Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

37 

 

- qiymətqoyma siyasətinin həyata keçirilməsi;  



- investisiya layihələrinin ekspertizasının keçirilməsi.  

 Normal  investisiya  mühitinin  yaradılması  dövlətin  iqtisadi,  o  cümlədən  investisiya 

siyasətinin  əsas  vəzifələrindən  biri  kimi  özünü  göstərir.  nvestisiya  vasitəsi  ilə  ictimai 

istehsalın  planlı  inkişafına  nail  olunur,  iqtisadiyyatın  səmərəliliyi  və  tarazlığı  təmin  edilir, 

çəkilən xərclərin hər manatına görə daha çox məhsul və milli gəlir artımına şərait yaradılır. 

nvestisiya əsas fondların yaradılmasına və təkrar istehsalına, maddi istehsalın digər formada 

inkişafına kapital qoyuluşları şəklində həyata keçirilir.  

Dövlət  investisiya  fəaliyyətinin  tənzimlənməsində  müxtəlif  iqtisadi  mexanizmlərdən 

istifadə  edir.  Tənzimləmədə  əsasən  vergitutma  subyektlərinin  və  obyektlərinin,  vergi 

dərəcələrinin  və  güzəştlərinin  fərqləndirildiyi  vergi  sisteminin  tətbiqi  nəzərdə  tutulur.  Bu 

baxımdan 

investisiya 

fəaliyyətinin 

stimullaşdırılmasının 

vergi 

mexanizminin 



xüsusiyyətlərinin  öyrənilməsi  və  investisiya  qoyuluşlarının  prioritet  istiqamətlərinin  təhlili 

mühüm əhəmiyyət kəsb edir.  

Mövcud  praktikada  investisiyaların  təşviqi  ilə  bağlı  siyasət  dedikdə  xarici 

investisiyaların cəlb edilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəzərdə tutulur.   

Xarici  sərmayəli  firmalara  yüksək  əhəmiyyət  verdiyinə  baxmayaraq  Avropa  Birliyi 

(AB)  həm  investor  olaraq,  həm  də  birbaşa  xarici  investisiyaların  (BX )  başlıca  resipiyenti 

olaraq qalmaqdadır. 2013-cü ildə Avropa Birliyi ölkələrinə daxil olan BX -nin həcmi 2012-ci 

il  ilə  müqayisədə  14%  artmışdır.  Bununla  belə  AB  tərəfindən  həyata  keçirilən  hər  iki 

fəaliyyət 2007-ci ildəki pik səviyyədən aşağıdır.    

Avropada  birbaşa  xarici  investisiyaların  təşviqi  Birbaşa  xarici  investisiyaların  cəlb 

edilməsi son dövrlərdə maliyyə böhranı başladıqdan sonra Avropa Birliyi tərəfindən getdikcə 

artan  əsas  çağırışlardan  biridir.  Buna  görə  də  aşağıda  sadalanan  bütün  siyasətlər  Avropa 

Birliyinə investisiyaların cəlb edilməsi məqsədini daşıyır:  

- Vahid bazarın (single market) genişləndirilməsi və dərinləşdirilməsi;  

- Açıq və rəqabətli bazarın təmin edilməsi;  

- Ümumi Avropa və milli tənzimləmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi;  




38 

 

- Avropa infrastrukturunun və elmi bazasının genişləndirilməsi və təkmilləşdirilməsi.  



Bu siyasətlər “Avropa 2020” Strategiyasında qeyd olunan davamlı və hərtərəfli (əhatəli) 

inkişaf  məqsədlərinə  öz  töhfəsini  vermək  məqsədi  daşıyır.  Əlavə  olaraq  təkmilləşdirilmiş 

bank  əməliyyatları  sistemi  bank  vasitəsi  ilə  maliyyə  axınının  təmin  edilməsinə  yardım 

edəcəkdir.  

Bununla  yanaşı  Avropa  Komissiyasının  qtisadi  və  Maliyyə  Məsələləri  üzrə  Ümumi 

Direktorluğu  həm investor,  həm  də  investisiyaların  resipiyenti kimi  dünyada,  Avropada  və 

eləcə  də  üzv  ölkələrdə  birbaşa  xarici  investisiyaların  analizini  və  qiymətləndirməsini 

mütəmadi  olaraq  həyata  keçirir.  Qurum  həmçinin  BX -nin  iqtisadiyyata  təsiri  ilə    bağlı 

təhlillər  aparır,  üzv  ölkələrə  investisiyaların  təşviqi  ilə  bağlı  məsləhətlər  verir.    taliya 

Respublikasının  Hökuməti  ixracın  və  investisiyaların  dəstəklənməsinə  böyük  əhəmiyyət 

verir. Burada xüsusi diqqət kiçik və orta sahibkarlığın stimullaşdırılmasına ayrılır ki, bu da 

milli gəlirin 80%-ni formalaşdırır. Dövlət dəstəyi əsasən 3 istiqamətdə həyata keçirilir:  

- təşkilatı- texniki və informasiya dəstəyi;  

- maliyyə dəstəyi;  

- sığorta.  

Təşkilatı-texniki  və  informasiya  dəstəyi  taliyada  formalaşdırılan  və  hazırda  fəaliyyət 

göstərən,  ixracatçılara  və  investorlara  təqdim  olunan  bu  xidmət  dövlət  və  ya  özəl  şirkətlər 

tərəfindən ödənişli və ya ödənişsiz formada  həyata keçirilir. Bu sahədə səlahiyyətli dövlət 

orqanı  (22.12.2011  tarixli    214  nömrəli  Qanun)  taliyanın  qtisadi  nkişaf  Nazirliyinin 

tabeliyində olan Xaricdə  taliyan Şirkətlərinin Təşviqi Agentliyidir ( CE). Agentlik  taliyanın 

regionları,  ticarətsənaye  palataları,  sahəvi  assosiasiyalarla  və  xarici  ofisləri  (93)  ilə  sıx 

ə

məkdaşlıq edir.  talyan məhsullarına əhəmiyyətli dərəcədə olan tələb və ixracyönlü  taliya 



iqtisadiyyatını  nəzərə  alaraq  xaricdə  fəaliyyət  göstərən  yerli  şirkətlərin  təşviq  edilməsi 

məqsədi  ilə  Agentlik  və  qtisadi  nkişaf  Nazirliyi  tərəfindən  2012-ci  ildə  yeni  interaktiv 

platforma olan “The Made in Italy Portal” (www.madeinitaly.gov.it ) təqdim edilmişdir.  

Maliyyə dəstəyi və digər maliyyə yardımlarından istifadə  




39 

 

Hazırda  ixracla  məşğul  olan  taliya  şirkətlərinə  ödənişlərdə  “bonifikasiya”  yolu  ilə 



güzəştli  kreditləşmə  əldə  edirlər.  Bonifikasiya  -  mövcud  kredit  dərəcələrini  tənzimləmək 

məqsədi  ilə  iqtisadiyyatın  müəyyən  sahələrinin  və  ya  müəyyən  qrup  kreditə  ehtiyacı  olan 

subyektlərin  subsidiyalaşdırılması  (məqsədli,  əvəzsiz  vəsaitlərin  verilməsi)  əmtəənin 

keyfiyyətinin, eləcə də digər göstəricilərinin müqavilədə nəzərdə tutulandan üstün olmasına 

görə satış qiymətinin artırılması deməkdir.  

taliyada  xarici  investisiyaların  cəlb  edilməsi  ilə  bağlı  koordinasiya  işlərini 

nvestisiyaların Cəlb edilməsi və Sahibkarlığın  nkişafı Agentliyi ( nv taliya) həyata keçirir. 

Agentlik  təşkilatı-hüquqi  formasına  görə  səhmdar  cəmiyyətdir  və  yeganə  səhmdarı 

qtisadiyyat  və  Maliyyə  Nazirliyidir.  “ nv taliya”  xarici  investisiyalar  üçün  əsas  prioritet 

sahələri  müəyyən  edir:  KT,  loqistika,  bərpaolunan  enerji,  turizm,  innovasiya  və  elmi-

tədqiqat və sair.  spaniyada investisiyaların tənzimlənməsi sahəsində ən mühüm istiqamətlər 

maliyyə  sektorunda  və  əmək  qanunvericiliyi  (işə  götürmə  və  işdən  azad  etmə  ilə  bağlı 

işəgötürənlərin  hüquqlarının  artırılması)  sahəsində  həyata  keçirilən  islahatlardır.  Bu  cür 

tədbirlər investisiya sahəsində çətinliklər olan digər inkişaf etmiş ölkələr üçün də aktualdır. 

Ümumiyyətlə  investisiya  fəaliyyətinin  stimullaşdırılması  ilə  bağlı  dövlət  tərəfindən  həyata 

keçirilən  digər  tədbirlər  qrupuna  vergi  güzəştləri  (vergi  dərəcəsinin  azaldılması,  digər 

ölkələrlə  vergi  müqavilələri),  xüsusi  (konkret)  investisiya  layihələrinin  stimullaşdırılması, 

maliyyə  güzəştləri  (güzəştli  kreditlər,  investisiya  qarantı,  faizsiz  kreditlər),  infrastruktur 

təminatı (investisiya fəaliyyəti üçün zəruri ərazi ilə təmin olunma və ya güzəştli qiymətlərlə 

təmin  olunma),  proteksionist  tədbirlər  daxildir.  Türkiyədə  tətbiq  olunan  investisiyaların 

təşviqi  sistemi  Türkiyə  Respublikası  Nazirlər  Kabinetinin  2012-ci  19  iyun  il  tarixli 

“ nvestisiyalara dövlət dəstəyi haqqında Qərar”ı ilə qüvvəyə minmişdir.  

Təşviq  tədbirləri  “ nvestisiyalara  dövlət  dəstəyi  haqqında  Qərar”da  nəzərdə  tutulan 

dəstəklərin həyata keçirilməsi məqsədi ilə regionlar sosial-iqtisadi inkişaf səviyyəsindən asılı 

olaraq  6  bölgəyə  ayrılmışdır.  Türkiyədə  həyata  keçirilən  dəstək  tədbirlərinə  aşağıdakılar 

aiddir:  

−  dxalda ƏDV-dən azad olunma ;  



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə