Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   42   43   44   45   46   47   48   49   50

148 
 
məsafədə) yerləşirlər və Günəş əks olunmaları onlar arasındakı 
kosmik fəzanı da  yaxşı işıqlandırırır. Ay və Yer bir-birinə işıq 
ötürürlər.  Çox  güman  ki,  Yerin  və  Ayın  arasında  enerji 
mübadiləsi  həyata  keçirilir.  Bu  baxımdan  da  hər  iki  planet 
arasında  əlaqə  vardır.  Ay  olmasa  çox  güman  ki,  Yerdə  də 
cazibə  qüvvəsi  olmaz,  maqnit  tarazlığı  pozular,  bundan  da  öz 
oxu  ətrafında  fırlanma  pozular.  Eyni  zamanda  indiki  kimi 
atmosfer  və  işıq  olmaz.  Yer  kürəsi  olmasa  Ay  da  ola  bilməz. 
Bu  baxımdan  da  Ayın  təhlükəsizliyi  Yerin  təhlükəsizliyinə 
bağlıdır. Ayın məhv olması və ya da böyük zərbə alması Yerdə 
fəsadlar  törədər.  Bunu  mütləq  hesab  etmək  lazımdır.  Ay  Yer 
kürəsini  bir  növ  öz  ətrafında  həm  də  qoruyucu  obyekt  kimi 
görür.  Eləcə  də  Ay  Yer  kürəsini  qoruyur,  Yer kürəsi  ətrafında 
fırlanmaqla  Yer  kürəsi  ətrafında  enerji  selinin  paylanmasında 
iştirak edir.  
Günəş  bütün  planetləri  işıqlandırır.  O  planetlər  daha  çox 
işıqlanırlar ki, kütlələri böyükdür, Günəşlə məsafələri yaxındır, 
başqa  planetlərə  (əks  olunma  sahəsinə)  yaxındır,  səthində 
enerjini  udan,  işığı  udan  (burada  zəiflədən)  elementlər  azdır. 
Enerji  keçirici  elementlər  (nisbətən)  çoxdur.  Bütün  planetlər 
səthində  olan  elementlərin  Günəşlə  əlaqəsindən,  şüalarla 
ə
laqəsindən  işıqlanma  yaranır.  Güman  etmək  olar  ki,  yer 
kürəsində dünya okeanı və buzlaqlar Yer kürəsini daha da işıqlı 
edir.  Həm  də  Günəşə  yaxın  olan  planetlər  də  məntiqlə  işıqlı 
olmalıdırlar;  çünki  aktivlik  var.  İşıqlıq  da  aktivliyin  elə 
ə
sasıdır.  Günəş  işığı  elə  müəyyən  dərəcəli  maksimal 
hərəkətdən yaranır.  
Element  (materiya,  cisim)  enerjini  “udur”,  udulmayan 
enerji  isə  əks  olunur.  Günəşin  düşmə  kütləsi  ilə  əks  olunma 
kütləsi  arasında  təbii  ki,  sıxlıq  və  həcm  eyni  deyildir.  Elə 
kütləni  də  sıxlıq  meydana  gətirir.  Ağır  hissəciklərin  sıx 
toplanması  kütləni  artırır.  Yüngül  elementlərin  sıx  toplanması 
bir  tərəfdən  kütləni  artırır,  digər  tərəfdən  də  həcmi 
genişləndirir.  


149 
 
Böyük  və  Yer  tipli  planetləri,  eləcə  də  Günəşə  yaxın  olan 
planetləri  kəşf  etmək  asan  olub.  Çünki  planetlərin  əks 
olunması,  işıqlanması  onların  kəşfinə  gətirib  çıxarıb.  Kosmik 
fəzada  işıq  paylanılır.  Paylanma  sayəsində  materiya  görünür. 
Materiya ətrafında paylanma çox olur. İşıqlanma çox olur. Yer 
üzərində  qurulan  teleskoplar,  həmçinin  kosmik  teleskoplar 
planetləri  və  kainatı,  o  cümlədən  ulduzları  öyrənmək  üçün 
mühüm əhəmiyyətə malikdir. (Mikroskopların və teleskopların 
ixtirası işıqla əlaqəli olmuşdur. Qalın qatlı obyektlərdən keçmə 
linza  effektini  yaratmışdır).  Planetlər  arasında  enerji  əks 
olunmaları  (işıq  əks  olunmaları)  təbii  ki,  planetlər  arasında 
ə
laqələri də meydana gətirir. Ona görə də Günəş sistemində hər 
hansı  bir  planetin  məhv  olması  digərlərinə  təsirsiz  ola  bilməz. 
İş
ıq 
paylanılır, 
deməli, 
enerji 
paylanılır. 
Enerjinin 
paylanmasında  ümumi  Günəş  sisteminin  enerji  məkanı 
formalaşır.  Planetlərin  birinin  sistemdə  çatışmazlığı  mütləq 
şə
kildə Günəşin kütləsinə təsir edə bilər. İndiki nizam pozular.  
Deməli,  planetlər  bir-biriləri  ilə  əlaqəlidir  və  sıx  bağlılıq 
var.  O  da  ola  bilər  ki,  bir  planetin  Günəş  ətrafında  fırlanması 
digəri  ilə  bağlıdır.  Planetlər  arasında  fəza  seli  asılılığı  da  ola 
bilər.  Bu,  o  deməkdir  ki,  bir  planetin  fırlanmasından,  məkan 
dəyişməsindən  meydana  gələn  sel  (“materiyasız”  fəza 
elementinin  axın)  başqa  xətlə  hərəkət  edən  planetə  təsir 
göstərir.  Bu  fikir  ondan  irəli  gəlir  ki,  planetlər  Günəş 
sisteminin tərkib hissələridir. Tərkib hissələr və onlar arasında 
məkan  bütövlüyü  olmadan  ümumi  sistemin  indiki  kimi 
fəaliyyəti də ola bilməz.  
Planetlərin  işıq  (enerji)  əks  etmələri  sayəsində  planetlərin 
yerləri,  məkanları,  fırlanma  dairələri  müəyyən  oluna  bilir.  Bir 
planetin  güclü  hərəkəti  (Günəş  ətrafında)  ola  bilər  o  biri 
planetin  orbital  trayektoriyasına  da  təsir  göstərsin.  Hər  bir 
planetin fırlanmasına və fırlanma sürətinə onun çəkisi, Günəşlə 
ə
laqəsi,  peykləri  və  kosmik  fəza  təsir  göstərir.  Buradan  da 
qarşılıqlı mövcudluq və tarazlıq sistemi meydana gəlir. 


150 
 
Belə  də  qəbul  etmək  olar  ki,  hər  bir  planet  digər  planetə 
eyni  dərəcədə  təsir  göstərə  bilməz.  Burada  kütlə,  Günəşdən 
olan  məsafə,  planetin  tərkibi,  ətraf  təsir  qüvvəsi  fərqləndirici 
kriteriya  kimi  çıxış  edir.  Ancaq  təxmin  etmək  olar  ki,  böyük 
kütləli  planet  kiçik  kütləliyə  nisbətən  daha  da  cəzbedən 
olmalıdır. 
 
Yerin əmələ gəlməsinə dair  
  
Ə
vvəlcə  qeyd  etdik  ki,  çox  böyük  ehtimal  ki,  Günəş 
təkamül  –inkişaf-zaman-mövcud  formanın  dəyişməsi  vəhdəti 
prinsipi ilə - müəyyən müddətdən sonra sönə bilər. Bu, bir anda 
fəzada  mövcud  olan  Ulduz-Fəza  tarazlıqlarının  pozulması  ilə 
meydana gələ bilər. Burulğanlar yerlərini dəyişə bilərlər.  
 
Yerin əmələ gəlməsinin bir neçə səbəb ehtimalları 
 
 Ehtimalları bir neçə variantda izah edə bilərik: 
-Yerin  əmələ  gəlməsində  (həm  də  digər  planetlərin)  çox 
ehtimal ki, Günəşin başqa bir Günəşlə toqquşması səbəb olub. 
Ulduzlar toqquşub nəticədə qopmalar planetlərə çevrilib. Yəni, 
fəza  burulğanları  qarşılaşıb,  toqquşma  və  itələmədən  sönmüş 
Günəşlərin  hissələri  kənarlara  ayrılıb.  Bu  prinsip  etibarilə 
planetlər  səpələnmiş  “Günəşdir”lər  (keçmiş  Günəşlərdir).  Bu 
fikrə  əks  olan  bir  fikir  də  meydana  gəlir.  Belə  ki,  istənilən 
Günəşin  meydana  gəlməsi  və  fəaliyyəti  üçün  mütləq  qaydada 
müəyyən  kütləli  kosmik  obyektlər  təsir  etməlidir.  Çünki 
kosmik  obyektlərin  qarşılıqlı  təsirləri  olmasa,  yaranışdan 
söhbət  gedə  bilməz.  Yəni,  ilk  baxışdan  demək  çətin  olar  ki, 
planetlərsiz ulduzlar yarana bilər; 
-Planetlər  (həm  də  Yer  kürəsi)  öz  tərkiblərində  fəza 
elementlərini birləşdirirlər. Yəni, onların birləşmələridir. Lakin 
fəza  elementlərinin  çevrilmələridir.  Məsələn,  bərk  materiyalar 
bu çevrilmələrin nəticələridir. Onda, belə qərara gəlmək olar ki


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə