Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   ...   16   17   18   19   20   21   22   23   24

 

61

edərək  həm  də  qloballaşmanı  qaynaqlandırır,  onun  iqtisadiyyata  təsirində  müvafiq 



tənzimləyici rol oynayır. Qloballaşmanı nəzəri və eynən də praktiki cəhətdən də iki 

qütbə ayırmaq olar. Bu qütbün bir tərəfini güclü iqtisadi dəyər, elmi-texnoloji inkişaf 

ə

ks  etdirirsə,  digər  tərəfində  xidmət  sferası,  istehsal  potensialı  zəif  və  iqtisadi 



aktivliyi məhdud olan məkan dayanır. Bu fərqlilik inkişaf etmiş dövlətlər və inkişaf 

etməkdə  olan  dövlətlər  qruplaşmasında  açıq-aydın  sezilir.  Ona  görə  də,  ölkələr 

kontekstində  qloballaşmanı  translyasiya  edənlər  və  qəbul  edənlər  qisminə  ayırırlar. 

Faydalılıq cəhətdən qloballaşma hər iki qütbdə müsbət meyl yaradır [16]. 

Qloballaşma  proseslərinin  inkişafını  qaynaqlandıran  şərait  və  şərtlər  şəbəkəsi 

genişdir. Burada texnoloji tərəqqi, iqtisadiyyatın və ticarətin liberallaşması, postsovet 

ölkələrində  bazar  transformasiyasının  başa  çatmaması,  kütləvi  informasiya 

vasitələrində  ingilis  dilinin  ümümi  ünsiyyət  vasitəsi  kimi  çıxışı,  qlobal  şirkətlərin 

yaranışı  və  s.  amilləri  səciyyələndirmək  olar.  Qloballaşma  prosesi  tutumlu  olaraq 

iqtisadiyyata  təsir  göstərir.  Məhz  iqtisadi  sferada  gedən  qloballaşma  hadisələri 

sivilizasiyanın inkişafında əhəmiyyətli rol oynayır. Bu proses özü-özlüyündə kortəbii, 

xaotik baş vermir. Bir sıra amillər vardır ki, onlar iqtisadiyyatın qloballaşması təmin 

edir.  Qloballaşmanın  texnoloji  əsasını  müasir  kommunikasiya  vasitələrinin 

reallaşdırdığı  olduqca  çox  böyük  sürətə  malik  informasiya  mübadiləsi  təşkil  edir. 

nternet  texnologiyalar  dünyanın  istənilən  nöqtəsindən  informasiya,  ticarət,  birja 

ə

məliyyatlarını  hamı  üçün imkanlı  edir. Yer  kürəsini istənilən  nöqtəsindəki bazarda 



baş  verən  dəyişikliklər  müxtəlif  ölkələrin  təhlilçiləri  tərəfindən  dərhal 

qiymətləndirilir. Bu hal xüsusən fond birjaları, valyuta və əmttə bazarları və həmçinin 

elmi kəşflər, nou-haular sferası üçün xarakterikdir. 

Qloballaşmanın tələbləri sırasında ümumi olaraq daha çox qlobal yoxsulluğun və 

bərabərsizliyin  azalmasına  təminat  verən  dünya  iqtisadi  artımını  dayanıqlı  etmək 

manifesti dayanır. Qlobal artım əsasən industrial inkişaf etmiş ölkələr hesabına ərsəyə 

yetir.  Bu  vektorda  özünün  super  valyutası,  qlobal  maliyyə  təsisatları,  hərbi  və 

diplomatik  gücü  ilə  üstün  fərqlənən  ABŞ  ön  cərgədə  mövqe  tutur.  Bununla  belə, 

dünya  iqtisadi artımında  Qərbi  Avropa və  Cənub-Şərqi  Asiya  regionunun  da qlobal 

təsir  imkanları  nəzərə  alınandır.  Lakin  bu  dövlətlərin  əhalisinin  özünün  də 




 

62

qloballaşmaya münasibətindən çox perspektiv məqamlar asılıdır. Ona görə də, həmin 



ölkələrin  hökumətləri  öz  əhalisini  qloballaşmanın  neqativ  təsirlərindən  qorumaq 

məqsədi ilə daha biçimli iqtisadi siyasət yeritməyə borcludurlar. Üçüncü ölkələr üçün 

biçimli  iqtisadi  siyasətin  əsas  komponentləri  isə  BVF  və  BY B-nın  kreditvermə 

şə

rtlərindən  irəli  gələn  “Liberallaşma”,  “Stabilləşmə”  və  “Özəlləşdirmə”  blokunda, 



10  maddə  əksini  tapan  “Vaşinqton  konsensusu”  qaynaqlandırır.  Bu  onu  göstərir  ki, 

qloballaşmanın əsas meyli ABŞ-dan istiqamətləndirilir [37, 38]. 

Qloballaşmanın  digər  tələbini  ticarət  və  yardımlar  ehtiva  edir.  Bu  çağırış  kənd 

təssərrüfatı məhsulu ticarətinin liberallaşdırılması və kütləvi subsidiyalar praktikasına 

son  qoyulması  ilə  bağlıdır.  Məhz  ticarətin  liberallaşması  və  ünvansız  subsidiya 

strategiyası  inkişaf  etməkdə  olan  ölkələrin  ixracat  potensialını  məhdudlaşdırır, 

infrasturtur təkmilliyinə, onun mobilləşməsinə təsir göstərir. 

Ə

slində  bu  tələb  o  qədər  də  məhdudlaşdırıcı  görünmür.  Onun  liberal  missiyası 



daha  çox  lokal  təzahürlüdür.  Bu  reallığa  rəğmən  ABŞ-ın  Pensenlvaniya 

universitetinin  professoru  Nobel  laureatçısı  L.Kleyn  “Qloballaşma:  milli 

iqtisadiyyatlara  çağırış”  əsərində  qeyd  edir:  “Bir  sıra  ölkələr  iqtisadi  inkişafın 

müxtəlif  mərhələlərində  olduqlarından  industrial  təsisatların  xarakterliliyi  və 

prioritetlər baxımından fərqlənirlər. Buna görə də onlar “açıq qapı siyasəti”ni birdən 

və  bərabər  ölçüdə  aparmamalıdırlar.  Bununla  belə,  qloballaşmanın  gücünə  sonsuz 

olaraq  müqavimət  də  göstərilməməlidir.  Vacibdir  ki,  prosesin  idarə  edilməsi 

mütəmadi olaraq öyrənilsin və iqtisadiyyat onun məcrasına yönəlsin” [16, s. 211]. 

Qloballaşma son nəticədə yenə də mühüm olaraq idarəetmənin yaxşılaşdırılması 

-  menecmentin  keyfiyyət  artımı  tələbi  ilə  çıxış  edir.  Qlobal  axın  özü  ilə  yeni 

menecment  texnologiyaları  gətirir  və  onu  paylaşır.  Vurğulanmalıdır  ki,  yeni 

idarəetmə texnologiyasının özünün də məxsusi tələbləri vardır. Qloballaşmanın əsas 

hərəkərverici gücləri olaraq,  kapitalın  təmərküzləşməsi və  mərkəzləşməsi, təsərrüfat 

həyatının  beynəlmilləşməsi,  ETT,  internetin  genişlənməsi,  beynəlxalq  təşkilatların 

fəaliyyəti, qlobal problemlərin kəskinləşməsi çıxış edir. 

Qloballaşmanın  səbəblərinin  və  hərəkətverici  qüvvələrinin  əsasında  müasir 

həyatın qabaqcıl sahələrinə aid olan bir neçə amil durur [2]: 



 

63

Birincisi,  bu,  iqtisadi  amildir.  Öz  fəaliyyətlərində  dünya  iqtisadi  məkanını 



mənimsəyərək  daha  çox  milli  hüdudların  çərçivəsindən  çıxan  kapitalın  nəhəng 

konsentrasiyası və mərkəzləşdirilməsi, iri şirkətlərin və maliyyə qruplarının artımıdır. 

 

kincisi, siyasi amildir. Dövlət sərhədləri tədricən öz mənasını itirir, daha şəffaf 



olur, hərəkət azadlığı üçün geniş imkanlar yaranır. 

Üçüncüsü,  beynəlxalq  amildir.  Qloballaşmanın  dinamikası  iri  beynəlxalq 

hadisələrin tarixləri ilə bağlıdır. Məsələn, qloballaşma proseslərini stimullaşdıran üç 

dövrün adını çəkirlər. Bu, hər şeydən əvvəl, 1985-ci ildə Lüksemburqda əmtəələrin, 

insanların,  xidmətlərin,  kapitalın  beynəlxalq  hərəkətində  dörd  azadlıq  elan  edən 

1987-ci  ildən  qüvvəyə  minmiş  Avropa  aktını  qəbul  edən  Avropa  birlikləri 

konfransıdır.  Sonra  bu,  1986-cı  ildə  Punt-del-Estdə  ticarətdə  tariflərin  bə  digər 

məhdudiyyətlərin  aşağı  salınması  haqqında  Uruqvay  danışıqları  raundunu  açan 

GATT konfransıdır. Nəhayət, bu, Almaniyanın birləşməsi və Q YŞ, Varşava paktının 

ləğvidir.  “Soyuq  müharibə”nin  başa  çatması  və  Şərqlə  Qərb  arasında  ideoloji  fikir 

ayrılıqlarının  aradan  qaldırılması  proseslərini  sürətləndirən  səbəblər  sırasında  həm 

Almaniyanı və Avropanı parçalayan, həm də dünyanın digər hissələrinə toxunanları 

göstərmək olar. 

Dördüncüsü, texniki amildir. Nəqliyyat və rabitə vasitələri ideyaların, malların, 

maliyyə  resurslarının  sürətlə  yayılması  üçün  bu  vaxta  qədər  görünməmiş  imkanlar 

açır. 


Beşincisi,  ictimai  amildir.  Ənənələrin,  sosial  əlaqələrin  və  adətlərin  rolunun 

zəifləməsi coğrafi, mənəvi və emosional mənada insanların mobilliyinə kömək edir.  

Qloballaşmaya  antiqlobal  müqavimət  amilləri  kimi  demoqrafik  situasiyanın 

dəyişkənliyi,  təbii  resursların  kalonial  istismarının  güclənməsi,  regional 

bərabərsizliyin  dərinləşməsi,  iqtisadi  intervensiyalar,  konfessional  diskriminasiyala 

və  milli  şüurun  renessans  və  yeni  rəqabət  mübarizəsini  önə  çıxarılır.  Dövlətlər 

qloballaşmanın ölkələrin iqtisadi təhlükəsizliyə qarşı olan meylini azaltmaq məqsədi 

ilə  milli  maraqlara  uyğun  tədbirlər  həyata  keçirir  və  daha  mühafizəli  inkişaf 

strategiyası işləyib hazırlayırlar. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə