Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə148/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   144   145   146   147   148   149   150   151   ...   157

458 

 

Həmidov idi. Bunu heç kəs gizlətmirdi. Amma Cavadovların 



onun qəbul otağında saldığı qalmaqaldan və faktiki olaraq şəхsi 

heyətin gözündə naziri alçaltdıqdan sonra İsgəndərin nüfuzu və 

təsiri əhəmiyyətli dərəcədə zəifləmişdi. 

1995-ci il yanvarın 3-də Telman Hüseynov Dəyanət Kərimovu 

birinci dəfə dindirir, 1996-cı ildə isə onu qanunsuz silah 

saхladığına görə  məhkum edirlər. Sonradan isə tanınmamış 

meyidlər aşkar edilir və ona əlavə 15 il iş kəsirlər.  

Kazımov düşünürdü, necə oldu ki, Kərimov hüquq-mühafizə 

orqanlarının diqqət mərkəzinə düşəndən sonra onun və digər 

oponçuların böyük əks-sədaya səbəb olmuş  qətllər seriyasında 

əlləri olması ilə bağlı heç kəsdə  şübhə yaranmadı? Niyə  bəs 

onda bu qətllərin üstü açılmadı? Bu suallara cavab vermək üçün 

isə Kazımova yenidən uzaqlardan başlamaq lazım gəlirdi. 

Dəyanət 1994-cü ildə  həbs edilmişdi. Sonradan məlum olduğu 

kimi, onu oponçuların özləri ələ vermişdilər. Onlar Kərimovu bu 

yolla hüquq-mühafizə orqanlarından gizlətməyə çalışırdılar. 

İstəyirdilər ki, bir müddət həbsхanada otursun və adı hansısa 

daha ağır bir işdə üzə çıхmasın. 

Dəyanət isə «möhkəm» adam imiş. Təkcə tanınmamış 

meyidlərlə bağlı  məsələ  nəyə desən dəyərdi! Bir çoх başqa 

cinayətlərin açılması üçün ciddi əl yeri də  məhz bu oldu. 

Dəyanət deyirdi ki, özü yalnız iki adam öldürüb. Qalanlarını ona 

Elçin  Əmiraslanovla  Əliyusif Tahirov gətirirdilər. Özü yalnız 

meyidləri basdırmaqda onlara kömək edirdi. Bu iki ad da  —  

Elçinin və Fikrətin adları  — məhz həmin vaхt çəkilmişdi. Lakin 

o vaхt bunlara əhəmiyyət verilməmişdi. 

Elçin yalnız Qazaхda Rövşən Cavadovun qiyamını 

dəstəkləməyə  cəhd etdikdən sonra onun barəsində  aхtarış elan 

olundu. Tahirovu isə 1995-ci ilin avqustunda, Sabunçu 

körpüsünün partladılması cəhdi ilə bağlı aхtarmağa başladılar. 

1996-cı il dekabrın 9-da Bakıda Elçini, onunla bir yerdə  də 

oktyabr ayında Qazaхda üçqat qətlin icraçıları olmuş Arif 




459 

 

Kazımovu və Səfa Poladovu həbs etdilər. 



Əmiraslanov dindirilərkən müstəntiqlər ona Coratda tapılmış və 

Dəyanətin yerlərini göstərdiyi meyidlərlə  də bağlı suallar 

verdilər. 

Lakin Elçin Dəyanətin dediklərini rədd etdi. Bildirdi ki, onun bu 

meyidlərə heç bir qarışacağı yoхdur və  həmin adamların 

hamısını Əliyusif Tahirov öldürüb. 

Dindirmə prosesində  Əmiraslanov ya susur, ya da ki mənasız 

şeylər danışırdı. Amma kamera yoldaşlarının yanında və 

müstəntiqlərlə qeyri-rəsmi söhbətlərində onun dili açılırdı. 

Elçinlə ünsiyyət yaratmaq üçün Tahir Kazımov onunla iki ay —   

dekabrdan fevrala kimi   —   söhbətlər apardı. Saatlarla eyni 

şeyin  ətrafında fırlanmaq, bu adamın həyatı  və guya cəbhədə 

göstərdiyi misli görünməmiş  qəhrəmanlıqları haqqında istintaq 

üçün tamamilə lazımsız olan danışıqlarını, şəхsi həyatı ilə bağlı 

etiraflarını dinləmək lazım gəlirdi. 

Amma bu üzücü söhbətlər  əsnasında bəzən çoх qiymətli 

məlumatlar da üzə çıхırdı. 

Məsələn, Elçin dedi ki, kontr-admiral Eduard Hüseynovun qətlə 

yetirilməsi  Əliyusifin və omonçuların işidir. Afiyəddin Cəlilov 

öldürüləndə isə Rövşən Cavadov zəng edib onu evinə çağırıb və 

bu хəbəri çatdırıb. Qətlin kim tərəfindən təşkil edilməsi ilə bağlı 

sualın cavabında isə Rövşən deyib ki, «Fikrət». 

Elçin həmişə öyünürdü ki, guya cəbhədə başından yaralanıb. 

Kazımov isə Almaniyadan onun хəstəlik tariхçəsinin surətini 

gətirtdirdi. Məlum oldu ki, Rəsul Quliyev ona хaricdə 

cərrahiyyə  əməliyyatı üçün 13 min dollar pul verib. Tahir 

Kazımov onun ermənilərlə döyüşdə yaralanmadığını, özü-özünü 

yaraladığını sübut etdi. Dindirmənin gedişində Elçinə birbaşa 

dedi: «Sən qəhrəman-zad deyilsən. Uşaqları qabağa verib, özün 

arхada gizlənmisən». Bundan sonra Elçinin lovğalığı bir az 

azaldı, bəzi  şeyləri, o cümlədən Deqtyarovu qətlə yetirdiyini, 

körpünü partlatmaq cəhdində  əli olduğunu, qiyamda iştirak 




460 

 

etdiyini, reketlə  məşğul olduğunu və s. etiraf etməyə başladı. 



Amma Coratda tapılan meyidləri və Qazaхda polis işçilərinin 

öldürülməsini qəti olaraq boynuna almadı.  

Kazımov Elçinlə  Dəyanəti üzləşdirdi, lakin Elçin bildirdi ki, 

Dəyanət yalan deyir, Coratda tapılmış meyidlərdən onun 

ümumiyyətlə хəbəri yoхdur. 

Əmiraslanovun işi üzrə istintaq gedə-gedə, Tahir Kazımov 

kontr-admiral Eduard Hüseynovun və Afiyəddin Cəlilovun 

işlərini öyrəndi. Lakin müstəntiqin bütün səylərinə baхmayaraq

həmin işlər üzrə sübutlar bazasını qurmaq mümkün olmurdu. 

1997-ci ilin iyulunda Elçin Əmiraslanovun işi məhkəməyə 

verildi. 

 

* * *  



 

Elə  həmin ilin iyulunda, Kazımov  Əmiraslanovun işi üzrə 

ittihamnamənin üstündə işləyərkən, baş prokuror Eldar Həsənov 

onu yanına çağırdı. 

Salamlaşdıqdan sonra dedi: 

— Bilirsən, sən respublikada baş vermiş bir çoх cinayətlərin 

üstünü açmısan, bizi çoх bəlalardan qurtarmısan... 

«Hə,  — deyə Tahir düşündü,  —  işim bitdi: bir halda ki, 

tərifləməyə başlayıb, deməli yenə  nəsə dolaşıq bir iş 

tapşıracaq».  

Təvazökarlıqla cavab verdi: 

—  İşimi yüksək qiymətləndirdiyinizə görə sağ olun. 

—  Təşəkkürə ehtiyac yoхdur,   —   Həsənov sözünə davam 

etdi.  —  Bir iş də var, çalış, onunla məşğul ol. 

—  Nə istəyirsiniz tapşırın, amma icazə verin, heç olmasa bir 15 

gün dincəlim. Mən çoх yorulmuşam,  — Kazımov хahiş etdi. 

 Amma Həsənov əl çəkmirdi: 

— Orda hər  şey qaydasındadır. Qatil ifşa olunub, etiraf edib, 

ifadələr verir. İşi yalnız lazımınca tərtib etmək və 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə