Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   16   17   18   19   20   21   22   23   24

 

55

qarşılıqlı əmtəə mübadiləsinin artımının üstələməsi əmsalı; 



 bu ölkələrin ictimai istehsalında qarşılıqlı əmtəə mübadiləsinin payı; 

 ümumi  xarici  ticarət  dövriyyəsinin  artımı  ilə  müqayisədə  qarşılıqlı  əmtəə 

dövriyyəsinin artımının üstələmə əmsalı. 

Bundan başqa bir sıra hallarda ixrac, idxal və buna müvafiq olaraq, xarici ticarət 

kvotalarını,  ayrı-ayrı  mallar  üzrə  beynəlxalq  ticarətdə  ölkənin  xüsusi  çəkisini, 

adambaşına xarici ticarət dövriyyəsini və s. beynəlxalq əmək bölgüsünün əsas inkişaf 

göstəriciləri hesab olunurlar. Bununla belə, konkret təhlil prosesində bu və ya digər 

aspektdən asılı olaraq, ön plana bu və ya digər göstərici çıxa bilər. 

Dünya təsərrüfat əlaqələrinin müasir mərhələsi inkişaf etmiş iqtisadi sistemlərdə 

istehsalın informasiya texnologiyalarının üstünlük təşkil etdiyi yeni texnoloji bazaya 

keçməsi  ilə  əlaqədar  genişlənən  asılılığın  artması  ilə  xarakterizə  olunur.  Məhsuldar 

qüvvələrin  yeni  keyfiyyət  vəziyyəti  inteqrasiya  və  transmilliləşmədə  təzahür  edən 

təkrar istehsal proseslərinin beynəlmiləlləşməsini stimullaşdırmışdır [17]. 

nteqrasiya  müasir  dünyada  ölkələrin  təsərrüfatlarının  obyektiv  birləşmə 

prosesini  ehtiva  edir.  Onun  məqsədininin  fövqündə  iqtisadi  artım  templərinin 

davamlılığına  rəğmən  əldə  olan  resusurslardan  maksimal  dərəcədə  effektli  istifadə 

dayanır.  Müasir  dünyada  ölkələrinin  iqtisadiyyatlarının  obyektiv  birləşmə  prosesi 

olaraq inteqrasiya milli təsərrüfatının beynəlmiləlləşməsi şərtliliyinə əsaslanır. 

nteqrasiyanın əsas əlamətləri kimi aşağıdakılar çıxış edirlər [2]: 

 milli istehsal proseslərinin qarşılıqlı əlaqəliyi və ust-üstə düşməsi; 

 üzv ölkələrin iqtisadiyyatlarında struktur dəyişiklikləri; 

 zəruri və məqsədyönlü olaraq inteqrasiya proseslərinin tənzimlənməsi. 

nteqrasiya proseslərinin struktur səviyyəsi aşağıdakı kimi səciyyələndirilir [6, 8, 

15]: 


 lokal - bir mikroiqtisadi vahid çərçivəsində istehsal prosesi mərhələləri; 

 mikrosəviyyə - təsərrüfat vahidlərinin məcmusu çərçivəsində istehsal prosesi 

mərhələləri; 

 regional (vilayət) - dövlətin müəyyən regionu daxilində təsərrüfat qarşılıqlı 

hərəkət edən subyektlərinin uzlaşması; 



 

56

 milli - dövlət çərçivəsində bir sıra regional komplekslərin qarşılıqlı hərəkət 



edən sektorları; 

 mezoregional  -  bir  neçə  sərhədyanı  dövlət  çərçivəsində  regional 

komplekslərin qarşılıqlı hərəkət edən sektorları; 

 makrosəviyyə - dünyanın müəyyən regionunda milli komplekslərin qarşılıqlı 

hərəkəti; 

 meqasəviyyə - qlobal iqtisadi məkanlar miqyasında inteqrasiya. 

nteqrasiyanın  beynəlmiləşməsi  kimi  beynəlxalq  iqtisadi  inteqrasiya  çıxış  edir. 

Beynəlxalq iqtisadi inteqrasiya - milli təsərrüfatlar arasında dərin dayanıqlı qarşılıqlı 

ə

laqələrin inkişafı və beynəlxalq əmək bölgüsü əsasında ölkələrin təsərrüfat və siyasi 



cəhətdən  birləşməsi  prosesidir.  Beynəlxalq  inteqrasiyanın  bəsit  forması  olaraq 

preferensial  zona  çıxış  edir.  Preferensial  zona  qarşılıqlı  ticarət  əsasında  gətirilən 

ə

mtəələr üzrə gömrük rüsumlarının azaldılması və ya tətbiq edilməməsi ilə müşayiət 



olunan ölkələrarası inteqrasiyanı ifadə edir [5]. 

Beynəlxalq  inteqrasiyanın  sadə  və  daha  yayılmış  forması  isə  azad  ticarət 

zonasıdır  Azad  ticarət  zonası  beynəlxalq  müqavilə  uyğun  yaradılır.  Bu  zaman  üzv-

ölkələr arasında gömrük rüsumlarının, vergi və yığımların və qarşılıqlı ticarət zamanı 

kəmiyyət məhdudiyyətlərinin aradan götürülür [4, 19]. 

Ticarətin  sərbəstləşdirilməsindən  sonra  beynəlxalq  sərmayə  axımlarının 

həcmində boyuk artışlar meydana gəlmiş, yeni investisiya vasitələri bazara girmişdir. 

Aşağıda Ticarətin ÜDM-ə nisbətini əks etdirən cədvəl verilmişdir [36]: 

 

Cədvəl 3.1 

 

Ölkələ

1870 

1910 

1950 

1995 

2005 

2015 

ngiltərə 

41 

44 


30 

57 


55 

58 


Fransa 

33 


35 

23 


43 

40 


43 

Almaniya 

37 

38 


27 

46 


30 

48 


taliya 

21 


28 

21 


49 

49 


38 

ABŞ 


14 

11 


24 


25 

25 


Kanada 

30 


30 

37 


71 

76 


79 

Avstraliya 

40 

39 


37 

40 


35 

47 


Yaponiya 

10 


30 

19 


17 

20 


25 


 

57

 



Beynəlxalq  inteqrasiyanın  digər  forması  olaraq  gömrük  ittifaqı  çıxış  edir. 

Gömrük  ttifaqı  dövlətlərarası  sazişə  uyğun  olaraq  iki  və  daha  çox  ölkə  arasında 

vahid  gömrük  məkanı  yarartmaqla  gömrük  sərhədləri  və  rüsumlarının  aradan 

qaldırlıldığı beynalxalq inteqrasiya tipidir. Bu ittifaq zamanı həmçinin üçüncü ölkələr 

üçün vahid gömrük tarifinin tətbiq edilir, üzv ölkələr özlərinin müvafiq koordinasiya 

strukturları yaradırlar. 

Gömrük  ttifaqı həmçinin ümumi xarici ticarət siyasətinin aparıldığını nəzərdən 

tutan azad ticarət zonasında yüksək olan beynəlxalq inteqrasiya tipi olaraq daha geniş 

keyfiyyətliklərə malikdir [4]. 

Beynəlxalq  inteqrasiyanın  ilk  daha  mürəkkəb  forması  kimi  ümumi  bazar  çıxış 

edir. Ümumi bazar öz iştirakçılarına qarşılıqlı ticarət və vahid xarici ticarət tarifi ilə 

yanaşı,  həmçinin  kapitalın  və  işçi  qüvvəsinin  hərəkət  azadlığı  və  iqtisadi  siyasətin 

razılaşdırılmasının təmin edilməsi ilə xarakterikdir. 

Vahid  bazarın  fəaliyyəti  zamanı  sosial  və  regional  inkişafa  kömək  ümumi 

fondları formalaşır, idarəetmə və nəzarətin üstmilli orqanları yaradılır, hüquqi sistem 

təkmilləşir.  Başqa sözlə vahid iqtisadi, hüquqi və informasiya  məkanı  yaradılır  [18, 

21]. 

Beynəlxalq  inteqrasiyanın  yüksək  formalarından  biri  iqtisadi  ittifaq  təşkil  edir. 



qtisadi  ittifaq  ticarət  bloku  olaraq  gömrük  ittifaqı,  ümumi  bazar  inteqrasiyaları  ilə 

yanaşı  fiksal  və  monetar  siyasətin  harmonikləşməsinin  üzrə  sazışləri  də  özündə  əks 

etdirir.  Beynəlxalaq  inteqrasiyanın  bu  tipini  Avro  ttifaqının  vahid  bazarı,  Avro 

ttifaqı ilə Monako arasında  qtisadi və valyuta uttifaqı, Karib Əməkdaşlığının Vahid 

bazarı, Rusiya və Belarus dövlət ittifaqını göstərmək olar. 

Dövlətlərarası  iqtisadi  inteqrasiyanın  müasir  ali  forması  iqtisadi  və  valyuta 

ittifaqı  çıxış  edir.  qtisadi  və  valyuta  ittifaqı  kapitalın,  işçi  qüvvəsinin,  əmtəə  və 

xidmətlərin  azad  hərəkəti,  ümumi  iqtisadi,  sosial,  fiskal  və  monetar  siyasətinin 

aparılması  ilə  bütün  göstərilən  inteqrasiya  formalarını  birləşdirir.  Bu  ittifaq  müasir 

zamanda yalnız A -də mövcuddur [35]. 

Beynəlxalq  iqtisadi  inteqrasiya  tam  inteqrasiya  ilə  yekunlaşa  bilər.  Belə  birlik 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə