Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 

31

ə



məliyyatlar  mürəkkəbləşmiş,  dəlmə,  cilalama,  mişarlama  və  digər  əməliyyatlar 

meydana  gəlmişdi.  Onlardan  istifadəyə  başlamaqla,  daş  silah  növlərinin,  həmçinin, 

ağac  və  sümüyün  tamamilə  yeni  ixtisaslaşdırılmış  və  yüksək  məhsuldar  növləri 

dövriyyəyə  çıxmışdı.  Əkinçiliyin  yaranışı  isə  insanların  daha  çox  oturaq  həyat 

keçirməsinə  və  ərazi  yaşayış  birliklərin  yaranmasına  səbəb  olurdu.  Bütün  bu  və 

bununla  bağlı  dəyişikliklər,  o  cümlədən  təcrübə  və  biliklər  yığımı  kimi  mühüm 

amillər də “Neolit inqilabı” adını alan maddi istehsal sistemində köklü dəyişikliklərə 

səbəb  oldu.  Maddi  istehsal  sistemində  bu  inqilabın  mahiyyətini  mənimsənilən 

təsərrüfatdan  istehsal  edən  təsərrüfata,  yəni  ovçuluq  və  yığımdan  əkinçiliyə  və 

maldarlığa keçid təşkil edir. Bu dövrdə insanlar artıq il ərzində fasiləsiz olaraq qidanı 

təmin edən çörək becərməyi, onları müntəzəm olaraq ətlə, süd və onun məhsulları ilə, 

dəri,  yun  və  s.  ilə  təmin  edən  mal-qara  yetişdirməyi  öyrəndilər.  “Neolit  inqilabı” 

fikrin tam mənası ilə insanın təsərrüfat həyatını köklü dəyişikliklərə uğratdı [24, 26]. 

Müasir  arxeoloji  məlumatlara  görə,  müxtəlif  dövrlərdə  əkinçiliyin  və 

maldarlığın  ilk  mənbələri  oykumenin  (məskunlaşma)  aşağıdakı  sahələrində 

yaranmışdır: Ön Asiya, Şimal-Şərqi Afrika, Cənub-Şərqi Asiya, Mərkəzi Amerika və 

Cənubi  Amerikanın  And  regionu.  Bununla  bələ,  “Neolit  inqilabı”nın  lideri  Yaxın 

Şə

rq məkanı olmuşdur. Bir sıra mədəni dənli bitkilər və tərəvəzlər, ev heyvanlarının 



çoxsaylı  cinsləri  məhz  buradan  meydana  gəlmişdir.  B.e.ə.  X-VIII  minilliklərdə  bu 

bitkiləri  artıq  Kiçik  Asiyada,  ran  yaylasının  qərb  yamaclarında  və  Fələstində 

becərirdilər.  4000  il  ərzində  əkinçilik  Avropa,  Asiya  və  Afrikanın  bütün  qərb 

hissəsində yayılmışdı. Maldarlıq isə iki min il sonra yaranmışdı. 

Artıq b.e.ə. VII-VI əsrlərdə Orta Asiyada, Şimali Afrikada və Balkanlarda ərzaq 

verən, ət tədarük edən heyvanlar - xırdabuynuzlu mal-qara, donuz, keçi, qoyun və s. 

ə

hliləşdirilmişdir. Bir qədər sonra isə iribuynuzlu mal-qara, qoşqu heyvanları - ulaq, 



dəvə, şimal maralı, at əhliləşdirilmişdir ki, bunlar ilk maşınların meydana gəlməsinə 

qədər mexaniki qüvvənin əsas mənbələri olmuşlar [24]. 

Tarixən  insanın  cisminin  məhsuldar  qüvvələrin  elementlərinə  çevrilməsinin 

gedişində onun təbiətlə qarşılıqlı münasibətinin ilk üsulu natural təsərrüfat olmuşdur. 

Burada fəaliyyət mübadiləsi təbii əmək bölgüsü ilə müəyyən edilir və qəbilə icması 



 

32

çərçivəsi  ilə  məhdudlaşırdı.  Qəbilə  icması  yaradılmış  məhsulun  eyni  zamanda  həm 



istehsalçısı və həm də istehlakçısı idi. Belə ki, natural təsərrüfatda əmək  məhsulları 

istehsalçının öz tələbatlarının ödənilməsinə və təsərrüfatdaxili istehlaka xidmət edir. 

Burada istehlak çox vaxt istehsalla üst-üstə düşür ki, bu da onların əlaqə problemini 

son  dərəcə  sadələşdirir.  Bu  cür  münasibətlər  özləri  üçün  zəruri  olan  məhsullar 

hazırlayan  qapalı  ibtidai  icmada  hökmranlıq  etmiş  və  əsasən  patriarxal  kəndli 

təsərrüfatı, həmçinin feodal malikanələri natural olmuşdur [25]. 

Natural  təsərrüfatı  genişləndiərək  və  bir  müddət  onunla  mövcud  olan  əmtəə 

istehsalı əvəzlədi və əmtəə təsərrüfatına keçid iqtisadi sistem və iqtisadi subyektlərin 

yaranmasının tarixi prosesinə çevrildi. 

Ə

mtəə  istehsalı  şəxsi  tələbatlarının  ödənilməsi  məqsədilə  ayrı-ayrı 



istehsalçıların müəyyən fəaliyyət növlərində ixtisaslaşaraq mübadilə münasibətlərinə 

girdikləri  və  mübadilə  edilən  əmək  məhsulunun  əmtəəyə  çevrildiyi  cəmiyyətin 

iqtisadi  həyatının  təşkili  üsuludur.  qtisadi  ədəbiyyatlarada  “təsərrüfatçılığın  əmtəə 

istehsalı forması” kimi də adlanan əmtəə istehsalının əsasında ictimai əmək bölgüsü 

dayanır.  Əmtəə  istehsalı  əməyin  ölçülməsi  və  onun  məcmu  ictimai  əməyinə  daxil 

edilməsi  ilə  şərtlənən  istehsalçılarla  istehlakçılar  arasında  olan  spesifik  iqtisadi 

münasibətlər sistemidir. 

Ə

mtəə-pul  münasibətləri  marksist  siyasi  iqtisadının  termini  olaraq  bazar 



münasibətlərini əks etdirir. Əmtəə-pul münasibətləri istehsal prosesində və əmtəələrin 

reallaşması  nəticəsində  insanlar  arasında  baş  verən  ictimai  münasibətlərdir.  Bu 

münasibətlər  icmalar  arasında  izafi  məhsulun  mübadiləsi  əsasında  yaranmışdır. 

Ə

mtəə-pul  münasibətləri  müxtəlif  istehsal  üsulları  zamanı  mövcud  olub,  həmin 



istehsal  üsulunun  istehsal  münasibətlərini,  ilk  növbədə,  mülkiyyət  münasibətlərini 

özündə ehtiva edən münasibətlər sistemidir. Ona görə də, əmtəə-pul münasibətlərinin 

məzmunu  və  onu  xarakterizə  edən  əlamətlərin  məcmusu  bir  istehsal  üsulundan 

digərinə keçdikdə dəyişməz qalmır. Onlar həm də eyni istehsal üsulu çərçivəsində də 

dəyişir. 

Beləliklə  birinci  ictimai  əmək  bölgüsü  -  maldarlığın  əkinçilikdən  ayrılması 

icmalar  arasında  müntəzəm  mübadiləni  mümkün  etmiş,  ikinci  -  sənətkarlığın 



 

33

ə



kinçilik  və  maldarlıqdan  ayrılması  əmtəə  istehsalının  təşəkkülünə  səbəb  olmuş, 

üçüncü isə ticarətin ayrılması ilə əmtəə təsərrüfatının formalaşmasının başa çatmasına 

kömək  etmişdir.  O  da  vurğulanmalıdır  ki,  XX  əsrdə  dördüncü  əmək  bölgüsü 

nəticəsində  isə qeyri-maddi  istehsal sahəsi  ayrılmışdır.  Hazırda  Elmi-texniki inqilab 

yeni  beşinci  böyük  əmək  bölgüsünə  kömək  edir  ki,  bunun  da  nəticədə  informasiya 

fəaliyyəti  sferasının  digər  struktur  sahələrdən  ayrılması  sahəsinin  başqa 

strukturlardan baş verir. B.e.ə. IV minillikdə Qədim Şərqdə artıq quldarlıq quruluşu 

intişar  mərhələsinə  qədəm  qoymuşdu.  Bu  cəmiyyət  formasının  yaranışı  isə  öz 

növbəsində natural təsərrüfatçılıqdan əmtəə-pul münasibətlərinə keçidə rəvac vermiş, 

icma,  dövlət  və  şəxsi  mülkiyyətin  qarşılıqlı  ünsiyyətini  yeni  inkişaf  mərhələsinə 

yüksəltmişdi. 

Qədim Şərqin quldarlıq cəmiyyəti antik quldarlıqdan köklü fərqlənirdi. Bu fərq 

üstün  səciyyədə  qulun  cəmiyyətdə  əsas  istehsal  gücünə  malikliyi  ilə  daha  qabarıq 

təzahürlü  olmuşdur.  Belə  ki,  müvafiq  sistem  çərçivəsində  kənd  təsərrüfatı  və 

ə

kinçilik formal olsa da azad insanlara məxsus idi. 



B.e.ə.  VI-IV  minilliklərə təsadüf  edir.  “Asiya”  icmalarında təsərrüfat həyatının 

ə

sasını irriqasiya sistemlərinə əsaslanan suvarma təşkil etmişdir. Ona görə də burada 



təsərrüfat  tipi  torpaq  və  irriqasiya  qurğuların  üzərində  mülkiyyətə  əsaslanmışdır. 

Təsərrüfatlarda əlavə əmək resurslarına ehtiyac olmamışdır.  nsanlar kənd təsərrüfatı 

işlərinə  başa  vurduqdan  sonra  nəhəng  tikinti  işlərinə  cəlb  olunmuşlar.  zafi  əmək 

resurslarının  mövcudluğu  şəraitində  təsərrüfatçılıqda  qul  əməyindən  istifadəyə 

ehtiyac  olmamışdır.  Burada  qullar  əsas  təsərrüfat  gücləri  kimi  çıxış  etmirlər.  Yəni 

onlar  kənd  təssərüfatı  sistemində  material  rifahın  yaranışı  ilə  məşğul  deyildirlər. 

Həmçinin təsərrüfatın həyyatının digər sahələrində də azad insanlar məşğul olmuşlar. 

Beləliklə  “Asiya  istehsal  üsulu”nun  əsas  əlamətlərini  təsərrüfat  həyatının 

nizamlanmasında  dövlətin  aparıcı  rolu,  şəxsi  əmlakın  toxunulmamazlığı,  ticarət 

məhdudluğu, xüsusi istismar üsulunun mövcudluğu kimi komponentlər təşkil edir [5, 

13]. 

Qədim  dünyada  II  minillikdə  Avropa  məkanında  „despotlu“  Asiya 



cəmiyyətindən  demokratik  hesab  edilən  və  “Asiya  istehsal  üsulu”ndan  fərqlənən 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə