142
işıqlıq olardı. Bu halda atmosfer indiki kimi olmazdı. İşıqlı
yerlərdə həddən artıq istilik və quraqlıq, qaranlıq yerlərdə isə
çox güman ki, buzluluq (buzlaqlıq), ya da buzlaqsız lap aşağı
temeperatur olardı. Yer kürəsinin isə bütövlüyündən söhbət
gedə bilməzdi. Planet yalnız qaz halında ola bilərdi. Yerin öz
oxu ətrafında fırlanması, eləcə də fəsillərin əməl gəlməsi sanki,
Yer kürəsi üçün ümumi bir termostat (termostat havanı eyni
temperaturda saxlayan cihaza deyilir) rolunu oynayır, atmosfer
həm qızır, həm də soyuyur.
(Qeyd: qızma və soyuma enerjinin
aktivliyi və deaktivliyidir. Aktivliyin yüksək həddi alovun
yüksəlməsidir. Onun da ən son həddi alovsuzluqdur. Bu
baxımdan da Yer kürəsinin yanmasının ən yüksək həddi
alovsuzluğa, tükənməyə aparıb çıxara bilər. Bu məsələdə
Günəşin “sönməsi” fikirinə gəlib çata bilirik. Günəşdən gələn
işıq enerjisi istilik enerjisinə çevrilir. Yəni, sürəti azalır.
Günəşdən çıxan enerji axını daha parıltılı olur; çünki
sürətlidir. Kosmik fəzada isə parıltı azalır. Bu baxımdan da
işıq enerjisi istilik enerjisinin müəyyən sürətli həddidir).
Qarşılıqlı vəziyyətlərdə isə tarazlıq əmələ gəlir. Yer kürəsi
fırlandıqca hesab etmək olar ki, atmosferdə cərəyanları da
meydana gətirir. Yerin fırlanması onun maqnit axınına
(Yer
kürəsinin maqnitosferi təbii ki, ümumi kütlədən və onun
fırlanması sayəsində meydana gələn təsir qüvvəsindən
formalaşan bir sistemli hərəkət sferası rolunu oynayır. Maqnit
təbəqəsini həm də Yerin nüvəsi və onun digər planetlərlə və
Günəşlə qarşılıqlı əlaqələri də təmin edir) səbəb olur ki, bu da
nəticədə atmofer təzyiqində dəyişikliyi yaradır. Maqnitosfer –
elm yazır ki, atmosferin xarici qatındadır və Yer kürəsini
Günəş şüalarının təsirindən qoruyur- əks təsir, yəni, Yer
kürəsinin ətrafa olan əks təsiri sahəsidir. Maqnitosfer
cazibədən,
ümumi
kütlənin
hərəkətindən
və
daxili
elementlərdən meydana gələn bir özünümüdafiə sahəsidir. Belə
hesab etmək olar ki, Yer kürəsinin atmosferinin maqnitosfer
sahəsi onun həm də daxili bütövünün ümumi qoruyucu
144
tərəfindən hiss oluna bilmir.
Dəyişmə olur; çünki Yer kürəsi bir
tərəfdən Günəşdən enerji alır, Günəşə enerji ötürür, digər
tərəfdən başqa planetlərlə paralel enerji mübadiləsini həyata
keçirir. Belə hesab etmək olar ki, Yer kürəsinin Günəşdən
qaranlıqlaşan hissəsinin çəkisi işıqlı hissəsinin
çəkisindən fərqli
olur. Yer kürəsi sutka ərzində öz çəkisini artırıb-azaldır. Lakin
bu ümumi çəkisinə təsir etmir. Onun hissələri-qaranlıq və
gündüz hissələri-arasında nisbət dəyişir, hissələrdə kütlə fərqi
yaranır. Yer kürəsinin öz oxu ətrafında fırlanmasına Günəşin
ş
aquli və üfüqi düşən şüaları təsir göstərir. Günəş düşən
hissələrlər qaranlqılaşan hissələr arasında (meridianlar üzrə)
kütlə fərqi yaranır. Fəzada hərəkət Yer kürəsinin gecə-gündüz
çəki nisbətindən meydana gəlir. Yer kürəsinin öz oxu ətrafında
fırlanması sayəsində okeanların, dənizlərin atmosferlə nisbəti
tarazlanır. Atmosferin Yer kürəsi üzrə nisbətən taraz qaydada
paylanılması prosesləri baş verir. Gecə-gündüz əsasən
atmosferin nisbətən tarazlı formalaşmasına təsirlərini edir.
Gecə-gündüz hadisələri Yerin cazibə qüvvəsini tarazlayır. Yer
kürəsinin fırlanması dünya okeanının dağılmasının qarşısını
alır. Eyni zamanda atmosferin (hava axınının) tarazlı axın
etməsinin əsaslarını yaradır.
Yer kürəsi əgər öz oxu ətrafında fırlanmazsa, onda
ümumiyyətlə Yer kürəsinin mövcudluğundan söhbət gedə
bilməz. Təsəvvür edək ki, Yer kürəsi öz oxu ətrafında
fırlanmır. İndiki kimi bir forması mövcuddur. Günəş şüasını da
qəbul edir. Nəticələri necə ola bilər:
-Yer kürəsi Günəş şüasının ardıcıl düşməsindən öz
kütləsinin tamamilə dəyişər, Yer kürəsi şişər və partlayar,
yalnız zəif əlaqədə olan qaz halında olar;
-Yer kürəsinə ardıcıl düşən Günəş şüası dünya okeanını
buxara çevirər,
planetin atmosferini məhv edər;
-Yerin bərk materiyası isə tamamilə əriyər;
-Yerin daxili nüvəsi üzünə çıxar və partlayar.