keçmişlər. 

Beynəlxalq  təşkilatlarda  həmçinin,  müşahidəçi  statusu  mövcuddur.  O,  üzv 

olmayan  dövlətlərə  və  ya  təşkilatın  orqanına  daxil  edilməyən  üzv-dövlətlərə  verilir. 

sveçrə  müşahidəçilər  tərəfindən  BMT  Baş  Assambleyasının  bir  çox  sessiyalarında 

təmsil  olunmuşdur.  BMT  üzvlərinin  çoxu  öz  müşahidəçilərini  Təhlükəsizlik 

Ş

urasının yığıncaqlarına göndərir. Müşahidəçi statusu BMT tərəfindən bir sıra milli-



azadlıq hərəkatlarına verilmişdir. Çox vaxt ixtisaslaşdırılmış müəssisələr və regional 

təşkilatlar  öz  müşahidəçilərini  BMT  orqanlarına  göndərirlər.  Onlar  əsas  iclaslarda 

iştirak  etmək  və  sənədlər  almaq  hüququna  malikdirlər.  Çox  zaman  QHT-lərə 

müşahidəçi  statusuna  yaxın  olan  məsləhətçi  statusu  verilir.  Bu  praktika  BMT-nin 

qtisadi  və  Sosial  Şurası  üçün  tipikdir.  Üzvlük  təşkilatın  ləğv  edilməsi  və  ya  üzv-

dövlətin  özünün  ləğvi  ilə  dayandırılır.  Üzvlük  hüquq  ötürülməsi  qaydası  ilə 

ötürülmür. Rusiya SSR -nin yerini hüquqi varis kimi deyil, SSR -nin davamçısı olan 

dövlət kimi tutmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

30

 



 

 

 



 

II.FƏSIL 

 

DÜNYA IQTISADIYYATININ FORMALAŞMASI AMILLƏRI 



VƏ INKIŞAF MƏRHƏLƏLƏRI 

 

2.1.Bəşəriyyətin  maddi  mədəniyyətinin  formalaşması  və  təsərrüfat 



həyatının paradiqmaları 

Müasir  elmi  tədqiqatlarla  dünyanın  4,6  milyard  yaşa,  canlı  orqanizmlərin 

yaranışının 3,5 milyard, insanın yaranışının isə 2 milyon ilə bərabər olduğu qənaətinə 

gəlinmişdir.  Alimlər,  xüsusən  də  antorpoloqlar  və  paleqeoqraflar  arasında  insanın 

yaranış  zamanı  və  tarixini  qəti  müəyyən  edən  konsepsiya  formalaşmamışdır. 

Bioloqlar  isə  insana  məməlilər  sinfinin  primatlar  fəsiləsinin  bir  tipik  növü  kimi 

yanaşırlar. 

Mövcud nəzəriyyə görə insan yaranışı kaynazoy erasında baş vermişdir. Burada 

ş

üur yüksəkliyli ilk insanların sosial-iqtisadi həyatının inkişaf pilləri paleolit, mezolit 



və  neolit  olan  üç  ardıcıl  mərhələdən keçən  daş,  sonrakı  məqamda,  mis-daş  -  enolit, 

tunc  və  dəmir  dövrlərində  keçildiyinə  yəqinlik  verilir.  Maldarlığın,  əkinçiliyin 

inkişafı və dövlətin yaranması ilə isə bəşər tarixi yeni mərhələyə qədəm qoymuşdur. 

Bununla  belə  indi  ki  zamanda  da  daş,  mis  və  dəmirlə  bağı  təsərrüfatçılıq  prosesi 

səngiməmiş, inkişafını daha təkmil istiqamətdə davam etdirməkdədir. 

Məhşur  ingilis  təbiətşunansı,  təbii  seçmə  yolu  ilə  heyvan  və  bitki  növlərinin 

təkamül  təlimi  və  üzvü  aləmin  darvinizm  adlanan  inkişaf  nəzəriyyəsinin  banisi 

.Ç.Darvin də insanın təkamülünü bu oxşarlıq kontekstində tədqiq etmişdir. Ç.Darvin 

elmi  biologiyanın  yaranışında,  idalizmə,  teologiya  və  metafizikaya  qarşı  mübarizdə 

bütöv  bir  təlim  yaratmışdır.  Lakin  darvinizm  tam  istiqlalda  bütün  planetin  tarixi 

təkamül prosesinin əzəl və son təlimi kimi statusunu qoruya bilməmişdir. 

B.e.ə.  X-IX  minilliklərdə  bəşəriyyət  neolit  adını  almış  yeni  daş  dövrünə  keçid 

etmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsi olan Neolit dövrü hər şeydən əvvəl, daş 

emalı texnikasının xeyli təkmilləşməsi ilə xarakterizə edilir. Bu zaman daş emalı üzrə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə